Hər zaman səs-küylü açıqlamalarla diqqəti cəlb edən Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski yenidən səsləndirdiyi bəyanatla gündəmə gəlib.
Moderator.az xəbər verir ki, Rusiyanın “Regnum.ru” agentliyinə aşıqlamasında Jirinovski bu dəfə SSRİ-ni yaratmaq xiffətini başqa formada dilə gətirib. O, keçmiş İttifaq respublikalarının iştirakı ilə yeni birliyin – Rusiya Konfederasiyasının yaradılması ilə bağlı çağırış edib.
RLDP lideri Konfederasiyanın Qazaxıstan, Orta Asiya ölkələri, Belarus, Moldava, Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə yaradılmalı olduğunu deyib.
Jirinovskinin fərziyyəsinə görə, Konfedarsiyanın xarici siyasətinin idarəsi və maliyyə nəzarəti mərkəzin (yəni Moskvanın-red.) əlində olmalıdır.
Maraqlıdı ki, Jirinovski xəyalındakı yeni "birliyə" Ukraynanı daxil etməyib.
Onun sözlərinə görə, hazırda belə bir ittifaqın yaradılması üçün uyğun zəmin yaranıb. Bir sıra siyasi şərhçilərin fikrincə, Jirinovski “münbit zəmin” deyərkən koronavirusun yaratdığı beynəlxalq şəraiti nəzərdə tutur.
Taleh