Xəbər lenti
07/07/2020 [16:57]:
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişib
07/07/2020 [16:56]:
İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi
07/07/2020 [16:55]:
Laboratoriyanın səhvinə görə 19 futbolçu koronavirusa yoluxdu
07/07/2020 [16:54]:
Azərbaycanda daha bir telejurnalist koronavirusa yoluxdu - FOTO
07/07/2020 [16:53]:
Elektrik cərəyanı iki nəfərin ölümünə səbəb oldu - VİDEO
07/07/2020 [16:51]:
Baş nazirdən təhsillə bağlı QƏRAR: İllik xərclər təsdiqləndi - CƏDVƏL
07/07/2020 [16:42]:
"Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"
07/07/2020 [16:38]:
Bakı Slavyan Universitetinin kollektivinə ağır itki
07/07/2020 [16:38]:
“Bu bir müharibədir və bu müharibədən qalib çıxmaq üçün hamılıqla səfərbər olunmağımız vacibdir”
07/07/2020 [16:36]:
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
07/07/2020 [16:09]:
Avtobusu qəflətən çevirdi və su anbarına tərəf sürdü: 21 ölü - ANBAAN VİDEO
07/07/2020 [16:07]:
Bakıda YPX əməkdaşları ilə icazəsi ləğv edilən taksi sürücüsü arasında mübahisə - VİDEO
07/07/2020 [15:40]:
“Bu addım ya insanlara fərqli bir istimul verməkdir, ya da Avropaya ismarıc ola bilər”
07/07/2020 [15:21]:
“Cənab Prezident maska taxırsa, niyə başqası bunu edə bilməsin ki..."
07/07/2020 [15:15]:
"Vəzirov Ramiz Mehdiyevin Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu..."
07/07/2020 [15:11]:
BDU tələbələrinin onlayn “müdafiə”si...
07/07/2020 [15:07]:
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
07/07/2020 [15:06]:
Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu
07/07/2020 [15:04]:
Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı - RƏSMİ
07/07/2020 [15:03]:
Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA
07/07/2020 [14:34]:
“Ordusunun ərzaq ehtiyacını ödəyə bilməyən Ermənistanın Azərbaycanı raket zərbələri ilə hədələməsi absurddur”
07/07/2020 [14:26]:
20 Yanvar ərazisində niyə post qurulub? - Xəbərdarlıq
07/07/2020 [14:24]:
İstirahətə gedərkən polis forması geyindi, həbs edildi
07/07/2020 [14:23]:
Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək
07/07/2020 [14:22]:
Operativ qərargah dörd komandaya məşqlərə başlamağa icazə verdi
07/07/2020 [14:20]:
Dünənki dörd qəzada 5 nəfər ölüb
07/07/2020 [14:15]:
Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ
07/07/2020 [14:14]:
"İngilis dilində ən çox kitab oxuyan tələbə” müsabiqəsinin QALİBLƏRİ MƏLUM OLDU
07/07/2020 [14:09]:
“Kişi evlidirsə, işdən sonra evə getməlidir”
07/07/2020 [14:03]:
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib
07/07/2020 [13:54]:
"Modul tipli xəstəxanaların inşası pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir"
07/07/2020 [13:39]:
Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə görüş keçirilib
07/07/2020 [13:26]:
Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO
07/07/2020 [13:25]:
"Zəncirvari yoluxmanı qırmaq üçün karantin rejiminin uzadılması vacibdir"
07/07/2020 [13:23]:
Koronavirusa inanmayan prezident təcili özünü təcrid edib
07/07/2020 [13:22]:
Baş katib: “Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq”
07/07/2020 [13:17]:
Şimali Koreya ABŞ-la danışıqlardan imtina etdi
07/07/2020 [13:16]:
1000 nəfərədək məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb
07/07/2020 [13:13]:
“İncəsənət xadimlərinin çətinlikləri hamıdan çoxdu, yeganə işləməyən insanlar bizik...”
07/07/2020 [12:58]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
07/07/2020 [12:45]:
Azərbaycanın strateji nöqtələrini vurma təhdidinə ermənilərin qənimindən CAVAB...
07/07/2020 [12:43]:
XİN-də səfirlərdən və diplomatlardan rüşvət alınması iddiaları böyüyür
07/07/2020 [12:42]:
“Bu yardımın mənəvi dəyəri daha böyükdür” – Emin Həsənli
07/07/2020 [12:20]:
İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək?
07/07/2020 [12:18]:
Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar
07/07/2020 [12:10]:
Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... - FOTO
07/07/2020 [12:05]:
“Otelin nömrəsinə gəldik, ikisi də yatağa sərildi, Mən xahiş etdim ki..."
07/07/2020 [12:02]:
“Roskosmos” rəhbərinin müşaviri dövlətə xəyanət şübhəsi ilə saxlanılıb
07/07/2020 [11:49]:
“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz”
07/07/2020 [11:48]:
“Ağ Evə kimin gəlməsindən asılı olmayaraq, İranın zərəri kompensasiya edilməlidir”
07/07/2020 [11:47]:
Bakıya gələn 305 maşın geri QAYTARILDI
07/07/2020 [11:45]:
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi...
07/07/2020 [11:43]:
Dəniz də qadın kimidir - Gah mülayim, gah qəzəbli...
07/07/2020 [11:40]:
“Qardaşı necə qəhrəman, qeyrətli olubsa...” - Şəhid anası ikinci oğlunu əsgər yola saldı
07/07/2020 [11:37]:
Laboratoriya səhvi nəticəsində 19 futbolçu koronavirusa yoluxdu
07/07/2020 [11:29]:
ATU-nun Tədris Terapevtik Klinikasında 24 tibbi personal COVID-19-a yoluxub
07/07/2020 [11:27]:
İcazələr AKTİVLƏŞDİRİLDİ - Yenidən yoxlayın
07/07/2020 [11:21]:
Rusiya-Azərbaycan sərhədində nələr yaşanır?
07/07/2020 [11:19]:
85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd TƏYİN OLUNUB
07/07/2020 [10:59]:
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
07/07/2020 [10:54]:
“Bütün problemlərim necə var, elə də yerində qalıb, kimin yadına düşürəm ki..?"
07/07/2020 [10:49]:
Ermənistanda COVID-19-dan ölənlərin sayı 500-ü ötüb
07/07/2020 [10:49]:
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
07/07/2020 [10:48]:
Maliyyə idarəsinin rəisi vəfat edib
07/07/2020 [10:47]:
“Survivor”dan çıxan kimi sevgili oldular
07/07/2020 [10:44]:
İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir
07/07/2020 [10:38]:
"Masa üzərində Azərbaycan planı aparıcı təkliflər paketi kimi müzakirə olunsun"
07/07/2020 [10:33]:
Polisin su içən 13 yaşlı qızı maskaya görə cərimələməsi kəskin etirazla qarşılandı...
07/07/2020 [10:13]:
“Allaha qurban olum, heç nə xatırlamıram” - Komaya düşən sürücü ayıldı...
07/07/2020 [10:07]:
ABŞ “TikTok”u bloklamağa hazırlaşır
07/07/2020 [10:06]:
Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO
07/07/2020 [10:06]:
Yer Putinin ayaqları altında yanırdı...
07/07/2020 [09:40]:
Merilin Monronun yaylığı Paris teatrını xilas etdi - FOTO
07/07/2020 [09:31]:
İnsan beyni yeyən amöb aşkarlanıb
07/07/2020 [09:29]:
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
07/07/2020 [09:28]:
KXDR ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib
07/07/2020 [09:26]:
Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib
07/07/2020 [09:23]:
Bakının ləngiyən müharibə qərarı: zamana bağlı gözlənti, yoxsa...
07/07/2020 [09:18]:
Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkim koronavirusun əsas əlamətindən DANIŞDI
07/07/2020 [09:14]:
Koronavirusun daha iki müxtəlif ştammı müəyyən olundu
Bütün arxiv bir sırada
25/03/2020 [21:11] - Gündəm - ( 3705 dəfə baxılıb)

Məhkəmə-hüquq sisteminin simasını dəyişən fərman: Yeni tələblərdən yeni təfəkkürə doğru...



Məlum olduğu kimi, prezident İlham Əliyevin 2019-cu ilin 3 aprel tarixində "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" verdiyi fərman bu sahədə keyfiyyət etibari ilə yeni bir mərhələnin başlanmasına səbəb oldu. Məhkəmələrin şəfafflaşmasını, məhkəmələrdə müasir informasiya texnologiyaların tətbiqini, ekspertiza fəaliyyətinin yaxşılaşmasını və s-ni tələb edən bu fərman, məhkəmələrdə daha ədalətli, dürüst və obyektiv qərarların çxıarılmasına hədəflənib.

 

Bəs bu fərmandan sonra Ədliyyə Nazirliyi tərəfindən onun icrası istiqamətində hansı addımlar atılıb? Atılan addımlar, onların miqyas və dərinliyi bu fərmanın tələblərini kifayət qədər əhatə edirmi?

 

Ədliyyə Nazirliyindən çevik reaksiya: Sistemli addımlar və koordinasiyalı fəaliyyət

 

Ölkə başçısının 3 aprel 2019-cu il tarixli məlum fərmanından sonra Ədliyyə Nazirliyi tərəfindən görülən işlər adıçəkilən qurumun bu fərmana çevik reaksiya verdiyini, ondan irəli gələn vəzifələrin icrası istiqamətində ciddi addımlar atdığını göstərir.

 

Sözügedən fərmanın elan edilməsindən dərhal sonra Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib, işçi qrupu yaradılıb. Elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə statistikasının elektronlaşması, məhkəmə işlərinə daha operativ şəkildə baxılması, cəza siyasətinin humanistləşdirilməsi, ən əsası, ədalətli qərarların çıxarılmasının təmini məsələsinə daha böyük diqqətin ayrılması istiqamətində mühüm işlər görülüb. Ölkə başçısının məlum fərmanının icrasının tam və qüsursuz şəkildə icrasını təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən bütün əlaqədar qurumlarla birlikdə Əlaqələndirmə Komissiyası yaradılıb ki, bu da kompleks tədbirlər planının həyata keçirilməsinə şərait yaradır. (1).

 

3 aprel 2019-cu il tarixli fərman ümummili liderin hüquqi dövlət siyasətinin davamı kimi...

 

Prezident İlham Əliyevin məlum fərmanının bir çox baxımdan mühüm əhəmiyyəti var ki, bunlardan da biri Azərbaycanın hüquqi dövlətçilik tarixi ilə bağlıdır. Ilk baxışdan nə qədər qəribə görünsə də, bu fərmanın ulu öndər Heydər Əliyevin hüquqi dövlətşilik irsi ilə ciddi bağlılığı mövcuddur. Bu bağlılığın kökündə isə cəzaların humanistləşdirilməsi, insan taleyinə daha duyarlı və həssas münasibətin ortaya qoyulması dayanır.

 

Xatırladaq ki, Azərbaycanın hüquqi dövlətçilik tarixində cəzaların humanistləşdirilməsi siyasəti məhz Heydər Əliyevin adı ilə əlaqədardır. Belə ki, ulu öndərin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman insan hüquqlarına daha ali baxışı təmin etdi. 1998-ci ildə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi ki, bu da ümumilli liderin insan hüquqlarına, insan talelərinə olan həssas münasibətinin göstəricisi idi. Məhz bu fərman yüzlərlə insana həyat bəxş etdi, xeyli sayda insanı cəmiyyətə yenidən qazandırdı.

 

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı da, bir sıra məsələlərlə yanaşı, cəzaların humanistləşdirilməsini nəzərdə tutur ki, bu da ulu öndərin hüquqi dövlət və cəzaların humanistləşdirilməsi siyasətinin davav və inkişaf etdirilməsi deməkdir. Başqa sözlə desək, ölkə başçısı tərəfindən verilən və Ədliyyə Nazirliyi tərəfindən icra edilən 3 aprel 2019-cu il tarixli fərman tarixi-hüquqi baxımdan da mühüm əhəmiyyət kəsb edir. (2)

 

Yüksək maddi təminat və hərtərəfli toxunulmazlıq ədalətli qərarların qarantı rolunda...

 

Ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanında məhkəmələrin ədalətli qərarlar çıxarmasının zəruriliyi xüsusi olaraq vurğulanıb. İşin ən önəmli tərəflərindən biri isə məhkəmələrin ədalətli qərarlar çıxarmasını təmin etmək mexanizmi də bu fərmanda özünü əks etdirib. Bunun üçün isə ilk növbədə hakimlərin sosial təminatının gücləndirilməsi nəzərdə tutulub. Hansı ki, dünya praktikası sübut edir ki, sosial baxımdan daha yaxşı təmin olunan məmurlar, o cümlədən hakimlər rüşvət və korrupsiyaya daha az maraq göstərir. Onları hansısa maddi maraq müqabilində ədalətsiz qərarların qəbuluna təşviq etmək daha çətin və ya tamamilə mümkünsüz olur.

 

Hakimlərin müstəqilliyini təmin etmək məqsədi ilə məhkəmələrə müdaxilə hallarının qarşısının alınması, buna görə nəzərdə tutulan məsuliyyətin daha da ağırlaşması da fərmandan irəli gələn məsələlər sırasındadır. Aydındır ki, təzyiq altında qalan, hansısa məmur, iş adamı və ya dövlət qurumunun basqısını öz üzərində hiss edən, öz təhlükəsizliyi və toxunulmazlığı üçün ciddi risk və təhdidlər görən hər hansı bir hakimin obyektiv qərarlar qəbul etməsi o qədər də asan məsələ deyil. Məhz buna görə də hakimlərin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların tam müstəqil fəaliyyətini təmin etmək bu fərmanda əsas məsələlərdən biri kimi irəli sürülüb.

 

Prezident İlham Əliyev Şəki məhkəmə kompleksinin açılışı zamanı ədalətli qərarların qəbulunun mühüm önəm kəsb etdiyini bildirib: “...Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.” (3).

 

Məhkəmə-hüquq sistemindəki islahatlar sahibkarlıq mühitini necə yaxşılaşdırır?

 

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı və bundan irəli gələn vəzifələrin icrasının mühüm faydalarından biri də, bunun sahibkarlıq mühitinin inkişafına da müsbət təsir göstərməsi ilə bağlıdır. Belə ki, məlum fərman vergi və gömrük ödənişləri, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Hansı ki, ixtsiaslaşmış bu məhkəmələr sahibkarlarla bağlı yaranmış mübahisəli məsələləri daha həssas və xüsusi incəliklə araşdırmağa kömək edir ki, bu da nəticə etibari ilə sahibkarları ədalətsiz qərarlardan, haqsız cərimələrdən qoruyur. Bu isə sahibkarlarda məhkəmələrə və dövlətin ədalətinə inam yaradır, onların öz hüquqlarını qanun müstəvisində tam şəkildə qorumasını təmin edir. Məhkəmələrin ədalətli qərarına inam nəticə etibari ilə sahibkarlıq mühitinin yaxşılaşmasına, bu müstəvidə sağlam atmosferin formalaşmasına kömək edir. (4).

 

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vahid Əhmədov da, məhkəmələrdə sahibkarların şikayətlərinin daha obyektiv və çevik araşdırılmasının hər mənada faydalı olacağını vurğuladı:

 

“Təbii ki, sahibkarların hüqqularının qorunması, onların fəaliyyəti üçün normal şəraitin yaradılmasıl olduqca vacibdir. Bildiyiniz kimi, ölkə başçısı sahibkarlığın inkişafına xüsusi diqqət verir. Sahibkarlara mane olan, onlar üçün süni problemlər yaradan şəxslərin cəzalandırılmasını tələb edir. Ölkə başçısının bu iradəsi ölkəmizdə azad sahibkarlığın inkişafı baxımdan olduqca əhəmiyyətlidir.

 

Vergi və gömrük ödənişləri ilə bağlı yaranan mübahisəli məqamların ixtisaslaşmış məhkəmələrdə araşdırılması təbii ki, sahibkarların hüquqlarının daha etibarlı şəkildə qorunması, sahibkarlarda məhkəmələrə inamın daha da artması baxımından mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu yenilik şübhəsiz ki, təqdiredilməlidir”.

 

3 aprel fərmanının simasını dəyişdiyi daha bir qurum - Məhkəmə-Hüquq Şurası...

 

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanının digər mühüm önəmlərindən biri də bu fərmanın Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə sözün həqiqi mənasında yeni nəfəs gətirməsi, ona yeni sima qazandırması gerçəyi ilə bağlıdır. Hər şeydən öncə qeyd edək ki, məhkəmələrin fəaliyyətinə edilən müdaxilələr və s. kimi neqativ hallarla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməyi asanlaşdırmaq məqsədi ilə adıçəkilən qurumda qaynar xətt yaradılıb. (5). (012) 310-22-77 nömrəli qaynar xətlə bütün iş günləri əlaqə saxlamaq mümkündür.

 

Ölkə başçısının məlum fərmanı ilə əlaqədar olaraq 50-yə yaxın məhkəmədə monitorinqlər keçirilib, aşkar edilən pozuntular 100-dən artıq hakimin, o cümlədən məhəmə sədrinin diqqətinə çatdırılıb. (6).

 

Alternativ ekspertiza, yaxud ikiqat şəffaflıq...

 

Ölkə başçısının məlum fərmanının yeni tələb kimi qarşıya qoyduğu məsələlərdən biri də tərəflərin öz hesabına ekspertiza təyin etmək imkanı əldə etməsi ilə bağlıdır. Bu, vətəndaşlara espertiza işinə nəzarət etməyə, ekspertizanın nəticələrindən əmin olmağa, bu məsələdə ikiqat şəffaflığın təmin olunmasına imkan verəcək.

 

Məlumat üçün qeyd edək ki, Avropada geniş yayılan bu cür ekspertiza son illər MDB məkanında da ciddi populyarlıq əldə etməkdədir. Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı Azərbaycanda da bu yeniliyin bərpa edilməsini aktuallaşdırır ki, bu da ölkəmiz üçün çox ciddi yenilikdir.

 

Göründüyü kimi, 3 aprel 2019-cu il tarixli fərman ölkəmizin məhkəmə-hüquq sisteminin simasını ciddi şəkildə dəyişməkdədir. Bütün bu dəyişiklik isə hüquqi baxımdan daha ədalətli sistemin formalaşmasına hesablanıb.

 

Seymur ƏLİYEV

 

Məqalə Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri  arasında keçirilən jurnalist araşdırmaları  müsabiqəsinə təqdim etmək üçündür.

 

Ədəbiyyat

 

1.”Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlarla bağlı qanunvericilik layihələri hazırlanır”

https://news.milli.az/country/746068.html

 

2.”Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”

http://www.justice.gov.az/articles/67

 

3.”Azərbaycan məhkəmə sisteminin inkişafının “yol xəritəsi”

http://www.supremecourt.gov.az/post/view/978

 

4. “Məhkəmə-hüquq islahatları məhkəmə sisteminin fəaliyyətini yaxşılaşdırır”

http://xalqqazeti.com/az/news/34956

 

5. Məhkəmə-Hüquq Şurasında “QAYNAR XƏTT” yaradıldı

https://lent.az/news/311426

 

6.Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası üzrə tədbirlər davam etdirilir

http://www.judicialcouncil.gov.az/view_index.php?id=853

 

7. Azərbaycan məhkəmələrində tərəflər öz hesabına ekspertiza təyin edə biləcəklər

http://expert.gov.az/details/?id=17632

 

loading...
Azərbaycanın strateji nöqtələrini vurma təhdidinə ermənilərin qənimindən CAVAB...
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi...
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim: "Alnım açıq, vicdanım təmizdir"
Yaşından otuz il qoca görünən, AYB-nin qarşısında dünyasını dəyişən AKİF SƏMƏD...
Komadan çıxan koronavirus xəstələri: "Kaşki ölsəydik..."
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“İncəsənət xadimlərinin çətinlikləri hamıdan çoxdu, yeganə işləməyən insanlar bizik...”
Hadisə
Polisin su içən 13 yaşlı qızı maskaya görə cərimələməsi kəskin etirazla qarşılandı...
Hadisə
“Allaha qurban olum, heç nə xatırlamıram” - Komaya düşən sürücü ayıldı...
Gündəm
“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”
Cəmiyyət
“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247