Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər əsnasında prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirdiyi bəyanatlar həm qardaş dövlətdə, həm də ölkəmizdə böyük məmnunluqla qarşılanıb.
Moderator.az xəbər verir ki, Türkiyə prezidentinin Bakı səfəri, xüsusilə də Qarabağla bağlı verdiyi açıqlama Ermənistanda ciddi təşvişə və narahatlığa səbəb olub. Belə ki, Qarabağ probleminin sadəcə Azərbaycanın deyil, həm də Türkiyənin məsələsi olduğuna diqqət çəkən Ərdoğanın, bundan sonra da haqq işində Azərbaycana dəstək verəcəklərini bildirməsi, Ermənistanda əməlli-başlı narahatlığa yol açıb. Ərdoğanı Azərbaycana verdiyi bu dəstəyə görə qınayan, onu “ədalətsiz mövqe” ortaya qoymaqda ittiham edən erməni mediası, Türkiyə prezidentini mütəmadi şəkildə şəkildə tənqid etməkdədir. Hansı ki, Ərdoğanı hədəf alan bu tənqidlərin hər birində erməni hökuməti və ictimaiyyətinin iliyinə hopan qorxu və təşvişi hiss etmək mümkündür.
Görünür, Ermənistan türk ordusunun İraqda, Suriyada terrorçulara tutduğu divanı, günlərin bir günü Qarabağda onların başına gətirəcəyindən narahatdır. Lakin Ermənistanın narahatlığı üçün heç bir əsas yoxdur. Çünki Suriyadakı terrorçu ilə Qarabağdakı terrorçunun eyni aqibəti yaşaması üçün türk ordusunun Qarabağa müdaxiləsinə ehtiyac yoxdur. Qarabağı azad edəcək, bu torpaqları erməni terrorçularının cəsədi ilə “bəzəyəcək” ordu bəllidir və bu, qüdrətli Azərbaycan ordusudur. 2016-cı ilin aprel döyüşlərində tarix yazan, bizə qələbə və uğur sevinci yaşadan Azərbaycan Ordusu!
Seymur ƏLİYEV