Koronavirusun yaşından aıslı olmayaraq, hər kəs üçün ciddi təhlükə mənbəyi olduğu məlumdur. Bu da məlumdur ki, xəstəlik 65 yaşdan yuxarı insnalar üçün üçün ikiqat təhlükəlidir və bu səbəbdən də bütün dünyda, eləcə də ölkəmizdə 65 yaş kateqoriyasından yuxarı insanlar xüsusi diqqətlə qorunmaqdadır.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, bu günlərdə koronavirusun Moskvada yayılma sürəti, daha çox hansı yaş kateqoriyasında olan insanların bu xəstəliyə tutulması ilə bağlı aparılan araşdırma sonunda maraqlı məlumatlar ortaya çıxıb. Belə ki, “Moskva təcrübəsi”nin təhlili göstərib ki, bu şəhərdə koronavirusa tutulan, ağciyərinə ciddi ziyan dəyən insanların yarısının yaşı 60 yaşdan kiçik insanlardır. Ağır xəstələrin ümumi sayında isə 60 yaşdan kiçik insanların nisbəti 45%-dir. Həmçinin, ağır xəstələrin 15-nin yaşı 40-dan azdır.
Mütəxəssislər hesab edir ki, bu göstərici koronavirusa daha çox 65 yaş və bu yaşdan yuxarı olan şəxslərin tutulması ilə bağlı deyilənlərə yenidən nəzər salmağı zəruri hesab edir. Çünki görünən odur ki, bu xəstəlik 65 yaşdan kiçik olan insanlar arasında da sürətlə yayılmaqdadır. Bu isə koronavirusun hədəf aldığı insnaların yaş kateqoriyası ilə bağlı yeni bir yanaşmanın işlənib hazırlanmasını zəruri edir.
Seymur ƏLİYEV