Türkan sakinləri dənizə həsrət qalıb. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, artıq xeyli vaxtdır ki, Türkan çimərliyində sahil zonası 300 metrlik bir məsafədə hündür hasarlarla əhatələnib:
Dəniz Türkan sakinlərinin həyatında hər zaman mühüm rol oynayıb. İsti yay aylarında dənizə üz tutan Türkan sakinlərinin əksəriyyəti öz dolanışıqlarını da əsrlər uzunu balıqçılıqla təmin edib. Lakin son bir ildə dənizin sahil zolağının müxtəlif iş adamları və məmurlar tərəfindən zəbti prosesi başlayıb ki, bu da sıradan vətəndaşların dənizə həsrət qalmasına səbəb olub. Bu gün Türkan çimərliyində sahil boyu 300 metr uzunluğundakı bir məsafə qala divarlarını xatırladan, hündürlüyü 10 metr olan hasarlarla əhatələnib. Halbuki, nə ölkə konstitusiyası, nə də müvafiq qanunvericilik dənizin və ya sahil zolağının alınıb-satılmasını, özününküləşdirilməsini yasaqlayır. Konstitusiyada aydın surətdə göstərilib ki, meşə, dəniz, göl, çay, yeraltı və yerüstü sərvətlər xalqa məxsusdur və bunların heç biri alqı-satqı predmetinə çevrilə bilməz. Lakin Türkanda baş verən olay göstərir ki, artıq dənizin belə hissə-hissə, metr-metr satılması prosesinə start verilib və belə davam edərsə, dəniz və sahil zolağı da bir neçə məmurun şəxsi mülkiyyətinə çevriləcək”.