Xəbər lenti
06/08/2020 [16:31]:
“Əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcək” – Heydər Əliyevdən tarixi xəbərdarlıq!
06/08/2020 [16:25]:
Bakıda parkda ağaclıq yanır
06/08/2020 [16:24]:
Azərbaycanda bölgələr üzrə virusa yoluxma - SİYAHI
06/08/2020 [16:21]:
Karantinin gərəkli və gərəksiz qurumları - Yunus Oğuz yazır
06/08/2020 [16:20]:
"Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır"
06/08/2020 [16:17]:
AQTA reyd zamanı 97 obyektdə qanun pozuntusu aşkarladı
06/08/2020 [16:15]:
Ata iki yaşlı oğlunun boğazını kəsdi, şəklini çəkib anasına göndərdi - Bakıda dəhşət - TƏFƏRRÜAT + VİDEO
06/08/2020 [16:10]:
“Ən azından bu cür mahnılarla şəhid analarının qəlbləri rahatlıq tapar...” - VİDEO
06/08/2020 [16:05]:
"Övladını tək başına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər" - VİDEO
06/08/2020 [15:59]:
“İşğalçı ölkə gəlmə ermənilərdən canlı sipər yaratmaq istəyir ki..."
06/08/2020 [15:23]:
Ermənilərin Tovuza vurduğu ziyanın aradan qaldırılmasına 1 milyon manat ayrıldı
06/08/2020 [15:22]:
Azərbaycan və Rusiya dənizçiləri Süveyş limanında qalıblar
06/08/2020 [15:20]:
Gəncə şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olundu
06/08/2020 [14:50]:
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
06/08/2020 [14:47]:
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti avqustun 10-dan 3 ay müddətinə dayandırılır
06/08/2020 [14:41]:
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
06/08/2020 [14:39]:
Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub
06/08/2020 [14:38]:
“Nəfəs ala bilmirəm, boğuluram...” - Xalq artisti xəstəxanaya yerləşdirildi
06/08/2020 [14:35]:
“Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır” - Müdafiə Nazirliyi
06/08/2020 [14:08]:
"Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər..."
06/08/2020 [14:03]:
İranda son sutkada koronavirusdan 174 nəfər vəfat edib
06/08/2020 [14:02]:
Rus ruhani Ayasofyada müəzzinin ölümünü  “Tanrı cəzası” adlandıranları sərt qınadı...
06/08/2020 [14:00]:
Metsamor – Qafqaz üçün potensial Xirosima!
06/08/2020 [13:59]:
“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir” - İlham Əliyev
06/08/2020 [13:54]:
Gömrük Akademiyası konsorsium çərçivəsində Aİ-nın layihəsini qazanıb
06/08/2020 [13:53]:
Bakıda avtomobilin vurduğu piyada öldü
06/08/2020 [13:53]:
Pakistan Prezidenti Azərbaycana təşəkkür etdi
06/08/2020 [13:52]:
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
06/08/2020 [13:49]:
Türkiyədə nazir oldu, övladına Atatürkün adını qoydu, ömürlük həbs cəzasına məhkum edildi...
06/08/2020 [13:47]:
Tramp: “Beyrutda nə baş verdiyini heç kim bilmir”
06/08/2020 [13:42]:
Türkiyədə dollar kəskin bahalaşdı
06/08/2020 [13:34]:
Daha bir nəfər Azərbaycana ekstradisiya edildi
06/08/2020 [13:32]:
“Bu şəhərdə” Ramin Bayramlını belə parodiya etdi - VİDEO
06/08/2020 [13:30]:
Bakıdan Lerikə getmək istəyən 26 qohum cərimələnib, sürücü saxlanılıb
06/08/2020 [13:28]:
Transfertin DSMF gəlirlərində nisbi payının bu il azalacağı gözlənilir
06/08/2020 [13:25]:
“Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
06/08/2020 [13:23]:
Aqil Abbas: “Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır”
06/08/2020 [13:22]:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər
06/08/2020 [13:13]:
“Instagram”da narkotiki təbliğ edən şəxs həbs edilib
06/08/2020 [13:09]:
Hökumətdən uşaqpulu ilə bağlı açıqlama
06/08/2020 [13:08]:
Azərbaycanda 40-a yaxın kəhriz bərpa olunacaq
06/08/2020 [13:06]:
Biləsuvarda avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb
06/08/2020 [13:04]:
İlham Əliyev müşavirə keçirdi
06/08/2020 [13:03]:
Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı
06/08/2020 [13:00]:
TAP Azərbaycanı Avropaya nə qədər yaxınlaşdıracaq?
06/08/2020 [13:00]:
Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır
06/08/2020 [12:53]:
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi
06/08/2020 [12:51]:
Deputata ağır itki üz verib
06/08/2020 [12:32]:
“1988-ci ildə Xankəndindəki olaylar qanuna uyğun araşdırılsaydı, indi Qarabağ problemi olmazdı ...”-Rus prokuror...
06/08/2020 [12:24]:
Siyavuş Novruzov Naxçıvana ayrılan pulun artırılmasını istəyir
06/08/2020 [12:23]:
Livana yardım etməliydikmi?
06/08/2020 [12:20]:
İsrail paytaxtının meriyasının binası Livan bayrağına büründü
06/08/2020 [12:19]:
Pentaqon Beyrutdakı partlayışla bağlı məlumat toplayır
06/08/2020 [12:17]:
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
06/08/2020 [12:11]:
“Nüvə dövləti olan Pakistanın bizə, Türkiyəyə qardaş ölkə olması xüsusi üstünlüyümüzdür”
06/08/2020 [12:10]:
Vahid Əhmədov: “Manatın taleyinə aydınlıq gətirilməlidir”
06/08/2020 [12:08]:
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
06/08/2020 [12:06]:
“Təkcə özümə nəyisə arzu etsəm, məncə, bu düzgün olmaz...”
06/08/2020 [11:47]:
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
06/08/2020 [11:46]:
Türkiyə vətəndaşları avqustun 13-dən sonra Azərbaycana vizasız səfər edə biləcəklər
06/08/2020 [11:40]:
Deputatdan operativ qərargaha müraciət: “Rayonlara gediş-gəliş açılsın”
06/08/2020 [11:38]:
Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb
06/08/2020 [11:36]:
Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib
06/08/2020 [11:28]:
“Buna dözmək çox çətindir, amma Allahın işidir...”
06/08/2020 [11:19]:
Dövlət qulluğu imtahanında 97 nəfərdən 16-sı müvəffəqiyyət qazanıb
06/08/2020 [11:15]:
Milli Məclisin növbəti iclası keçirilir
06/08/2020 [11:09]:
Ermənistanda son sutkada 233 nəfər COVID-19-a yoluxub
06/08/2020 [11:03]:
Rəşad Sadıqova ağır itki
06/08/2020 [11:00]:
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ
06/08/2020 [10:53]:
ARDNF bu il "Şahdəniz"dən 215 mln. dollardan çox gəlir əldə edib
06/08/2020 [10:47]:
Şabran polisi əməliyyat keçirdi, üç rayon sakini saxlanıldı - FOTO
06/08/2020 [10:42]:
Bakı sakinini başından bıçaqlayan şəxs tutulub
06/08/2020 [10:39]:
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb - VİDEO
06/08/2020 [10:35]:
Tacikistanda prezident seçkilərinin vaxtı məlum olub
06/08/2020 [10:32]:
"Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva
06/08/2020 [10:21]:
“Onun sənətiylə bağlı öz arzuları var...”
06/08/2020 [10:16]:
Azərbaycan səfiri: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"
06/08/2020 [10:14]:
Beyrutdakı partlayışda ölən  ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...
06/08/2020 [10:13]:
Sahil Babayevlə Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub
06/08/2020 [10:08]:
Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələnib
Bütün arxiv bir sırada
12/03/2020 [20:44] - Ədəbiyyat - ( 5848 dəfə baxılıb)

Məndən sonra...



İlk dəfə idi həyat yoldaşım məni kədərli, pərişan bir ovqatla işə yola salırdı. Qapı ağzında  susqun və lal-dinməz  halda dayanmışdı .

 

Nə olub, gözümə yaxşı dəymirsən?- soruşdum.

 

Qadın udqunub -heç -dedi. Məni üzür bu halın , axşamdan gözümə bir təhər dəyirsən.

 

Qadın köksünü ötürüb -Nəsə narahatam İlkin, heç bilmirəm necə deyim. Susdu.

 

Əlimdəki qovluğu bir kənara qoyub, qapı ağzından geri döndüm.

 

Nə olub? Məni heç zaman belə vəziyyətdə yola salmamısan, Sevda, ürəyimi üzmə. Axı nə baş verib?

 

O başını sağa-sola tərpətdi. Əllərinin arxası ilə yanağından süzülən göz yaşlarını silib mətbəxə doğru irəlilədi.

 

Mən  də  onun arxasınca getdim. Səsimi qaldırmaq istəmədim. Oğlum gecə yarısına kimi yatmamışdı. Oxumuş, qeydlər aparmış və gecə yarısına kimi çalışmışdı. Bu gün isə qəbul imtahanına getməli idi. Vəziyyəti öyrənmək üçün içəri keçib mətbəxin qapısını örtdüm. Sevda kimsəsiz hala düşmüş kimi mənə sarıldı. O sakitcə ağlayırdı. Həyacandan az qala ürəyi köksündən qopub çıxacaqdı.

 

Otuz ilə yaxın idi ailə qurmuşduq. Xanımım hər səhər məni  gülər üzlə, təbəssümlə işə yola salardı. Axşam işdən qayıdan zaman həmin təbəssümlü baxışla, nəvazişlə mənim qarşısıma çıxardı. Uzun illərdən sonra dünyaya gələn Mehmet ayaq tutub yeriyəndən onu beləcə qarşılayar, axşam süfrəsinin arxasında birgə əyləşərdilər. Yeməkdən sonra evlərinin önündəki parkda gəzişərdik. Ev deyəndə burası bir ailə yataqxanası idi. Qırx mənzilli bu binada onlarla gənc mütəxəsis məskunlaşmış, sonra ayrıca ev almış və buradan köçüb getmişdilər. Amma  mənim bəxtim gətirməmişdi. Təyinatla “Günəş” nəşriyyatına göndərilmişdim.  Sənədlərimi nəşriyyatın rəhbərliyinə təqdim edən zaman  burada işlərin asan yolla getməyəcəyini hiss etdim. Direktor Xan Rzaoğlu çox təcrübəli, savadlı , həm də tanınmış bir naşir idi.  O, sənədlərimi vərəqləyib asta-asta başını qaldırıb, üz-gözünü turşudub əlindəki qələmin dalını stolun üstünə döyəcləyə-döyəcləyə məramını açıqladı.

 

- Mən bilmirəm, səni bura necə göndəriblər. Mənim üçün maraqlı da deyil.  Yaxşı nasir olmağın yolu istehsalatdan keçir. Korrektura şöbəsində korrekturadan başlayacaqsan, əgər xoşunuza gəlmirsə, təyinatını geri göndərmək heç problem deyil. Elə bil sənədlərin hər səhifəsində bir xəta, bir xoşagəlməz nəisə arayırdı.

 

- Hansı dili keçmisiniz?- soruşdu.

 

-Fars dilini – dedim.

 

-Müəllimin kim olub?

 

-Rzabala Abbaslı

 

-Professor Rzabala Abbaslı.

 

- Qəfilətən əsliniz haradandır?

 

- Çinarlıdan - dedim.  O  izah olunmayan bir tərzdə başını yellədi.            

 

Quyənd məra ço zəd  madər,

Bestan be dehan qeraftar amuxt.

sözünü yarımçıq saxladı.

 

Sanki məndən cavab gözləyirdi. Mən özümü itirmədən

Şobhe be qahvareyi mən

Bidar nə şostu xoftan amuxt

 

İrəc Mirzənin “Ana” şeirindəndir və bəndini tamamladım. Xan Rzaoğlu kadrın əməkdaşı Əli müəllimə üz tutub:

 

- Korrektura şöbəsinə korrektor vəzifəsinə təyin edilsin. Əmr hazırlayın.  Çıxa bilərsiniz - dedi.

 

Mən on il orada çalışdım. Sonra tale elə gətirdi ki, Xan Rzaoğlu ilə bir neçə dəfə üz-üzə gəldim. Ev məsələsinə görə qəbulunda olmuşdum. Kirayə qalmaqdan bezmişdim. Hər il yeni il qabağı nəşriyyata ev verilirdi. Xatirimdədir, güc-bəla onun qəbuluna düşdüm, dərdimi dedim, evsizliyin çətinliyini izah etməyə çalışdım. O, çox qayğılı, canı yananlıqla başını sağa-sola yelləyib:- İlkin, bilirsən, sən istedadlı oğlansan, başa düşürəm, çox çətindir. Amma bizə iki üçotaqlı mənzil ayrılıb. Mən partiyanın üzvüyəm. Onun birini məmnuniyyətlə sənə vermək istərdim. Amma nə edəsən, iki nəfərə  üçotaqlı mənzil verilsə, həmin adamı həm partiyadan xaric edərlər, həm də işdən qovarlar. O təbəssümlə: Allah sənə bir xeyirli övlad versin gələn il, inşallah sənə bir ikiotaqlı mənzil verilməsinə çalışacam. İndisə iş başına.

 

Onun kabinetindən çıxanda çox nahaq müraciət etdiyimi anladım. Qocaman işçimiz vardı -İsa Vedili,  dəhlizdə məni görüncə İlkin, mən sənin uğuruna sevinənlərdən birisiyəm, qardaşoğlu, o sənə ev verən deyil. O qədər gənc mütəxəsislər burada vaxtsız qocalıblar, amma ev ala bilməyiblər. Gələn il övladın olacaq, inşallah, yenə nəisə çatmayacaq. O zaman idarəyə dörd otaqlı mənzil veriləcək. Sənə deyəcək ki, üç nəfərə dörd otaqlı mənzili vermək olmaz. Əgər sənin iki uşağın olsa nəşriyyata bir ikiotaqlı ev ayrılacaq. Yenə sənə düşməyəcək. O işini bilən adamdı. Rəhbərimizdir, çox təcrübəli adamdır, amma öz bildiyini edəndir. O qoluma girib məni Xan Rzaoğunun qəbul otağından uzaqlaşdırdı.

 

-Fikir eləmə. Bizim hamımızın taleyində belə hallar olub, özünü  üzmə.

 

Onunla bir şöbədə işləyirdim. Çox maraqlı adam idi.  Zəngin mütaliəsi, hərtərəfli biliyə malik olması həmişə özünü biruzə verirdi. Gənclərin qayğısını çəkməkdən zövq alırdı. Bir ədəbi toplu tərtib etmişdi. Həmin dərgidə hekayələri ilk dəfə işıq üzü görən gənclər sonradan tanınmış yazıçı kimi ədəbi aləmdə məhşurlaşmışdılar.

 

Ertəsi gün nahar fasiləsində İsa Vedili mənimlə ciddi söhbətinin olduğunu bildirdi. Gəzə-gəzə sahilə tərəf addımladıq. Çayçı  Elmanın nəhəng palıd ağacının altındakı çayxanasındakı stolların birinə tərəf üz tutduq. Bir stəkan çayı axıra qədər içməmiş İsa Vedili söz açdı.

-İlkin, mənim qohumum  Nazirlər Sovetinin Baş Arxitektor İdarəsinin rəisidir. Onların nəşriyyatı var, gələcəkdə balaca mətbəə də quracaqlar. Savadlı, işi bilən bir yaxşı mütəxəssis lazımdır. Mən səni ora, o yerə məsləhət bilirəm. İşi qaydaya sal, otur yaradıcılığınla məşğul ol. O yerə göz tikən çoxdur. Həm buradan artıq yüksək maaş, həm də onların ailəvi yataqxanası var. Hər rüb mükafatı da nəzərə alsan çox perspektivli bir işdir. Səni Xan Rzaoğlu “Günəş”də heç şöbə müdiri qoymayacaq. Bir də o səni işə götürəndə farsca beyt deməyin bu gündə onun yadından çıxmayıb. Əli bizə yaxın adamdır. O mənə danışıb. Sənin hazırcavablığın onun xoşuna gəlməyib. O üzdə özünü səmimi göstərsə də, inanma. Mən diqqətlə İsa Vedilinin səmimiliyinə inanmaq istəyirdim. İkinci stəkan içəndən sonra qalxdıq.

 

-Hə -İsa Vedili dilləndi, sənin canın mazutlu gölün kənarındakı o rütubətli evdən də qurtaracaq. Bir də xahiş edirəm ki, bu barədə kimləsə fikir bölüşmə.

Aradan bir müddət keçdi. Mən Arxitektura  Baş İdarəsindən gətirdiyim məktubu katibə qıza təqdim edəndə  o başını bulayıb -inanmıram Xan Rzaoğlu səni buraxsın -dedi.

Elə də oldu. Günortaya yaxın katibə qız telefonuma zəng edərək təcili Xan Rzaoğlunun qəbuluna gəlməyimi istədi. Deyəsən, İsa Vedilinin dedikləri həqiqətə çevrilirdi. Otaqdan çıxanda İsa Vedili-möhkəm ol. Hay-haray salacaq, sənə vədlər verəcək, amma əhəmiyyət vermə. O belə şeyin ustasıdır. Bəlkə də məktubuna çoxdan qol çəkib -dedi:

 

Katibə dəstəyi qaldırıb - Xan müəllim, İkin Əhmədbəyli buradadır məlumat verdi. Qapını ehtiyyatla döyüb -icazə olar, məni çağırmısınız, demək istəyirdim ki, o sözümü ağzımda qoyub –İlkin, kimdən icazə alıb, bu məktubu gətirmisən? Sənə pisliyimmi keçib. Burada sənə qarşı haqsızlıq olub? Cavab ver -Mən susurdum. Diqqətlə onun qəzəbli üzündən gözlərini çəkmirdim. Mən də çalışıram ki, bizdən kadr axını olmasın, imkan olan kimi sənin vəzifə və ev məsələsini həll etməyə çalışacam,  hətta jurnalda yarı çap olunmuş “İtirilmiş sevgi” romanını da çap olunmaq üçün plana da salacam. Kadr axınına  yuxarılarda yaxşı baxmırlar. Bir az hazırlaşsan, sənin partiya sıralarına qəbul məsələnə baxarıq - dedi. Fikirimdən keçdi deyəsən İsa Vedilinin söylədiklərinin əksi baş verirdi. Mənim məktubuma imza atmayacağı qənaətinə gəldim.

“İlkin, o belə şeylərin ustasıdır”. - İsa müəllimin dediklərini fikrimdən keçirdim. O başını aşağı salıb kağızları bir tərəfdən götürüb, digər tərəfə qoyurdu. Mənsə daş heykəl kimi durub direktorun nə zaman məktubuma qol çəkəcəyini gözləyirdim.

 

Qəfil Rzaoğlunun kabinetinin qapısı açıldı.  Gələn baş redaktorumuz  Ağəli Kürqıraqlı idi. Xan müəllim ayağa qalxıb onunla əl tutdu və - özünüzü necə hiss edirsiniz? -Soruşdu?

 

-Ağrılarım artıb. Buna baxmayaraq gecə yarısına kimi işləmişəm.  Əlinin həyat yoldaşı zəng etmişdi. Özüm baxmışam, çoxdandır kitabı çap olunmur. Son şeirlərini də daxil etmişəm. Adına layiq bir kitab olmalıdır. Vaxtsız dünyasını dəyişən, poeziyamızda yeni nəfəs adlandırılan Əli Kərimin nəşrə hazırlanan seirlər kitabından  gedirdi söhbət. Birdən Ağaəli Kürqıraqlı üzünü Rzaoğluna tutub: İlkin xeyir olsun burada?

 

-Xan Rzaoğlu: Bizi bəyənmir, Baş Arxitektura İdarəsinin nəşriyyatına dəyişilmək istəyir- sualını cavablandırdı.

Ağaəli müəllim mənə baxdı, buradan perspektivlidi? -Soruşdu. Bir söz deməyib başımı aşağı saldım. Susdum. Bir anlığa nə deyəcəyimi bilmədim. On dəqiqə əvvəl az qala məni təqsirkar hesab edən bir şəxs indi də məni borclu çıxarırdı. 

 

- Ağaəli müəllim:-qol çəkin, işi avand olsun-dedi. Madam ora onun üçün yaxşıdır. Yolu açıq olsun. Xan Rzaoğlu eşələdiyi sənədlərin arasından əvvəlcədən imzaladığı məktubu tapıb mənə verdi:-Nazaya de kitaba işləyib, kadra göndərsin.

Üzümü Ağaəli müəllimə tutub, çox sağ olun. Təşəkkür edirəm deyib  kabinetdən çıxdım.

 

İsa müəllim haqlı imiş elə məktub gələn kimi imzalayıbmış. Mənə elə gəlir ki, Ağaəli Kürqıraqlı da bunu sezdi. Daş düşdüyü yerdə ağır olar deyib, - atalar.

Əlli illiyimi Baş Arxitektura İdarəsində qeyd etdilər. Evə gələndə Sevda üzümə təbəssümlə gülümsədi. Elə qapı ağzında qarşıladı. Mehmet də ayağını çəkə-çəkə sevincək: ata gül-çiçəklə gəlib, ona mənimsə başqa hədiyyəm var – dedi. İçəri keçib soyunub balaca mətbəxbdə Mehmetin anasının açdığı süfrə arxasında əyləşdik. Nə zəhmət çəkmisiniz minnətdarlıq dolu baxışla Sevdaya baxdım. Bu zaman Mehmet əlində parçaya bükülü bir bağlamanı sevinə-sevinə açmağa başladı. Ata, bu mənim hədiyyəm –dedi.

 

Bu bir tablo idi. Təbiət mənzərəsi,  hər tərəf yamyaşıl ağaclarla əhatə olunmuş, tək-tənha bir ev  səliqəli cığır və bu cığırla addımlayan bir oğlan, bir xanım həmin səkildə evin eyvanında dayanan kişiyə doğru irəliləyir. Maşallah, dedim. -Mən səni təbrik edirəm. Bu xanım anan, bu igid sən, yəqin bu kişi də mənəm -deyib, onu bağrıma basdım.

Afərin oğlum. Sən doğrudan da istedadlısan. Onun alnından öpdüm.

 Sevda kövrəlmişdi. Həmin an, həmin səhnə həyatım boyu yadımdan çıxmayacaqdı. Axşamı, şən deyə-gülə keçirdik.

 

Səhər böz-bulanıq payız günü idi. İndiki kimi xatırlayıram, işə gələndə Ağacabbar adlı işçimiz məni qarşıladı - İlkin müəllim, Baş İdarə rəisini təqaüdə yola salıblar.

 

Mən bir anlığa duruxdum. Belə söhbət yox idi. Axı o çox təcrübəli bir insan, rəhbər kimi həmişə sözünü deyirdi. Hər bir işdən çox məlumatlı, hər bir layihəni incəliklərinə qədər bilirdi. Bir həftə olmazdı geniş iclas keçirmişdi. Mən qəti surətlə bildirirəm: “Əgər doğma oğlum olsa belə büdcəyə əl uzatsa əllərini kəsərəm”-demişti. Kimsə nəisə eləmişdi. Alınan malların qiymətini şişirtmişdi. Ona görə də Rəşidbəyli əsəbi idi. Sir-sifəti qıpqırmızı idi. -Açın qulağınızı eşidin. Harda işləməyinizi unutmayın. Kimin qohumunun, kimin adamı olmasına  baxmayaraq, heç kimə güzəşt yoxdur. Müharibə gedən zamanda belə nadürüst adamın bizim sıralarımızda yeri yoxdur.- demişdi Rəşidbəyli. Axşama yaxın xəbər gəldi. Elə həmin xəbəri də Ağacabbar gətirmişdi. Təchizat şöbəsinin müdiri Sultan Sultanlını baş idarə rəisi işdən qovdu. Deyilənə görə idarə üçün alınan  maşının üstündə biri də pay verilmişdi. Həmin bəxşeyiş Sultanlıya çatmışdı.

 

Heç bir həftə olmazdı Rəşidbəylini ezamiyyətdə olan zaman geri çağırıb təqaüdə göndərilməsi barədə qərar verdilər.

 

Səhər-səhər evdən çıxan zaman həyat yoldaşım məni gözüyaşlı yola salmasından sonra özümə gəlməmişdim. Nə yağan güclü qar, nə əsən, adamın iliyinə işləyən buz kimi külək məni fikrimdən yayındıra bilməmişdi. Yol boyu fikirləşə-fikirləşə necə gəldiyimi heç özüm də bilmədim. Həyat yoldaşımın -İlqar Gülhanədən zəng eləmişdi. Orada Ömər Türkbay adlı çox savadlı bir həkim var. Qəbuluna düşmək müşkül məsələdir. Bizlərə qarşı münasibəti çox yaxşıdır. On beş günə gələ bilsəniz. O Mehmeti müayinə edə bilər-demişdi. İyirmi yaşı təzə tamam olmuşdu. Əvvəlcə baş ağrılarından şikayətlənirdi. Sonra sağ ayağını çəkməyə başlamışdı. Elə bil həkimlər onu sarıdan bilməzliyə düşmüşdülər.

 “Günəş” nəşriyyatında yarımçıq çap etdirdiyim “İtirilmiş sevgi” romanının bir hissəsi mənə uğur gətirmişdi. İldən yuxarı idi ki, əsəri tamamlayıb tanınmış nasir Şahbaz Rüstəmbəyliyə təqdim etmişdim. Şahbazı lap elə gənclik illərindən tanıyırdım. Ədəbiyyat xiridarı idi. Zarafatla deyirdi. “Bizimki çörək qazanmaq deyil, iynə ilə gor qazmaqdır”.

Rəşidbəylinin yerinə əvvəllər müfəttişlikdə işləmiş Ədhəm Ədhəmov adında tanınmış bir nəfəri təyin etdilər. Rəşidbəylidən fərqli olaraq yeni rəis cavan və sağlam idi. Pəhləvan cüssəli bu adam bir xeyli müddət baş idarə rəisi işlədi.  

 

Ədhəm Ədhəmovun da işdən çıxarılması gözlənilməz oldu. Elə payız günü axşamçağı qəfil xəbər gəldi. Bütün Baş İdarə sükut içində idi. Onun gətirdiyi adamlar, ikibir-üçbir yığışır qaşla-gözlə bir-birlərinə nəyisə izah etməyə çalışırdılar. Dünyanın xəbəri Ağacabbarda idi. Müəllim bu həna o hənadan deyil. Ortada bir xəyanət var, heç yaxşı olmayacaq -demişdi.

-Ağacabbar eşitdiklərini içində saxla, yaraşmaz hər halda bir məlumat verərlər. İşinizlə məşğul olun. -Demişdim.

Təzə Baş İdarə rəisi isə  iclasla işə başladı. Hamı bir nəfər kimi iştirak edirdi. –Salonda tam sükunət hakim idi. Yeni rəis sakit, tövrünü dəyişmədən aram-aram gələcək planlarını söyləyirdi. Çox uzaqlardan başlayıb mətləb üstünə gəldi Mən Mərdan Qəzioğlu bildiriəm ki, insan ləyaqətlə işləməli, əlini haram tikəyə uzatmamalıdır. Etibarı itirən adamların yaşamağa haqqı yoxdur. Həmin şəxslərin bircə adı var. -Xəyənətkar. Mən bütün departamentlərin fəaliyyətini yoxlatdıracam. Birdən sözünü yarımçıq saxladı-üzünü Valeh Hümbətova tutdu O işlər idarəsinin müdiri idi. -Bu nə addır qoymusunuz? Departament. Məgər onu İdarə adlandırsaydınız aləm dağılardı. Yox bir departament. O nədir dəftərxananın, katibliyin, adını dəyişmisiniz. Yığışdırın bu işləri. Bu illər ərzində hökm sürənlər mütləq araşdırılacaq. Bu zalda əyləşənlərin əksəriyyətinin boyu ilə şəkisi uyğun gəlmir. Hər həftənin cümə günü idman günü  elan edirəm. Hamı bir nəfər kimi məşğul olmalıdır. Nəzarət edəcəm. – Yenə üzünü Valeh Hətəmova tutdu. -Bu gündən etibarən bir sürü adamı rəyasət heyətinə yığma. Sovetlər dağılıb, ənənəsini yaşadırsınız.

 

Valeh Hətəmov yalnız -Baş üstə deyə bildi. O iclasdan hamı bir nəfər kimi mağazinlərə darışıb, idman pal-paltarını seçməklə məşğul oldu. İlahi, səs-küy yayılmışdı. Bütün şəhər nə baş verdiyindən xəbər tutmuşdu. Qazioğlunu tanıyanlar yaxşı bələd idilər ki, o yeri gələndə heç yaxınlarına belə qulaq asmır. O dedisə hamı idmanla məşğul olacaq. Özü də idmançı idi. Mən “Günəş” redaksiyasında işləyən zaman milisdə işləyən dostumla idman zalına gedərdik. Bəstəboylu bir oğlan özündən böyük həmtaylarını - onların əksəriyyəti ucaboylu idilər -bir anda yerə sərirdi. Onun rəhbəri olduğu tikinti şirkətlərində bir iş icrası əlini heç nəyə uzada bilməzdi. Bütün işçilər sanki qəlibdən çıxmışdılar. Şişman sifət, şallaq qarın adamları heç sevməzdi. Oktyabr ayı çox keşməkeşli oldu.

 

Otaqda tam sakitlik, tək idim. Hec bir telefon zəngi də gəlmirdi. Az qala ürəyim yerindən çıxacaqdı. Sevdanın məni səhər-səhər yola salan göz yaşları tökməsi, Mehmetin baş qaldran ağrılarının artması və  ayağını çəkməsi gözlərim önündən getmirdi. Allah məni sınağa çəkirdi. Otuz ildə bir  ev ala bilməməyim,  bu yaşda alimlər evindəki bir  otaqda, özüm cəhənnəm, ailəmi də cürütməyimi bağışlaya bilmirdim. Gülhanəyə mütləq getmək lazım idi. Şahbazdan səs-soraq yox idi. Romanın işıq üzü görməsindən sonra o mənə on kitab göndərmişdisə elə telefondaca söyləmişdi. –İlkin, gərək tirajını çox edəydim. Maşallah maraq çoxdur. Hətta rayonlardan da istəyirlər-demişdi. İstədim telefon alıb ona vəziyyəti deyim, amma əl saxladım.

 Pəncərəni açdım. Hər tərəf düm ağ idi. Qar lopa-lopa yağırdı. Şam ağacları bəmbəyaz idi. Bu anda heç gözlənilmədən bir göyərçin qanad çalıb otaqdakı şkafın üstünə qondu. Arxasınca biri də uçub gəldi. Otaq isti idi. Quşlar şkafın üstündə bir-birinə sığınıb baş-başa verdilər. Onları otaqdan qovalamaq heç insafdan deyildi. Xatırladım ki, Sevda deyirdi ki, öz evimiz   olsa onu isti nəfəsimizlə qızdırarıq.

 

Daxili telefon zəng çaldı. Valeh Hətəmov idi arayan. Səni görmək istəyirəm. -dedi. Mən - buyurun dedim. Ani olaraq fikrimdən keçdi. Həmişə -zəhmət olmasa yanıma qəbuluma gəl deyərdi.

 

O gəldi. Qalxıb Valeh Hətəmovu qarşıladım. Rəngi-rufu qaçmışdı. Sifəti qapqara qaralmışdı. Allah xeyir eləsin, fikirləşdim.

 

-Buyurun nə yaxşı, Valeh müəllim, soruşdum. O nəsə demək istəyirdiki gözləri şkafın üstündə bir-birinə sığınan göyərçinlərə sataşdı. Təəcüblə mənə baxdı.      -Bu nədi otaqda quş saxlayırsan -soruşdu. –Yox - dedim pəncərəmi açmışdım ki, otaq isti olduğu üçün içəri doluşdular.-Yəqin üşüyürmüşlər. Bir azdan uçub gedərlər.

 

- O dinmədi. Diqqətlə onun gözlərinin içinə baxırdım. Narahat, qayğılı və bir qorxu var idi. Sanki bəd xəbər gözləyirmiş kimi nigaran baxışları ilə sözə başladı.

-Bilirsən İlkin müəllim. Bu.... oğulu getdi. Bizi də zibilə saldı getdi. Gəl indi bunun xətasından qurtar. Qəzioğlu da hər şeyi yoxlatdırır. Onun atasının kitabları var bizdə, tapşır onu məhv etsinlər.

 

Ani olaraq onun qaralmış sifətinə diqqətlə baxdım. Əvvəl nə dedidiyini anlamadım. Birdən-birə bu illər ərzində baş verənlər gözlərim önündə canlandı. -Əvvəla söyüş söyməyin -dedim.           - Oğulun səhvi pis əməlinə görə atanın  nə günahı ... Bir də göstərişi kim verib -dedim. Məgər o kitabların nəşrini sizinlə qara eynəyi heç zaman gözündən düşməyən yaşlı professor verməmişdiniz? Millətlər dəri, daş, ağac qabığı üzərində yazılmış əlyazmalarını qoruyub saxlayırlar, sizisə kitabları yandırmaq, məhv etmək istəyirsiniz, özü də mənim əlimlə.

 

-Hə kömək elə də, xahiş edirəm yalvardı. Mən birdən birə özümdən çıxdım. O kitablar yubiley nəşridirlər. Siz məni nəyə təhrik edirsiniz. Bu mümkün deyil

O daha da yazıq görkəmi aldı. Sanki yalvarırmış kimi, xahiş edirəm. Kömək elə - dedi.

Mən qətiyyətlə yox dedim. O kitabın ön və arxa hissəsinə baxmısınız, Valeh müəllim? Qohum-əqrabanızda adam qalmayıb. Hamısının adını yazmısınız. Heç olmasa o imzalara fikir verin.

 

- Nədir ona qəhmər çıxırsan, sənin qohumundur? deyəndə özümü saxlaya bilmədim. Mən heç zaman onun oğlunun pencəyinin tozunu silməmişəm. Bir dəfə də onun qəbuluna gedib şəxsi xahiş etməmişəm. Bulvara baxan mənzərəli evlərin paylanması zamanı  haqqım ola-ola qapısında yatıb qalmamışam. Öz işimi görmüşəm. Valeh müəllim. Sizin o kitabları məhv etmək istəyinizi eşitsələr heç də yaxşı olmayacaq. Bu ölkədə yüzlərlə kitabxana var. Hərəsinə üç-beş kitab göndərsəniz nə olar ki, elə o eynəkli professora zəng edin, xahiş edin o köməyini əsirgəməz . kitabları o zaman məhv edirlər ki, o mahiyyəti zərərli ideyalarla dolu olur. Elmi tərəfin bir yana qoyaq, Valeh müəllim, o kitablar Sizin idarənizin balansında maddi dəyərli kimi qeydiyyatdadadır. Mənə elə gəlir ki, fikrinizdən daşınsanız yaxşı olar. Ən uca kürsüdən deyilən sözləri unutmaq olmaz. Xəyanəti bağışlamırlar. Burada komanda adlandırdığınız hər kəsin məsuliyyəti var. Harada yazılmışdı, harada görünmüşdü ki, idarə rəisinə salam verdiyinə görə xəstə ata-anası öhdəsində olan bir cavan oğlanı Dəstəfura göndərdiniz. Rəhbər dəhlizə gəzirsə hamı üzünü divara çöndərib arxasını ona çevirməli idi? Həyat inamın qırıldığı yerdə necə enir. Söhbətin alınmadığını görən Valeh Hətəmov ayağa qalxdı. -Mən gedim dedi:- Amma heç yaxşı olmadı. Ev məsələsini xatırlatdın. Məğmunluq etmisən.

 

Qapıdan çıxmaq istəyən zaman Valeh Hətəmova tutaraq dedim. -Mən məğmun deyiləm. Abırlı olmağı nəyləsə qarışdırdınız.

 

Əgər qar səhərə kimi belə yağsa yollar buz bağlayacaqdı. Get-gedə əsən külək çovğun yaradacaqdı. Pəncərəni açdım. Buz kimi hava üz gözümü bürüdü. Valeh Hətəmovla olan söhbətimizdən çox yorulmuşdum. ”O qara eynəkli professor da telefonu açmır” Zavallı durumunu görmək dözülməz idi. Alim öldü, aləm öldü. Hər şeyə əl atmışdılar. Axırda oturduqları binanın divarlarını söküb üzlüklərini dəyişmək, onu tamam eybəcər bir hala gətirmək istəyirdilər. Mən arxivdə işləyən zaman Mərkəzin  bu əzəmətli memarlıq əsərinin tikilməsinə hansı maneələrin qarşıya çıxardığını öyrənənmişdim, Onu sökmək, zədələmək olmazdı. Bəlkə yazdığım o balaca məqalə qəzetdə dərc olunmasaydı iş-işdən keçmiş olacaqdı. Elə həmin gün bir az bundan əvvəl otağından çıxan Hətəmov mənimlə telefon əlaqəsi saxlayıb, amiranə səsi ilə qışqırırdı.

 

- Sənə kim ixtiyar verib ki, bu barədə yazmısan? O qəzetin baş redaktorunun başına bir oyun açaçağıq ki, o bir də əlinə qələm almasın. -gözləyirdim ki, o sözünü qurtarsın. Qalx, qəbuluma, dedi. Sakitcə bir neçə sənədin surətini götürüb Valeh Hətəmovun qəbuluna getmişdim. İçəri girən kimi əsəbi halda - əşşi yarımçıq bir  roman yazıb bu ölkədə məhşur olmusan. Bu Sizə  haqq vermir ki, bu təmirlə bağlı mövzunu qəzet səviyyəsinə çıxarasan.

Sakitcə təklif gözləmədən stul çəkib oturdum. Qovluqdakı sənədləri ortaya düzüb dedim. -Zəhmət olmasa yaxın gəlin. Gördüyümüz bu əzəmətli binanın layihəsidir bu. Bu memarlıq əsəri düz yetmiş beş layihədən sonra inşa olunub. Onun təsdiqindəki bu imza sizə nəisə demir? Qarşınızdakı uşaqdır?  Bina tikilib başa çatdıqdan sonra  həmin şəxsin mükafata layiq görülməsi üçün sənədlərini Moskvaya göndərmişdilər. Amma əfsus ki, o sənədləri orada itirib-batırdılar. Amma haqq öz yerini tapdı. O zaman verilməyən mükafat  bugünümüzdə sahibinə yetişdi.

Valeh Hətəmov gah baş idarənin kağız üzərindəki layihəsinə, gah da imzaya baxıb, həyacan və təlaşla -əşşi, bunu əvvəldən deyərdin də. Allah sənə şükür, yoxsa məhv olardıq - dedi.

İşçilərimiz tez getmişdilər. Yolların buz bağlayacağı barədə məlumat vermişdilər. Ağacabbar içəri daxil oldu. Mənim halımı görcək duruxdu və sözlü adam kimi dilləndi. İlkim müəllim, sizin işinizə qarışmaq kimi çıxmasın. Qardaş bu illər ərzində nələrin baş verdiyini gördük. Bir az ehtiyatlı ol, hə, bilirəm bunlar zamində olan dustaqlardır. Hər cür nakişilik əllərindən gələr. Nə bilim sizi şərləyər, Allah etməsin maşınla yolu keçəndə vurdurarlar. Mən onun çox danışmasına imkan vermədim. Ağacabbar, heç narahat olma, bizim alnımız açıq, üzümüz ağdır. Nəyəsə əl  uzatmamışıq. Çox sağ ol, narahatçılığa görə.

 

Qəfil gözü dolabın üstündəki göyərçinlərə sataşdı.- Əcəb isti yer tapıblar. Bəlkə onları sexin bir küncünə yerləşdirim -soruşdu. Bax dedim.

 

Zəng gəldi. Ağır-ağır dəstəyi qaldırdım. Sevda idi. Mehmeti soruşdum. O, bu havada heç yerə çıxmayıb. -Sən nəsə eləyə bildinmi? Lal-dinməz susdum. Başım qarışıq olub, Şahbaza zəng eləyə bilmədim. Yəqin satılan kitabların pulunu köçürər dedim.

 

Sevda bu otuz ildə ilk dəfə idi, səsini qaldırırdı. İlkin, bu gün Mehmetdən vacib işin ola bilər? Uşaq əldən gedir, nəsə bir şey fikirləş. Telefonu qapatdı. İlk dəfə idi ki, mən nə etməli olduğunu anlamırdım. Evə gedib oğlumun üzünə necə baxacağımı təsəvvürümə gətirə bilmirdim.

Ağacabbarla birgə çıxdıq işdən. Qar hələ də aramsızcasına yağırdı. Baş idarənin rəisi yarımtikili  binanın həyində idi. On on beş nəfər bu soyuqda əyinlərində pencək, əllərində qeyd üçün kitabça qapı ağzında toplaşmışdılar. Yağan qar büsbütün onları bürümüşdü. Qəzioğlu həmin binanın içərisindən çıxanda təəccüblə əmirə müntəzir dayanmış işçilərə üzünü tutub dedi “siz xeyir ola, bura toplaşmısınız deyə sual etdi” və mənalı mənalı onları gözdən keçirdi.- Mən hara getsəm dalımca gəlməlisiniz?. Bu covğunda kim dediki məni burada  gözləyəsiniz.  Gedin işinizlə gücünüzlə məşğul olun-dedi.

 

Heç kim dinmirdi. Heç kəs cürət edib yerindən tərpənmirdi. Qəzioğlu maşına minib uzaqlaşdı. Ağacabbar üz-gözünə,  boyununa dolan qardan qorunmaq üçün paltolsunun yaxalığını qaldırdı və İlkin müəllim, üç ay bundan əvvəl buz heykələ dönmüş bu adamları ayaqlarından bağlasan da bura yığa bilməzdin.

 

Avtobus dayanacağında Ağacabbardan aralandım. Evə çatıb zəngin düyməsin basdım. Sevdanın narahat, peşman  baxışları ilə üz-üzə gəlmək mənim üçün ağır idi.

Gəl-dedi. Xətrinə dəydim telefonla danışanda

Eyb etməz. Hər şey Mehmete qurban. Onun çarpayısına yaxınlaşdım

Dərman vermişəm- dedi Sevda

 

Əyilib onun alnından öpdüm. Alnına tökülən saçlarını əlimlə  yana daradım. Dərindən ah çəkdim.Ürəyimdə Allah köməyin olsun dedim.

 

Süfrə arxasında ilk dəfə idi ki susurduq. Nə qədər çalışdım bir stəkan çayı axıra qədər içə bilmədim.

 

Qapı döyüldü.  Gələn Şahbazın mühasibi idi. Salamlaşdıq. Bu qarlı-çovğunlu havada xeyir olsun soruşdum. Gəlin içəri dəvət etdim. Oğlan qapı ağzında çantasını aça-aça işinzə gəlmək istədim amma görürsünüz də bu gün yağan qar necə tüğyan edir. Mən sizdən iki tin yuxarı qalıram çörək sexinin yanında. Şahbaz müəlim salam dedi və sizə altı min göndərdi. Hələ rayonlardan almamışıq və buyurdu ki, ikinci nəşrə görə müqavilə bağlamaq lazım olacaq. Mən eşitdiklərimin təsirindən çıxa bilmirdim. Bir anlığa gözlərimi yumdum Ani olaraq qullaqlarımın batdığını hiss etdim. Sanki səssizlikdə idim. Özümü toplayıb sənədləri imzaladım. Mühasibi yola salıb, qapını arxasınca bağladım. Ehtiyyatla mətbəxə keçdim.           

 

- Allah böyükdür- dedim. Yaxşı ki, zəng etmədim.Yoxsa aclıq davası edən kimi yaddaşda qalardım. Sevda başını aşağı salmışdı. Dinmirdi onun susqun halını görmək mənim üçün çox ağır idi. Sükutu pozdum. Məzuniyyətə çıxıb əmək haqqımıda qoyacam üstünə. Mənə elə gəlir ki, bir təhər keçinə bilərik. O başını yellədi. Bayırda külək güclənmişdi. Uğultu səsi sanki otaqın içərisində idi.

 

Səhəri diri gözlü açdım. Mehmet yerindən qalxmışdı. Süfrə arxasında bir stəkan çayı yarısına kimi içib ayağa qalxdım. Əgər İlqar zəng eləsə - deyərsən ki bu həftə mütləq gələcəksiniz. Mütləq. Diqqətlə Mehmetin ala gözlərində bir sevinc, bir işıq gördüm. Sevda da mükəddər duruşundan əl götürməmişdi.

 

Sağollaşıb evdən çıxdım. Ehtiyyatla binanın qarşısındakı dayanacağa tərəf addımladım. Birdən kimsə, İlkin müəllim, deyə qışqırdı. Döndüm. Binanın, komendantı idi. Yaxınlaşdı. Salamlaşdıqdan sonra Siz bir kitab vermədiniz, amma mən tapdım. Çox yaxşı yazılıb. Qələminizə qüvvət – dedi.

Çox sağ olun. Zəhmət çəkmisiniz, minnətdarlığımı bildirdim.

 

O sözlü adam kimi sağa sola boylandı. Bir həftəyə özünüzə ev tapın alimlər evini sökürlər.

 

-Necə yəni qarın çovğunun bu vaxtında? hara köçmək?

 

-Bura pilot layihəyə salınıb. Heç narahat olmayın. Dünənki qarlı-çovğunlu gündə şəhər İcra Hakimiyyətinə çağırmışdılar. Sizə rəhbərliyin göstərişi ilə dördotaqlı mənzil ayrılıb. Hamı bir həftə ərzində bir ev tapıb yığışmalıdır.

 

Eşitdiyim sözlərdən qulaqlarım batdı. Sanki axşam Şahbazın mühasibinin gəlişi, indi komendantın qəfil xəbərindən özünü itirmişdim. Ətrafdakılar əhəmiyyət vermədən var gücümlə Sən böyüksən Allah qışqırmaq və bir də qışqırmaq istəyirdim.

 

İlqar Quliyev

 

loading...
“İşğalçı ölkə gəlmə ermənilərdən canlı sipər yaratmaq istəyir ki..."
Türkiyədə nazir oldu, övladına Atatürkün adını qoydu, ömürlük həbs cəzasına məhkum edildi...
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Ən azından bu cür mahnılarla şəhid analarının qəlbləri rahatlıq tapar...” - VİDEO
Cəmiyyət
“Nəfəs ala bilmirəm, boğuluram...” - Xalq artisti xəstəxanaya yerləşdirildi
Müsahibə
“1988-ci ildə Xankəndindəki olaylar qanuna uyğun araşdırılsaydı, indi Qarabağ problemi olmazdı ...”-Rus prokuror...
Cəmiyyət
“Onun sənətiylə bağlı öz arzuları var...”
Cəmiyyət
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Bakıda özəl klinikada dəhşət: Qarabağ əlilini səhv müalicə ilə bu hala saldılar və...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247