Rusiyada koronavirus təhlükəsinin genişlənməsi fonunda orduda “xüsusi növ” təlimlərə start verilib.
Moderator.az rus
mediasına istinadən xəbər verir ki, aparılan təlimlərdə məqsəd hərbçilərə
epidemiyanın episentrində işləməyi öyrətməkdir. Koronavirusun daha da genişlənəcəyi
təqdirdə müasir texnologiyalardan istifadə etməklə hərbçilərin vəziyyətə nəzarət
etməsi, karantin rejimini pozan vətəndaşları dronlar vasitəsi ilə izləməsi,
habelə digər zəruri tədbirləri həyata keçirməsi planlaşdırılır. Fəaliyyət
planına əsasən radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrin bu prosesdə xüsusilə
aktiv rol alması gözlənilir.
Bu bölmələr qarşısında
qoyulan mühüm tələblərdən biri də çirklənmiş ərazi və mərkəzlərin müəyyən edilməsidir.
Bölmələr qarşısında qoyulan vəzifələrdən biri də karantin və tibbi tədbirləri
kompleks şəkildə həyata keçirməkdir.
Seymur ƏLİYEV