Xəbər lenti
10/04/2020 [01:37]:
Azərbaycanda Boris Consonu görüb xəcalət çəkəsi neçə nazir, icra başçısı var..? - VİDEO
10/04/2020 [00:34]:
ABŞ-da koronavirusa yoluxanların sayı 450 min nəfəri ötdü
10/04/2020 [00:30]:
Paşinyan özünü tələyə salıb
10/04/2020 [00:27]:
Türkiyədəki ermənilər geri qayıdırlar
10/04/2020 [00:18]:
“Ordumuzda koronavirus var deyə gücümüzü sınamağa çalışmayın” – “Peşman olarsınız!
10/04/2020 [00:11]:
Amerikalı konqresmen koronavirusa görə Çinin cəzalandırılmasını istəyir...
10/04/2020 [00:10]:
"O boyda şəhərdə xırdaca bir otel tikilməyib, yan-yana kəndlərin birinə qaz verilir, birinə yox"
09/04/2020 [23:47]:
Azərbaycanda koronavirusla bağlı bu günə olan vəziyyət
09/04/2020 [23:43]:
Koronavirus aşkarlanan qonşularına baş çəkməyə getdilər, özləri yoluxdular
09/04/2020 [23:36]:
ABŞ-da pandemiyadan ölənlərin sayı 16 mini keçdi
09/04/2020 [22:56]:
Baş nazir Consona koronavirus xəbərdarlığı edən müsəlman həkim koronavirusdan öldü
09/04/2020 [22:39]:
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
09/04/2020 [22:36]:
OPEC+ neft hasilatının azaldılması ilə bağlı qərarını açıqladı
09/04/2020 [22:30]:
Kəndimizə qayıtmışam, evimizdə heç kim yoxdu- Karantin dövrünün şeiri...
09/04/2020 [22:02]:
"Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil"
09/04/2020 [22:00]:
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu Abşeronda 20 tənha ailənin 1 aylıq ərzaq təminatını öz üzərinə götürdü
09/04/2020 [21:30]:
“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova
09/04/2020 [21:28]:
Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı
09/04/2020 [21:25]:
"Bunun yetərli olmadığını və ATƏT PA-nın baş verənləri ayrıca vurğulamasını bildirdim"
09/04/2020 [21:13]:
"Jurnalistika da koronovirus pandemiyasından zərər görən sahədir, ona görə də..."
09/04/2020 [21:02]:
Koronavirus internetlə də yayılırmı? - ELMİ LƏDUN...
09/04/2020 [20:38]:
"Mən o çətin günləri yaşamışam, ona görə də bilirəm bu, nə deməkdir"
09/04/2020 [20:37]:
Qənirə Paşayeva parlamentin bu günki iclasında bir sıra önəmli təkliflərlə çıxış edib - VİDEO
09/04/2020 [20:32]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü
09/04/2020 [20:29]:
Mirşahin: "Dövlət sənə niyə pul verməlidir?!" -VİDEO
09/04/2020 [20:26]:
Əfqanıstanda NATO aviabazasına raket zərbələri endirilib
09/04/2020 [20:06]:
Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI
09/04/2020 [19:50]:
OPEC+ ölkələrinin virtual iclası başladı
09/04/2020 [19:40]:
Qocalar evində koronavirus karantini – Gözyaşı və həyəcan + VİDEO
09/04/2020 [19:35]:
Yaşları 20 yaşdan aşağı olan bu şəxslər evdən çıxa biləcək - SƏRƏNCAM
09/04/2020 [19:34]:
UNEC brendi Xorvatiyada da tanındı
09/04/2020 [19:29]:
Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı qaydaların şərhi - VİDEO
09/04/2020 [19:22]:
“Növbəti addım ÜST-nin tövsiyəsi ilə hər kəsin  məcburi peyvəndlənməsi ola bilər...”- Amerika analitiki...
09/04/2020 [19:07]:
Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
09/04/2020 [18:47]:
Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi
09/04/2020 [18:44]:
Akademik Arif İsmayılzadə vəfat etdi
09/04/2020 [18:43]:
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir - FOTO
09/04/2020 [18:37]:
Bu ölkə bütün dünyanın ümidini dəfn etdi: Koronavirus isti havada da “ölmədi”
09/04/2020 [18:35]:
Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI
09/04/2020 [18:29]:
Bu bölgədə koronavirusa yoluxan hər kəs sağaldı - MARAQLI
09/04/2020 [18:17]:
Almaniyada işləyən azərbaycanlı radioloq: “Bir neçə dəfə koronavirus diaqnozu qoymuşam” - MÜSAHİBƏ
09/04/2020 [18:14]:
Türkiyəli professordan PEYVƏND MÜJDƏSİ - 14 gün qaldı
09/04/2020 [18:08]:
ATƏT PA Qarabağdakı “seçkilər”ə etiraz etdi
09/04/2020 [18:03]:
DİN növbəti dəfə vətəndaşlara müraciət etdi
09/04/2020 [18:02]:
Britaniya gözəli həkimliyə başlayacaq: Koronaviruslu xəstələrə… - FOTOLAR
09/04/2020 [18:01]:
Yaşlı koronavirus xəstələri reanimasiyaya yerləşdirilməyəcək - İNANILMAZ...
09/04/2020 [17:51]:
Ermənistanın saxta seçki şousu iflasa uğradı
09/04/2020 [17:50]:
"Gözlənilmədən gələn yaman xəstəlik bütün insanlığa qənim kəsilib..."
09/04/2020 [17:40]:
Moskvada güclü partlayış...
09/04/2020 [17:38]:
Tarantinonun aktyoru koronavirusdan öldü...
09/04/2020 [17:35]:
"Goranboyun 8 kəndinin qazlaşdırılmasına, bir çox yaşayış məntəqələrində isə içməli suya ciddi ehtiyac var"
09/04/2020 [17:35]:
“Koronavirusla mübarizə üçün yeni bir dərman üzərində işləyirik, potenisal var...” -ABŞ dərman şirkəti...
09/04/2020 [17:30]:
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “Evdə qal, cəmiyyəti qoru” adlı aksiya keçirib -FOTOLAR
09/04/2020 [17:25]:
DYP-dən müddəti bitməkdə olan etibarnamələrlə bağlı AÇIQLAMA
09/04/2020 [17:22]:
Karantindən evə buraxılan voleybolçumuz: “Orada fərdi proqramla məşğul olmağa çalışırdım” - FOTO
09/04/2020 [17:17]:
Ötən il Azərbaycanda 21 ana ölümü olub
09/04/2020 [17:16]:
Azərbaycanda icazə SMS-ləri ilə bağlı XƏBƏRDARLIQ
09/04/2020 [17:15]:
477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub – RƏSMİ
09/04/2020 [17:12]:
Paşinyan Ərdoğanın təklifinə cavab verməlidir – Erməni ekspertdən çağırış
09/04/2020 [17:08]:
Çindən Ermənistana göndərilən qutularda skandal: Türkiyəyə qarşı... - FOTO
09/04/2020 [17:04]:
“Dünya virusla mücadilədə, biz Qarabağda müharibəyə başlayaq” təklifinə reaksiyalar
09/04/2020 [17:03]:
Gəmi limandakı nəhəng krana çırpıldı - VİDEO
09/04/2020 [16:55]:
İsmayıllı meşəsindən tapılan skelet nələri açıqlayır? - FOTO
09/04/2020 [16:48]:
107 yaşlı qadın koronavirusa qalib gəldi
09/04/2020 [16:46]:
Azərbaycanda polis rəisinin müavini xidməti maşınla qəza törətdi
09/04/2020 [16:42]:
İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayırdı
09/04/2020 [16:40]:
"Bizim imkanımız var ki daha böyük işlər görək"
09/04/2020 [16:26]:
Qazaxda sərhədçilərin döyüş fəaliyyəti yoxlanılıb
09/04/2020 [16:24]:
Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim: “Sağalanların sayı artımla davam edir”
09/04/2020 [16:21]:
Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var
09/04/2020 [16:20]:
Bu ölkədə fermerlər milyonlarla litr südü küçəyə axıdır - VİDEO
09/04/2020 [16:19]:
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər ölüb, 39 nəfər sağalıb
09/04/2020 [16:13]:
Qadın və kişilərimizin karantindən sonrakı YENİ STİLLƏRİ
09/04/2020 [16:03]:
"“Uşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik" - Millət vəkili təkliflər verdi
09/04/2020 [15:59]:
Koronanın gətirəcəyi böyük fəsadlar – 10 milyonlarla insan...
09/04/2020 [15:55]:
İranda sel 26 nəfərin həyatına son qoydu
09/04/2020 [15:53]:
Dünya fövqəladə halları məşq edir: Mavi planet özü nəhəngliyində təlim meydançasına çevrilir...
09/04/2020 [15:52]:
Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər
09/04/2020 [15:24]:
Sarkisyanın ifadə verəcəyi tarix AÇIQLANDI
09/04/2020 [15:22]:
Ramazan ayında məscidlərdə bayram namazı qılınacaqmı? - AÇIQLAMA
Bütün arxiv bir sırada
20/03/2020 [10:20] - Araşdırma - ( 5429 dəfə baxılıb)

Mübariz Mənsimova qarşı FETÖ sabotajı - ARAŞDIRMA



Moderator.az Palmali Holdinqin sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyənin səhiyyə sektorunda həyata keçirmək istədiyi investisiya layihələrinə qarşı 2008-2012-ci illərdə fətullahçı qruplaşmanın (FETÖ) sabotaj fəaliyyətlərini araşdırıb. Araşdırmanı oxuculara təqdim edirik.

Türkiyədə 2001-ci ildə baş verən krizisdə iflas edən İşıqlar Holdinqin idarə edilməsi Əmanətlərin Sığortalanması Fonduna (TMSF) həvalə edilmiş, TMSF isə İşıqlar Holdinqin maliyyə qurumlarına olan borclarını ödəmək üçün daşınmaz əmlaklarını satışa çıxarmışdı. 2004-cü ilə keçirilən hərracda Mübariz Mənsimov İstanbulun Beşiktaş rayonu Ulus məhəlləsində İşıqlar Holdinqə aid 12 min kvadrat metrlik 3 bloklu binanı TMSF-dən satın almışdı. 2005-ci ildə isə bu binanın sökülərək yerinə tibb müəssisəsi tikilməsi üçün Beşiktaş Bələdiyyəsindən icazə almış, “Palmed” Sağlık Hizmetleri LTD şirkətini qurmuşdu.


Azərbaycanlı işadamı Mübariz Mənsimov 2007-ci ildə “Hürriyət” qəzetinə açıqlamasında bunları demişdi: “Türkiyədə ən böyük xəstəxana layihələrindən birini həyata keçirəcəyik. 2008-ci ilin yayında İstanbulun Ulus səmtində açmağı planlaşdırdığımız ilk xəstəxananın inşaatı davam edir. 120 yataqlı, 7 ulduzlu ilk xəstəxananın smeta dəyəri 100 milyon dollardır. “Pal Hospital” adı veriləcək bu xəstəxana əsasən uşaq və qadın xəstəlikləri sahəsində ixtisaslaşacaq. Xəstəxana amerikalı tibbi heyət tərəfindən idarə olunacaq. İstanbuldakı xəstəxananın bir bənzəri də Bakıda inşa edilir. Regionda ixtisaslaşdırılmış xəstəxanalar zənciri qurmağı planlaşdırırıq. İstanbul və Bakıdan sonra Ankara və İzmirdə də xəstəxana açacağıq.”



Mübariz Mənsimovun xəstəxana layihəsi qeyri-müəyyən səbəblərdən Türkiyədə fəthullahçı qruplaşmanın hədəfinə çevrildi. Fəthullahçı qruplaşma bu layihənin baş tutmaması üçün bələdiyyə, məhkəmə, prokurorluq, ordu və ictimai təşkilatlardakı əlaltıları vasitəsilə hücuma keçdi. Fəthullahçıların yuva qurduğu Türkiyə Hərbi Hava Qüvvələrinin İstanbulun Ulus məhəlləsində yerləşən 15 saylı Raket Hücumlarından Müdafiə hərbi bazasının komandirliyi tikintisi davam edən xəstəxananın yerləşdiyi ərazini “hərbi təyinatlı zona” elan edərək 2008-ci ilin fevralında Palmali Holdinqə məktub göndərdi. Məktubda xəstəxananın inşasının raket hücumundan müdafiə sisteminin fəaliyyətinə maneçilik törətdiyi qeyd edilir və inşaatın 2 gün ərzində dayandırılması tələb edilirdi. Palmali Holdinqin o vaxt FETO-cuların nəzarətində olan Türkiyə Hərbi Hava Qüvvələri Kamandirliyinə təqdim etdiyi layihədə dəyişiklik təklifləri də nəticəsiz qaldı. Ardından İstanbul Böyük Şəhər Bələdiyyəsi xəstəxana tikmək üçün Beşiktaş Bələdiyyəsinin 2005-ci ildə verdiyi qərarı ləğv elədi.



Mübariz Mənsimov 2009-cu ilin sentyabrında Türkiyənin "Milliyət" qəzetinə verdiyi reportajda 15 saylı Raket Hücumlarından Müdafiə hərbi bazasının komandirliyinin qərarına etirazını bu sözlərlə bildirmişdi:
"Biz bu ərazini hansısa bir şəxsdən deyil, Türkiyə dövlətindən satın aldıq. Türkiyə Əmanətlərin Sığortalanması Fondu bildiyim qədəriylə dövlət müəssisəsidir. Biz alarkən bu ərazi "hərbi təyinatlı zona" deyildi. Mən bir investor kimi Türkiyəyə investisiya qoymadan əvvəl düşünməliyəm. Kimlərsə oyun oynayır. Oyun oynayanlar, bürokratlardır yoxsa ordu mənsublarıdır- dəqiq bilmirəm. Ancaq bir iş adamına qarşı belə oyunların oynanması heç doğru deyil. İki həftədir inşaatımız dayandırılıb. Məhkəməyə müraciət elədik. 20 min kvadrat metrlik bir xəstəxananı Türkiyədə 4 ilə tikib qurtara bilmədik. Maneələrlə, bürokratiya ilə vaxt itiririk.  "Mən buradan raket atacam. Bura hərbi təyinatlı zonadır" deyilərək mənim ərazimdə inşaata maneçilik törədilir. Bu ərazidə əvvəllər 18 metr hündürlüyündə bina raket atılmasını əngəlləmirdi, mənim 11 metrlik binam əngəlləyəcək? Mənim ərazimin və raketlərin yerləşdiyi bölgənin ətrafında daha hündür binalar var."
 

 

2008-ci ildən etibarən Fəthullahçı hakim və prokurorlar tərəfindən Mübariz Mənsimova qarşı təzyiqlər başladı. Fəthullahçı qrupa aid “Zaman” qəzetində yayımlanan bir xəbərdə, “hərbi təyinatlı zona” qərarının ləğv edilməsi qarşılığında Hərbi Hava Qüvvələrinin prokuroru Ahmet Zeki Üçokun Mübariz Mənsimovdan 5 milyon dollar rüşvət istədiyi iddia olunurdu. İddianamədə hərbi prokuror Üçokun, vasitəçi kimi İstanbulun Beşiktaş Bələdiyyəsinə seçkilərdə AKP-dən namizəd olmuş biznesmen Sibel Çarmıxlı ilə görüşdüyü qeyd olunurdu. Əslində isə Ergenekon iddianamələrini hazırlayan fəthullahçı prokurorlar bu iddialarla həm atatürkçü hərbi prokuror Ahmet Zeki Üçoku zərərsizləşdirməyi, həm də Mübariz Mənsimova təzyiq göstərərək xəstəxana layihəsini dayandırmağı qarşılarına məqsəd qoymuşdular. Nəzərə alsaq ki, həmin illərdə fəthullahçı hakimlərin nəzarətində olan “özəl yetkili” məhkəmələrdə minlərlə vətənpərvər, vicdanlı Türk milliyyətçisi saxta ittihamlarla mühakimə olunurdu, Mübariz Mənsimovun ona qarşı yönəldilən saxta ittihamlardan narahatçılığını təsəvvür etmək çətin deyil.


Qeyd edək ki, Ahmet Zeki Uçok Türkiyədə ilk dəfə orduda FETÖ izini aşkar edən və təhqiqat başladan prokurordur. 2009-cu ilin martında Ahmet Zeki Uçokun orduda FETÖ izini aşkar edən təhqiqatından xəbər tutan fəthullahçı qruplaşma, birbaşa Fəthullah Gülənin təlimatı və ona yaxın millət vəkillərinin dəstəyi ilə, 2009-cu ilin iyununda Türkiyə parlamentində qanun dəyişikliyi təklifi verərək, hərbçilərin işinə mülki məhkəmələrdə, o cümlədən, "özəl yetkili" məhkəmələrdə baxılmasına nail oldu. Bu yolla cəsusluqda ittiham olunan FETÖ-cü hərbçilərin işi hərbi məhkəmədən alınaraq "özəl yetkili" məhkəmələrə verildi. Bu hərbçilər "özəl yetkili" məhkəmədə FETÖ-cü hakimlərdən bəraət alaraq məsuliyyətdən azad oldular.



Orduda FETÖ izni ortaya çıxaran hərbi prokuror Ahmet Zeki Üçok isə 2009-cu ilin sentyabrında saxta ittihamlarla həbs edildi. Ahmet Zeki Üçoka yönəldilən ilk ittihamnamədə Fenerbahçe Futbol Klubunun prezidenti, Mübariz Mənsimovun yaxın dostu Aziz Yıldırımdan rüşvət aldığı iddia olunurdu. Sonrakı ittihamnamələr isə Balyoz və Ergenekon "terror" təşkilatına üzvlük idi. 


Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi İlker Başbuğ "İttihamlara qarşı həqiqətlər" kitabında yazır ki, Ahmet Zeki Uçokun apardığı təhqiqat uğurla nəticələnsə idi, 2009-cu ildə orduda fəthullahçı qruplaşma ifşa olunacaqdı və 15 iyul 2016-ci ildə çevriliş cəhdi baş verməyəcəkdi. 


Mübariz Mənsimov, rüşvət iddiaları ilə bağlı "Milliyət" qəzetinə reportajında bunları demişdi:

"Sibel Çarmıxlı adında xanımla bizim işimiz olmayıb. Heç vaxt görüşməmişik. Çarmıxlının Palmali ilə nə işi ola bilər? Neft satır yoxsa gəmisi var? Birlikdə görə biləcəyimiz bir iş yoxdur. Uzaqdan yaxından heç bir işimiz olmayıb, olmayacaq da. Nə Çarmıxlı ilə, nə də iddianamədə adı keçən digər adamlarla. Biz sadəcə Türkiyədə deyil, 45 dövlətdə varıq.  Palmali Holdinqin bir prinsipi var. Etdiyimiz bütün işləri qanun çərçivəsində aparırıq. Heç bir dövlət idarəsi və ya quruluş bizə rüşvət və ya qanunsuz iş təklifi edə bilməz. Zatən belə bir məqsədlə ofisimə gələn adamı özüm sopa ilə döyə döyə polisə apararam. Rüşvət iddialarının mənimlə və ya şirkətimlə əlaqələndirilməsi həqiqətə uyğun deyil. İnşallah həqiqət ortaya çıxar. Dövlət bu işin üzərinə getməlidir. Dövlət getməsə mən bu işin dalınca gedəcəm. Palmali və Mübariz Mənsimov adı dünyanın heç bir yerində rüşvət qalmaqalında olmayıb, olmayacaqdır. Belə çirkin oyunların olduğu yerdə də Palmali qalmaz."

FETÖ-cü prokurorların qərarı ilə saxlanılan Sibel Çarmıxlı haqqında rüşvət iddiaları da təsdiqini tapmadı.


Xəstəxananın inşaatına qoyulan qadağa aradan qaldırılmadı. Bu durumdan dərin məyusluq keçirən azərbaycanlı işadamı Mübariz Mənsimov 2012-ci ildə xəstəxana layihəsini təxirə saldı və “Palmed” şirkətini ləğv elədi. Elə həmin il Medical Park xəstəxanalar qrupunun sahibi, işadamı Ethem Sancak yarımçıq tikilini Mübariz Mənsimovdan satın aldı. Maraqlıdır ki, o illərdə FETÖ-nün nəzarətindəki İstanbul Bələdiyyəsi və Türkiyə Hərbi Hava Qüvvələri Komandirliyi Ethem Sancakın, xəstəxananın "hərbi təyinatlı zona"da inşaatına maneçilik törətmədi. Hal-hazırda həmin xəstəxana Medical Park xəstəxanalar qrupunun nəzdində “Liv Hospital” adı ilə fəaliyyət göstərir və Türkiyənin ən bahalı A+ xəstəxanalarından biridir.

Koronavirus internetlə də yayılırmı? - ELMİ LƏDUN...
Qənirə Paşayeva parlamentin bu günki iclasında bir sıra önəmli təkliflərlə çıxış edib - VİDEO
Qocalar evində koronavirus karantini – Gözyaşı və həyəcan + VİDEO
Yaşları 20 yaşdan aşağı olan bu şəxslər evdən çıxa biləcək - SƏRƏNCAM
Bu bölgədə koronavirusa yoluxan hər kəs sağaldı - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Hadisə
Yaşlı koronavirus xəstələri reanimasiyaya yerləşdirilməyəcək - İNANILMAZ...
Cəmiyyət
Koronanın gətirəcəyi böyük fəsadlar – 10 milyonlarla insan...
Dünya
Şimali Koreya koronavirus əleyhinə maska hazırladı...
Gündəm
Laçın İcra Hakimiyyəti Bakı, Sumqayıt və Abşeronda  200 aztəminatlı köçkün ailəyə yardım göstərdi -FOTOLAR 
Cəmiyyət
Google ölkələrin karantin rejiminə necə əməl etdiyini açıqladı - Hesabat
Yazar
Seymur Əliyev
Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz
İlham İsmayıl
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Sultan Laçın
Allahın bu vədini unutmayaq: “HƏR ÇƏTİNLİKDƏN SONRA BİR ASANLIQ GƏLƏR!..”
Həftənin ən çox oxunanları
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - 18+VİDEO
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Sabahdan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTOLAR
“Böyük aclıq dalğası gəlir, tez olun...” – Lukaşenkodan şok sözlər
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247