"Çin aprelin 8-dən karantin rejimindən çıxır, bu, bazara müsbət siqnal olacaq"
Oxunub: 1457
29 Mar 2020 | 15:56
İlham Şaban: “Biz yaxın 2 həftədə neft bazarında kəskin…»

Dünyanın neft bazarında böhran getdikcə dərinləşir. Arxada qoyduğumuz həftənin son iş günü birjalarda kəskin qiymət ucuzlaşması ilə yekunlaşıb. Londonun ICE birjasında Brent markalı neftin qiyməti 6,61 faiz(1,74 dollar) ucuzlaşaraq 24,60 dollara düşüb. Nyu-Yorkun NYMEX birjasında isə WTI nefti 5,66 faiz(1,28 dollar) dəyər itirərək 21,32 dollara satılmağa başlayıb.

Martın sonunda OPEK+ razılaşmasının müddəti bitir və ona qoşulmuş əksər ölkələr aprelin əvvəlindən hasilatı artırmaq planlarını açıqlayıblar. Bu isə qiymətlərin daha da azalacağı deməkdir. Hətta bəzi analitik mərkəzlər neftin 15-10 dollara qədər ucuzlaşacağını proqnozlaşdırırlar. Ötən həftə ərzində koronavirus pandemiyası ilə bağlı bazarda yaranan kəskin ucuzlaşma fonunda bir sıra mənbələrdə ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının bazarı tənzimləmək üçün bir araya gələcəklərinə dair məlumatlar yayılmağa başladı.

ABŞ-da konqresmenlər Prezident Administrasiyasının neft bazarına müdaxiləsini tələb etdilər. Daha sonra ABŞ hökumətinin bir sıra strukturlarının Səudiyyə Ərəbistanı ilə təmaslara başladığı məlum oldu. Belə ki, ABŞ-ın Texas ştatında neft hasilatını tənzimləyən qurumun komissarı Rayan Sitton öz Twitter hesabında OPEK baş katibi Məhəmməd Burkindo ilə dünya neft tələbatı və təkliflə bağlı müzakirələr apardıqlarını yazdı: “Dünya tələbi və təkliflə bağlı əla söhbət etdik. Biz hamımız razıyıq ki, iqtisadi stabilliyi təmin etmək, koronavirus infeksiyasının təsirlərindən azad olmaq üçün beynəlxalq razılaşma bağlanmalıdır”. Komissarın yazdığına görə, Məhəmməd Burkindo onu OPEK-in növbəti toplantısında iştirak etməyə dəvət edib.

«The Wall Street Journal»bu xəbəri ABŞ şist neft istehsalçılarının dünyanın üç nəhəng neft hasilatçısı arasında ziddiyyətləri, Rusiya ilə Səudiyyə arasındakı münaqişəni aradan qaldırmaq üçün OPEK-lə dialoqa başlamaları kimi qiymətləndiridi. Doğrudan da, bir neçə gün sonra Rayan Sitton neft bazarına tənzimləyici müdaxilə ilə bağlı Rusiyanın energetika naziri Aleksandr Novakla danışmaq istəyini bəyan etdi.

Lakin həftəsonunda məlum oldu ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında digər ölkələrin OPEK+ formatına cəlb olunması, neft bazarının birgə balanslaşdırılması ilə bağlı hər hansı müzakirə aparılmır. Bunu Krallığın Energetika Nazirliyindən “İnterfaks”a deyiblər. Nazirlikdən həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı artıq aprel ayı üçün gündəlik 9,8 milyon barel deyil, 12,3 milyon barel neft satışına dair müqavilələr imzalayıb.

Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin isə bildirib ki, hazırda neftin qiymətinin aşağı düşməsində əsas rolu koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi durğunluq oynayır. Onun sözlərinə görə, OPEK+ razılaşmasının pozulması qiymətləri ən pis halda 5-7 dollar sala bilərdi: “Hazırda neftə olan gündəlik tələbat 15 milyon barel azalıb, yaxın həftələrdə bu, 20 milyon barelə çatacaq. Bu azalma hasilata təklif olunan məhdudlaşma ilə qətiyyən düzgün gəlmir”.

Sorokin onu da bildirib ki, hazırda bazar üçün ədalətli qiymət 45-55 dollardır. Bu qiymət tələbin artmasına şərait yaratmaqla bərabər şist neft hasilatını artırmağa imkan vermir. Onun fikrincə, pandemiyaya görə baş verən 25 dollarlıq azalma olmasaydı, hazırda qiymətlər məhz bu civarda olardı.

O, həmçinin qeyd edib ki, OPEK+ təkbaşına bazarın balanslaşdırılmasını həyata keçirə bilməz. Çünki bu zaman effekt az, hasilatda itkilər isə çox olacaq: “Əgər bu, dünya bazarının problemidirsə, onda balans yaradılmasında daha çox ölkələr iştirak etməlidilər”.

«Bloomberg» agentliyinin yaydığı məlumata görə, dünya tələbdən artıq hasil edilən neftin saxlanması üçün anbar çatışmazlığı təhlükəsi ilə üzləşməkdədir. IHS Markit konsaltinq şirkətinin hesablamaları göstərir ki, tələb və təklifin hazırkı inkişaf templəri ilə 2020-ci ilin birinci yarısının yekununda dünyada anbarlarda saxlanmalı olan neftin həcmi 1,8 milyard barelədək artacaq. Mövcud anbarların tutumu 1,6 milyard barel olduğuna görə artıq iyundan etibarən istehsalçılar məcbur qalıb hasilatı azaldacaqlar.

Martın 26-da Pakistan neft və yanacaq idxalını qadağan edib – anbarlar tam dolub.

Dünyanın iki aparıcı treyder şirkəti olan «Vitol Group» və «Gunvor Group»dan bildirilib ki, bir sıra treyderlər dənizdə neft saxlamaq üçün supertankerlər sifariş etməyə başlayıblar.

IHS Markitin analizinə görə, dünyanın 3 ən böyük neft hasilatçılarından ən az anbara Rusiya malikdir – təxminən 8 günlük hasilatını saxlaya bilər. Səudiyyə Ərəbistanı 18 günlük, ABŞ isə 30 günlük hasilatını anbarlarına yığa bilər. Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyada isə olan anbarlara cəmi 1,5-günə tamamilə dolar.

Dünyanın ən böyük neft idxalçısı olan Çin yanvar-fevralda neft anbarlarına gündə 2,5 milyon barel neft vurub. Bu ölkənin hələ bir neçə ay anbarlara neft yığmaq üçün potensialı var. Problem ondadır ki, Çin pandemiyanın təsirlərindən sürətlə çıxsa da, onun məhsullarının bazarı olan Avropa və Amerikada vəziyyət getdikcə pisləşir. Bu regionlarda iqtisadi durğunluq qaldığı müddətdə Çinin məhsul istehsalını artırması mümkün deyil – bazar olmadığına görə. Bu baxımdan, dünyada iqtisadi fəallığın bərpa olunması- ardınca neftə tələbatın artmağa başlaması ən azı yaxın 1-2 ayda real görünmür.

Bu vəziyyətdə üç böyük hasilatçının – ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının neft bazarında vəziyyəti tənzimləmək üçün bir araya gəlməsi mümkündürmü? Sualı cavablandıran enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Musavat.com-a dediyinə görə, qeyd olunan 3 ölkə dünya bazarındakı təklifin 35-36 faizini təmin edirlər: “Bu baxımdan, əlbəttə ki, bu üç ölkənin birgə addımları bazara təsir etmək gücündədir. Hətta mən deyərdim ki, bazarlarda ciddi dönüş yarada bilər bu ölkələr. Lakin mən hesab etmirəm ki, hazırkı şəraitdə nə Rusiya ilə Səudiyyə Ərəbistanı bir-birini qane edəcək addımlar atmağa hazırdırlar, nə də ki, ABŞ-la Rusiya bu məsələdə yaxın perspektivdə hansısa ortaq məxrəcə gəlmək imkanındadırlar. Mənim baxışım belədir ki, Rusiya OPEK+ formatından çıxmaqla öz gücünü göstərmək istəyirdi. Səudiyyə də atdığı addımlarla ruslara göstərmək istəyir ki, sənin gücün haracandır. İstəsəm səni qapıma gətirə bilərəm. İndi belə bir vəziyyətdə qızıl ortanı tapmaq ki, Rusiyaya münasibətdə bu beynəlxalq çevrədə geriya addım kimi qələmə verilməsin, Səudiyyə ilə bağlı da həmçinin. İkinci bir tərəfdən, Rusiyanın bu addımınə Kremlə yaxın şərhçilər belə izah edirlər ki, hasilatın azaldılması bizim bazar payımızı kiçildir, biz aşağı qiymətlərə dayanıqlıyıq. ABŞ-ın şist neft istehsalçıları isə bir müddətdən sonra davam gətirməyib hasilatı azaldacaqlar, bazardan çıxacaqlar. Yəni bu yanaşma ilə bu üç oyunçunun hansısa mövqe uzlaşmasına gedəcəyi hələ ki real görünmür”.

Ekspert hesab edir ki, aprel ayı boyunca 3 böyük neft hasilatçısının bazara təzyiqləri saxlamaqla, bir-birinin zəif nöqtələrini tapmağa çalışması daha realdır: 

“Bundan sonra mayın axırlarında OPEK çərçivəsində müəyyən mülayimləşmələr ola bilər. Yəni bazarı stabilləşdirməyə yönəlik addımlar atıla bilər. Üstəlik, COVID-19 pandemiyasının pik həddinin aprelin ortalarında olacağı, ondan sonra azalmaya doğru gedəcəyi və dünya iqtisadiyyatındakı durğunluğun tədricən aradan qalxacağı gözlənilir. Bu zamansa artıq bazara müdaxilə olmadan belə tələbin artması qiymətləri öz ardınca yuxarı çəkəcək. İndiki qiymətlərə təsir edən bir çox amillər var, onlardan biri də qeyri-müəyyənlikdir”.

Bu şəraitdə OPEK+ razılaşması bitəndən sonra – aprelin əvvəlində hasilat artırılarsa, qiymətlər daha da ucuzlaşa və iki ay belə qala bilərmi? İ.Şaban bunu real saymır: “Biz görürük ki, dünya artıq martın 17-dən yəni 10 gündən çoxdur ki, neftin orta hesabla 26,5 dollar qiymətində alqı-satqısına öyrəşib. Apreldə bu qiymətlərin bir qədər - 30-u keçmə həddi- artımına ümid var, niyə ? Çünki Çin aprelin 8-dən karantin rejimindən çıxır, bu, bazara müsbət siqnal olacaq. Düzdü, aprelin ilk həftəsi bazara neqativ xəbərlər də artacaq : Rusiya və Səudiyyənin neft hasilatını artırması. Bu, ilk günlər nefti 25-dən də aşağı sala bilər. Yəni biz yaxın 2 həftədə neft bazarında kəskin ucuzlaşma və artımı müşahidə edə bilərik. Hər şey bazara yönələn bu informasiyaların şiddətindən asılı olacaq”.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO