Son aylar rəsmi İrəvanın ciddi siyasi böhran yaşadığı heç kimə sirr deyil. Əslində ağır maliyyə-iqtisadi böhran fonunda iri ranqlı məmurlar, xüsusilə də Qarabağ klanı ilə mübarizədə böyük problemlərlə üzləşən, siyasi-diplomatik müstəvidəki hər qarşıdurmada Azərbaycana məğlub olan Ermənistann baş naziri Nikol Paşinyan da zaman-zaman öz çarəsizliyini etiraf etməkdədir.
Moderator.az xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə ermənilərin özü tərəfindən yayılan bir foto Paşinyan rejiminin acınacaqlı durumu baxımından marağa səbəb olub.
Paşinyan və hökumət üzvlərinin birgə iştirakı ilə reallaşan tədbirlərin birində çəkilən məlum fotoda, baş nazirin rəhbərliyi altında keçirilən toplantıda bütün nazirlərin çaşqınlıq və ümidsizlik içində olduğu, bəzi nazirlərin isə tamamilə “öz dünyalarına” çəkildiyi görünür.
Heç kimin Paşinyanın üzünə belə baxmadığı toplantıda çəkilən bu foto əslində işğalçı dövlətin içində olduğu çarəsizliyin fotosu, real mənzərəsi hesab edilə bilər. Və heç şübhə yoxdur ki, qarşıdakı aylarda bu qəbildən olan fotolar düşmən mediasını hələ çox “bəzəyəcəkdir”.
Seymur ƏLİYEV