ABŞ hərbi hava qüvvələri yaxın gələckdə dünya hərb tarixində maraqlı bir yeniliyə imza atacaq.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə tipli uçan avtomobillərlə bağlı tədqiqatları davam etdirən amerikalı mütəxəssislər, bunun özünəməxsus üstünlüyə malik olduğu qənaətindədir. Ekspertlər hesab edir ki, bir çox hallarda az miqdarda silah, yemək və s. hərbi təchizat məhsullarının daşınması ilə bağlı ehtiyaclar gündəmə gəlir ki, buna görə nəhəng təyyarələrin yüklənməsi böyük zaman və maddi itkilərə səbəb olur. Bu zaman daha çevik olan uçan avtomobillərdən istifadə hər baxımdan daha faydalı hesab edilir.
Uçan avtomobillərin hazırlanmasına dövlət qurumları ilə birlikdə bir sıra özəl şirkətlərin də cəlb edildiyi bildirilir. Mütəxəssislər hesab edir ki, 2020-ci ilin sonuna qədər bu sahədə aparılan tədqiqatlar, uçan maşınların orduda tətbiqi imkanları ilə bağlı daha aydın mənzərənin formalaşmasına səbəb olacaq.
Seymur ƏLİYEV