1988-ci ilin fevralında ermənilərin Sumqayıtda törətdiyi təxribatlar, hadisənin 32-ci ildönümündə işğalçı ölkədə “erməni soyqırımı” adı ilə anılmaqda, fərqli forma və məzmunda təbliğ edilməkdədir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Xocalı soyqırımı və Qarabağda törətdiyi digər qətliamları unutdurmaq, habelə təcavüzkar siyasətini yeni yalanlar hesabına pərədləməyə çalışan Ermənistanda, 1988-ci ilin “Sumqyaıt qurbanları”na xüsusi statusun verilməsi məsələsi gündəmə gətirilib. Belə ki, həmin hadisələrin “canlı şahidləri” rəsmi İrəvanın hazırladığı ssenariyə uyğun olarar, Ermənistan hökuməti qarşısında bir sıra tələblə çıxış edib. Tələblərdən bir Sumqayıt hadisələrinin ilk öncə Ermənistan parlamenti tərəfindən “soyqırım” kimi qəbul edilməsi ilə bağlıdır. “Qurbanların yaxınları” hesab edir ki, bu, Sumqayıtda baş verənlərin “soyqırım” kimi digər dövltlərin parlamentində də gündəmə gətiriməsi baxımından ilkin addım olmalıdır.
Bundan başqa, “canlı şahidlər” hesab edir ki, “Sumqayıt soyqırımı” xüsusi şərait və formatda reallaşdırıldığı üçün, bu faciə və onun qurbanlarına “xüsusi status” və imtiyazlar verilməlidir.
Məlumat üçün qeyd edək ki, 1988-ci ilin fevralında erməni terror təşkilatlarına maliyyə yardımı göstərməyən, onlarla əməkdaşlıqdan imtina edən bir neçə erməni öz soydaşları tərəfindən öldürülüb və bu hadisələr Ermənistan mətbuatında azərbaycanlılar tərəfindən həyata keçirilən qətliam kimi təqdim olunub. Halbuki, şəhərdəki ermənilərin erməni terror təşkilatlarının hücumlarından məhz azərbaycanlılar tərəfindən qorunduğu yaxın keçmişin təkzibolunmaz həqiqətlərindən biridir.
Seymur ƏLİYEV