Xəbər verdiyimiz kimi, bundan sonra Azərbaycanda vəzifəli şəxslər maliyyə xarakterli məlumatlar təqdim edəcək. Ölkə başçısının bununla bağlı imzaladığı müvafiq sərəncama görə, prosesəs nəzarət Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə həvalə olunub.
Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar verməsi məmurların fəaliyyəti, maddi durumu ilə bağlı mövcud mənzərənin nisbətən də olsa şəffaflığı təmin edə bilərmi?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məlum sərəncamı alqışlasa da, buna ciddi şəkildə nəzarətin zəruriliyini vurğuladı:
“Bu, çox təqdirəlayiq bir sərəncamdır. Bu, gəlirlərin deklorasiyası ilə bağlı bir addımdır. Əslində bununla prezident gəlir deklorasuyasının tətbiqini tələb edir. Insanlar öz gəlir və xərcləri haqqında hesabat verməlidir. Bu, cinayət yolu ilə, qanunsuz yolla əldə edilən gəlirlərin aşkar edilməsi baxımından faydalı bir addımdır. Mən bu sərəncamı alqışlayıram. Hesab edirəm ki, korrupsiyaya qarşı ən ciddi mübarizə vasitəsi budur. Lakin yaxşı olardı ki, bunun icrası Nazirlər Kabinetinə deyil, reputasiyası daha yüksək olan bir quruma həvalə edilərdi.
Bu sərəncamın icrasına ciddi nəzarət olduqca vacibdir. Çünki belə bir nəzarət olmazsa, o zaman özlüyündə bu sərəncam heç bir fayda verməyəcək. Necə ki, Heydər Əliyevin dönəmində Bakıdakı villaların kimə məxsusluğu ilə bağlı araşdırma elə adamlara həvalə olundu ki, ortada heç bir nəticə olmadı. Əksinə, villaların sayı artmaqda davam etdi”.
Seymur ƏLİYEV