"Mən Nəsiminin qəlbindəkilərdən xəbərdaram!"
Oxunub: 1321
27 Feb 2020 | 10:56
“Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, 
Bu quş dilidir,bunu Suleyman bilir ancaq"

(Seyyid İmadəddin Nəsimi)

İmaddədin Nəsimi yazmışdı.

Adı indi dünya kitabxanalırında qızıl kitablarda qorunub saxlanan, imzası ilə olan qəzəlləri, qəsidələri, divanları , sözləri “Seyyid Omer İmaddedin Nesimija, iz sela Nesim kod Bagdada” və digər qriflərlə yazılan sufi, hürufi, rufai, kadiri, xəlvəti, nəqşibəndi şairimiz Seyyid İmaddədin Nəsimi...

Haqqı tanıyıb, “Ənəlhəqq” deyən şairin sözləri quş kimi qanad açıb özündən əvvəl getdiyi yurdlara, ocaqlara, ölkəlrə, minarələrə, mədrəsələrə, kilsələrə qondu... Dərvişlər, imamlar, padşahlar oxudular, zahidlər, ruhanilər qorxdular. Şirvandan hicrət etdi, Azərbaycan torpaqlarını, Bayat ellərini gəzdi, Sultan Vurğunla görüşdü. Sultan Vurğun dedi ki, getmə bu yolu... Mən sonunda qan görürəm. Nəsimi haqq aşiqi idi. Tanrıdan başqa kimin sözünün dinləyəcəkdi ki?! Sözü yayılan ellərə getdi... Təbriz, Konya, Hələb, Bağdad... Harada oldusa, Sözünü sevənlər işığına yığışdılar. Məqamına, görüşünə yetişə bilməyənlər Sözünü alıb dərvişlərə ötürdülər, dərviş muğamlarında dünyaya səpələdilər...

Sonra Sultan Vurğuna biət etmədiyinin cəzasını çəkdi... Dərisini soydular... Özü də dabanından bir parça... Xalqını sevənin, haqqı danışanın taleyi hər zaman belə yazıldı. Bu fani dünyadan o da köç etdi, getdi...

Özü getdi sözü qaldı... Türkiyədə gəzdiyi küçələrdə, tarixin daş yollarında izi qaldı. Onu unutmadılar. Fateh Sultan Mehmetin elçiləri Saray Bosnanı tikib-qurmağa başlamazdan əvvəl bu yerlərə Nəsiminin qəzəlləri ilə gəldilər İslamı yayan müridlər. Bosniyanın Osmanlı sultanı tərəfindən təyin edilmiş sancaq bəyi Qazi Xosrov bəy 1537-ci ildə bu müqəddəs məkanda Kitabxana yaratdı. Əsil dövlət xadimləri yaxşı bilirlər ki, bir dövlətin əsasını həm də onun kitabxanası təməlləşdirir. Nəsiminin dillərdə, əllərdə gəzən qəzəllərini, rübailərini, risalələrini, divanlarını da bu kitabxanaya topladı. Təkcə Nəsimininmi? Əsla!!! Nizami Gəncəvinin, Məhəmməd Yəhya Şirvaninin, Yunis Əmrənin, Füzulinin... daha kimlər, kimlər... O BÖYÜKLƏR ki, türk-müsəlman tarxinə işıq idilər. O işıq bu günə qədər Türk dünyasını nurlandırır.

O nur ki, bu günlərdə bizim yolumuza da düşdü. O işığın haləsindən tutub . Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun “Şərq-İslam incəsənəti araşdırmaları” şöbəsinin türk dili və ədəbiyyatının müdiri doktor Amina xanım Şilyak-Yesenkoviçlə görüşdük.

Sevgili qonağı gələndə lap elə azərbaycanlılarımız kimi sevinən bir boşnak gözəli! Buradakı insanlar da doğmalarını görəndə eynilə bizim kimi qucaqlaşıb, görüşürlər. Görüşüb, əhvalımızdan xəbərdar olduq. Məqsədimi bilirdi.

Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyi məramımı onlara ərz etmişdi.

Sual verməyimi də gözləmədi. Təmiz türk dilində və türk şivəsində Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmalarından bəhs etdi:

-Bizim universitetin arxivində qızıl fondda saxlanılan 5263 əlyazması, 178 fərman və fərat, 66 hökm və ittihamnamə, 200 minə qədər də digər əlyazmaları arxivi vardır. Bu əldə qalanlardır. Yandırılan və məhv edilənlərdən xəbərimiz yoxdur. 1995-ci ildə savaşın əvvəllərində düşmənlərimizin ilk hədəfi Şərq kitabxanası idi. Buraya atılan mərmilər kitabxanamıza od saldı. Onlar boşnakların, boşnak müsəlmanlarının mədəni tarixini yox etmək istəyirdilər. Çünki bu hesab-kitab dəftərlərində torpaqların kimə aid olduğu, kimin nə zaman kimə hansı vergi ödədiyi belə yazılıb. Bu xəzinəmiz yox olardısa, demək tariximiz, bu tarixləri sübuta yetirən sənədlərimiz yandırılacaqdı, yox ediləcəkdi. Müdriklərimiz vaxtlı tərpənib, kitabxanamızın böyük bir hissəsini xəlvətə köçürə bilmişdi. Onsuz da Osmanlı dövləti öz qüdrətini itirəndən sonra, o böyük Qazi Xosrov bəy kitabxanasından o qədər əsərlərimiz getdi, yandırıldı, bilə-bilə yox edildi, satıldı ki... Lakin bu əldə qalanlarımızla da özümüzü varlı hesab edirik.

- Amina xanım türk dilini belə gözəl şəkildə necə qoruyub saxladınız?

- Mən orta təhsilimi , ali təhsilimi, akademik təhsilimi—bunların hamısını doğma yurdumda almışam. Vətənimdən kənara çıxmamışam. Bu gözəl türk dilinin ədəbiyyatını öyrənmək üçün başqa ölkəyə getmək fikrim olmadı. Əcdadlarım Mostarlı Hasan Ziyayi XVI yüzil şairi öz əsrində doğulduğu bölgədən bir yerə getməyib, Osmanlı “Divan” şerini bizim Osmanlı türkçəsi ilə yazıb. Hasan Kayini Baba da Saray Bosnadan çıxmadan, Zornaya sürgün olunana qədər yenə ən mükəmməl əsərlərini , mükəmməl şerlərini Osmanlı türkcəsində yazıb. Əgər o böyük ərənlər türkcəni belə ciddi bir ədəbiyyat yaza biləcək qədər öyrənmişdilərsə, mən də həmin türkcəni XXI əsrdə bu şəkildə danışa bilməliyəm. Bu mənim şərəf borcumdur.

- “Amina xatun ol Muhəmməd annesi,Ol sədəfdən doğdu oğul durdanəsi”- beytini Süleyman Çələbi yazmışdı. İndi onun təbirincə mən də sizə deyirəm ki: “Ey Şərqin Dürdanəsi Amina xanım”, Nəsimini nə zaman tanıdınız? Nə zaman kəşf etdiniz?

- Ailəmizdə aldığım tərbiyəyə, təhsilə rəğmən sehirli Şərq ədəbiyyatının sirrlərinə vaqif olunca, dini mədəniyyət və yaşam tərzi ilə də maraqlanmağa başladım. Mostarda evimizin yanxınlığında Alpərənlər təkkəsi deyilən qədim bir məkan var idi. Özümü tanımağa başlayandan orada dərvişlərin, şairlərin, imamların zikr etdiyini görmüş, azan səsi , şer və qəzəllər eşitmişdim. Kadirilərin mərkəzi sayılan Haci Sinan Təkkəsindən gələn ilahi səslər məni də öz ağuşuna çəkməyə başlamışdı. Buraya gəlib dərviş Mustafanın oxuduqlarını , zikrlərini dinləyirdim.

Dinlədikcə ruhuma bir rahatlıq gəlirdi. 1980-lərin əvvəllərində artıq Şərq ədəbiyyatı üzrə təhsil alırdım. Gəlib onu dinlədikcə , oxuduğu zikr və qəzəllərində yanlışlar var, ya sözləri təhrif edirdi, ya da ki, mənasını tam anlamırdı. Çünki bu qəzəllər Bosniyaya Fateh Sultan Mehmet zamanından daxil olmuşdu. Ağzıdan-ağıza, dildən-dilə ötürülərək, yaddaşlara yazılmışdı. Günlərin bir günü təkkədə gəzdiyim zaman Qazi Xosrov bəy Kitabxanasının əlyazmalar bölümündə çalışan Feyzullah Əfəndi Hacıbayriçi gördüm. O məni təkkənin imam otağına dəvət etdi. Bu zaman köməkçilərindən biri ona “Şeyx əfəndi, o bir bayandır...”- deyə irad bildirdi. Feyzullah Əfəndi: “Rahatsız olan çıxsın, buyur gəl Amina xanım”- deyərək məni otağına çağırdı. Mən dərvişin qəzəllərindəki yanlışlıqlardan danışdım. Dedim ki, Dərvişin oxuduqlarını toplayıb, doğru variantlarını tapmaq istəyirəm. Şeyx Fəzlullah əfəndi bu təklifimə çox sevindi. Bu qəzəllərdən birinin Nəsiminin olduğunu öyrəndim. Qazi Xosrov bəy kitabxanasında onun qəzəllərini tapdım. Və onlardan birini boşnak dilinə də çevirdim. Seyyid Nəsimini daha çox öyrənməyə çalışdım. Öyrəndikcə Yunis Əmrə, Məhəmməd Füzuli, Əlişir Nəvai , Süleyman Çələbi və Namik Çələbi dilini (yəni qəzəllərini ) öyrəndim. Və bu bilgilərimi zaman-zaman tələbələrimə də ötürdüm. Qarşıma məqsəd qoydum ki, tələbələrimə təkcə “failətun, failətun, failun”u deyil, həm də bu Şərq ədəbiyyatındakı mədəniyyəti, dərinliyi, fəlsəfəni, klassik şairlərin həyatını və könül titrəyişlərini öyrətməliyəm. Bu şerlərin alt qatı öyrənilməlidir.

- Seyyid İmaddədin Nəsiminin 650 illik yubileyi münasibəti ilə şerlərini tərcümə edənlərdən biri də siz oldunuz.

-Bizim Şərqşünaslıq İnstitutu artıq bir neçə ildir ki, Azərbaycanın Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyi ilə sıx əməkdaşlıq edir. Ötən il AMEA M.Füzuli adına Dilçilk İnstitutunun dosenti Əkrəm Bağırov 1 ay boyunca bizimlə birlikdə çalışdı. Buradakı arxivlərdən Azərbaycanın klassik şairlərinin əsərlərini tapdı. Onların arasında İmadəddin Nəsimi də var idi. Günlərin bir günü çox hörmət bəslədiyim, sayın Samir Məlikli mənə telefon açaraq, Nəsiminin şerlərini tərcümə etməyi təklif etdi. Çox sevindim. Lakin fikirləşdim ki, mən tərcümə edərəm, bəs görəsən Nəsimi məni özünə yaxın buraxacaqmı? Buna haqqım çatarmı? Hər şeydən əvvəl Nəsimidən izn almağım gərək idi. Bir neçə gündən sonra Samir bəylə görüşdüm. Və ona dedim: “Mənə zaman verin, Nəsimidən izn alım...”. Samir bəy cavabımdan təccübləndi. Onun bu çaşqınlığını görüb: “Nəsimidən izn almalıyam. Əgər Nəsiminin kəndisi önümdə açılırsa, mən tərcüməsini edəcəm. Sözləri tərcümə edərəm, cümlə də qura bilərəm. Lakin sirrini mənə verməsə bir iş görə bilməyəcəm.”- dedim.

Bir müddər sonra Samir bəyə telefon açıb :”Əfəndim, Nəsimi babam iznini verdi, buyurun gəlin!”- dedim. Siz Samir Məliklinin həmin gün mənim otağıma gəldiyini görsəydiniz... Sevincindən gözləri alovlanmışdı. Əkrəm Bağırovla birlikdə mənə

Nəsiminin 80 qəzəlini təqdim etdilər. Qəzəl və qəsidələri 20 olmaqla dörd əməkdaş arasında böldük. Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun professor Adnan Kadriç, , fəlsəfə fakültəsinin professoru xanım Alena Çatoviç , professor doctor Elvir Musiçlə birlikdə başladıq. Mən Quran hafizi deyiləm. Nəsimini oxuduqca, onun sətirlərinin və sözlərinin məni Qurana çəkdiyini gördüm. Quranı gözəl bilən dostlarımız köməyimizə gəldi. Bir də bir əbcəd hesabı aparıb gördük ki, Nəsimi varlığı 85 rəqəmini istəyir. Beləcə Nəsimi 85 rəqəmində bizə gəldi.

-Sufi Nəsimi, dərviş Nəsimi, ənəlhəqq Nəsimi sizə nə öyrətdi?

- Madam ki, bizim əcdadlarımız təkkələrində Nəsimin şerlərii oxuyurdular, xəlvətə çəkilirdilər, demək Nəsimini öyrənmək ortaq mədəniyyətimizə sahiblikdir, hörmətdir. Bundan başqa dostlarım Yunis Əmrə, Niyazi Misri də var... Boşnak dilinə onlardan etdiyim tərcümələrim də yaxınlarda hazır olacaq. İnşallah o biri dünyada da dostlarım o sufilərlə, ərənlərlə eyni məclisdə qarşılaşmaq nəsibim olar.

-Amina xanım, əlbəttə fəlsəfəniz çox ibrətamizdir. 

-Buradakı həyatımız bir sınaqdır, keçici ömürdür. Tanrı dərgahında yaşayanlar Nəsimidir, Yunis Əmrədəir, Füzulidir, daha kimlər və bizə dost olanlardır.

- Aida xanım, bizim inancımıza görə onlar vəliyullahdır - ərənlər ölməzdir. 

-Həzrəti Yunisin bir şeri var: “Aşiqlər ölməz, ölən heyvandır”. Madam ki, onlar Allahın dostlarıdır. Ona görə də haqq edəriksə, inşallah onlarla dost ola bilərik. O ali məqamda var olanlar mənə bu təsəvvüf ədəbiyyatını sevdirdi. Həm özümü tanımağım, həm də işimi görmək üçün yardımçı oldu. Özünü tanımasan, özünü inkişaf etdirib, sufiləşməsən, bu ədəbiyyatı qazana bilməyəcəksən. Bu ədəbiyyatı öyrənmək üçün şairin qəlbindəkini bilməlisən. Mən Nəsiminin qəlbindəkilərdən xəbərdaram!!!

Aida Eyvazlı,
Sarayevo. 27.02.20.

Bu melamet hırkasını (İ.Nəsimi)
(boşnakca tərcümə: Amina Şilyak-Yesenkoviç)

Ovu hrku melamijsku

Ovu hrku melamijsku

Sam sam na se odjenuo

Flašu srama i ponosa

Koga briga, razlupao.

Nekad idem do medrese

Da o Hakku podučim se

Nekad idem do mejhane,

Koga briga, provodim se.

Nekad na nebesa letim

Da sv’jet otud ja osjerim

Nekad na zemlju se spustim

Koga briga, kad Hu velim.

Askete rekle „haram je“

Što aška piće ispijem

Ja pijem što Dragi ulije

Kog' briga za moje grijehe je

Ako pitaš Nesimije

Da li s Dragim dobar je

Bio dobar il’ ne bio,

Koga briga, On moj je.

*******

Bu melamet hırkasını

Kendüm takdüm boynuma

Âr-u namus şişesini

Taşa çaldum kime ne (Allah)

Gâh giderem medreseye

Ders okurum Hak içün

Gâh giderem meyhâneye

Dem sürerem kime ne. (Allah)

Gâh çıkaram gök yüzine

Seyr iderem âleme

Gâh inerem yer yüzüne

Hû çekerem kime ne. (Allah)

Sûfîler haram dimişler

Aşkımın şarâbına

Yar döldürür ben içerem

Günah benüm kime ne. (Allah)

Nesimi’ye sorar isen

Sen Yârunla hoş mısın

Hoş olayım olmıyayım

Yar benümdür, kime ne.
Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ