Xəbər lenti
01/04/2020 [18:11]:
ADP işğaldakı torpaqlarımızda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verdi
01/04/2020 [18:07]:
“Qələbə Gününə həsr olunmuş parad baş tutacaq” - Dmitri Peskov
01/04/2020 [18:05]:
Mehriban Əliyevadan yaz paylaşımı - VİDEO
01/04/2020 [17:57]:
Serbiyada hökumət üzvü koronavirusdan öldü
01/04/2020 [17:57]:
"Azərbaycan heç yüz il sonra da Almaniya ola bilməz"
01/04/2020 [17:54]:
Prezident Şamil Ayrıma orden verdi
01/04/2020 [17:33]:
İş adamı koronavirus infeksiyası ilə mübarizəyə qoşuldu -İBRƏTAMİZ...
01/04/2020 [17:22]:
Taclı bəla, həmdərd dünya, biz...
01/04/2020 [17:22]:
Koronavirusun “at oynatdığı” ABŞ-dan Qarabağdakı ermənilərə tibbi ləvazimat dəstəyi
01/04/2020 [17:18]:
Koronavirus və İslam...
01/04/2020 [17:16]:
"Artıq dövlətlər maraqlarını müdafiə edərkən, beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə ümid bəslənilmir"
01/04/2020 [17:15]:
“Regional İnkişaf” İctimai Birliyi və Bakı Dövlət Universiteti birgə sosial aksiya keçirdi
01/04/2020 [17:09]:
Əhaliyə daha bir güzəşt nəzərdə tutulur – Faiz tutulmaya bilər
01/04/2020 [16:59]:
Harda qalmısınız, kəlbəcərlilər?
01/04/2020 [16:50]:
Koronavirus media sektoruna da təsirsiz ötüşmədi: Dövlət dəstəyi olacaqmı?
01/04/2020 [16:44]:
“Əzrail” İranda əhaliyə səsləndi: “Korona” - VİDEO
01/04/2020 [16:34]:
Komitə sədrindən torpaqları qamarlayan məmurlara MESAJ: “Ya icarəyə ver...”
01/04/2020 [16:31]:
Xüsusi karantin rejimini pozan şəxslər cərimələndi - FOTO
01/04/2020 [16:29]:
Dünya Səhiyyə Təşkilatı: Bu iki ölkədə koronavirus yoxdur
01/04/2020 [16:28]:
Ağdam və Cəbrayıl torpaqlarını talayan, Şuşanın işğalının “iştirakçısı” - Separatçılarının yeni lideri KİMDİR?
01/04/2020 [16:25]:
UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da
01/04/2020 [16:25]:
İtaliya total karantin rejimindən çıxmağın yolunu axtarır...
01/04/2020 [16:23]:
Alimlər koronavirusu məhv etmək üçün “ölümcül silah” hazırladılar
01/04/2020 [16:20]:
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib: Təxribatçıların alətinə çevrilməyin
01/04/2020 [16:19]:
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi
01/04/2020 [15:56]:
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
01/04/2020 [15:52]:
"Qarabağ parlamenti"ndə kimlər təmsil olundu?
01/04/2020 [15:47]:
“Onların internetə çıxışları var, amma vicdanlarına çıxışları yoxdur”
01/04/2020 [15:34]:
Neft Fondu martda valyuta satışını 3 dəfədən çox artırıb
01/04/2020 [15:33]:
Ermənilər Qazaxda mülki vətəndaşları atəşə tutub
01/04/2020 [15:32]:
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
01/04/2020 [15:31]:
“Hakim iki azyaşlı uşağımı ərimə verdi” - Qız-qızanın qurbanı olan qadının fəryadı...
01/04/2020 [15:22]:
Qarabağda “prezident” “seçki”si 2-ci tura qaldı- “Moskvanın adamı” kənarlaşdı...
01/04/2020 [15:03]:
Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi (FOTOLAR)
01/04/2020 [15:01]:
Koronavirusun vaksini hazırlandı - Hər kəs ala biləcək
01/04/2020 [14:56]:
Alimlər: “14 günlük karantin koronavirus üçün kifayət deyil”
01/04/2020 [14:45]:
İranda koronavirus qurbanlarının sayı üç min nəfəri keçdi
01/04/2020 [14:40]:
Koronavirusla bağlı yardım proqramı AÇIQLANDI
01/04/2020 [14:30]:
Uşaqlara koronavirusla bağlı ehtiyac duyulandan artıq informasiya verməyin - Komitə
01/04/2020 [14:24]:
Azərbaycanda koronavirusa görə 35 minə yaxın test edilib - RƏSMİ
01/04/2020 [14:21]:
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
01/04/2020 [14:16]:
Elm adamları viruslar qarşısında aciz olduqlarını etiraf etdi: “Cəmi 1%-nə bələdik”
01/04/2020 [14:01]:
Fikrət Yusifov: "COVİD-19 pandemiyasının yaratdığı durum məsuliyyətli davranış tələb edir"
01/04/2020 [13:44]:
“Karantin rejimində hər birimiz özümüzü döyüşdəki kimi hiss etməliyik...”
01/04/2020 [13:43]:
Dünyanın axtardığı dərman koronaviruslu xəstələrin qanı imiş? – Mütəxəssislərdən şok açıqlama...
01/04/2020 [13:41]:
Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək
01/04/2020 [13:39]:
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
01/04/2020 [13:37]:
Təhsil Nazirliyi: Dərslər sentyabrın 15-dək təxirə salınmayıb
01/04/2020 [13:35]:
Azərbaycan səfiri: “Hələ də vətənə qayıtmaq istəyənlər var"
01/04/2020 [13:27]:
10 min təqaüdçü koronavirusla mübarizədə dövlətin köməyinə gəldi
01/04/2020 [13:21]:
Zakir Qaralovun səlahiyyət müddəti bitir
01/04/2020 [13:19]:
İtaliyada matəm elan edildi - VİDEO
01/04/2020 [13:13]:
ABŞ-da 6,5 bal gücündə zəlzələ baş verdi
01/04/2020 [13:11]:
"Türkiyədə problemlə üzləşən vətəndaşlara yardım imkanları nəzərdən keçirilir" -Səfirlik
01/04/2020 [13:10]:
Təhsil Nazirliyi: "Onlayn dərslərə qadağa qoyulmayıb"
01/04/2020 [13:10]:
Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırıldı
01/04/2020 [13:08]:
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirildi
01/04/2020 [13:04]:
Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi
01/04/2020 [12:54]:
“Əvvəllər bizə gəlirdilər, indi qohum-əqrəbaya demişəm ki, hamınız evdə qalın...”
01/04/2020 [12:53]:
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
01/04/2020 [12:52]:
Böyük Quruluş Partiyası Koronavirusla Mübarizə Fonduna 2 min manat köçürdü...
01/04/2020 [12:45]:
13 yaşlı uşaq koronavirusdan öldü - Cənazəsi ailəsinə verilmədi - FOTO
01/04/2020 [12:38]:
А.А – АĞ ADAM, AĞRILAR ADAMI... - İradə TUNCAY yazır
01/04/2020 [12:32]:
"Kəlbəcərdə qanunsuz məskunlaşanlar sevinməsin, ona görə səbrlə gözləmişik ki..."
01/04/2020 [12:25]:
Sabah intensiv yağış yağacaq
01/04/2020 [12:23]:
Almaniyada qaçqın düşərgəsinə polis basqını: saxlanılanlar var
01/04/2020 [12:13]:
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
01/04/2020 [12:12]:
Rusiyada koronavirusdan ölənlərin sayı artdı
01/04/2020 [12:11]:
Mehriban Əliyeva: "Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir"
01/04/2020 [12:09]:
Bakıda avtomobil aşdı, 2 qardaş öldü
01/04/2020 [12:07]:
Rusiyanın ABŞ-a göndərdiyi hərbi yardım təyyarəsi yola çıxdı...
01/04/2020 [12:05]:
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edildi
01/04/2020 [11:59]:
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrıldı
01/04/2020 [11:56]:
Ermənistanda koronavirusa yoluxanların sayı artdı
01/04/2020 [11:53]:
Əli Əhmədov: “Dağlıq Qarabağın rejimi növbəti dəfə siyasi iflasa uğradı”
01/04/2020 [11:31]:
Məşhur aktyor koronavirusdan öldü...
01/04/2020 [11:06]:
101 yaşlı qadın koronavirusa qalib gəldi...
01/04/2020 [10:59]:
Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib
01/04/2020 [10:58]:
Paytaxtın ictimai iaşə dövriyyəsi 9%-dən çox artıb
01/04/2020 [10:56]:
UNEC onlayn idarəetməyə keçdi
Bütün arxiv bir sırada
26/02/2020 [09:05] - Müsahibə - ( 2121 dəfə baxılıb)

“MSK yanlış qərar verməməli idi” - Fərəc Quliyevdən sensasion açıqlamalar



“Adama bir türk kişisinə yaraşan təklif etmişəm”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a müsahibə verib. Onunla 9 fevral seçkilərini, seçkilərdə başına gələnlər və gələcək planları ilə bağlı söhbət etdik.

- Fərəc bəy, ümumilikdə 9 fevral seçkilərini necə dəyərləndirirsiz?

- Seçkilərlə bağlı münasibətim belədir. Özümlə bağlı ATƏT-in buradakı nümayəndəliyinə müraciət göndərmişəm. Təbii ki, seçkilərdə ziqzaqlar oldu. Müəyyən dairələrdə çətinliklər yarandı. Amma bütövlükdə hansı dairələrdəki problemlər yaranmışdı, o dairələr ləğv olundu, yaxud o dairələrin problemli məntəqələri ləğv edildi, yaxud təkrar baxışlar oldu. Seçkilər şəffaf şəkildə keçirildi. Müşahidəçilərin verdikləri dəlillər, elektron informasiya vasitələri və sosial şəbəkələrdə edilən etirazlar ciddi şəkildə araşdırıldı. Müraciətimdə də bildirmişdim, hesab edirəm ki, sosial şəbəkələrdə həddindən artıq yayılan materiallara çox istinad edildi. Onların bəziləri əsassız ola bilərdi və aydınlaşdırılmalı idi. Amma bütövlükdə deyə bilərəm ki, bütün şikayətlərə baxılır. Bu proses hələ davam edir. Seçki baş tutub və bir neçə dairə ləğv olunub. Həmin dairələrdə yəqin ki, seçkilər olacaq. İslahatlar dönəmində parlamentin yenidən formalaşdırılması düşünürəm ki, vacib idi. İctimai-siyasi proseslərdə gərginlik yaşandı, bu doğrudur. Bəzi namizədlər etirazlar etdilər. Amma bütövlükdə sakitliyin yarandığını söyləmək olar. Artıq nəticələrlə hər kəs hesablaşdı. Bir sözlə, yeni parlament formalaşdı. Bu seçkilərin rəsmi nəticələrinə görə, deputat seçilməsəm də, bütövlükdə hesab edirəm ki, ciddi kampaniyalar aparıldı. Ölkənin imicinə zərər vurmaq istəyən qruplar var idi, təxribatlar törətmək istəyənlərin olduğu göz önündə idi, xarici ölkələr və beynəlxalq təşkilatlar əvvəlcədən mənfi rəy formalaşdırmağa çalışırdılar. Məsələn, deyirdilər ki, hazır siyahılar var. O siyahıda mənim də adımı hallandırırdılar. Məhz bununla bağlı müraciət etmişdim ki, seçki başlamamışdan əvvəl bunlar böhtandır. Deyirdilər ki, hökumət resursları seçki günü bizlərə kömək edəcək. Bunların hamısı yalan oldu. Seçki başa çatandan sonra bir qalibin seçkini bu cür dəyərləndirməsi nəyisə əsaslandırmağa xidmət edə bilərdi. Amma rəsmi nəticələrlə deputat olmayan biri kimi bu fikirləri deyirəm və daha əsaslı görünür. Bütövlükdə yeni parlamentə gələcək fəaliyyətində uğurlar arzulayıram. Hesab edirəm ki, ölkə bir mərhələni geridə buraxdı. Bizdə olan məlumata görə, bəzi ölkələr burada təxribatlar hazırlayırdı. Amma bu baş tutmadı. Yeni seçilən deputatları təbrik edirəm.

- Namizəd olduğunuz dairədə də seçkilərin şəffaf keçirildiyini deyirsiniz?

- Burada söhbət təkcə mənim olduğum dairədən getmir. Bütün dairələr haqqında danışıram. Bizim olduğumuz dairədə tamam fərqli bir mənzərə baş verdi. Adım bəzi məsələlərdə hallandırıldı. Hətta sizin mətbu orqanda namizədə rüşvət verməyim kimi fikirlər səsləndirildi. Sizin qəzeti özümə dost hesab edirəm. Çünki obyektiv qəzetsiniz. Sizdəki debatdan iki gün sonra artıq Mehman Hüseynovun özü rəsmi şəkildə Xural.TV-də etiraf etdi ki, 10 saat montajla məşğul olub. Biz də bunu deyirdik ki, bu montaj materialıdır. Belə şeylərdə ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, mənə qarşı təxribatın törədilməsi əvvəlcədən hazırlanmışdı. Seçkidən öncə dövriyyəyə buraxılan hazır siyahıda adım var idi. Bu təsadüfi deyildi. Hər kəs gördü ki, o dairədə öz gücümlə böyük görüşlər keçirən yeganə namizəd idim. Deyilirdi ki, mənə kömək olacaq, amma hər kəs hər şeyin şahidi oldu. Cəmiyyət mənə qarşı qurulan montaj işini yaxşı bilir. Doğrudur, imicimə müəyyən qədər zərbə vuruldu, çünki sosial şəbəkələrdə paylaşmalar oldu. Mərkəzi Seçki Komissiyası da bu məsələdə tamamilə yanlış yöndən çıxış etdi. Çünki mənimlə bağlı MSK-ya fikir bildiriləndə özüm də demişdim ki, montaj olunmuş materialdır. Bu da öz təsdiqini tapdı. Onlar orijinal materialı istəməli idilər və əslində istəmişdilər də. Sadəcə verilməmişdi. Verilmədiyi üçün də həqiqət ortada olmalı idi. Düşünürəm ki, MSK-nın mənə xəbərdarlıq etməsi və bunun da rəsmi televiziyada yayılması cəmiyyətdə ciddi şəkildə çaşqınlıq yaratdı.

“Mehman Hüseynovun özü rəsmi şəkildə Xural.TV-də etiraf etdi ki, 10 saat montajla məşğul olub”
Bu ana qədər məlum idi ki, namizədlər bir-biriləri ilə vuruşurlar, müəyyən təbliğat işləri qururlar. Mən hər şeyə kifayət qədər normal şəkildə cavab vermişdim. Amma o məqam təbii ki, əleyhimə işlədi. Bu da nəticələrə birbaşa təsir etdi. İstənilən halda seçkiləri bütövlükdə dəyərləndirirəm. Ən müxtəlif dairələrdə fərqli hadisələr baş verdi. Ləğv olunan, məntəqəsi ləğv edilən yaxud deputat seçilən dairələrdə bunlar oldu. Bütün dairələr üzrə konkret qiymətləndirmə mümkün deyil.  Sadəcə, şəffaf bir seçkinin keçirildiyini demək olar. Bunu heç kim dana bilməz. Dairələrdə namizədlərin müşahidəçilərindən əlavə, ən müxtəlif qurumların təmsilçiləri var idi. Məsələn, mənim dairəmdə Milli Şuranın da müşahidəçisi var idi.

- Fərəc Quliyevi Mehman Hüseynovun yaydığı məlum video “bitirdi” deyə iddialar var...

- Adam etiraf edir ki, 40 dəqiqəlik materialı 10 saata montaj etmişəm. Sizlər də jurnalistsiniz və hər halda, bu fikirlərin nə demək olduğunu yaxşı bilirsiniz. 40 dəqiqəlik materialdan 10 saata 10 cür material çıxarmaq mümkündür. Bu etirafla cəmiyyətə hər şey aydın oldu. Kim kimi bitirdi? Heç kim heç kimi bitirə bilməz. Məni kimsə bitirə bilməz. MSK-nın küyə düşməsi və tələm-tələsik qərar verməsi mənə çox təsir etdi. Əslində namizədlərin mövqelərinin o qədər də əhəmiyyəti yox idi. Siyasi fəaliyyətimi təbii ki, davam etdirirəm. Fəaliyyətimə zərrə qədər mane olacaq nələrsə olmadı. Doğrudur, mövsümi xarakter daşıyan bu hərəkət zərərimə işlədi. MSK yanlış qərar verməməli idi. Sosial şəbəkələrin girovuna çevrildilər. Hər bir detal araşdırılmalı idi. Adam deyir ki, ayaq üstə dura bilmirəm, analizlərdə məndə xərçəng xəstəliyi aşkar olunsa, ümumiyyətlə, seçkidən gedirəm. Belə olan təqdirdə ondan asılı nə işim qalırdı ki? Mən də, sadəcə, demişəm ki, narahat olma, sənə kömək edərik. Təəssüflər olsun ki, onun son etirafı nəticələri dəyişə bilmir. Amma MSK-dakılar hər halda, bu məsələdən xəbərdardırlar. Düşünməlidirlər ki, biz nə qərar vermişik. Bu məsələlərin siyasi fəaliyyətimə  heç bir təsiri olmayacaq. Əksinə, bundan sonra şəxsimə qarşı belə kampaniyalar olanda cəmiyyət başa düşəcək ki, bir sürü trollar var. Eyni zamanda bəzi qurumların xarici təşkilatların əlində maşa olduqları da bir daha aydın olacaq. Bizə mane olmaq istəyənlər etiraf etdilər ki, seçkilərdə deputat olmaq üçün çalışmırlar. Adamların işi-gücü seçkiləri pozmağa cəhd idi. Xaricdəki söyüş kampaniyasi seçkilərdə mənə qarşı da yönəldi. Onların buradakı təmsilçiləri seçki günü məntəqədə hay-küy salmağa çalışdılar. Burada söhbət milli demokratik düşərgənin nümayəndəsinə, milli insana hücumdan gedirdi. Bir müddət əvvəl demişdim ki, burada İranın şəbəkələri, Rusiyanın quraşdırdığı qurumlar və bəzi qurumlar milliyyətçi kəsimə qarşı mübarizə aparırlar. Əslində sözlərimi Jirinovski təsdiqlədi. O, açıq şəkildə dedi ki, milliyyətçi kəsimə qarşı fəaliyyət göstəririk. Bunu necə göstərirlər? Qurddan qorxan meşəyə getməz. Belə şeylər gözlənilən idi. Ona üzgünəm ki, bəzi dostlar bu məsələdə susdular. Bu məsələ fərdi deyildi axı. Milliyyətçi kəsim düşünürəm ki, bu məsələdə bir-birinə lazımi dəstəyi vermədi. Mən 2002-də həbsdən çıxıb, 2010-da deputat olmuşam. 8 il deputat olmadan mübarizə aparmışam. Ondan əvvəlki mübarizəm də göz önündədir. Azadlıq meydanından keçən insanam. Mütləq deputat olmaq əsas deyil. Təbii ki, kimsə desə ki, deputatlığa mandat sahibi olmamaq üçün namizəd olmuşdum, bu çox absurd bir şey olardı. Hər kəs istəyir ki, qalib gəlsin.

- Siyasi karyerasının ömrü səs yazısını yayan şəxsdən bütövlükdə çox olan bir təcrübəli siyasətçi üçün bu cür danışığa getmək, sizcə, normal idimi?

- Bunu kimsə siyasi səhv kimi qəbul edə bilər, bu da onun öz işidir. Bu subyektiv dəyərləndirmədir. Amma bunu yaşla əlaqələndirmək doğru deyil. Sizin yaşınız məndən azdır. Lakin siz bildiklərinizi bilirsiniz, bizim bilmədiyimiz bəzi şeyləri də bilə bilərsiniz. Cəmiyyət sizin kimi gəncləri dəyərləndirməyi bacarmalıdır. “Bizdən yaxşı bilən yoxdur” şüarı ilə gələcəyə doğru getmək olmaz. Bir daha deyim ki, həmin anda bizim Mehmanla münasibətimiz mövsümi idi. Bizim dairədə 30-a yaxın namizəd var. Siz Türkiyə və digər ölkələrdəki seçki modelindən xəbərsiz deyilsiniz. Yazılarınızda bunun şahidi çox oluruq. O ölkələrdəki seçkilərdə namizədlərin rəqiblərini tərəfdarına çevirməyə normal bir texnologiya kimi baxırlar. Bir dairədən bir nəfər keçir və qruplaşma, digər hallar normaldır. Seçkilərdən sonra bir şəxs bir partiyadan başqasına keçə bilər. Mənim rəqibimi tərəfdarıma çevirmək texnologiyam çox normal idi. Təklifim o idi ki, yanımda vəkilim kimi çıxış et.

""Bizdən yaxşı bilən yoxdur" şüarı ilə gələcəyə doğru getmək olmaz"

- O şəxs siz də yaxşı bilirdiniz ki, hakimiyyət daxilində isti qarşılanmırdı...

- Olsun. Biz bəzən insanları itələməkdən çox yanımıza çəkmək taktikasından istifadə etmirik. Həmin səs yazısında görürsünüz ki, məlum şəxsə deyirəm ki, gələcəkdə siyasi fəaliyyətində, davranışlarında müəyyən redaktələr etməlisən. Başqa bir namizəd-Ramazan bəylə də danışmışdım. O, tərəfdarım kimi təbliğatıma başlamışdı, yəni namizədliyini geri götürmüşdü. Kimsə birinin yanına gedib onun səsini yazırsa, buna nə deyə bilərik? Məkanıma kimisə çağırıramsa, onun üst-başını yoxlamalıyam? Bunu heç zaman etmərəm. Adama bir türk kişisinə yaraşan təklif etmişəm ki, gedərsən, xəstəliyin aşkar olunarsa, kömək edərəm. Bundan iyrənc üsulla mənə qarşı istifadə olundusa, kimsə yenə bunu səhv sayırsa, sadəcə, subyektiv yanaşma kimi qəbul edirəm.

- Sizə MSK xəbərdarlıq edəndə artıq hər şeyin sonu deyildimi?

- MSK-nın qərarı bir şey deyildi. Sadəcə, cəmiyyətdə çaşqınlıq yarandı. Mənə bu xəbərdarlıq olunmamalı idi. Seçkiyə 2-3 gün qalanda belə bir xəbərdarlıq olunursa, bunu aradan qaldırmaq çox çətinləşir. Yanlış qərar olduğunu özləri də bilməmiş deyillər.

- Sizin dairədən Etibar Əliyev seçildi. Bu şəxs barədə nə deyə bilərsiniz?

- Bu məsələlərə artıq münasibət bildirmək istəmirəm. O mərhələ mənim üçün keçib.

- Təkrar seçkilərdə namizəd olacağınızı açıqlamısınız.

- İstənilən partiya seçkilərə köklənməlidir. Hər bir partiyanın hakimiyyətə gəlmək yolu seçkilərdən keçir. Bunun başqa bir yolunu görmürük, qəbul da etmirik. Böyük ehtimalla ləğv olunan dairələrdə iştirak edəcəyik. Fikirlərimiz hələlik qətiləşməyib. Partiya strukturlarında bunu müzakirə edəcəyik.

- Namizəd olacağınız dairəni, hər halda, müəyyən etmisiniz...

- Xeyr. Bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki ləğv edilən dairələrin yerləşdiyi rayonlarda partiya şöbələrimiz kifayət qədər güclüdür. Ona görə bizə çətin deyil.

- Fərəc Quliyev Bakıdan, yoxsa rayonlardan seçkilərə qatılacaq?

- Dediyim kimi, hələlik bu barədə bir fikrim yoxdur.

Harda qalmısınız, kəlbəcərlilər?
İtaliya total karantin rejimindən çıxmağın yolunu axtarır...
Məşhur aktyor koronavirusdan öldü...
Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır? - MARAQLI
Yapon elm adamlarından qorxuducu iddia: "Virus havada qala bilər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Qarabağ parlamenti"ndə kimlər təmsil olundu?
Gündəm
“Onların internetə çıxışları var, amma vicdanlarına çıxışları yoxdur”
Maraqlı
101 yaşlı qadın koronavirusa qalib gəldi...
Şou-biznes
"Tezliklə haqq-ədalət yerini tutacaq..."
Maraqlı
Xəbərdarlıq: Koronavirus haqqında 1 Aprel zarafatı həbslə bitə bilər...
Yazar
İlham İsmayıl
Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası...
Sultan Laçın
“Pulunu al – evdə qal!."
Həftənin ən çox oxunanları
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
Koronavirusdan ölən Diləyin sosial media paylaşımı təhlükəni gözlər önünə sərdi - FOTOLAR
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Türk professor: “Virusa hamı yoluxacaq”
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
“Pulunu al – evdə qal!."
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247