Artıq bəlli bir müddətdir ki, koronavirusdən əziyyət çəkən, faktiki olaraq bu xəstəliklə mübarizədə çarəsiz görünən Çinə daha bir zərbə ABŞ-dan gəlib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 17-də ABŞ-a məxsus hərbi təyyarələrdən biri okean üzərində uçuş həyata keçirən zaman, onun Çin hərbi gəmisindən lazer vasitəsi ilə izləndiyini müəyyən edilib. Adi gözlə görünməyən, fəqət sensor vasitəsi ilə müəyyən edilən lazer izləməsinin aşkarlanmasından dərhal sonra Çin gəmisindəki izləmə cihazları ABŞ hərbi dənzi qüvvələri tərəfindən sıradan çıxarılıb. Çinin ABŞ hərbi təyyarəsini bu şəkildə izləməsini təhlükəli və hərbi etikaya zidd bir hərəkət kimi dəyərləndirən Amerikanın hərbi dəniz qüvvələri yanlış addım atmadıqlarını, beynəlxalq qanunlara uyğun şəkildə davrandıqlarını bildirib.
Xatırladaq ki, Çin, ABŞ və Rusiya ordularında lazer izləmə cihazları və lazer silahlarının olduğu ilə bağlı dünya mediasıdna zaman-zaman müxtəlif informasiyalar yer almaqdadır.
Seymur ƏLİYEV