Xəbər lenti
01/06/2020 [23:38]:
Naxçıvan istiqamətində hərbi texnikanın vurulması videosu - FOTO/VİDEO
01/06/2020 [23:28]:
Tramp və Putin arasında telefon danışığı olub
01/06/2020 [22:51]:
Avropa Olimpiya Komitəsinin prezidenti ölüb
01/06/2020 [22:50]:
ADY-də əmək şəraiti standartları daha da yüksəldiləcək - MÜSAHİBƏ
01/06/2020 [22:42]:
Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü
01/06/2020 [22:40]:
İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"
01/06/2020 [22:39]:
Prezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"
01/06/2020 [22:38]:
İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"
01/06/2020 [22:38]:
Dövlət başçısı: "Biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik"
01/06/2020 [22:35]:
"Qalatasaray" “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb
01/06/2020 [22:34]:
Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” - FOTO/VİDEO
01/06/2020 [22:07]:
Azərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"
01/06/2020 [21:40]:
Məşhur parodiyaçı koronavirusa yoluxub
01/06/2020 [21:39]:
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
01/06/2020 [21:35]:
Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçib
01/06/2020 [21:25]:
İlk görüşdəcə cinsi əlaqədə olun, çünki... - Alimlərdən şok tövsiyə
01/06/2020 [21:21]:
Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
01/06/2020 [21:20]:
Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB
01/06/2020 [20:58]:
Azərbaycanda orqan köçürülməsinə ehtiyac yaranan canlı donor orqanla növbədənkənar təmin olunacaq
01/06/2020 [20:56]:
Meyitdən transplantasiya üçün hansı orqanların icazəsiz götürülə biləcəyi açıqlanıb
01/06/2020 [20:50]:
Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi
01/06/2020 [20:38]:
Ermənistanın müxalif deputatının keçmiş əri Rusiyaya qaçıb
01/06/2020 [20:37]:
Sahibkar həkimin maaşından çox pul təklif edir, amma çoban tapılmır- MARAQLI...
01/06/2020 [20:00]:
Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:40]:
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
01/06/2020 [19:24]:
Polis əməkdaşları etirazlara diz çökərək dəstək verdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:05]:
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
01/06/2020 [19:04]:
Düşmən Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Cıdır düzü və Xankəndində belə qeyd edir – FOTOLAR!
01/06/2020 [18:55]:
İqor Nikulin: “COVID-19 laboratoriyada yaradılıb” - ŞƏRH
01/06/2020 [18:49]:
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
01/06/2020 [18:47]:
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı: 168 yeni yoluxma - RƏSMİ
01/06/2020 [18:36]:
Prezident İlham Əliyev italiyalı həmkarına məktub göndərib
01/06/2020 [18:35]:
Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?
01/06/2020 [18:32]:
Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
01/06/2020 [18:31]:
Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib
01/06/2020 [18:16]:
Prokurorluğun bir əməkdaşı koronavirusa yoluxub
01/06/2020 [18:14]:
"Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil"
01/06/2020 [18:11]:
Qənirə Paşayeva Beynəlxalq Müdafiəsi Günündə 500 Tovuz məktəblisinə kitab hədiyyə etdi
01/06/2020 [18:06]:
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ
01/06/2020 [18:06]:
Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: Onlara da möhlət verilib
01/06/2020 [18:00]:
Nazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHI
01/06/2020 [17:56]:
Azərbaycanda pul bazası yenidən artmağa başlayıb
01/06/2020 [17:54]:
Prokuror koronavirusdan ölməyib - Rəsmi açıqlama
01/06/2020 [17:52]:
“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır...”
01/06/2020 [17:46]:
Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı
01/06/2020 [17:44]:
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Video
01/06/2020 [17:34]:
Əli Əsədova yeni köməkçi təyin edildi
01/06/2020 [17:25]:
İş adamının maşını gülləbaran edildi, sürücü öldü – ANBAAN VİDEO
01/06/2020 [17:11]:
Vüqar Rəhimzadə: "COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir"
01/06/2020 [17:08]:
"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO
01/06/2020 [17:06]:
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib
01/06/2020 [16:53]:
Pandemiya ilə mübarizədə Azərbaycan modeli: İspan mediasında azərbaycanlı jurnalistin məqaləsi çap olunub
01/06/2020 [16:50]:
Netanyahu və ailəsini ölümlə hədələdilər
01/06/2020 [16:47]:
Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib - FOTOLAR
01/06/2020 [16:22]:
Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb
01/06/2020 [16:17]:
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
01/06/2020 [16:15]:
Azərbaycanda saxta pul nişanlarının aşkarlanması halları azalıb
01/06/2020 [16:15]:
6-7 tələbə və 20 media mənsubu Təhsil Nazirliyinin inzibati binasına yaxınlaşdı...
01/06/2020 [16:14]:
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
01/06/2020 [16:11]:
Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ
01/06/2020 [16:09]:
Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
01/06/2020 [16:07]:
Uşaqlar günü münasibətilə beş yaşlı uşağı olan yüz ailəyə süd paylanıldı- İBRƏTAMİZ...
01/06/2020 [15:58]:
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, amma isinmədik istisinə...”
01/06/2020 [15:53]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:48]:
Avstriyaya aparılan 281 kq heroin Azərbaycanda tutuldu - FOTO/VİDEO
01/06/2020 [15:46]:
Kamran Əliyev onlara yeni vəzifə verdi
01/06/2020 [15:45]:
Məhərrəm ayı avqustun 21-də başlayacaq
01/06/2020 [15:41]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:38]:
Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək
01/06/2020 [15:25]:
“Maska cəriməsi 25 manata endirilsin”
01/06/2020 [15:21]:
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
01/06/2020 [15:16]:
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
01/06/2020 [15:13]:
“Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq” - Peskov
01/06/2020 [15:11]:
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputat
01/06/2020 [15:09]:
Azərbaycan Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-uçuş təlimləri keçirib - VİDEO
01/06/2020 [15:06]:
İyunda temperatur 37 dərəcəyə qədər qalxacaq
01/06/2020 [15:06]:
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi
01/06/2020 [14:59]:
Baş prokurordan YENİ TƏYİNATLAR
01/06/2020 [14:43]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
01/06/2020 [14:40]:
“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin detalları açıqlandı
Bütün arxiv bir sırada
28/03/2020 [13:42] - Dünya - ( 1181 dəfə baxılıb)

33 yaşında epidemiya qurbanı olan Sverdlov - Leninin "sağ əli" tarixdə çarı və ailəsini güllələtdirən adam kimi qalıb



33 il yaşamasına baxmayaraq, Yakov Sverdlov tarixdə bir çox hadisələrlə yadda qalıb. II Nikolayı və ailəsini güllələtdirən, Leninə sui-qəsd cəhdində şübhəli bilinən, partiyanın qızıl və pul ehtiyatını evində saxlayan, İosif Stalini siyasi müstəvidən uzaqlaşdırmağa çalışan, 1918-ci ildə “Qırmızı terror”un əsas müəllifi olan, “Qara şeytan” titulunu qazanan Sverdlov 1919-cu ildə on milyonlarla insanın həyatına son qoyan “İspan qripi” pandemiyasının qurbanına çevrilməsiydi, yəqin ki, daha çox hadisələrlə yadda qalacaqdı.

Yakov Sverdlov 1885-ci ildə Nijni Novqorod şəhərində anadan olub. Həmin şəhərdəki kişilər gimnaziyasında təhsil alıb. 5-ci sinifə keçəndə, anasının vəfatından sonra atası onu gimnaziyadan çıxarıb, ailənin maddi vəziyyəti çətinləşdiyinə görə işləməyə göndərib. Sverdlov ilk əmək fəaliyyətinə əczaçı köməkçisi kimi başlayıb.


O, 17 yaşında Rusiya Sosial-Demokrat fəhlə partiyasına üzv olub, Kostromada, Kazanda, Yekaterinburqda təbliğat və təşviqat işləri aparıb. Siyasi fəaliyyətinə görə Sverdlov bir neçə dəfə həbs olunub, Sibirə sürgün edilib.

Sverdlovun siyasi çevikliyi, yüksək nitq qabiliyyəti, fikirlərini mükəmməl şəkildə ifadə etməsi, kütlələri inandırmaq bacarağı Leninin diqqətindən yayınmayıb.

Onlar ilk dəfə 24 aprel 1917-ci ildə partiyanın konfransında görüşüblər. Elə həmin konfransda da Sverdlov partiyanın mərkəzi komitəsinin üzvü seçilib, yeni yaradılan katibliyin rəhbəri təyin olunub.


Oktyabr inqilabının fəal iştirakçılarından biri olan Sverdlov inqilabdan sonra Leninin təşəbbüsü ilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib, faktiki olaraq dövlət başçısı vəzifəsini daşıyıb, Rusiyanın ilk konstitusiyasının yazılması ilə bağlı yaradılan komissiyanın sədri olub. Mərkəzdə və yerlərdə kadr təyinatlarını məhz Sverdlov həyata keçirib.

1918-ci ilin avqusunda Lenin sui-qəsd cəhdində yaralananda Sverdlov bir müddət Xalq Komissarları Sovetinin sədri (baş nazir) vəzifəsini icra edib. Bəzi versiyalara görə, Leninə sui-qəsd cəhdində Sverdlovun da əli olub. Amma bu məsələ mübahisəli qalaraq qapadılıb. Daha doğrusu, Sverdlovun vəfatından sonra bu şübhəli məqam müzakirə mövzusu olmaqdan çıxıb.


Məhz bu sui-qəsd cəhdindən sonra Yakov Sverdlov 1918-ci ildə Rusiyada “Qırmızı terror” həyata keçirib. Bu ərəfədə onun daha bir “bacarığı”, amansızlığı, sərtliyi, partiyanın fəaliyyətinə əngəl törədənlərə qarşı qəddarlığı üzə çıxıb.

Sverdlov Xalq Komissarları Sovetinin sədri vəzifəsini müvəqqəti icra etdiyi ilk gündən Leninin kabinetinə keçib, onun adından sənədlərə imza atıb, sovetin iclaslarına sədrlik edib. Bütün bu səlahiyyətlərə Sverdlov partiyanın ümumi razılığı olmadan sahib olub. Təbii ki, bu da partiya daxilində kifayət qədər böyük narahatlığa və narazılığa səbəb olub.

Yakov Sverdlovun özünə əminliyi, hökmranlığı uzun sürməyib. O, 6 mart 1919-cu ildə Xarkovdan Moskvaya qatarla qayıdanda səhhətində ciddi problemlər yaranıb. Martın 8-də Moskvaya çatanda onda “İspan qripi” aşkar edilib. Martın 16-da, 33 yaşlı Sverdlov vəfat edib. Onu Kreml divarları qarşısındakı nekropolda dəfn ediblər.

Sverdlovun ölüm səbəbi ilə bağlı digər versiyalar da səsləndirilib. Hətta belə bir versiya da olub ki, onu Leninin göstərişi ilə zəhərləyərək öldürüblər. Amma versiyaların heç biri öz təsdiqini tapmayıb. Həkim ekspertizasının rəsmi rəyində ölümün səbəbi “İspan qripi” infeksiyası göstərilib.

Yakov Sverdlov siyasi fəaliyyəti dövründə özünü hamıdan üstün saymaqla fərqlənən siyasətçilərdən biri olub. O, bunu öz çıxışlarında, görüşlərində də biruzə verib.


Sverdlovla Stalin Turuxan sürgünündə eyni vaxtda bir yerdə olublar. Sonralar Sverdlov Stalin haqqında fikirlərini belə bildirib: “Biz bir-birimizi yaxşı tanıyırıq. Həbsxanada, sürgün şəraitində hər kəs bütün çılpaqlığı ilə görünür, xarakterinin ən xırda cizgiləri belə nəzərə çarpır. Stalin öz yaşına görə fəal bir adam idi. Daha çox sual verməyi xoşlayırdı. Mənim üçün isə onun sualları maraqsız görünürdü. Mübahisə etməyi də çox sevirdi. Amma mən onunla mübahisə etmirdim, bu, mənim səviyyəm üçün deyildi. Bəzi nəzəri fikirlərini qəbul etmək olardı, məntiqində bəzi maraqlı məqamlar hiss edirdim. Amma bu, o demək deyil ki, mən onu yüksək ağıl sahibi kimi təqdim edirəm. Mən ondan yüksəkdəydim, o, özü də bunu yaxşı bilirdi. Tez-tez gecə yarıyadək şahmat oynayırdıq, mən onu mat edirdim. Bəzən buna görə əsəbiləşirdi. Biz fərqli adamlar idik...”


Stalinin sürgün vaxtında Sverdlovla bağlı fikirləri isə daha maraqlıdır: “Sürgün vaxtı hər kəs özünə yemək hazırlayırdı. Əslində heç başqa işimiz də yox idi. Biz işləmirdik. Dövlət bizə hər ay 3 rubl verirdi. Bundan başqa, partiya da kömək edirdi. Mənim Yaşka adında itim var idi. Sverdlov üçün bu ad arzuolunmaz idi. Onun da adı Yaşka, itin də adı Yaşka. Sverdlov yeməyini yedikdən sonra qablarını yuyurdu. Mən isə qablarımı Yaşkanın (itin) qarşısına qoyurdum. İt onu yalayaraq tərtəmiz edirdi. Bütün bunları Yaşka da (Sverdlov) seyr edirdi və o, elə düşünürdü ki, mən şahmatda uduzduğuma görə belə edirəm. Yəni bulaşıq qablarımı Yaşkaya (itə) yalatdırmaqla onu nəzərdə tuturam...”

Yakov Sverdovla bağlı maraqlı məqamlardan biri ölümündən 16 il sonra üzə çıxıb. 1935-ci ildə “NKVD”-nin başçısı Henrix Yaqoda Stalinə məktub ünvanlayıb. Yaqoda məktubda bildirib ki, Kremlin komendantının anbarında Sverdlovun şəxsi seyfi tapılıb. Seyfdə çar dövrünə məxsus 108 min rubl dəyərində qızıl sikkələr, 700-dən artıq qızıl məmulatları və qiymətli daşlar olub. Bununla yanaşı, seyfdən Sverdlovun və bir neçə nəfərin adına şəxsiyyəti təsdiq edən blanklar aşkar olunub. Qeyd edək ki, Sverdlovun müəmmalı var-dövlətini aşkar edən Henrix Yaqodanın həyat yoldaşı Sverdlovun doğma bacısının qızı olub.


Beləliklə də, 33 yaşında pandemiyanın qurbanı olan Yakov Sverdlov öz qısa ömrü ilə tarixə müəmmalı və mürəkkəb siyasətçi kimi düşüb.

Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
Rusiyada inqilab havası...
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
Dünya
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
Cəmiyyət
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
Dünya
“Tramp mənə danışmağa imkan vermədi, sözümü kəsdi...” - Öldürülən qaradərilinin qardaşı...
Gündəm
ABŞ-dakı etirazçılardan türk dünyasına töhfə: Fərqində olmadan elə bir şey etdilər ki...
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247