"Xocalıdan vertolyotla sakinlər əvəzinə,  “Jiquli”lərini çıxarmağa qoymadığım şəxslər məni şərləməyə çalışdı...”
Oxunub: 4942
27 Feb 2020 | 15:51
Moderator.az-ın ötən il təqdim etdiyi 1992-ci ilin payızında  Milli Məclisin iclaslarında müzakirə olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat-istintaq komissiyasının RƏYİ”ndə Xocalı rayonunun işğaldan öncəki sonuncu rəisi Sabir Məmmədovla bağlı  bir neçə cümləlik diqqətəlayiq bir epizod da diqqətimizi çəkdi.  

Guya  faciədən hələ 12 gün öncə- fevralın 13-də  “Xocalıdan uçan axırıncı vertolyot reysi ilə Xocalı Rayon Daxili İşlər Şöbəsinin rəisi Sabir Məmmədov da uçub gedib”.  Və hətta  “rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən biri (İlham adlı)”  onun qabağını kəsib silah gücünə”  də saxlaya bilməyib...
 
Faciədən öncəki sonuncu polis rəisi: "Xocalıdan uçan vertolyota nə üçün mindiyimə Elman Məmmədov da şahiddir...”

Moderator.az əməkdaşı Xocalı rayonunun işğaldan öncəki sonuncu polis rəisi olmuş, istefada olan polis mayoru Sabir Məmmədovla əlaqə saxlayaraq sözügedən mövzuda suallara cavab alıb. Sabiq rəis haqqında deyilənləri böhtan adlandırıb və bildirib ki, onun Xocalıda sözügedən vertolyota hansı məqsədlə mindiyinə orada olmuş Xocalı Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Elman Məmmədov da şahiddir. 
“Elman Məmmədovla razılaşmamıza görə, o, Xocalıda qaldı,  mən isə fevralın 13-də vertoyotla Gəncəyə  aparılan 300-dək  dinc sakini müşayiət etməli oldum. O məqamda mənim guya Əlif Hacıyevin hansısa döyüşçüsü ilə o mövzuda mübahisəm-filan da olmayıb...  Sonrakı günlər isə Ağdam və Gəncədə Xocalıya yenə də vertolyot göndərilməsi üçün çalışdım. Lakin elə alındı ki,  fevralın 23-də  Gəncə aeroportunda rastlaşdığım  rəhmətlik Əlif Hacıyevlə sözləşdiyimiz kimi, Xocalıya uçan sonuncu vertolyota çatdırıb minə bilmədim. Çünki ruslar nədənsə vədələşdiyimiz vaxtdan bir az tez uçmuş və Əlif də məni gözləmədən onlarla bərabər getməyə məcbur olmuşdu. Və təəssüf ki, o zaman  hərbi və yük vertolyotları  Rusiyanın Zaqafqaziya Hərbi Dairəsinin tabeliyində olduğundan sonrakl günlər hərbi komandanlıq  pilotlara yenidən Xocalıya uçmağa icazə vermədi. Həmin vaxt avtomobil yolu ilə də Xocalıya qayıtmaq mümkün deyildi. Ona görə də mən Ağdamda qalmağa məcbur oldum...”-deyə sabiq polis rəisi bildirib.


Polkovnik Sabir Məmmədovun sözlərinə görə, onun deputat-istintaq materiallarında adının guya “Xocalını qoyub qaçan rəis” kimi hallanmasının əsl səbəbi başqadır.


“Məni Xocalıdan öz şəxsi avtomobillərini və qarət etdikləri yükləri dinc sakinləri daşımalı olan vertolyotla çıxarmaqlarını bildiyim və  bunu sonradan  davam etdirmələrinə  yol vermədiyim bir neçə şəxs illərdir ki, öz yüksək vəzifəli qohumları vasitəsilə şərləməyə çalışır. Lakin buna nail ola bilmirlər.  Hələlik onların adlarını bir daha çəkməyə ehtiyac görmürəm. Çünki  ötən illərdə “Tarixi saxtalaşdırmaq cinayətdir” adı ilə bir neçə dəfə çap edilmiş kitablarımda Xocalıda baş verənlər, eləcə də bəhs etdiyim şəxslər barəsində ətraflı yazmışam. Buna cavab olaraq heç biri səsini çıxarmayıb. Üstəlik, şahidlərin hamısı ölməyib, lazım gəlsə, onlar da danışacaqlar...”  

“Həmin üzdəniraq Xocalı “qəhrəman”ları şəhərin müdafiəsində və dinc sakinlərin oradan çıxarılması zamanı düşmənlə qəhrəmancasına döyüşərək həlak olmuş bir igidin qohumları olduğundan onların adını bir daha hallandırmağa dilim gəlmir” -deyən polkovnik  Xocalı aeroportunda digər döyüşçü və sakinlərin də şahidi olduğu Azərbaycan kişisi, övladı üçün  utancverici bir olaydan bəhs edib.

“Təsəvvür edin ki, Xocalı aylardır mühasirədədir. Uşaqlar, qadınlar, qocalar ağır vəziyyətdə, təhlükə altındadır. Yuxarıdan da heç bir kömək gəlmir. Artıq Xocalıya güclü hücum olacağı barədə əhali arasında söz-söhbət dolaşırdı. Və belə bir gərgin vaxtda  ən ümdə vəzifə dinc əhalini mühasirədən çıxarmaq idi. Bu haqda yuxarıdan göstəriş də almışdıq...  
Xocalı hava llimanına növbəti vertolyot enmişdi... Gərginlik yaşanr, hamı vertolyota doluşub çıxmağa çalışırdı. Belə ağır bir məqamda bəhs etdiyim, yaxın münasibətim, böyük hörmətim olan qəhrəmanın qardaşının “Jiquli” avtomobilindən düşdüyünü gördüm.  Düzü, əvvəlcə hesab elədim ki, o da  arvad-uşağı, əlsiz-ayaqsızları yola salmağa kömək məqsədilə gəlib.  Amma az sonra gördüm ki, yox, o, maşınından  xalça və digər qiymətli ev əşyalarını boşaldır. Elə bu dəmdə Xocalı sakini  Məhluqə Kazımova həmin şəxsin üstünə yeriyib nə üçün onun ev əşyalarını – antikvar, qiymətli hesab edilən xalça və samovarlarını oğurladığını soruşdu. Buna cavab olaraq qarətçi əlindəki avtomatın qundağıyla zavallı qadının kürəyinə  dalbadal iki dəfə zərbə endirdi. Məhluqə xala üzü üstə yerə sərildi... Ermənilərlərlə döyüş şəraitində olduğumuzdan həmin şəxs haqqında ciddi tədbir görmədim. Sadəcə, onu sərt tənbeh edərək  başqasının əmlakını oğurlamağın və insana, özü də qadına xəsarət yetirməyin  cinayət və  ağır günah olduğunu xatırlatdım...  

Artıq Xocalı da, Ağdam da və s. işğal olunduqdan sonra tale elə gətirdi ki, həmin şəxsin yüksək vəzifəli qohumunun qərəzkarlığı sayəsində tutduğum vəzifələrdən çıxarıldım. Azərbaycan qadınını avtomatın qundağıyla vuran  həmin Xocalı qarətçisi    isə elə bəhs etdiyim qohumunun köməyi ilə Bakı rayonlarından birində polis rəisi işləməyə başladı. Və bundan sonra barəmdə  şər-şəbədələr danışmağa, istintaqa qərəzli, böhtan dolu  məlumatlar verməyə girişdi. Hətta rəis olduğu rayon polis idarəsində işləyən oğlumu da heç bir əsas olmadan  işdən azad etdi...”- keçmiş rəis belə deyib.

Polis mayoru Sabir Məmmədov bəhs edilən olaydan öncə adı çəkilən şəxslə yaxın qohumluğu olan digər iki nəfərin də öz avtomobil və şəxsi əşyalarını vertolyot varsitəsilə Xocalıdan çıxarması haqda danışdı. 


“Xocalı şəhəri üzrə sahə müvəkkili olan Tahir Vəliyev bir gün mənə məlumat verdi ki,  şəhərdə mühüm vəzifələrdən  birini tutan şəxslərdən birinin kürəkəninin “06” “Jiquli”sini vertolyotla Ağdama  yollamasının şahidi olub... Təbii ki, erməni mühasirəsində olduğumuzdan o vaxt bu faktı araşdırıb o məxluqu cəzalandırmaq mümkün olmadı. Ancaq bu, fakt idi... Həmin şəxs də artıq işğaldan sonra Bakıda işləyərkən, Xocalı faciəsinin istintaqı gedərkən mənim onun əməlləri barədə prokurorluğa məlumat verəcəyimdən ehtiyatlanaraq barəmdə qərəzli  ifadələr verməyə, şər-böhtan yaymağa başladı. Lakin o, bununla heç nəyə nail ola bilmədi,  mən isə onun haqqında heç bir ifadə vermədim... 

Fəqət, qeyd etdiyim qarətçi, xalqı, Qarabağı, torpaqlarımızın  işğaldan müdafiəsini, azad olunmasını deyil, yalnız öz şəxsi, ailə, tayfa mənfəətlərinin düşünən məxluqlar bu günədək mənə və ailəmə qarşı qərəzli münasibətlərini davam etdirirlər... 
İndi qoy dəyərli oxucular da düşünsün...  O vaxt Xocalıda mühüm vəzifədə işləyən  bəhs edilən şəxslərdən biri tutduğu vəzifədən sui-istifadə edərək qohumunun  “06” “Jiquli”si əvəzinə, Ağdama göndərdiyi vertolyotla  300 nəfər şəhər əhalisini çıxarsaydı, o halda bəlkə də 613 yox, uzağı, 313  Xocalı sakini şəhid olardı. Nə yazıqlar ki, belələri öz şəxsi əmlaklarını, avtomobil və mal-qaralarını, qarət etdikləri xalça və samovarları Xocalı əhalisindən, hətta öz qohum-əqərəbalarından da belə üstün tutdular.  Buna nə ad verəsən? İşğalçı, terrorçu ermənilərin Azərbaycan xalqına, dövlətçiliyinə vurduqları zərbələrlə bunların etdiklərinin fərqi nə qədərdir?..”- deyə sabiq rəis təəssüf hissi ilə açıqlamasını tamamlayıb.

Sultan Laçın



 



Oxşar xəbərlər
22:14, Bu gün
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
22:12, Bu gün
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
22:05, Bu gün
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
22:01, Bu gün
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
21:57, Bu gün
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
21:54, Bu gün
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
21:43, Bu gün
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
21:42, Bu gün
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
21:41, Bu gün
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
21:40, Bu gün
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
21:22, Bu gün
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
21:21, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub
21:12, Bu gün
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
21:09, Bu gün
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
21:07, Bu gün
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
20:56, Bu gün
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
20:47, Bu gün
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
20:45, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
20:42, Bu gün
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
20:38, Bu gün
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
20:32, Bu gün
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
20:30, Bu gün
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
20:25, Bu gün
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
20:20, Bu gün
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
20:14, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
20:08, Bu gün
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
20:05, Bu gün
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
20:02, Bu gün
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:59, Bu gün
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
19:54, Bu gün
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
19:51, Bu gün
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
19:48, Bu gün
Əskiparaya gedən yol açıldı - VİDEO
19:45, Bu gün
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
19:43, Bu gün
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
19:40, Bu gün
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
19:37, Bu gün
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:30, Bu gün
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
19:24, Bu gün
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
19:21, Bu gün
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
19:19, Bu gün
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
19:17, Bu gün
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
19:09, Bu gün
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
18:58, Bu gün
Krım körpüsü bağlanıb
18:54, Bu gün
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
18:48, Bu gün
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
18:42, Bu gün
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
18:37, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
18:33, Bu gün
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:03, Bu gün
"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO