Xəbər lenti
28/10/2020 [00:05]:
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
27/10/2020 [23:57]:
"Qucağına oturduğu hansı havadarı ona bu cürəti bağışladı!?"
27/10/2020 [23:36]:
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [23:34]:
“Geri çəkilənləri, qaçanları ağır cəzalandıracağıq...”- Paşinyan xalqını təhdid etdi...
27/10/2020 [23:32]:
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...
27/10/2020 [23:23]:
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
27/10/2020 [23:03]:
Heydər Əliyevin əsəbi halda Kazimirova Qarabağ sözü...
27/10/2020 [22:58]:
Təhsil naziri Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi
27/10/2020 [22:51]:
"Bu düşük məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir"
27/10/2020 [22:15]:
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
27/10/2020 [22:03]:
ANAMA: Bərdə qadağan olunmuş kaset sursatla atəşə məruz qalıb - FOTO
27/10/2020 [21:44]:
Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb
27/10/2020 [20:52]:
"Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?" - VİDEO
27/10/2020 [20:50]:
“İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir” - Hikmət Hacıyev
27/10/2020 [20:47]:
Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu
27/10/2020 [20:47]:
“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... 
27/10/2020 [20:45]:
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
27/10/2020 [20:41]:
"Ağdamlıların “Biz qaçaraq gəlməmişik, inciyib gəlmişik” sözü ürəyimizin bir küncündə yara bağlamışdı"
27/10/2020 [20:40]:
FİFA prezidenti koronavirusa yoluxub
27/10/2020 [20:29]:
Ermənistan 30 hərbçisinin meyitini təhvil almaq istəmir
27/10/2020 [20:18]:
Azərbaycan erməni meyitlərini bu ərazilərdə qaytarmağa hazırdır
27/10/2020 [20:09]:
“Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
27/10/2020 [20:06]:
“Ermənistan Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”
27/10/2020 [19:45]:
"Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"
27/10/2020 [19:30]:
Ombudsmandan Bərdəyə terror hücumu ilə bağlı paylaşım - FOTO
27/10/2020 [19:29]:
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
27/10/2020 [19:29]:
Lavrov koronavirusa yoluxma təhlükəsinə görə özünütəcridə başladı - SON DƏQİQƏ...
27/10/2020 [19:20]:
“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi
27/10/2020 [19:08]:
"Ermənistan sülh istəyirsə, qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın" - Ceyhun Bayramov
27/10/2020 [19:05]:
Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı - FOTOLAR
27/10/2020 [19:02]:
Xalq artistinin dünyasını dəyişən oğlu -FOTOLAR
27/10/2020 [18:56]:
“Dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”
27/10/2020 [18:39]:
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [18:18]:
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi”
27/10/2020 [18:12]:
Pandemiya ilə əlaqədar təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
27/10/2020 [18:11]:
Ermənistanın Bərdəyə raket atması ilə bağlı Baş Prokurorluqdan açıqlama
27/10/2020 [18:09]:
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib
27/10/2020 [18:06]:
Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB + FOTO
27/10/2020 [17:57]:
"Harda yaşamalarından asılı olmayaraq ermənilər həmin dövlətə ya satqınlıq ediblər, ya da..."
27/10/2020 [17:52]:
Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
27/10/2020 [17:51]:
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
27/10/2020 [17:51]:
Ermənistanın eks-müdafiə naziri Paşinyanı istefa verməyə ÇAĞIRDI
27/10/2020 [17:50]:
Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - FOTO
27/10/2020 [17:46]:
“Ordumuz son bir ay içində zamanında bir il ərzində itirdiyimizdən çox torpaq azad edib”
27/10/2020 [17:40]:
“Dramın devalvasiyası qaçılmazdır”
27/10/2020 [17:37]:
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur
27/10/2020 [17:34]:
Prezidentin getdikcə daha çox ”makronlaşan” həmsədr ölkələrə mesajı çox vacib idi ki..."
27/10/2020 [17:30]:
Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirilib
27/10/2020 [17:27]:
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
27/10/2020 [17:22]:
London Universitetini fərqlənmə diplomu ilə bitirən UNEC məzunu - MÜSAHİBƏ
27/10/2020 [17:19]:
Allahşükür Paşazadədən II Qareqinə CAVAB
27/10/2020 [17:16]:
"Biz, barbar ölkə ilə bərabər, onlara himayədarlıq edən beynəlxalq güclərlə vuruşuruq"
27/10/2020 [17:07]:
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
27/10/2020 [16:51]:
Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
27/10/2020 [16:46]:
“Azad edilən torpaqlar iqtisadiyyata milyardlarla dollar gətirəcək”
27/10/2020 [16:41]:
Prezidentin köməkçisi: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"
27/10/2020 [16:40]:
Moldovanın TRIBUNA informasiya portalında Ruslan Şevçenkonun məqaləsi dərc edilib
27/10/2020 [16:39]:
Separatçıların “müdafiə naziri”nin məhv edilməsinin görüntüləri yayılıb - VİDEO
27/10/2020 [16:37]:
Azərbaycan Ordusu Xankəndində erməni ordusunun üç əsas nöqtəsini məhv edib
27/10/2020 [16:31]:
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib
27/10/2020 [16:30]:
"O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı"
27/10/2020 [16:25]:
“Hazırkı vəziyyətdə ən yaxşı diplomat Azərbaycan əsgəridir”
27/10/2020 [16:18]:
Sülhsevər Azərbaycan...
27/10/2020 [16:15]:
Lüksemburqda etiraz aksiyası keçirilib
27/10/2020 [15:48]:
Türkiyə bizimlədir- Zəfər bizimlədir!
27/10/2020 [15:44]:
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
27/10/2020 [15:44]:
"İran tərəfinin razılığı olduğu halda Naxçıvanla quru və dəmiryol əlaqəsi də yaradıla bilər"
27/10/2020 [15:41]:
BDU-da Qarabağ ruhu...
27/10/2020 [15:30]:
Düşmən ordusunda qan çatışmazlığı yaranıb - Rəsmi qurumlar əhaliyə müraciət etdi
27/10/2020 [15:29]:
Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb
27/10/2020 [15:15]:
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
27/10/2020 [15:13]:
İranda son sutkada koronavirusdan 346 nəfər ölüb
27/10/2020 [15:09]:
Düşmən Qarabağda həlak olan daha 35 hərbçisinin adını açıqladı - Ümumilikdə itkilər 1020 nəfərə çatdı...
27/10/2020 [15:07]:
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma - FOTO
27/10/2020 [15:00]:
Ermənistanın BƏƏ-dəki səfirindən həyasızlıq: "Bura sənin üçün Pakistan deyil, problem yaratmaq istəmirsənsə..."
27/10/2020 [14:56]:
"Kəlbəcər və Laçının süfrə suları həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər"
27/10/2020 [14:41]:
Ermənistan Əks-kəşfiyyat idarəsinin rəisi işdən azad edilib
27/10/2020 [14:25]:
QARABAĞ...
27/10/2020 [14:00]:
Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi
27/10/2020 [13:57]:
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz...
Bütün arxiv bir sırada
26/03/2020 [15:12] - Cəmiyyət - ( 987 dəfə baxılıb)

İki qanad – dil və nitq mədəniyyəti...



Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi, yaddaşıdır. O, cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. Dil sehrli bir aləmdir, hərə ondan öz məqsədi üçün istifadə edir. Onu yaradan, yaşadan, dəyişdirən, inkişaf etdirən isə xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil həm də milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Özündə xalqın tarixini yaşadır, unudulmağa qoymur. İndi dilimizdə frazem kimi formalaşıb daşlaşmış bir sıra ifadələr var ki, vaxtilə onlar öz həqiqi mənalarında işlənmiş, zaman keçdikcə həqiqi məna alt qatda gizlənib, yeni, məcazi məna kəsb edib. Məsələn, ağır xəbər eşidən insan istər-istəməz: “Bu, nə idi, belim sındı bu xəbərdən”, – deyir. İndi bu ifadə məcazi mənadadır. Amma vaxtilə həqiqi mənada işlənib. Monqol-tatarlar işğal etdikləri ərazilərdə əhalinin bir qismini qılıncdan keçirir, bir qismini qul kimi satır, etiraz edənlərin isə belin sındırıb atırmışlar. Bu, ən ağır cəza imiş. “Belimi sındırdın”, “Apardı tatar məni, Qul edib satar məni” ifadələri də o dəhşətli dövrdən qalıb, günümüzə qədər gəlib çatıb. Həqiqi mənasını alt qatda saxlamış ifadə tarixin canlı şahididir. Dil təkcə tarixin yox, həm də ədəbiyyatın yol yoldaşıdır. O olmasaydı, şifahi və yazılı ədəbiyyat xəzinəsi də olmazdı.

Dilin dinamik hissəsi olan nitq də ümumxalq səciyyəlidir. Hər ikisi xalqın mədəniyyətinin tərkib hissəsidir. Ondan qidalanır, mayalanır. Dilin hazır modellərindən məqsədəuyğun istifadə danışanın və ya yazanın dünyagörüşündən, onun savad dərəcəsindən, dilə şüurlu münasibətindən, əhalinin mədəniyyət səviyyəsinin yüksəlməsindən, fəallığın artmasından asılıdır . Dil mədəniyyəti anlayışı genişdir. Dil mədəniyyəti dedikdə hər bir xalqın öz dilində fikrini bütün incəliyi ilə ifadə edə bilməsi başa düşülür. Burada şifahi və yazılı nitq birgə götürülür. Nitq mədəniyyəti, əsasən, yazılı, şifahi nitqlə bağlıdır. Dil mədəniyyəti tarixi səciyyə daşıyır. O, ayrı-ayrı dövrlərdə müxtəlif keyfiyyətdə özünü göstərir. Bu mənada dil mədəniyyəti keçmişin canlı şahidi, müasir mədəniyyətin fəal iştirakçısıdır.

Öz düşüncəsini düzgün yazmaqla və danışmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir.

Bu gün şifahi mədəni nitq ən çox özünü televiziya və radio vasitəsilə biruzə verir. Lakin bu, həqiqətənmi, əsl mədəni nitqdir?

Müstəqillik dövründə dil haqqında bir qanunlar qəbul edilib, fərmanlar verilib, amma istər televiziya kanallarında, istərsə də reklam və ya afişalarda heç vaxt müstəqillik dövründəki qədər linqvistik anarxiya olmayıb. Bizə elə gəlir ki, sovet dövründə dil qaydalarına indikindən daha ciddi riayət edilirdi. Bunu “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin son zamanlar Bakının müxtəlif yerlərində apardığı monitorinqlər bir daha sübut etdi. Sovet dövründə ruslar “Amfibiya adam” filmini çox vəsait aparmasın deyə İtaliyada yox , Bakıda çəkmək qərarına gəlirlər. Bakını xarici şəhərə bənzətmək məqsədilə obyekt və müəssisələrin adları xarici dildə yazdırılır və buna görə bir qədər vəsait xərclənilir. Bəs bu gün istənilən xarici filmi Bakıda çəkmək üçün obyekt və müəssisələrin adlarını xarici dildə yazmaq üçün bir manat da olsa, pul xərcləməyə ehtiyac varmı? FADMM-in apardığı araşdırmalar sübut edir ki, təəssüf ki, yox! Amma bu gün Bakıda Azərbaycan şəhərini əks etdirməli olan film çəkmək üçün kifayət qədər vəsaitə ehtiyac var!

Mədəni-ədəbi şifahi nitqin akademik səviyyədə olması tələb olunan telekanallar da bu gün bu baxımdan, demək olar ki, bərbad haldadır. Televizoru açırsan, efirdən eşitdiyin sözlər:

“Pişik Günel”, “Əjdaha Nadir”, “Kərtənkələ Xumar”, “Bozbaş müğənni”, nə bilim nə, nə bilim nə …

“Bozbaş müğənni”yə qulağımız təzəcə öyrəşmişdi ki, bu günlərdə televiziya kanallarından birində “küftəbaş müğənni” ifadəsini də canlı yayında müğənni Elnarə Abdullayevanın dilindən eşitdik!

Dədə Qorqud yaşasa idi, bu adlara baxıb mat qalardı.

İnsana:” Əjdaha, Pişik , Kərtənkələ demədim, mən Dədə Qorqud”,- deyərdi.

Gəlinə ayran,
Ayrana doyran,
İynəyə tikən,
Tikana sökən demədiyi üçün, sözlə məfhum arasındakı bağlılığa əməl etməyib cəmi dörd sözdə yanıldığı üçün peşmançılıq çəkən Dədə Qorqud dilimizin bugünkü vəziyyətini görüb heyrət etməzdimi?!

Olmaz! Dili bu cür yıxıb-sürümək olmaz! Dil heç kəsin dədə malı deyil ki, ondan istədiyi kimi istifadə etsin! O, xalqın malıdır! Efirdə heç olmaz! Efir hər evə qonaqdır, danışığı, sözü-söhbəti ilə hər evə girir, böyüklü-kiçikli hamı ona baxır, hamıya təsir edir. Odur ki, örnək olmalı, öyrədici, mükəmməl olmalıdır.

Efirdən – bədii əsərdən deyil, danışanın nitqindən “Yaxşı edeerəm, ellə sənnin ajjığına” eşidəcəyiksə, hansı ədəbi dil normalarından danışmaq olar? Adətən, telekanallara az baxıram. Evdə olmağımızla əlaqədar martın 21-də AzTV-də yayımlanan “Görüş yeri” verilişinə baxırdım. Dilçi alimlərin də iştirak etdiyi verilişdə aparıcı Kəmalə Babayevanın qonağı Xalq artisti Safura İbrahimovaya xitabında: “Yəqin, Sizi bura gətirmək üçün xeyləm xahiş etdilər”, “çox nadidə hallarda”, – deməsi diqqətimi çəkdi. Əcəba, bəlkə, mən bilmirəm, ədəbi dilimizdə “xeyləm”, “nadidə” sözləri varmış. Həmçinin həmin verilişdə kinorejissor Şeyx Əbdül Mahmudbəyovun Şıxəli Qurbanov haqqında dediyi: “Cavan, simpatiçni oğlan idi”, cümləsindəki “simpatiçnı” sözü də efirdə işlədilməməli sözlərdəndir.

Sovet dövründə televiziyada ədəbi dil normalarına əməl olunmasına ciddi nəzarət var idi. Əli Zeynallı, Roza Tağıyeva, Rafiq Hüseynov, Ofeliya Sənani, Sabir Əliyev, Hicran Hüseynov və onlarla diktorun adını çəkə bilərik ki, mükəmməl nitqləri ilə tamaşaçını, dinləyəni televiziya və radioya bağlayıb, ona bir ədəbi məktəb kimi baxmağa vadar edib. İndiki teleaparıcıların bir çoxu ya əttökən, yalnız özünə xoş gələn şit gülüşü ilə, ya yersiz mimika və jestləri ilə, ya da “şpaqatı” ilə yadda qalmağa çalışır və insanlarda televiziyaya qarşı ikrah doğururlar. Bu səbəbdəndir ki, Azərbaycan televiziya kanallarına baxanların sayı ildən-ilə azalmaqdadır. Televiziyaya, efirə gedən danışıqlara ciddi nəzarət olunmalı, nitq mədəniyyəti öyrədilməli, bu işə əsl peşəkarlar cəlb olunmalıdır.

Sözün tələffüzündə ləhcə ünsürlərinə yol vermək teleaparıcılar üçün bir nömrəli bağışlanılmaz qüsur sayılmalı, bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Yenə təkrar edirəm, dil ata malı deyil ki, hər kəs ondan istədiyi şəkildə istifadə etsin. O, ümümxalq sərvətidir və müqəddəsdir. Təsadüfi deyil ki, xalqın həyatında çox şeylər dəyişir, hakimiyyətlər, hökmdarlar, ictimai formasiyalar. Dəyişməyən və ya minillikləri adladaraq cüzi dəyişikliklərə uğrayan isə üstqurum hadisəsi olan dildir. Bu gün onunla hərə bir cür rəftar edir, onu istədiyi kimi dəyişməyə cəhd göstərir.

Orfoqrafiya – reklamçıların, orfoepiya – televiziyadakı bayağı teleaparıcıların pəncəsində can verməkdədir.

Dilimizə sahib çıxmasaq, illər sonra əsl faciə olacaq.

Dil millətin ən mühüm nailiyyəti, göstəricisi kimi onu daşıyan hər bir şəxsdən qayğı və diqqət tələb edir. Hamılıqla bu qayğı və diqqəti ondan əsirgəməmək, onu qorumaq isə hər bir vicdanlı vətəndaşın ən ümdə borcudur.

Sonda onu da demək istəyirəm ki, dinimizə görə, dil Allahın ayələrindəndir və onu qorumaq üçün səy göstərmək böyük savabdır.

Gülyaz ƏLİYEVA

loading...
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
Xalq artistinin dünyasını dəyişən oğlu -FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...
Cəmiyyət
“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi
Cəmiyyət
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
Cəmiyyət
“Sentyabrın 27-dən bəri  bayram günlərimiz başlayıb...” -Qubadlının keçmiş hərbi komendantı
Cəmiyyət
“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247