Xəbər lenti
23/10/2020 [12:23]:
Tovuzdan Şuşaya uzanan yol yeni geosiyasi düzən yaratdı
23/10/2020 [12:19]:
ADAU rektorunun latviyalı həmkarı xalqımıza dəstəyini bildirdi
23/10/2020 [12:15]:
Albaniya Prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
23/10/2020 [12:13]:
“Ermənistanda dövlət səviyyəsində hər hansı bir sistemli yanaşmadan və siyasətdən söhbət gedə bilməz"
23/10/2020 [12:08]:
Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA
23/10/2020 [12:08]:
“Sadəcə ictimai nəqliyyatda deyil, hər yerdə diqqətli olmaq lazımdır, çünki...”
23/10/2020 [11:38]:
Ərdoğan azərbaycanlı xanımları qəbul etdi
23/10/2020 [11:36]:
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
23/10/2020 [11:33]:
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub
23/10/2020 [11:26]:
Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib
23/10/2020 [11:24]:
Rusçuluğumuzdan Türkçülüyümüzə gələn yol... - Nəsiman Yaqublunun yazısı
23/10/2020 [11:24]:
Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO
23/10/2020 [11:20]:
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - Rəsmi
23/10/2020 [11:07]:
“Qarabağ tam azad olunduqdan sonra İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir…”
23/10/2020 [10:58]:
Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı
23/10/2020 [10:58]:
Ermənistanın təxribatları ilə bağlı dünya vəkillərinə müraciət olundu
23/10/2020 [10:55]:
NATO-dan Qarabağla bağlı qəti mövqe: “Tərəf deyilik, Azərbaycan ərazisidir...”
23/10/2020 [10:50]:
“Ordumuzun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan mütləq filmlər çəkilməlidir”
23/10/2020 [10:48]:
Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur - Müdafiə Nazirliyi
23/10/2020 [10:33]:
"Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı" –Yaqut Qarayeva
23/10/2020 [10:31]:
Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı
23/10/2020 [10:30]:
Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq - DİN
23/10/2020 [10:29]:
Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür
23/10/2020 [10:27]:
Düşmən Azərbaycan Ordusu tərəfindən məhv edilən daha 26 hərbçisinin adını açıqladı...
23/10/2020 [10:24]:
Əli Əhmədov Medvedevə məktub göndərdi
23/10/2020 [10:22]:
ABŞ İrana mane olmaq üçün 5 milyon ABŞ dolları ayıracaq
23/10/2020 [10:21]:
“Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım” - Kamil Zeynallı
23/10/2020 [10:19]:
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi
23/10/2020 [10:18]:
Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək
23/10/2020 [10:16]:
Sərsəng su anbarının azad olunması bölgəyə nə vəd edir?
23/10/2020 [10:01]:
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
23/10/2020 [09:59]:
Qərbi Kaspi Universitetində Respublika elmi-praktiki konfrans keçiriləcək
23/10/2020 [09:51]:
“Onların öz qadınlarını qabağa verməsi şərəfsizlik nümunəsidir”
23/10/2020 [09:27]:
“İran-Ermənistan sərhəddi də silinməlidir...”-  İbrahim Karagül
23/10/2020 [09:00]:
Polşada azərbaycanlı gənclərin izacəli aksiyası zamanı ermənilər təxribat törədib - YENİLƏNİB
23/10/2020 [08:55]:
Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində vacib ərazi və yüksəkliklər ələ keçirildi...
23/10/2020 [08:50]:
"Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək və..."
23/10/2020 [08:16]:
Fransa DİN rəhbərindən haram tələb:  “Halal ət qadağan edilsin!..”
23/10/2020 [08:10]:
“Əgər hər hansı bir partiyanın yetərincə maddi vəsaiti yoxdursa...”
23/10/2020 [07:23]:
"Qarabağa Rusiya desantı- murdar insanın hallüsinasiyasıdır..."- `"Yüzlərlə ölü erməni əsgəri gördüm..."
23/10/2020 [07:09]:
"Navalnı yalnız mənim xahişimdən sonra Berlinə göndərildi..."
23/10/2020 [07:01]:
Ermənistan sakinlərini kütləvi ölüm təhlükəsi gözləyir...-RƏSMİ
23/10/2020 [06:54]:
Polşada ermənilər azərbaycanlılara hücum etdi... - FOTO
23/10/2020 [06:49]:
"İman yalnız azad bir vətən üzərində yaşana bilər..."
23/10/2020 [00:04]:
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
22/10/2020 [23:10]:
Yəhudi əsilli əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəyəm” - VİDEO
22/10/2020 [22:52]:
Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb - FOTO
22/10/2020 [22:50]:
TBMM sədri: “İki dövlət, tək millət” sadəcə bir şüar deyil”
22/10/2020 [22:40]:
"Azərbaycanın əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz"
22/10/2020 [22:30]:
"Belə partnyorla işləmək sadəcə xoş deyil, həm də etibarlıdır” - Putin Ərdoğanı təriflədi...
22/10/2020 [21:56]:
"Həmin danışıqlarda masada rəhbəri olduğum İrəvan Türk Cümhuriyyəti də olmalıdır"
22/10/2020 [21:36]:
"Ermənilərin Xocalıda, doğma kəndim Ağdabanda törətdikləri cinayətin cavabı verilir"
22/10/2020 [21:30]:
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib - FOTOLAR
22/10/2020 [21:01]:
Prezident Aparatının rəhbəri ailəsi ilə birgə koronavirusa yoluxdu
22/10/2020 [20:56]:
Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"
22/10/2020 [20:52]:
Ərdoğan Ruhani ilə Qarabağ məsələsini müzakirə etdi
22/10/2020 [20:41]:
"Bu torpaqların həqiqi sahibləri-1 milyon məcburi köçkün evlərinə qayıdacaq..."
22/10/2020 [20:34]:
“Rusiya təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malikdir” - Putin
22/10/2020 [20:32]:
İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri... - FOTOLAR
22/10/2020 [20:32]:
Prezident Aparatının rəhbəri ailəsi ilə birgə koronavirusa yoluxdu
22/10/2020 [20:31]:
Hərbi attaşelər rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırıldı
22/10/2020 [19:58]:
Ədliyyə naziri Özbəkistan səfiri ilə Ermənistanın müharibə cinayətləri barədə danışıb
22/10/2020 [19:58]:
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - VİDEO
22/10/2020 [19:53]:
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb
22/10/2020 [19:49]:
"Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir"
22/10/2020 [19:48]:
İmmunitetinizdə problem olduğunu göstərən 6 əlamət
22/10/2020 [19:41]:
Ərdoğan və Ruhani telefonla danışdı
22/10/2020 [19:19]:
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
22/10/2020 [19:16]:
Qəbələ-İsmayıllı sərhədində zəlzələ olub
22/10/2020 [19:14]:
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer BARƏDƏ...
22/10/2020 [18:57]:
“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi
22/10/2020 [18:44]:
"Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü" - Ali Baş Komandan
22/10/2020 [18:42]:
Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...
22/10/2020 [18:41]:
Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edildi...
22/10/2020 [18:37]:
Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv vasitəçilik səylərini davam etdirir"
22/10/2020 [18:36]:
Prezident Füzuli və Cəbrayılın daha 7 kəndinin işğaldan azad olunmasından yazdı - FOTO
22/10/2020 [18:32]:
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
22/10/2020 [18:22]:
"Ermənilik simasızlıq, buna qulluq edən ermənilər isə etibarsızdır..."
22/10/2020 [18:22]:
“İrəvan qoşun, muzdlu və terrorçuları Azərbaycan torpaqlarından çıxarmalıdır”
22/10/2020 [18:20]:
“Rusiya ordusunun Qarabağda istifadəsi planlaşdırılmır”
Bütün arxiv bir sırada
26/03/2020 [16:29] - Cəmiyyət - ( 916 dəfə baxılıb)

Koronavirusdan sonra insanın düşüncəsi, dünyaya baxışı dəyişəcək – ŞAHLAR ƏSGƏROVLA #evdəqal söhbəti



Modern.az “Evdə qal” rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovdur. O koronavirusla mübarizə şəraitində evdə keçirdiyi vaxtı səmərəli etməyin yolları haqqında fikirlərini bizimlə bölüşüb.

Professorun müsahibəsini təqdim edirik:

- Şahlar müəllim, evdə keçirdiyiniz zamanlarınızı necə yola verirsiniz? Darıxmırsınız ki?

- Qətiyyən darıxmıram. İllər uzunu çoxlu arxivim yığılmışdı. İndi həmin arxivi nizamlayıram. Bu isə ən azı 1-2 aylıq işdir. Ona görə nəinki darıxıram, işlərin əlindən otura bilmirəm.

- Təhsil sistemi ilə birbaşa əlaqəlisiniz. Koronavirusa görə onlayn rejimə keçən ilk sahə də məhz təhsilimiz oldu. Koronavirus təhsilin geriləməsinə səbəb ola bilərmi? 

- Koronavirus indiyə qədər mövcud olmuş bəlalardan ən unikalıdır. Bəşəriyyəti silkələdi. Heç ötən əsrin 1940-cı illərində baş verən İkinci Dünya Müharibəsi bəşəriyyəti bu qədər silkələməmişdi. Koronavirus Yer üzündəki dövlətlərin az qala hamısına yayılıb. Dünya müharibələrində udan və uduzan tərəf var idi. İtkilər çox olsa da, qalibiyyətə sevinən tərəf var idi. Koronavirus epidemiyasının yayılması isə heç bir tərəfi sevindirə bilmədi. Burda qalib tərəf yoxdur. Ortada itkilər varsa, bütün ölkələr məğlubdur.

Mart ayının 10-da sosial şəbəkə hesabımda belə bir paylaşım etdim ki, bizim üçün şagirdlərin təhsili vacibdir, yoxsa sağlamlığı? Təbii ki, bu sualın cavabı sağlamlıqdan yanadır. Sağlamlıq ali dəyərdir. Biz onu hər zaman qorumalıyıq.

Amma unutmayaq ki, bütün pis hadisələrin kölgəsində yaxşı nə isə yatır. Biz həmin yaxşı məqamları axtarıb tapmalıyıq. Məktəblərdə, təhsil sistemində internetin aktiv istifadəsində biz geridə qalırdıq. Koronavirusa görə internetin təhsil sistemində tətbiqi ümid edirəm ki, onlayn təhsil məsələsindəki qüsurumuzu düzəldəcək. Düzdür, videodərslər distant təhsil deyil, amma təhsil prosesinə faydası yüksəkdir.

Biz həmişə dövrün tələblərinə uyğunlaşmağa çalışmalıyıq. Son 30 ildə dövrün tələbi informasiya kommunikasiya texnologiyasından istifadə etməyi bacarmaqdır.

Vaxtında bu yeniliyə uyğunlaşa bilsəydik, hətta Qarabağ münaqişəsinin həlli üçün də önəmli irəliləyiş əldə edə bilərdik.

- Bəs, ölkəmizdəki internetin keyfiyyəti və qiyməti aktiv istifadə olunmasına imkan verirmi?

- Azərbaycanda internetin sürəti digər inkişaf etmiş ölkələrə nisbətdə zəifdir. Buna baxmayaraq, qiymətlərdə münasiblik hiss edilmir. İnformasiya və kommunikasiya sisteminin inkişafını düşünən ölkələr hələ illər əvvəl bununla bağlı addımlar atdılar. Hətta qonşu Gürcüstanda orta məktəb şagirdlərinə planşet paylanılmışdı. Bu addımın səbəbi Gürcüstanın uşaqlara daha çox diqqət ayırmasından və ya maddi durumunun yaxşı olmasından irəli gəlmir. Gürcüstan sadəcə gələcək tələbləri əvvəlcədən duya bildi və müvafiq addımlar atdı.

Yadımdadır ki, 2000-ci illərin əvvəllərində, bizdə 1032 şagirdə bir kompüter düşən zamanda inkişaf etmiş ölkələrdə az qala hər uşağa bir kompüter düşürdü. Biz inkişafın əsas mahiyyətini düz başa düşməliyik.

Azərbaycanda “Elektron ticarət haqqında” Qanunu hələ 2000-ci illərin əvvəllərində qəbul etmişik. Qanuni baza olsa da bunun tətbiqi mümkün olmadı.

İndi Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus epidemiyasının yayılmasının qarşının alınması üçün bütün zəruri tədbirləri görür. Bu məsələdə həm iqtisadi, həm də administrativ metodlardan məharətlə istifadə edilir.

- Operativ qərargahın müəyyən etdiyi qadağalardan biri də 65 yaşdan yuxarı insanların evdən bayıra çıxmaması haqqındadır. Bu qadağa sizin gündəlik həyatınıza məhdudiyyət yaradırmı?

- Əslində bu qadağada aydınlaşdırmalı məqam var. Evdən bayıra çıxmamaq demək düzgün olmaz. Yaxşı olardı ki, məsələnin mahiyyəti daha yaxşı anlaşılsın deyə, yaşlılara bu izah edilsin. Onlar anlamalıdırlar ki, sıx məkanlarda olmaqdan, insanların çox olduğu küçələrdən, ictimai nəqliyyatdan istifadədən, bazara, mağazalara getməkdən, qonaq qəbul etməkdən çəkinmək vacibdir. Evdən bayıra çıxmaq dedikdə, mən hava almaq üçün həyətə düşürəm, həyət mənim üçün bayır deyil, ev həyatının bir hissəsidir.

- Koronavirusun yayıldığı müddətdə insanlarımızın bu epidemiyaya münasibətini necə qiymətləndirirsiniz?

- Açığı mən bu məsələdə laqeydliyimizi qəbul etmirəm. Azərbaycanda onlarla elm mərkəzləri, Milli Elmlər Akademiyasının neçə-neçə institutu olduğu halda, biz hamımız oturub, koronavirus epidemiyasının dərmanını xaricdən gözləyirik. Sabah,birigün şikayət edəcəyik ki, bizə Nobel mükafatı vermirlər. Axı biz nə vaxt çalışdıq ki, Nobel mükafatı da alaq? Elm inkişaf edirsə, biz dünya elminə töhfəmizi də verməliyik. Elmi nailiyyət qazana bilmək üçün nəzəriyyə, metodika, meyar olmalıdır. Mənim bu barədə araşdırmalar aparmaq haqqında çağırışıma bir neçə doktordan başqa heç kəs reaksiya vermir.

Bu insanlar ömrü boyu maaş alıblar. Həmin maaş məhz bu günlər üçündür. İndi göstərilən etimadı dorğulda bilmirlərsə, dayanıb bir daha düşünsünlər ki, həmin maaşa uyğun nə edirlər. Rəsul Həmzətovun bir fikri var: “Silah insana bəlkə də ömründə bir dəfə lazım olur. Amma onu gərək həmişə üstündə gəzdirəsən”.

Biz niyə düşünə bilmirik ki, bəlkə də koronavirusun dərmanı elə azərbaycanlıların hazırladığı doşab, qızılgülün suyudur? Bunu amerikalı, yaponiyalı, avropalı alimlər bilə bilməz axı?! Elə özümüz axtarıb tapmalıyıq. 

- Evdə qaldığınız müddətə qidalanmanıza, immunitetinizi möhkəmləndirməyə necə diqqət edirsiniz?

-  Mənə görə immunitetin yüksək olması çalışqanlıqqdır. Qadağa tətbiq olunmamışdan öncə, hər səhər saat 7-də oyanıb, “Sovetski”nin yanındakı Mərkəzi Parkda xeyli gəzdim. Bu müqavimətimi artırmaq üçün ən yaxşı metodumdur. Amma qadağa tətbiq ediləndən sonra bunu edə bilmirəm. Polis irad tutacaq, deyə düşünüb, o iradın qorxusundan çıxmadım parka. Məncə, qadağalara düşüncə ilə yanaşmaq lazımdır. Operativ Qərargahın tövsiyə etdiyi bütün gigyenik tədbirlərə əməl edirəm. Hesab edirəm ki, biz həmin qaydalara tam riayət etsək, xəstəliyi 1 aya tam cilovlamaq mümkün olacaq. Səhlənkarlıqla yanaşmaq isə xəstəliyin ömrünü uzadır.

- Koronavirusun müsbət yönlərindən danışdınız. Necə düşünürsünüz, bu epidemiya həyatımızda hansısa mənfi vərdişi sıradan çıxartsa yaxşı olar?

- Koronavirus kişilərin əllə salamalaşmasını, öpüşüb-görüşməsini aradan qaldırsa, daha yaxşı olar. Bizim xalqımızın həmişə adəti olub, sağ əli sinə üzərinə qoyaraq, salamlaşıblar. Yaxşı yadımdadır, tələbə vaxtı rayona gedəndə məni ancaq anam və bibim öpərdi. Əl verib, salamlaşma, öpüşüb-görüşmək bizə xaricdən gəlib, öz adət-ənənəmiz deyil.

- İnternet əsrinə yönəlmiş yaxşı bir lətifə var. Bu elə son zamanlar koronavirusa da aiddir. Lətifədə deyilir, evin kişisi deyir ki, evdə qalır və bir neçə günlüyə internet kəsilir. Və o görür ki, evində də maraqlı, yaxşı insanlar var imiş. Bu gün əksəriyyətimiz belə situasiyadayıq. Siz də belə düşünürsünüz?

- Koronavirus zamanı dayandırıb ki, qayıt, ailəyə, uşağa, nəvəyə bax. Mən həmişə səhər çıxıb, axşam evə gəlirdim. İndi bütün gün evdə oturmuşuq. Yaxşı səmimi dialoqlarımız, söhbətlərimiz olur, ailə üzvləri ilə.

- Amma cavanlar, uşaqlar üçün evdə qalmaq daha çətin gəlir. Adətən, onlar boş vaxtlarını daha çox kompüter oyunları, telefon və planşetlə keçirirlər. Onlarla bu məsələdə razılaşa bilirsinizmi?

- Bu, çox vacib və çətin məsələdir. Özümüzün də, xarici ölkələrin də çəkdiyi yaxşı kino əsəsrləri var. Bunlarla tanış olmaq lazımdır. Azərbaycanlı yazıçıların yaxşı əsərləri var. Evdə keçirdiyimiz zamanlar həm də imkan verir ki, tək ailə daxilində deyil, millət olaraq da biri-birimizi yaxından tanıyaq. Mən evdə Tatyan Çernaqorskayanın mühazirələrinə və fərqli müəlliflərin, gənclərin TEDX çıxışlarına baxıram. Bunlar mənim üçün çox maraqlıdır və hər kəsə də məsləhət görürəm.

- Bir anlıq düşünək ki, koronavirus dövrü bitdi. İnsanlar əvvəlki həyatlarına geri qayıtdılar. Sizcə, onların təəssüratları necə olacaq?

- Koronavirus düşüncəmizi, dünyaya baxışımızı dəyişəcək. Zəngin insanların da hər şeyini itirmək qorxusu yarandığına görə, həyata baxışları dəyişəcək. Xeyriyyəçilik addımları artacaq, aludəçilik azalacaq.

Dünyada çoxlu milyarderlər var ki, pullarının çox hissəsini xeyriyyəçiliyə xərcləyirlər. Onlardan ən məşhuru Bill Qeyts və xanımı, bir də rusiyalı Mixail Fridmandır. Hesab edirəm ki, koronavirusdan yaxa qurtardıqdan sonra bu cür xeyriyyəçi insanların sayı artacaq.

- Azərbaycanda da belə insanlar var?

- Yəqin ki, var. Əslində hər bir işi görməzdən əvvəl insanda ideya olmalıdır. Baxın, bəşəriyyət idmana bu qədər çox pul xərcləyir. Hətta ali savadı olmayan idmançılar belə ömrünü elmə həsr etmiş həkimdən çox qazanır. Halbuki bu cür həyati əhəmiyyətli məqamlarda bizim həkimlərə ehtiyacımız olur. 100 milyonluq stadionlar tikməyə nə ehtiyac var. Ondansa möhtəşəm təchizatlı bir xəstəxana tikmək olar. Koronavirus bu barədə düşünməli olduğumuzu bizə xatırlatdı.

- İndiyə qədər ən çox cavanlar xaricdə oxumağı, xaricdə yaşamağı istəyir, bu iddialarını qabardırdılar. Koronavirus yayılandan bəri hər kəs vətənə dönür. Hətta həyati risklərinin olduğunu bilsələr belə, istəyirlər öz ölkələrində bunu yaşasınlar. Yəni koronavirus bizə bir daha “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” misalını xatırlatdı?

- 100 il bundan öncə xeyriyyə işini Hacı Zeynalabdin Tağıyev də görürdü. Gəncləri Avropaya oxumağa göndərirdi. O göndərdiyi cavanlardan 3 öhdəliklə bağlı imza alırdı. Birincisi, xaricdə oxuyub, vətənə qayıtmaq idi. İkincisi, getdiyi ölkədəki millətlərin qızları ilə deyil, azərbaycanlı, türk qızları ilə ailə qurmaq tələbi idi. Üçüncüsü isə bu idi ki, gənclər Bakıya qayıdıb, işlədikdə, yaxşı pul qazandıqda Tağıyevin yaratdığı fonda kömək etməlidirlər. Tağıyev oxudub, pul qazanmağına kömək etdiyi gənclərin qaytardığı pullar hesabına, yeni nəsili də oxuda bilirdi. Bu xeyli müddət davam etdi.

İndiki gəncliyin də arzularını, istəklərini nəzərə almaq lazımdır. Onlar iqtisadi səbəblərdən xaricə getmirlər. Burada mədəniyyət faktoru var. Orada və burada insanların biri-birinə münasibəti tamam fərqlidir. Həmin gənclər hər ikisini görürlər və düşünürlər ki, xaricdə öz savadı, biliyi, bacarığı hesabına irəli getmək daha asandır. Ölkə başçısının da qeyd etdiyi kimi, rüşvətə son qoyulmalıdır. Belə olarsa, xaricə oxumağa göndərdiyimiz savadlı uşaqlar da ürəklə geri qayıdarlar.

- Son olaraq, #evdəqalan yaşı 65 və ondan yuxarı insanlara tövsiyələriniz maraqlıdır...

-  Hər kəs, o cümlədən yaşı 65-dən yuxarı hər bir insan individualdır. Ona görə, şablon bir fikir deyə bilmərəm. Əsas məsələ, zamandan yaxşı istifadə etmək məsələsidir. Nəvələrlə oynamaq da olar, valideynlər məktəbli uşaqları ilə ikiqat artıq vaxt keçirməlidirlər. Uşaqların vaxtının boş keçməsinə imkan verməməliyik.

loading...
Düşmən Azərbaycan Ordusu tərəfindən məhv edilən daha 26 hərbçisinin adını açıqladı...
"Belə partnyorla işləmək sadəcə xoş deyil, həm də etibarlıdır” - Putin Ərdoğanı təriflədi...
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
Ovacağıq Şuşada düşmənlərin burnunu, erməni kimdi türkün sındıra qürurunu?!
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Qarabağ tam azad olunduqdan sonra İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir…”
Cəmiyyət
İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri... - FOTOLAR
Siyasət
Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...
Cəmiyyət
“Biz qələbə çalacağıq, vətən sağ olsun...”- Şəhid atası...
Dünya
ABŞ-ın cəmi 5500 sakini olan şəhərciyi  separatçı erməni rejimini “tanı”dı...-NƏ OLSUN!..

Yazar
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
“İsrail həkimləri Putinin sağlamlıq problemlərinin nə qədər ölümcül olduğunu hamıdan yaxşı bilir...” 
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247