Xəbər lenti
02/06/2020 [01:16]:
ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...
01/06/2020 [23:38]:
Naxçıvan istiqamətində hərbi texnikanın vurulması videosu - FOTO/VİDEO
01/06/2020 [23:28]:
Tramp və Putin arasında telefon danışığı olub
01/06/2020 [22:51]:
Avropa Olimpiya Komitəsinin prezidenti ölüb
01/06/2020 [22:50]:
ADY-də əmək şəraiti standartları daha da yüksəldiləcək - MÜSAHİBƏ
01/06/2020 [22:42]:
Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü
01/06/2020 [22:40]:
İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"
01/06/2020 [22:39]:
Prezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"
01/06/2020 [22:38]:
İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"
01/06/2020 [22:38]:
Dövlət başçısı: "Biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik"
01/06/2020 [22:35]:
"Qalatasaray" “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb
01/06/2020 [22:34]:
Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” - FOTO/VİDEO
01/06/2020 [22:07]:
Azərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"
01/06/2020 [21:40]:
Məşhur parodiyaçı koronavirusa yoluxub
01/06/2020 [21:39]:
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
01/06/2020 [21:35]:
Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçib
01/06/2020 [21:25]:
İlk görüşdəcə cinsi əlaqədə olun, çünki... - Alimlərdən şok tövsiyə
01/06/2020 [21:21]:
Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
01/06/2020 [21:20]:
Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB
01/06/2020 [20:58]:
Azərbaycanda orqan köçürülməsinə ehtiyac yaranan canlı donor orqanla növbədənkənar təmin olunacaq
01/06/2020 [20:56]:
Meyitdən transplantasiya üçün hansı orqanların icazəsiz götürülə biləcəyi açıqlanıb
01/06/2020 [20:50]:
Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi
01/06/2020 [20:38]:
Ermənistanın müxalif deputatının keçmiş əri Rusiyaya qaçıb
01/06/2020 [20:37]:
Sahibkar həkimin maaşından çox pul təklif edir, amma çoban tapılmır- MARAQLI...
01/06/2020 [20:00]:
Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:40]:
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
01/06/2020 [19:24]:
Polis əməkdaşları etirazlara diz çökərək dəstək verdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:05]:
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
01/06/2020 [19:04]:
Düşmən Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Cıdır düzü və Xankəndində belə qeyd edir – FOTOLAR!
01/06/2020 [18:55]:
İqor Nikulin: “COVID-19 laboratoriyada yaradılıb” - ŞƏRH
01/06/2020 [18:49]:
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
01/06/2020 [18:47]:
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı: 168 yeni yoluxma - RƏSMİ
01/06/2020 [18:36]:
Prezident İlham Əliyev italiyalı həmkarına məktub göndərib
01/06/2020 [18:35]:
Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?
01/06/2020 [18:32]:
Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
01/06/2020 [18:31]:
Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib
01/06/2020 [18:16]:
Prokurorluğun bir əməkdaşı koronavirusa yoluxub
01/06/2020 [18:14]:
"Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil"
01/06/2020 [18:11]:
Qənirə Paşayeva Beynəlxalq Müdafiəsi Günündə 500 Tovuz məktəblisinə kitab hədiyyə etdi
01/06/2020 [18:06]:
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ
01/06/2020 [18:06]:
Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: Onlara da möhlət verilib
01/06/2020 [18:00]:
Nazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHI
01/06/2020 [17:56]:
Azərbaycanda pul bazası yenidən artmağa başlayıb
01/06/2020 [17:54]:
Prokuror koronavirusdan ölməyib - Rəsmi açıqlama
01/06/2020 [17:52]:
“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır...”
01/06/2020 [17:46]:
Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı
01/06/2020 [17:44]:
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Video
01/06/2020 [17:34]:
Əli Əsədova yeni köməkçi təyin edildi
01/06/2020 [17:25]:
İş adamının maşını gülləbaran edildi, sürücü öldü – ANBAAN VİDEO
01/06/2020 [17:11]:
Vüqar Rəhimzadə: "COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir"
01/06/2020 [17:08]:
"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO
01/06/2020 [17:06]:
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib
01/06/2020 [16:53]:
Pandemiya ilə mübarizədə Azərbaycan modeli: İspan mediasında azərbaycanlı jurnalistin məqaləsi çap olunub
01/06/2020 [16:50]:
Netanyahu və ailəsini ölümlə hədələdilər
01/06/2020 [16:47]:
Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib - FOTOLAR
01/06/2020 [16:22]:
Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb
01/06/2020 [16:17]:
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
01/06/2020 [16:15]:
Azərbaycanda saxta pul nişanlarının aşkarlanması halları azalıb
01/06/2020 [16:15]:
6-7 tələbə və 20 media mənsubu Təhsil Nazirliyinin inzibati binasına yaxınlaşdı...
01/06/2020 [16:14]:
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
01/06/2020 [16:11]:
Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ
01/06/2020 [16:09]:
Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
01/06/2020 [16:07]:
Uşaqlar günü münasibətilə beş yaşlı uşağı olan yüz ailəyə süd paylanıldı- İBRƏTAMİZ...
01/06/2020 [15:58]:
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, amma isinmədik istisinə...”
01/06/2020 [15:53]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:48]:
Avstriyaya aparılan 281 kq heroin Azərbaycanda tutuldu - FOTO/VİDEO
01/06/2020 [15:46]:
Kamran Əliyev onlara yeni vəzifə verdi
01/06/2020 [15:45]:
Məhərrəm ayı avqustun 21-də başlayacaq
01/06/2020 [15:41]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:38]:
Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək
01/06/2020 [15:25]:
“Maska cəriməsi 25 manata endirilsin”
01/06/2020 [15:21]:
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
01/06/2020 [15:16]:
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
01/06/2020 [15:13]:
“Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq” - Peskov
01/06/2020 [15:11]:
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputat
01/06/2020 [15:09]:
Azərbaycan Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-uçuş təlimləri keçirib - VİDEO
01/06/2020 [15:06]:
İyunda temperatur 37 dərəcəyə qədər qalxacaq
01/06/2020 [15:06]:
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi
01/06/2020 [14:59]:
Baş prokurordan YENİ TƏYİNATLAR
01/06/2020 [14:43]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
Bütün arxiv bir sırada
30/03/2020 [13:23] - Cəmiyyət - ( 1214 dəfə baxılıb)

Orta əsrlərdə bütün dünyanı heyrətə gətirən Azərbaycan tibb elmi - ARAŞDIRMA



Təəssüflər olsun ki, bu gün İslam aləmi və onun sahibləndiyi elm dünyada əvvəlki gücündə deyil.  Amma orta əsrlərdə müsəlman Şərqi bütün dünya elminin və mədəniyyətinin  intibah mərkəzi hesab edilirdi. Elmin bütün sahələri ərəb dünyası, İran, Turan və Azərbaycanda inkişafın pik nöqtəsinə çatmışdı. Bütün elmlərdən hali olan ensiklopedik zəka daşıyıcılarına filosof adı verilirdi ki, onların tədqiqat obyekti həm dünyəvi, həm də dini elmlər olurdu. Şərq dünyasının ən böyük uğurlarından biri də o idi ki, alimlər tibbi fəlsəfədən ayırmayıb əsl xoşbəxtliyi ruhi və fiziki sağlamlığın vəhdətində görürdülər. Böyük təbib İbn Sinanın bütün əsərlərində həm ruhun kamilləşməsi, həm də vücudun sağalması əsas məqsəd kimi qabardılırdı. O, dünya tibb tarixinin ilk psixodiaqnostiki qəbul edilir. İbn Sina ilk dəfə olaraq nəbzi yoxlamaqla insanın daxili xəstəlikləri haqqında da məlumat verirdi. Dahi təbib tibdə bir çox yeniliklərə imza atıb. Lakin bəhs edəcəyimiz əsas mövzu İbn Sina yox, Azərbaycan təbibləri olduğu üçün onun yalnız bir tibbi  kəşfini diqqətə çatdırırıq: İbn Sina göz-şüa nəzəriyyəsini müdafiə edərək  üst göz qapağının xaricə çıxması, davamlı olaraq ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar verib. İlk öncə müasir tibb elminin yaradıcısı İbn Sinadan danışmağımız heç də təsadüfi deyil. Hələ 980-1037-ci illərdə yaşamış böyük təbib Əbu Əli ibn Sina  bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda tibb sahəsində ən tanınmış alim sayılırdı.  Onun “Tibb qanunları” əsərinin ən qədim nüsxələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.


İbn Sinadan sonra bütün Şərq dünyasında tibb sahəsində əsl inqilab baş verdi ki, bu da çox keçmədən Azərbaycanda da güclü təbiblərin yetişməsinə və şəfa ocaqlarının yaranmasına bir  təkan oldu. Müsəlman alimlərindən  İbn Cəssar  cüzam xəstəliyini və onunla mübarizə metodlarını kəşf etdi.  İbn Natiq isə əsrin bəlası sayılan vəbanın müalicəsini tapmaqla on minlərlə insanı ölümün cəngindən aldı. Kəmbur Vəsim adlı təbib vərəmi yaradan mikrobları aşkarlayıb onları məhv etməyin üsullarını tapdı. İbn Əmmar ilk dəfə göz əməliyyatını həyata keçirməklə tibb tarixində inqilab etmiş oldu.  Əli ibn Abbas bədxassəli şişi əməliyyat etməklə  insanların yaşamaq arzularına rəng qatdı. Daha sonra İbn Nəfisin kiçik qan dövranı prosesini  kəşf etməsi, Əli ibn Ridvanın  ilk xəstəxananı yaratması, İbn Baytarın  ilk əczaçılıq  kitabını yazması islam dünyasında tibbi başqa elmlərin zirvəsinə qaldırmış oldu.

Tibb elminin intibah dövrü


Yuxarıda sadalanan elmi faktlarla yanaşı, Cabir Şafi tərəfindən yaradılan ilk kimya laboratoriyası, Fəxrəddin Razinin kəşf etdiyi tibbi spirt, Ağ Şəmsəddinin əsasını qoyduğu mikrob nəzəriyyəsi də Azərbaycandan yan keçə bilməzdi. Çünki Azərbaycanın iqtisadi və mədəni yöndən inkişaf etmiş şəhərləri daim Şərqin elm mərkəzləri olan Bağdad, Nişapur, Şamda baş verən yenilikləri izləyir və onlarla ayaqlaşmağa çalışırdı.

ХIII-ХIV əsrlərdə təкcə Cənubi Azərbaycanda 67 хəstəхana fəaliyyət göstərirdi. Xəstəxanalarda tibb və əczaçılıq еlmləri üzrə pеşəкar mütəхəssislər çalışırdı.  ХIV əsrin əvvəllərində Təbrizdə “Darüş-şifa” adlı еlmi mərкəz təsis еdildi ki, bura əslində tədris, tibb  və еlmi müəssisələri, о cümlədən rəsədхananı, birləşdirən bütöv bir şəhərciк idi. Mərкəzdə Azərbaycan alim və müəllimləri ilə yanaşı müxtılif ölкələrdən - Çindən, Hindistandan, Suriyadan və Misirdən - dəvət оlunan mütəхəssislər də çalışırdı.

Amma burada əsas diqqət təbii ki, tibb sahəsinə idi.  Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. idi. Mərkəzdə təşkil olunan ilk sağlamlıq müəssisəsi "Rəşidiyyə" adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi çalışırdı. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşayış evləri verilirdi.


ХV əsrdə Azərbaycan höкmdarı Sultan Yaqub Təbrizdə  “Yеddi cənnət” sarayını inşa еtdi. Həmin sarayda 1000 çarpayılıq хəstəхana və dünyanın hər yеrindən, о cümlədən Hindistandan və Çindən gətirilən dərman vasitələri ilə təchiz оlunan aptек vardı. Bu хəstəхanada səriştəli təbiblər çalışırdılar. “Səriştəli təbiblər” demişkən, bir az da, Azərbaycanın orta əsrlərdə yaşamış məşhur həkimlərindən danışaq:

Azərbaycan təbibləri

Bəhmənyar Azərbaycani- İbn Sinadan fəlsəfə ilə bərabər tibb elminin də sirlərini öyrənib. O, özünün “Təhsil “əsərində tibbi məsələlərdən də bəhs edib. Demək olar ki, elmin bütün sahələrində əsərlər yazan Bəhmənyarın tibbə aid yazıları əsasən müəllimi İbn Sinanın kitablarına olan şərhlərdir. Amma alimin özü də təbib kimi xeyli orijinal ideyalar irəli sürüb, müxtəlif xəstəliklər üçün müxtəlif üsullar təklif edib.

Əbdül Məcid Təbib - XIII əsrdə yaşamış bu mütəfəkkir dövrünün böyük təbibi hesab olunurdu. Onun “Dərmanlar haqqında kitab” əsərində  psixiatriya, nevrologiya ilə yanaşı, tibbin bir çox digər mövzuları da araşdırılır.     

Mahmud İbn İlyas- Müsəlman dünyasında tanınan azərbaycanlı təbiblərdən biridir. Onun “Tibb elmini tam əhatə edən kitab” adlı əsəri Azərbaycanda təbabətə aid yazılan ilk fundamental kitabdır.

Təbib bu kitabda yüzlərlə dərman bitkiləri və başqa təbii müalicə üsulları haqqında məlumat verib. Kitabdakı orijinal müalicə üsulları İranda və başqa Şərq ölkələrində tətbiq olunub.

Yusif Xoylu - XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən idi.  O, Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub, orada tibb üzrə təhsil alıb, sonralar isə Bağdada üz tutub, orada xəlifələrin saray həkimi vəzifəsinə qədər yüksəlib. 1311-ci ildə Yusif ibn İsmayıl bütün Şərqdə şöhrətlənən “Cameyi-Bağdadi” (“Bağdad toplusu”) adlı əczaçılıq ensiklopediyasını  yazıb. Kitabda bir neçə min dərman bitkisindən, mineral və tibdə istifadə olunan heyvanlardan bəhs olunur. 

 Məhəmməd Şirvani – Şirvandan Türkiyəyə köçərək orada saray həkimi  olan təbibin ən məşhur əsəri göz xəstəliklərinin müalicəsindən bəhs edən “Mürşid”dir. Bundan başqa o, qiymətli daşların şəfaverici gücündən  xəbər verən “Muradın töhfəsi” adlı  kitabını Osmanlı sultanı II Murada ithaf edib. 

Həkim Məhəmməd Əmin- Gilanın Lahican məntəqəsində doğulub. Təhsil almaq üçün Təbrizə yollanıb və burada tibb elmini məşhur  Həkim  Cəbrayil və Həkim Məhəmməd Bəqərdən öyrənib. Müəyyən müddət Təbrizdə həkimlik edib.  Onun təsis etdiyi müalicəxana o qədər çox xəstə cəlb edirdi ki, başqa müalicəxanalar, demək olar ki, boş qalmışdı.  O dövrdə Təbriz Osmanlıların işğalı altında idi. Təbrizin Osmanlı valisi də Həkim Əminin təcrübə və biliklərinə valeh qalmışdı və tez-tez ona müraciət edirdi. Məhəmməd Əmin səyahət etməyi xoşlayırdı.  Bir gün o, Ruma (Türkiyənin Avropa hissəsinə) səyahətə çıxır, qayıdan baş isə görür ki,  Şah Abbasın qoşunları Təbrizi osmanlılardan alıb. Məhəmməd Əmin dərhal şahın hüzuruna yollanır ki, ona öz sədaqət və məhəbbətini bildirsin, lakin şahın soyuq münasibətindən təşvişə düşüb Gilana qaçır. Şah Abbasın qəzəbini başa düşmək çətin deyildi. Çox güman ki, Məhəmməd Əmin Osmanlı işğalçıları ilə əməkdaşlıqda günahkar bilinmişdi. Ona görə, Məhəmməd Əmin bir daha Təbrizə qayıtmır və birbaşa Hindistana,  Əbdürrəhim Hani-Hanan adlı bir xeyriyyəçinin sarayına üz tutur. “Məktəbi-Xoşməndan” (“Ziyalıların məktəbi”) adı tanınan bu möhtəşəm sarayda  Məhəmməd Əmin hörmətlə qarşılanır və bacarığı, tibbi səriştəsi və xoş xasiyyəti sayəsində böyük şöhrət qazanır. 

Azərbaycanda qeyri-adi müalicə üsulları-MARAQLI

Orta əsrlərdə Azərbaycan təbabətindən danışarkən, bu dövrdə tətbiq olunan  müalicə üsullarına da qısaca da olsa toxunaq.  Hələ orta əsrlərdə Azərbaycanda tətbiq olunan müalicə üsulları hətta günün bu gün  Avropa həkimləri tərəfindən çox cüzi dəyişikliklər olunmaqla həyata keçirilir.  Məsələn, su ilə müalicə metodu Azərbaycanda ta qədimdən var idi. Amma təbiblər sonradan bu müalicə üsulunu daha da inkişaf etdirdilər.
Orta əsrlərdə Azərbaycan təbibləri ilıq su ilə doldurulmuş vannaya üzüm yarpaqları əlavə edirdilər. Daha sonra isə 20 dəqiqə həmin vannada uzanmaqla dəridəki yaraların sağalmasına, dərinin yumşalmasına nail olurdular. Sonradan bu üsul saray hərəmxanalarında da tətbiq olundu. Hərəmxanadakı qadınlar dərilərinin gözəlləşməsi üçün üzüm yarpağı ilə dolu su vannasından yararlandılar.

Daha bir maraqlı müalicə üsulu isə noxud vannası olub. Kəskin bağırsaq ağrıları zamanı içində noxud qaynadılmış ilıq suları vannaya töküb 10-15 dəqiqə o suda uzanarmışlar. Bu üsul bağırsaq ağrılarını kəsərmiş.

Qoxu ilə müalicə üsulu da Azərbaycanda çox məşhur idi. Dövrün təbibləri xüsusən də meyvə-tərəvəzləri təzə və qurudulmuş halda qoxulamağı məsləhət görürdülər. Məsələn, qurudulmuş reyhanı ürək döyüntüləri zəif olan, nəfəsalma zamanı problemlər yaşayan insana tövsiyə edirdilər. Xəstə əsəbiləşən, gərgin olan zaman  ağacdan dərilən təzə narı qoxuladardılar.(azedu.az)

Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
Rusiyada inqilab havası...
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...
Cəmiyyət
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
Dünya
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
Cəmiyyət
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
Dünya
“Tramp mənə danışmağa imkan vermədi, sözümü kəsdi...” - Öldürülən qaradərilinin qardaşı...
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247