“Koronavirus” bəşəriyyəti  ümumdünya elektron quldarlığına sürükləyir?..
Oxunub: 4607
25 Mar 2020 | 14:56
“Koronavirus” bəşəriyyəti  ümumdünya elektron quldarlığına sürükləyir?..
...İllərdir etdiyimiz xəbərdarlıqlar öz yerini aldı: insanların əksər hissəsinin nəfsinə və nəticədə dolayısıyla  dünyanı öz bildikləri kimi yönləndirməyə çalışan şeytani güclərə kölə olmasının bir yekunu olmalıydı... Gözlənilməz bəla kimi təqdim edilən bir gözəgörünməz varlıq gəldi – “koronavirus”!.. Və biz insanlar elmin,  səhiyyənin hazırkı inkişaf səviyyəsində guya onunla mübarizədə aciz qalmışıq... 

Bəs nədir bu? Qədimdə, Orta əsrlərdə yayılan vəba, taun kimi təbii şəkildə yaranmış yoluxucu xəstəlik, yoxsa Şeytanın köləsi olan “insan” adlanan məxluqların planeti hərbi-siyasi, iqtisadi-sosial baxımdan tam nəzarətdə saxlayıb idarə etmək  məqsədi ilə törətdiyi qlobal təxribat, yəni bioloji silah, yaxud informasiya manipulyasiyası?.. Dünyanın qlobal maliyyə-iqtisadi strukturunun yenidən format edilməsi, “perezaqruzkası”mı? Təhlillər göstərir ki, ikinci ehtimal daha güclüdür... Çünki bu bəlanın İranda, Türkiyədə, İtaliyada, İspaniyada, Braziliyada, Kanadada və s. adi hallarda da yüksək səviyyədə qorunan ən yuxarı vəzifəli şəxslərə, elitalara, məşhur iş adamlarına, idman, şou-biznes ulduzlarına, hətta Britaniya kraliçasının sarayına  qədər nüfuz etməsi və generalları, deputatları həlak etməsinin təsadüf olması ağlabatan deyil... Fəqət, bir sıra digər informasiyalar kimi, koronavirus haqda yönləndirilən xəbərlərdən, eləcə də statistik rəqəmlərdən bəzilərinin də manipulyasiya xarakterli feyk-xəbərlər olması da mümkündür...

***

Yoxsa dünya sakinlərini peyvəndləmə bəhanəsilə kütləvi çipləşdirməyə hazırlayırlar?..

***
Artıq bəhs edilən bəla haqda bir çox versiya və hipotezlər də meydana çıxıb. Hələlik onlardan daha çox ağlabatanlarını tezislər şəklində, həm də ibtidai təhsilli insanın başa düşəcəyi anlaqlı dildə nəzərinizə çatdırmağa və sonrakı yazılarımızda  hər bir tezis barədə daha geniş məlumat verməyə çalışacağıq...

***

Koronavirusun Allahın varlığını qəbul etməyən bəzi materialist, darvinislərin iddia etdiyi kimi, guya buzlaqların əriməsi, yüz min ilərin təkamülü, mutasıyası, yaxud süni intellektin “əməl”lərinin nəticəsində təbii formada yaranıb yayılması və ya bioloji silah kimi işə salınmasından asılı olmayaraq  teoloji baxımdan, Qurani-Kərim prizmasından yanaşsaq, bu, Allahın bütün insanlıq qarşısında qoyduğu Qiyamət öncəsi bir qlobal imtahan, test, sınaqdır. Çünki Yaradanımızın izni olmasa, nə “COVİD-19” adlanan həmin mikroorqanizm özbaşına törəyib artaraq insanların səhhətinə zərbə vura bilər,  nə də elmindən, maliyyə imkanlarından, hərbi-siyasi, iqtisadi gücündən asılı olmayaraq  hansısa  pərdəarxası super güc, yaxud super dövlət bu bəlanı icad edib planetə yoluxdura, yaxud onun haqqında çaşdırıcı ajiotaj yaradan xəbərləri yaya bilər...

Bununla belə, hər iki halda bu imtahandan keçməliyik.... Hər iki halda özümüzü qorumaq üçün əlimizdən gələni etməyə, dövlət, hökumət qurumlarının qoyduğu qadağa və qaydalara əməl etməyə məhkumuq...

***

Koronavirus Allahın izni  ilə də təbii şəkildə meydana çıxıbsa, inşallah, biz insanların “tədbir bizdən – təqdir Allahdan” deyərək əlimizdən gələni etməyimiz, dua və əməllərimiz sayəsində, dünya elminin  bu bəlanın zərdabını, antivurusunu tapması nəticəsində elə Rəbbimizin izni ilə də müəyyən bir müddətdə durduralacaq.... 

*** 
Amma qorxulusu hər iki halda, yəni həm təbii yaranmış  və yayılan infeksiya, həm də qəsdən  və bəlli ölkə, məkan və şəxslərə daha çox yoluxdurulan bioloji silah olduğu halda bundan şeytani güclər öz bədxah niyyətlərini  həyata keçirmək üçün yararlana bilər....
 
***
Konspiroloqların belə  bir versiyası var ki, koronavirus – sələmçi, dələduz qlobal monarxiyanın Vahid Dünya Dövlətini qurmaq üçün son həlledici  hücumlarından biridir. Məqsəd getdikcə güclənən iqtisadi böhran sayəsində bütün milli yönümlü dövlətləri, xalqları, onların dəyərlərini tamamilə yox etmək və planetdəki siyasi, iqtisadi-sosial proseslərin Vahid bir Mərkəzdən yönləndirilməsinə nail olmaqdır....

Həmin versiyaya görə, bu ölümcül mərəzi yayanlar onun peyvəndini də çoxdan icad ediblər.  Bəşəriyyətin varidatının 90 faizini öz əllərində cəmləşdirən bu transmilli qlobal monarxiya üçün planetdəki qazanc obyektlərindəki gəlirlərinin yüzlərlə milyardının itirilməsi  belə qorxulu deyil. Çünki əmindirlər ki, sonda özləri qazanacaq və onlardan “koronavirus bəlasından qurtulmaq” üçün kredit götürən dövlətləri bu dəfə son həddə yükləməklə çökürtməyə nail olacaqlar.  “Sion müdriklərinin protokolları”da da bu cür sxemlər açıq-aydın göstərilir...

*** 
Super iblisanə güclərin dünyanın bütün sakinlərinin kütləvi şəkildə çipləşdirilərək elektron quldarlığa nail olunması üçün addımlar atması haqda illər öncə  dəfələrlə yazmışıq( Bax://www.moderator.az/news/152645.html və //www.moderator.az/news/152812.html)

2016-cı ildə Moderator.az-da təqdim etdiyimiz həmin yazılardan birindən bəzi parçaları əyanilik üçün nəzərinizə çatdırırıq:

“...Hələ 2000-ci ildə məşhur milyarder, “San Maykrosistems” kompaniyasının lideri Bill Coy super oliqarxiyanın  2030-cu ilədək dünya əhalisinin hamısını çipləşdirməyi başa çatdırmaqla insanları sözün həqiqi mənasında elektron köləyə çevirməyi nəzərdə tutan proqramları barədə danışıb. Artıq ABŞ, Braziliya, Meksika, İsveç, Rusiya kimi ölkələrdə müxtəlif bəhanələrlə, xüsusən pasientlərin sağlamlığına nəzarət adıyla kütləvi çipləşdirmə kampaniyasına start verilib. 

Çipləşdirmə - insanın sağlamlığı, həyat və düşüncə tərzi, yerdəyişmələri, fəaliyyəti, peşəkar məşğuliyyəti və s. üzərində tam, sutkaboyu texniki elektron nəzarətin həyata keçirilməsidir. Bu, insanlığın gizli soyqırım növlərindən biridir. 2001-ci ilin iyunundan ABŞ-da imlantant çiplərin kütləvi istehsalına başlanılmışdır. 2002-ci ildə ABŞ-da ilk dəfə insan bədəninə çip yeridilmişdir. 2004-cü ildə isə artıq çipləri istehsal edən kompaniya Rusiyada da fəaliyyətə başlamışdır... 

Şəxsiyyət vəsiqələrini dəri altına yerləşdirilən düyü dənəsi boyda çiplər əvəzləyəcək... 

ABŞ-ın Vayominq ştatının administrasiyası da 2015-ci  ildən əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər. İnsanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər...”

*** 
2000-ci ilin əvvəllərindən göbələk kimi çoxalmağa başlayan müxtəlif viruslar: SARS, MERS, donuz qripi, quş qripi və s.  məhz insanların “Overton pəncərəsi” üsulu ilə çipləşdirməyə hazırlanmasına xidmət edib.  Koronavirus isə artıq virus nağıllarının sonuncusudur. Bu bəlanın bir neçə aydan sonra qarşısı alına bilər. Ancaq  super güclər sabah yeni oxşar bir virus peyda olmayacağına “zəmanət vermir”... Artıq dünən – martın 24-də Çində “hantavirus” adlı yeni bir bəlanın peyda olduğu və bir insanın bundan həlak olması haqda  informasiyalar yayılıb...   

Yeri glmişkən, bu gün dünya üzrə yayılan xəbər məmulatlarının bəlkə də 90 faizi virusla bağlıdır... Bir neçə ay, yaxud bir neçə il sonra yenə də informasiyalar, “Ümumudünya Səhiyyə Təşkilatı”nın tövsiyələri, mütəxəssis,  həkim məsləhətləri vasitəsi ilə çox rahat bir şəkildə insanların beyninə yeridiləcək ki,  görürsüz, siz artıq özünüz orqanizminizi, sağlamlığınızı kontrol edə bilmirsiniz, yaxşı olar ki, sizin bədəninizə bir  çip yerləşdirilsin və həmin çip sayəsində sizə peyk  vasitəsilə nəzarət edilsin:  o halda sizdə hər hansı bir xəstəlik, eləcə də virus infeksiyası baş qaldırdıqda, təzyiqiniz, şəkəriniz artıb-azaldıqda belə, sizə operativ xəbər ediləcək və siz həkimə müraciət etməklə həmin mərəzlərin qarşısını vaxtında ala biləcəksiniz.... Yaxud həmin düyü dənəsi boyda çiplər guya koronavirusa qarşı peyvəndlərlə birgə də bədənimizə yeridilə bilər...

***
Koronavirus bütün  cahan boyu insanları həm də yolluxma ehtimalı adı altında nağd pul, kağız, dəmir əskinasları işlətməkdən çəkindirir. Bu da kütləvi çipləşdirməyə xidmət edir. Çünki bu gün kartlardakı hesablarımıza yerləşdirilən pul vəsaitimiz, sabah elə bədənimizə yeridilmiş çiplərə yönləndiriləcək. İnsanların bütün şəxsi məlumatları həmin çiplərdə olacaq və şəxsiyyət vəsiqəsinə, harasa getmək üçün biletə, nəqliyyat kartlarına ehtiyac qalmayacaq. Ancaq bu rahatlıq da bizə baha başa gələcək. Bizi çiplər vasitəsilə nəzarətdə saxlayacaqlar.  Və ümumdünya diktaturasına qarşı hər hansı bir xətaya yol verdikdə hesablarımızı donduracaq və bizlər acından, xəstəlikdən ölmək təhlükəsi altında qalacağıq...

***

Koronavirus ilk baxışdan dolayısıyla ayrı-ayrı diktatura, avtoritar rejimlərə dəstək verir. Karantin rejimi, yaxud fövqəladə vəziyyət, komendant saatı elan edən diktator, ona baş əyməyən rəqiblərini, müxalif qüvvələri əvvəlki tək kütlələrin etirazı ilə qarşılaşmadan asanlıqla zərərsizləşdirə, ölkə daxilində istədiyi əmr və qərarları verə bilər.  Ancaq yazımızın əvvəlində vurğuladıq ki, koronavirus demokratik və ya avtoritar quruluşluluğundan asılı olmayaraq ayrı-ayrı müstəqilliyə daha çox meyl edən dövlətlərin çökdürülüb məhv edilməsinə xidmət edir. Bu bəlanın bəzi dövlət başçılarının lap yanına dırmaşması da göstərir ki, yer üzündə qalan ayrı-ayrı diktatorlar da İraqda, Liviyada, Misirdə və s. olduğu kimi yaxın müddətdə sıradan çıxarılacaq. Çünki Şər güclərin istəyi planet üzrə vahid bir diktatura – ümumdünya elektron quldarlığının bərqərar olmasıdır... 

***
Hazırda dünyanın, demək olar ki, bütün dövlətlərinin koronavirusa qarşı Ümumdünya Səhiyyə Təşkilatının diktəsi ilə mübarizə aparmaq cəhdləri məhz Vahid Dünya Dövlətinin və ya Ümumdünya Elektron Quldarlığının konturlarının cızıldığını göstərir...

***

Əgər dediklərimizdə xəta etdiksə, Allah Özü bizi bağışlasın və Doğrusunu da O bilər... 

***
Sonda öncəki yazılarımızdakı bir fikri yenidən xatırlatmaq yerinə düşər:

“...Kainatda ən kiçicik zərrədən, hüceyrədən tutmuş canlı və cansız bütün varlıqları idarə edən, onlara bütövlükdə tam nəzarət edən Allahdır. Deməli, bütün vasitələrlə Yer sakinlərini öz idarə olunan elektron qullarına çevirmək istəməyə çalışanlar, əstəğfürullah, "allahlıq" iddiasındadırlar. Lakin onların cəhdləri əbəsdir. Bəşər əhlini sonadək köləyə çevirmək, xalqları xüsusən də müsəlman, türk xalqlarını, o cümlədən Azərbaycan xalqını məhv etmək, inşallah, bu güclərə nəsib olmayacaq. Çünki Rəbbimizin Quranda buyurduğu kimi, Allah bütün hiyləgərlərdən tədbirlidir (Quran, Ali-İmran,54)...
Amma bununla yanaşı, Yaradan hər bir bəndəsindən haqsızlığa qarşı bacardığı qədər susmamağı, mübarizə aparmağı da tələb edir...

Və koronavirus imtahanı bizləri dərdə salmasın; qorunaq, qoruyaq və dua edək....

Sultan Laçın

  

Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb