“B” planı “yumşaq devalvasiyaya” yol açacaqmı?
Köşə
Oxunub: 3082
12 Mar 2020 | 21:46
“B” planı “yumşaq devalvasiyaya” yol açacaqmı?

“OPEC+” ölkələrinin 6-cı iclası martın 4-də Avstriyanın paytaxtı Vyanada keçirilib. Azərbaycanı toplantıda energetika naziri Pərviz Şahbazov təmsil edib. Koronavirusun yayılması nəticəsində neftin qiyməti xeyli aşağı düşüb. İclasın keçirilməsində də əsas məqsəd neft hasilatının azaltmaqla qiymətləri stabil saxlamaq idi. OPEC-in rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonuna kimi gündəlik neft hasilatının daha 1,5 mln. barrel azaldılması tövsiyə edilib. Lakin keçirilən iclasda danışıqlar uğursuzluqla nəticələnib. Rusiya neft hasilatının həcminin aşağı salınması təklifini rədd edib. Səudiyyə Ərəbistanı və Rusiya arasında başlayan bu münaqişə “Brent” markalı neftin qiymətinə təsir edib. Martın 9-da “Brent” markalı neftin qiymətində 31%-lik azalma müşahidə olunaraq 1 barrel neftin qiyməti 31 dollar təşkil edib. Hal-hazırda 1 barrel “Brent” markalı neftin qiyməti 34 dollar təşkil edir.

Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı bu münaqişənin əsas səbəbi nədir?

Rusiyanın energetika naziri Aleksandr Novak deyib: “Biz Səudiyyə Ərəbistanının öz məhsullarının qiymətlərini xeyli aşağı saldığını gördük. Yəni mahiyyətcə neft məhsullarını tanıtmaq təşəbbüsünü irəli sürməklə neft hasilatının artdığını elan etdi. Biz hesab edirik ki, indiki şəraitdə bu ən yaxşı seçim deyil. İstehsal səviyyəsini bu ilin birinci rübündə əldə olunmuş səviyyədə saxlamaq düzgün olardı və biz ümumi razılaşma çərçivəsində belə bir təşəbbüs göstərdik. Ancaq, təəssüf ki, tərəfdaşlarımız təklifimizlə razılaşmayıb”.

“OPEC+” formatı çərçivəsində hazırkı razılaşma gündəlik hasilatın 1,7 mln. barrel azalmasını nəzərdə tuturdu və bu sazişin müddəti bu ayın sonunda bitməli idi. Ancaq Səudiyyə Ərəbistanı aprelin əvvəlindən hasilatı kəskin artırmaq qərarına gəldi. Həmçinin Avropanın neft emalı zavodlarına nefti dünya bazar qiymətindən 8 dollar aşağıya təklif ediblər. Bu addım həmin zavodların Rusiya neftindən imtina etmə çağırışı kimi dəyərləndirilib. Moskva birjasında hazırda 10 faiz enmə müşahidə olunur. Dollar 75 rubla, avro isə 83 rubla qədər bahalaşıb. Beynəlxalq valyuta birjasında isə rubl dollara münasibətdə 9 faiz, avroya münasibətdə isə 11 faiz dəyər itirib. Martın 18-də OPEC-in Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasda bazar iştirakçıları neftin hasilat həcmi ilə bağlı ortaq qərar almalıdır.

Azərbaycan iqtisadiyyatı və milli valyutası neftin qiymətindən asılı olduğu üçün dünya bazarında neft qiymətlərinin dəyişməsi Azərbaycandan yan ötə bilməz. Yeni tipli koronavirusun yayılması, həmçinin, "OPEC+" təşəbbüsü çərçivəsində keçirilən iclasın uğursuzluğu “Azeri Light” markalı neftin qiymətinə öz təsirini göstərib. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 36,62 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Dövlət Neft Fondu və dövlət büdcəsi hesablanarkən 1 barrel neftin qiyməti 55 ABŞ dolları kimi nəzərdə tutulub. Bu proses uzunmüddətli, yəni 3 ay və ya daha artıq davam edərsə, devalvasiya baş verə bilər. Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə olub. Milli Bank həmin ildə manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmişdi. Devalvasiya 33.8% oldu. 21 dekabr 2015-ci ildə isə 2-ci dəfə devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı. Mərkəzi Bank “üzən məzənnə” sisteminə keçidlə bağlı qərarını ictimaiyyətə bildirdi. Sonrakı dövrlərdə USD/AZN məzənnəsi dəfələrlə yuxarı-aşağı hərəkət etdi, hətta bəzi hallarda  1 USD 1.9 – 2 AZN həddinə gəlib çatdı. Hal-hazırda bu kurs stabildir və 1 USD = 1.70 AZN civarında müəyyən olunub. Ucuz neft qiymətləri uzun müddət davam edərsə, devalvasiya qaçılmazdır. Buna baxmayaraq, öncəki illərdən fərqli olaraq devalvasiyanın həcmi 10%-15%-i aşmayacaq. Devalvasiya qərarını Mərkəzi Bank verməlidir. Mərkəzi Bank 6,4 milyard dollarlıq valyuta ehtiyatına malikdir. Bu valyuta ehtiyatı ilə devalvasiyanı qısa müddət ərzində gecikdirə bilər. Mərkəzi Bankın sədri Elman Rüstəmovun martın 11-də verdiyi açıqlamada əsas 2 məqama diqqət yetirilməlidir.

Birinci məqam.  Elman Rüstəmovun fikrincə, neftin qiymətinin aşağı düşməsi ölkənin nə ticarət, nə də tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarındadır: “Devalvasiya qorxusu nəğd manat olan bazar iştirakçılarının gözlənti reaksiyasıdır. Banklar tərəfindən aparılan əməliyyatların həcmi son günlərdə 10 dəfədən artıq artıb. Əhaliyə vaxtında xidmət etmək problemi var. Valyuta çatışmazlığı problemi yoxdur. Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm”.

Azərbaycanda baş verən ilk devalvasiyanın səbəbi dünya bazarında neftin qiymətinin 120 ABŞ dollarından 20 ABŞ dollarına qədər düşməsi idi. Bu ucuzlaşma fonunda ölkəyə daxil olan xarici valyuta kütləsinin kəskin azalması müşahidə olundu. Dolayısı ilə sadalanan bu proseslər Mərkəzi Bankın  valyuta ehtiyatlarının sürətlə əriməsinə gətirib çıxardı və Mərkəzi Bank devalvasiya qərarını verməyə məcbur oldu. Əhali qəfil baş verən devalvasiyaya hazır deyildi. Manatın dəyəri 2015-ci ildən öncəki illərdə ABŞ dolları ilə müqayisədə daha üstün idi. Dollar ucuz olduğu üçün  vətəndaşlar dollarla kredit götürürdülər. Ancaq əhali ilk devalvasiyanın təsirindən çıxmamış 10 ay sonra yenidən devalvasiya ilə üzləşdi və insanların manata güvəni azalmağa başladı. Digər problem depozitlərlə bağlı idi. Valyuta risklərini nəzərə almayan banklar manat və dollar depozitlərini demək olar ki, eyni faizlə cəlb edirdilər. Bu amil vaxtilə yüksək faizlə cəlb edilmiş dollar əmanətlərinin faizlərinin ödənilməsində bankları çətinliklə üzləşdirdi. Əhalinin devalvasiyalardan sonra milli valyutaya inamsızlığı səbəbindən manatla saxladığı əmanətləri banklardan geri çəkməyə, ən yaxşı halda isə dollara konvertasiya etməyə başladı. Manata qarşı olan inamsızlıq bu hadisədə də özünü büruzə verdi. Bu dəfə də neftin qiyməti aşağı düşən kimi insanlar “devalvasiya olacaq” qorxusu ilə banklara axın edərək əllərində olan nəğd pullarla  dollar almaq istədilər. Bu axın qarşısında banklar bütün depozitlərini itirmək qorxusu ilə üz-üzə qaldıqları üçün dollar satışına limit qoydular. Bu addım insanlar arasında daha böyük panikaya səbəb olub. Mərkəzi Bank valyuta auksionu keçirdi və bu auksionda bankların bütün tələbatı ödəndi. Demək, banklarda kifayət qədər valyuta var. Bu səbəbdən Elman Rüstəmov insanları sakitliyə çağırır.

İkinci məqam. Elman Rüstəmov son açıqlamasında onu da bildirdi ki, hökümətin və Mərkəzi Bankın “B” planı var. Bu plan neftin qiymətinin 30-35 dollar olduğu hal üçün hazırlanıb. Hökümət hazırda “B” planı ilə fəaliyyət göstərir. Hökümətin  plan əsasında fəaliyyət göstərməsi “devalvasiya olmayacaq” mənasını vermir. Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar mövcuddur. Siyasi faktorlara koronavirusla bağlı Azərbaycanın qonşu ölkələrlə sərhədlərin bağlanmasını, turizmin zəifləməsini, ticarət mübadiləsinin azalmasını aid etmək olar. Deməli, yumşaq devalvasiya zamana bağlı məsələdir. OPEC-in Texniki Komitəsinin martın 18-də keçiriləcək iclasında  razılaşma olmayacaqsa, o zaman yumşaq devalvasiyaya hazırlaşmalıyıq.

 

Şahin Quliyev, iqtisadi təhlilçi

 

Oxşar xəbərlər
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:16, Bu gün
TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO