Xəbər lenti
27/05/2020 [13:50]:
Rumıniyanın idman naziri canlı efirə alt paltarında qoşuldu - VİDEO
27/05/2020 [13:48]:
Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib
27/05/2020 [13:39]:
Sabah Azərbaycanda hərarət 35 dərəcəyə yüksələcək
27/05/2020 [13:23]:
Əsəd ailəsi və doqquz illik savaşın sonu - Suriyada inqilabi gəlişmə
27/05/2020 [13:23]:
Moldovanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
27/05/2020 [13:21]:
Belçikalıların Kralı Prezident İlham Əliyevə məktub göndərib
27/05/2020 [13:11]:
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olundu
27/05/2020 [13:09]:
Vilyam Hacıyevin ittiham olunduğu maddələr açıqlandı
27/05/2020 [13:06]:
Millət vəkili gənclər üçün aksiya keçirdi: “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək”
27/05/2020 [13:00]:
Xalq artistinin qızı Türkiyədə aparıcılıq edir - FOTO
27/05/2020 [12:58]:
Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
27/05/2020 [12:52]:
“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”
27/05/2020 [12:49]:
Dünən Azərbaycana qayıdan Damla karantinə alındı
27/05/2020 [12:43]:
Gürcüstan 18 Azərbaycan vətəndaşını Hindistandan təxliyə edir
27/05/2020 [12:40]:
Trampdan Suriya açıqlaması: "Ərdoğan mənə dedi ki..."
27/05/2020 [12:39]:
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər
27/05/2020 [12:33]:
"Qızıl ürək" filmi...
27/05/2020 [12:25]:
“Ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır”
27/05/2020 [12:13]:
İranda ata 13 yaşlı qızının başını kəsib
27/05/2020 [12:13]:
“Kölgə iqtisadiyyatına qarşı daim mübarizə aparmaq lazımdır, çünki...”
27/05/2020 [12:10]:
Bakıda mənzildən qadın meyiti tapıldı
27/05/2020 [12:09]:
Ziyalılığın Rafiq Əliyev meyarları...
27/05/2020 [12:05]:
Onlar hüquqi dövləti necə yaratdılar? - Korrupsiyadan uzaq Cümhuriyyətimiz...
27/05/2020 [12:02]:
“Səməd Vurğunun saçının vaxtından tez ağarması, xəstəliyə tutulması bununla əlaqəli idi...”
27/05/2020 [12:01]:
Siyasi rəqibi Trampı axmaq adlandırdı
27/05/2020 [11:58]:
Lənkəranda zəlzələ olub
27/05/2020 [11:57]:
"Masallıdakı güllələnmə şəxsi zəmində baş verən hadisədir" - Tanrıverdi Mustafayev
27/05/2020 [11:56]:
Əli Məsimli seçiciləri ilə onlayn qəbul təşkil etdi - VİDEO
27/05/2020 [11:55]:
Ermənistanda bu bioloji silahın sınağı aparılır - Şok
27/05/2020 [11:54]:
Azərbaycanda 53 il vəzifədə olan şəxs vəfat etdi - FOTO
27/05/2020 [11:53]:
Milli Ordumuz düşmənin tabor komandirinin avtomobilini məhv etdi?..
27/05/2020 [11:53]:
Rusiyada koronavirusa yoluxanların sayı 370 mini ötüb
27/05/2020 [11:52]:
Qənirə Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400 gəncə kitab hədiyyə edib
27/05/2020 [11:49]:
Azərbaycanda polisdə koronavirus aşkarlandı
27/05/2020 [11:48]:
“Ramil Səfərov bu əməli fərd kimi törədib, Azərbaycan dövlətini rəsmən təmsil etməyib, buna görə də..."
27/05/2020 [11:24]:
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
27/05/2020 [11:18]:
"Azərbaycana dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar..."
27/05/2020 [11:17]:
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
27/05/2020 [11:11]:
Rus muzdluları Liviyadan belə çıxdı - VİDEO
27/05/2020 [11:08]:
Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib
27/05/2020 [11:05]:
102 yaşın mübarək, Azərbaycan!
27/05/2020 [11:02]:
"Rəsulzadənin Novxanıdakı abidəsini bir neçə dəfə ziyarət etmişəm"
27/05/2020 [10:54]:
Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı
27/05/2020 [10:52]:
Eşşək arısından sonra ABŞ bu dəfə cicada böcəyi ilə üz-üzə qaldı...
27/05/2020 [10:48]:
Xətai rayonunda su olmayacaq - RƏSMİ
27/05/2020 [10:46]:
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
27/05/2020 [10:44]:
Erməni general haqlıdır: hər an başlaya bilər - Polkovnik
27/05/2020 [10:38]:
Korona aysberqin görünən tərəfidir - "Yarasa qadın"
27/05/2020 [10:36]:
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA
27/05/2020 [10:32]:
Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək
27/05/2020 [10:27]:
Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib
27/05/2020 [10:26]:
Kürdəmirdə daha beş nəfər koronavirusa yoluxdu
27/05/2020 [10:24]:
“Belə şeyləri gözdən qaçırmazdı, o belə biabırçılığa dözən adam deyil”
27/05/2020 [10:15]:
“Gülay ağlayaraq soruşdu ki, qızımıza nə cavab verəcəyəm?” - Kamil Zeynallı
27/05/2020 [10:13]:
“Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı
27/05/2020 [10:08]:
Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT
27/05/2020 [10:06]:
Rusiyanın Afrikaya göndərdiyi MİQ-29-lar Avropada təlatümə səbəb oldu: “Onlar bizim üçün ordadır!
27/05/2020 [09:44]:
ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib
27/05/2020 [09:43]:
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb - VİDEO
27/05/2020 [09:41]:
Ermənilər atəşkəsi 22 dəfə pozdu
27/05/2020 [09:22]:
Ordumuzun zirehli tank xidmətinin yaradıcısı Qarabağda döyüşəcək tanklardan danışdı...
27/05/2020 [09:21]:
Koronavirusla bağlı SON STATİSTİKA
27/05/2020 [09:10]:
Qəzada həlak olan Ceyhun Aprel döyüşlərinin iştirakçısı imiş...
27/05/2020 [09:08]:
"Qloballaşan dünyada pandemiya böyük problemlər yaratdı"
27/05/2020 [09:06]:
İki yaşdan kiçik uşaqlar maska taxmalıdır? - XƏBƏRDARLIQ
27/05/2020 [08:52]:
Hindistan ucuz qiymətə aldığı nefti ABŞ-da saxlaya bilər
27/05/2020 [08:50]:
ABŞ-ın hərbi karvanına hücum olub, yaralananlar var
27/05/2020 [08:48]:
Günəşi gözləyənlər...
27/05/2020 [08:45]:
ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu
27/05/2020 [08:39]:
Mərkəzi Amerikada ilk dəfə eynicinsli nikah qanuniləşdirildi
27/05/2020 [08:37]:
Ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı - FOTO
27/05/2020 [08:35]:
Yeni doğulmuş körpələrini səhvən diri-diri dəfn etdilər
27/05/2020 [07:51]:
Ermənilər Azərbaycan torpağında  növbəti hərbi təlim keçirdi...-VİDEO
27/05/2020 [07:20]:
ABŞ-da Ramazan bayramını avtomobil karvanında qeyd etdilər...-FOTOLAR
27/05/2020 [06:53]:
Möminlər üçün Qiyamət gününün ən şirin anı hansıdır?..
27/05/2020 [00:25]:
Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
26/05/2020 [23:59]:
Avropa Birliyi COVID-19 peyvəndi üçün 9,5 milyard avro topladı - MARAQLI...
26/05/2020 [23:46]:
Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evini təmir etdirdi - VİDEO
26/05/2020 [22:47]:
Hazırlıq kurslarının fəaliyyətinin bərpa olunmasına nə mane olur? - VİDEO
26/05/2020 [22:44]:
NİDA-çılar Milli Şuradan getdi
Bütün arxiv bir sırada
28/03/2020 [15:36] - Cəmiyyət - ( 1135 dəfə baxılıb)

Koronavirus pandemiyasının dünyaya verdiyi mesajlar, dərslər, işarələr haqda




29 fevral və 11 sentyabrı vahid siyasi təqvimdə birləşdirən sizcə, nədir? Üstündən heç bir ay keçməyib, lakin Covid-19 adlı bəşəri təhlükənin tədricən dünyaya yayılan qorxusu ilə müqayisədə 19 il əvvəlki hadisələr cəmi bir günün içində baş vermişdi. Amerika Birləşmiş Ştatlarının mərkəzi şəhərlərinə edilən hərbi hücumlar əkiz göydələnləri yerlə-yeksan edincə kainat sanki öz məhvərindən çıxmışdı. Axı necə ola bilərdi-bir vaxtlar kiçik bir idman təyyarəsi ilə Kremlin qarşısına - Böyük Teatr binasına qədər uçub gələn macəraçı yeniyetmə Matias Rustdan fərqli olaraq “Əl-Qaidə”nin və “Taliban”ın kamikadzeləri birbaşa ölüm aktını həyata keçirərək, son 100 ildə heç bir dövlətin cəsarət etmədiyi hücuma əl atmışdılar.

Doğrudur, 2-ci Dünya müharibəsində babalarının belə bacarmadığı qəhrəmanlığa qadir olan alman gənc  Cessna-72 markalı, kiçik kalibrli yüngül bir cırcıraması ilə 20-ci əsrin nəhəng imperiyasının Hava Hücumundan Müdafiə sistemlərinə qalib gələrək onlara məşhur fransız komediyalarının səhnələrini yaşatmış, sonda Qızıl Ordunun əzəmətini bir güllə atmadan darmadağın etməkdə həlledici rollardan birini oynamışdı. Lakin dünya kapitalizminin simvolu olan göydələnlərə çırpılan sərnişin təyyarəsi və Pentaqona zərbə endirən, bədənlərini “canlı bombalar”a çevirərək ölümə atılan müsəlman mücahidlərin məqsədlərini qətiyyən başa düşmək mümkün olmurdu. Onlar Amerika adlı nəhəngin son əsrdə müharibə görməmiş xalqına nəyi göstərmək istəyirdilər?

Bəlkə üstündən 11 il keçəndən sonra xanım dövlət katibi Hilları Klinton öz həmkarları ilə müqayisədə daha səmimi davranaraq ən yüksək kürsüdən etiraf etdiyi kimi, Sovetlər Birliyini dağıtmaq üçün Pakistana gedən Mərkəzi Kəşfiyyat casuslarının xeyir-duası və Konqresin gizli maliyyə yardımı ilə puştun tayfalarından yaradılmış qorxunc yaraqlı ordunu yarı yolda qoyduqlarının bədələni ödədiklərini deyərkən ən dəqiq cavabı vermişdi. Gerçəkdən də cəmi bir il təlim keçdikdən sonra Əfqanıstana atılan Üsəma bin Ladenin “Siklon” əməliyyatları çərçivəsində Birləşmiş Ştatlar və Səudiyyə Krallığının 40 milyarddan artıq maliyyə yardımı ilə sovet-əfqan müharibəsinin gedişini dəyişməsi və Körfəz neftinə nəzarət, Asiyaya uzanan böyük məkana ağalıq niyyətində olan sovet ordularını Kabildən çıxmağa vadar etməsinin heç bir mükafatı olmamışdı. Məhz o zaman islam düşmənlərindən qisas alacağına and içən Bin Ladenin 2001-ci ilin 11 sentyabrı-məşum tarixində əl atdıqları Armageddon zərbəsi dünya insanlarını lərzəyə salmışdı.3000-ə qədər insanın həyatına bais olan aktın milyardlarla insanda doğurduğu qorxu hissi Amerika və müttəfiqlərinin cavab reaksiyasının amansız olacağına şübhə yeri qoymamışdı. Bəli, küçə və meydanlarda müsəlman libaslı hər kəsi əcinnə gözündə görən milyonlarla amerikalının Vaşinqtonda, Nyu-Yorkda, elə hər yerdə cəzalandırdığı adamlar sonralar 150 minlik qoşunla Əfqanıstana girən ABŞ və NATO ordularının ilk qurbanları idi.


Qəribədir, məhz indiki kimi onda da nəhəng stok marketlər və indeks bazarları uzun müddət böyük şokdan özlərinə gələ bilməmiş, 100 milyardlarla itkilərə məruz qalmışdılar. Lakin bu, hələ başlanğıc idi. ABŞ orduları düz 19 il Hindiquş dağları ətrafında mücadilə edib rəsmi rəqəmlərə görə 822 milyarddan artıq pulu (https://www.bbc.com/russian/features-51687498) 10 min kilometr uzaqlıqdakı mücərrəd təhlükələrə qarşı səpib, 4000-ə qədər əsgərini dünyəvi iddialarına qurban verib indi Əfqanıstanı tərk edir. Bəli, Maykl Pompeo son 3 ayda ticarət müharibəsinin lap pik dövründə Çinlə savaşı bir kənara qoyub düz iki mühüm gününü məhz “Taliban” hökuməti ilə barışıq planına, iki Qənini bir arada tutmağa, düşmən və dostu vahid bir ittifaqda birləşdirmək strategiyasına həsr edib. Halbuki vətəndaş müharibəsinin bir əsrdir tüğyan etdiyi bir torpağın ən minimal ehtiyaclarını qarşılamağa, savadsızlığın və cəhalətin tüğyan etdiyi tayfaları bolşeviklərin bir vaxtlar Vladivastokdan, Orta Asiyadan ta Qafqazlaradək böyük coğrafiyada etdikləri kimi maarifləndirməyə, orta əsr ənənələri ilə sağlamlığını quran bir cəmiyyətin ictimai səhiyyəsinin dayaqlarını yaratmağa xərcləsəydi, indi tamam başqa mənzərə ortada olardı.

Bəli, Koronavirusun dünyanın hər yerində dolaşan qorxunc kabusu ABŞ-ın nəhəngliyini dünya insanının gözündə laxladır. Çünki nüvə raketlərindən gözəgörünməz mikroblara atəş açmaq olmur. Deyəsən, belə avantüranı vaxtilə Afrika torpaqlarında təcrübədən keçiriblər. Malyariyanın, Ebolanın və SARS-ın caynağında olan Konqoda, Zairdə, Somalidə atom silahı ilə epidemiyaya yoluxmuş yüz minlərlə insandan yaxa qurtarmağa çalışmışdılar. Lakin “Taliban”ı bütün Qərbə və Şərqə, Şimala və Cənuba ən qorxulu düşmən, terror pandemiyası kimi tanıtdırandan sonra indi onlarla sülh sazişi imzalayıb son 13 minlik silahlı heyəti əfqan torpağından çıxarmağın qalibiyyət, yoxsa məğlubiyyət olduğunu izah etməyə ehtiyac qalmır.

Sadəcə, sual olunur: on illərlə bütün xalqlara yeridilən islam radikalizminə, xilafət bayrağı verib ayağa qaldırılan “Mehdi orduları”na qarşı informasiya, maliyyə və diplomatik hücumların mənası nədən ibarət olub? Dünyanın gündəmini və milyardlarla insanın beynini işğal edən informasiya viruslarını yayıb indi öz əsgərlərinə “vətənə dön” əmrini verməyi necə bir arada izah etmək olur? 


Xatırladaq ki, rəsmi rəqəmlərə görə, Əfqanıstan, İraq və Suriya əməliyyatlarının qiyməti 1.5 trilyondan artıqdır - https://tass.ru/mezhdunarodnaya-panorama/5549303 . Qeyri-rəsmi hesablamalar ondan 4 dəfə artıqdır. Dünyanın siyasi xəritəsində yer alan və büdcəsi 10 milyard dollara çatmayan 112 dövləti həmin hərbi avantüralara xərclənən pullarla ən azı 6 il sərasər tox və təhlükəsiz saxlamaq olardı.

Halbuki, indi ABŞ dünyanın əksər regionlarında olduğu kimi, milli böhran yaşayır və təhlükəyə yoluxmada da əldə etdiyi birincilik on minlər, hətta yüz minlərin həyatının bahasına başa gələ bilər. İqtisadi aktivlik ötən əsrin 30-cu illərindəki xalqın üzləşdiyi Böyük İqtisadi Depressiyadakı kimi olmasa da, ən böyük şəhərlərdə dayanan ticari aktivliyin, ümumxalq sosial təcridin və qapanan sərhədlərin fonunda Morqan Stanley, Qoldman Saks kimi nəhənglərin proqnozlarına görə, ÜDM 30 faizə qədər aşağı düşə bilər və bu, son 74 ildə minimum səviyyə deməkdir. İşsizliyin ölçüsü 20 faiz nisbətində arta bilər ki, onu 2 trilyonluq stimullaşdırma proqramı belə aradan qaldırmaz, ekzistensialist böhranı dəf etməyə gücü çatmaz.

Halbuki “Amerika açıq ölkədir və biz qapanmaq üçün yaranmamışıq” deyən Tramp öz sələfi, nəinki keçmişin, bütün dövrlərin böyük dövlət xadimi Franklin Ruzveltdən fərqli olaraq ən qiymətli 3 ayı itirərək, koronoviurusdan xalqı və bəşəriyyəti qorumaq üçün heç vaxt geri qaytarılmayacaq  zamanı əldən verdi. “Çin virusu” deyərək dışladığı, lakin elə ilk gündən infeksiyanın milli-etnik mənsubiyyət daşımadığını bilərək “Oval Kabinet”dən qlobal həkim təlimatçısı rolunda malyariyaya qarşı istifadə olunan preparatları xilas üçün bəşəriyyətə təklif edəndə əlil arabasına düçar olan Ruzveltin 2-ci Dünya müharibəsi zamanı Stalinlə görüşərək dünyanı xilas etmələri qətiyyən xatırlana bilməzdi.


Trampın digər həmkarı Boris Conson da liderlik ampluasında və ingilis elitasının müasir siması olaraq xalqa panaseya - xilas vasitəsi olaraq “Ümimi Daxili Məhsulun 3 faizinin itkisinə gedə bilməyəcəklərini, ən yaxın adamlarınızın ölümünə hazır olmağı” buyururdu. Halbuki elə həmin günlər 60 milyonluq Britaniyada bütün təbəqələri təmsil edən vətəndaşlardan daha yüksəkdə dayanan şahzadə Yelizaveta kral sarayını tərk edərək, Vindzor qəsrinə çəkilərək öz baş nazirindən kömək gözləmədiyini hamıya nümayiş etdirdi. Bəli, “Bukinqem Palas”dan qapalı bir hücrəyə gedən və krallıq tarixinin son 500 illik dövründə taxt-tacı tərk edərək sağlığını qoruyan monarxiya rəhbəri gələcək vəliəhd Prins Çarlzın yoluxduğu virusun yaşlılar üçün ölüm hökmü olduğunu hökumət başçısından daha yaxşı başa düşürdü. Üstündən, bir neçə gün keçir və Boris Conson sehrli qutudan - Tvitterdən millətə sağlamlıq testinin “müsbət olduğunu” və ölkəsini evdən idarə edəcəyini söyləyir. Yəqin bu dəfə də Çörçill qəbirdə çevrilir, 20-ci əsrin nəhəng siyasi elitasının öldüyünü bəşəriyyət təzədən hiss edir və əsil şüur pandemiyasının, idrak infeksiyasının, düşüncə karantinin on illər ərzində dünyanın üstünə necə çökdüyünü bir daha anlayır.

Zəif, iradəsiz, strateji planlamadan və ideoloji konseptlər vermək bacarığından məhrum olan dünya liderlərinin vətəndaşlarının təhlükəsizliklərini təmin etmək əvəzinə, yoluxduqları virusu öz cisimlərində görəndən sonra onun gerçəkliyinə inanmaları belə bir ümid verir ki, infeksiyanın ağa və qulu, varlı və kasıbı tanımaması onunla mübarizəni nəhayət, mümkün edir. Halbuki nə müqəddəs Kəbə evinin, nə Vatikanın, nə Kərbəla məbədinin, nə “Göz yaşları” divarının müasir orduların, qırıcı təyyarə və tankların gücü ilə deyil, etil spirti ilə qorunması zamanın sürətindən geri qalan dünya liderlərinə mesaj olmalı idi. Dini mərkəzlərin oxuduqları xütbələr indi nəinki onların milyardlarla tərəfdarını, heç özlərini belə qorumur. 

Qloballlaşma çökür, əvəzində milli divarlar yenidən hörülür. Virusla dünyanı bölüşdürməyə qalxmaq, üç imperiyanı dağıdan Əfqanıstandan çəkib apardıqları qoşunları Ağ Evin qapısını kəsmiş təhlükəyə qarşı deyil, yeni döyüş meydanlarına göndərmək, hazırki Apokalipsisi dəf etməyə qalxarkən yenə də dövlət quruluşu, ideoloji ekspansiyanı düşünmək və onu yeritmək Covid-19-dan daha böyük faciədir.

Terroru hakimiyyət kimi tanıyacaqdınızsa, onda öz rəhbəri Vladimir Putinə hər zaman sədaqətli olan Jirinovskinin 2014-cü ildə Krım sammitində “Taliban”i rəsmi iqtidar kimi qəbul edin” çağırışını niyə ələ salırdınız? İndi Rusiya həkimləri hərbi libasda İtaliya küçələri ilə marş edir və qədim Roma imperiyasının yerində reanimasiyada can savaşı verən bir xalqın heç vecinə deyil ki, Brüssel, yaxud Strasburq ruslara qarşı tətbiq olunan sanksiyaları pozduğuna görə onları necə suçlayır. Sovet tankları və bizim “Mixaylo”nun addımladığı Adriatik dənizi sahillərində indi yeni savaş yaşanır. Görkdür ki, hər gün Vatikanın bir addımlığında əzizlərini müqəddəs İsanın duaları olmadan torpağa tapşıran bir milləti Avropa Birliyinin çökən divarları çox az maraqlandırır.

Bəli, nəhayət dünya virusdan azad olmalıdır - on illərdir, xalqların məruz qaldığı amansız və haqsız müharibələrdən, ölkələrə sırınan dövlət modelləri və həyat tərzi işğallarından, informasiya və gerçək terrordan, iqtisadi ekspansiyalardan və digər epidemiyalardan. Cini şüşəyə salmaq üçün Ruzvelt və Çörçill çatışmasa da, “Tehran 43”-ü təşkil etmək mümkün olmasa da, Stalinin özü ilə apardığı böyük bir formasiyanı qaytarmaq gərək olmasa da, Putini öz iddialarında sıxsalar da. Yoxsa Ağ Ev uğrunda marafonu qazanmağın dünya üçün elə bir yararı olmayacaq. 

Prezident İlham Əliyevin rəhbəri olduğu ölkə “bir kəmər-bir yol”un qovşağında, ən böyük siyasi pandemiya ayrıcında NATO-Rusiya generallarına oturub razılaşmaları üçün stul təklif etməyi bacarmışdı. Yaxın Şərq üçün qədim Bakı turnesi keçirilmişdi. İndi qlobal koronavirus üçün paytaxt ölkə axtarışlarında 20 dövlət liderinin yığılıb bir araya gəlməsinə sosial məsafə şərtləri mane olursa, bütün hikkələri bir kənara qoyub sadəcə, “Çin protokolları”nı həyata keçirmək lazımdır.


Qədim Roma misalında deyildiyi kimi, “Əgər ağacın başında sirli nəsə varsa, kökünə baxmaq gərəkdir”. Axı hər gün informasiya atəşi altında onsuz da psixoloji dayanıqlığını itirən dünya adamlarına Qiyamət dəhşətlərini yaşatmaq əvəzinə, hər saat Uhan vilayətini insanların sağlıq və var olma testi kimi təbliğ edin. Qırmızı dənizi yarıb keçən yəhudilərin xilası kimi indi Sanitar Kordon Uhandır. Çinin qırmızı rəngi, onun iqtisadi-siyasi quruluşunun beyinlərdə qalacağı fikri və virusdan qorumayan demokratiyaların iflas edəcəyi vahiməsi sizi ən qiymətli sərvət olan insanların həyatını hifz etməkdən daşındırmasın. Ondan ötrü ortalama cəmisi 40 gün tələb olunur. Həkim Linin öz həyatını qurban verərək bəşəriyyəti xəbərdar edən çağırışı, onu bu qəhrəmanlığına görə sərt cəzalandırmaga hazır olan ulduzlu gestapoçuların və dünyanın salamatlığı üçün bu yeganə panaseyadır.


Bəli, bəşəriyyət özü boyda bir Uhan vilayətinə çevrilməlidir. Cəmi 40 günlük hərəkəti, qaçışı, möhtəkirliyi, azğınlığı, birjaları saxlamadan, bütün 7.7 milyardlıq dünya üçün onu təlim kimi qəbul etmədən qlobal meşə yanğınını söndürmək mümkün olmayacaq. Sükunətdən Yer üzü dağılmayacaq, onsuz da planetin özü fırlanır.


80 il əvvəl faşizmlə yaxınlaşan dünya müharibəsi qarşısında dövlətlər və ordular gec birləşdiyi üçün 50 milyona qədər itki verməyə məhkum edilmişdi. Ona görə də qələbənin qiyməti çox baha oldu. İndi ümumi düşmən qarşısında biri-digərinin hansı trofeyanı götürəcəyini, kimin virusa necə məğlub olacağını gözləmədən, hamının qələbəsi və birgə gələcəyi naminə qərar verməyin vaxtıdır. Yoxsa hər gün Nyu-York və Nasdaq kotirovkalarını, stok marketlərin ruhsuz, dinsiz, imansız faiz savaşlarını koronalı virusun ölüm indeksləri əvəz edəcək.

Hə, bir də ən qiymətli aksiz, salfetlər olacaq!..

Zahir Oruc, millət vəkili

Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
Seks işçilərindən ilginc müraciət: "Fahişəxanaları açın"
"Bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı?"
Məşhur futbol klubu maska satışına başladı - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”
Cəmiyyət
“Səməd Vurğunun saçının vaxtından tez ağarması, xəstəliyə tutulması bununla əlaqəli idi...”
Dünya
Eşşək arısından sonra ABŞ bu dəfə cicada böcəyi ilə üz-üzə qaldı...
Gündəm
Ermənilər Azərbaycan torpağında  növbəti hərbi təlim keçirdi...-VİDEO
Dünya
Avropa Birliyi COVID-19 peyvəndi üçün 9,5 milyard avro topladı - MARAQLI...
Yazar
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247