Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir zamanda rus mediasına açıqlama verən şəqşünas Yevgeni Satanovski, Türkiyənin ünvanına ciddi itihamlar və hədələr səsləndirib.
Moderator.az xəbər verir ki, Türkiyədə Rusiya ilə müharibə əhval-ruhiyyəsinin mövcud olduğunu iddia edən Y.Satanovski, türklərin tarixdən dərs alması gərəkdiyini bildirib.Rusların tarixən 16 dəfə türklərlə üz-üzə gəldiyini vurğulayan rus şərqşünas, bütün bu savaşlaırn rusların qələbəsi ilə başa çatdığını, türklərin məğlubiyyətə uğradığını və xeyli torpaq itirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya zərbə vuracaq qətiyyətə malik olduğunu söyləyən Y.Satanovski, belə bir olay baş verərsə, bunun Türkliyəyə xeyirdən çox ziyan gətirəcəyini qeyd edib.
Bundan başqa, rus şərqşünas soydaşlarını istirahət məqsədi ilə Türkiyəyə səfər etməməyə çağırıb. Türkiyədə çoxlu sayda islamçı və terrorçu olduğunu söyləyən Y.Satanovski, indiki məqamda Türkiyəyə gedən hər bir rusu “kurortda öldürülmək” təhlükəsi gözlədiyini bildirib.
Məlumat üçün qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə Rusiya ilə qarşıdurma niyyətində olmadığını, Suriyada terrorçulara qarşı mübarizə apardığını bəyan etsə də, Rusiyada anti-türk çağırışlarının sayının artması müşahidə edilir. Əslində Y.Satanovskinin Türkiyəyə qarşı nifrət dolu çağırışları da, Rusiyadakı daxili ab-havanın göstəricisi sayıla bilər. Rusiyanın bütün rus-türk müharibələrindən qalib gəlməsinə gəlincə, şübhəsiz ki, bu, Y.Satanovskinin təxəyyülünün məhsuludur və Rusiyanı bütün müharibələrdə qalib görmək arzusundan irəli gəlir.
Bundan başqa, Türkiyədə guya çoxlu sayda terrorçunun mövcud olması, burada rusların kurortda öldürülmək təhlükəsi ilə üzləşə biləcəyi ilə bağlı deyilənlər də, cəfəngiyyatdan başqa bir şey deyil və Türkiyəni gözdən salmaq, onun düşmən obrazını formalaşdırmaq niyyətinə xidmət edir.
Seymur ƏLİYEV