Suriya səmasında uçuşlar həyata keçirən və Əsəd rejiminə dəstək verən Rusiya SQ-nə aid olduğu ehtimal edilən helekopterin türk ordusu tərəfindən vurulmasını əks etdirən video görüntü media və sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Moderator.az xəbər verir ki, Suriyada getdikcə ciddi itkilər verməyə başlayan və bir sıra şəhərləri tərk etmək məcburiyyəti ilə üzləşən Rusiya, daha ciddi bir problemlə üz-üzə qalaq bilər. Belə ki, Suriyada faktiki olaraq Rusiya ilə açıq qarşıdurma şəraitində olan Türkiyənin Bosfor və Dardanel boğazlarının bağlaya biləcəyi ehtimalı Moskvada ciddi narahatlığa səbəb olmaqdadır.
Rusiyalı hərbi-siyasi ekspertlərin “böyük təhlükə” kimi dəyərləndirkləri bu ehtimalın reallaşıb-reallaşmayacağını hələ bəlli olmasa da, rus mediasında bu təhlükənin mümkün nəticələri ilə bağlı çoxsaylı yazılar yer almaqdadır. Məlum ehtimala aydınlıq gətirmək üçün
Türkiyənin Rusiyadakı səfirliyinə sorğu da təqdim edilib. Lakin Rusiya mediası adından daxil olan sorğuya bu ölkədəki türk səfirliyinin hələ də cavab verməməsi, rusların narahatlığını bir qədər də artmasına səbəb olub.
Rusiya mediası xatırladır ki, 1936-cı il qanununa əsasən Türkiyənin “qaçılmaz hərbi təhlükə altında” olduğu zaman boğazları bağlamaq hüququ var. Hansı ki, Türkiyənin bu hüquqdan istifadəsi Rusiya üçün ciddi problemlər deməkdir.
Seymur ƏLİYEV