"Bir vaxtlar etdiyim haqsızlığa görə başda Elçin Quliyev olmaqla bütün haqqı olan generallardan üzr istəyirəm"
Oxunub: 5237
31 Mar 2020 | 11:08
Artıq mətbuatdan və sosial şəbəkələrdən xəbəriniz var ki, biz 3 nəfər hərbyönümlü qurumların nümayəndələri Dövlət Sərhəd Xidmətinə müraciət edərək bizə növbəti dəfə xidmətin “Qaynar nöqtə”lərində yerləşən mövqelərinə səfərimizə icazə verilməsini xahiş etdik. Məsələ qısa müddətdə müsbət həll olundu, lakin bu koronavirusla bağlı işlər çox olduğuna görə, biz səfərimizi ertələmək istədik. Lakin, yuxarı komandanlıqla məsləhətləşdikdən sonra bu səfərin məhz indiki məqamda reallaşdırılması barədə razılığa gəlindi. Bunu da ona görə etmək istədik ki, biz gedib ən ön nöqtələrdə, erməni yaraqlıları ilə üzbəüz mövqelərdə xidmət keçən əsgər və zabitlərimizin xidmət şəraiti və ümumi vəziyyəti yerində öyrənək, əsgər valideynlərinə övladlarının hazırkı şəraiti ilə bağlı müfəssəl məlumat verək.

Bəri başdan deyim ki, gördüklərimiz və öyrəndiklərimiz qürur hissi yaratdı. Super şərait və ideal münasibət. İstər əsgər və zabit münasibətlərində, istərsə də Qazax, Ağstafa və Tovuz rayonun sakinləri ilə qarşılıqlı münasibətlər, onların əsgər və zabitlərimizlə son dərəcə mehriban, istiqanlı münasibətlərini gördük. 2019-cu ilin avqust ayında bu mövqelərə səfərimiz zamanı Müdafiə Nazirliyindən (MN) yenicə təhvil alınmış mövqelərdə də olmuşduq və DSX-nin nə boyda ağır bir məsuliyyətli yükü çiyininə aldığının fərqində idik. Ötən səfərimizdən 7 ay ərzində o qədər gözəl işlər və nəticələr ortalıqdadır ki, biz sözsüz ki, onların hamısını açıq şəkildə yaza bilmərik. Yəqin ki, bunun hərbi və dövlət sirri ilə əlaqədar olduğunu hər kəs anlıyır.
Düşmənlə təmas xəttində inanılmaz mühəndis-istehkam işləri həyata keçirilib. Ən müasir avadanlıq və cihazlar ön mövqelərdə yerləşdirilib. Əsgər və zabitlər üçün gözəl xidmət və məişət şəraiti yaradılıb.

Döyüş bölgəsində xidmət keçmiş bir yüksək rütbəli və vəzifəli zabit kimi deyə bilərəm ki, Azərbaycan ərazisində səngərlər və mövqelər, hələ bu qədər general və polkovniklər görməyib. Özü də bunu tam səmimiyyətimlə və ciddiliyimlə qeyd edirəm ki, digər güc strukturlarının hörmətli generalları, polkovnikləri inciməsinlər. Bir vaxtlar kabinet generalı saydığım DSX-nın rəhbər şəxslərindən tutmuş ən aşağı ranqlı xidmət zabitlərinə kimi HƏR KƏS ön mövqelərdə günlərlə, aylarla xidmət aparıb LAZIMI İŞLƏR həyata keçirirlər. Bəli, fürsətdən istifadə edib, bir vaxtlar etdiyim bu haqsızlığa görə həm real, həm də virtual olaraq başda xidmət rəisi hörmətli general-polkovnik Elçin Quliyev olmaqla bütün haqqı olan generallardan üzr istəyirəm. Gözümün önündə, ən RİSKLİ və ƏN MƏSULİYYƏTLİ qərarlar qəbul edən, onları reallaşdıran əsl general(lar)a hansı artıq-əksik söz demək və ya yazmaq hansı vicdandan və əxlaqdan xəbər verər?! Çox təəssüflər olsun ki, hələ də bəzi sosial şəbəkə və media nümayəndələri real vəziyyətdən və xidmətin gördüyü misilsiz işlərdən bixəbər kimi, çox haqsız və qərəzli fikirlər formalaşdırmağa çalışırlar.

Bu gün DSX Müdafiə Nazirliyimizlə bərabər ərazilərimizi yağı düşməndən həm qoruyur, həm də TARİX YAZIR. Kim necə istəyir, elə də qəbul etsin. Bu gün DSX-nin şəxsi heyəti çox böyük yük altındadır. Həm Ermənistan-Azərbaycan dövlət sərhəddində mənfur düşmənə qarşı real döyüş əməliyyatlarını həyata keçirir. Həm də, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-Qazaxstan, Azərbaycan-Türkmənistan, Azərbaycan qardaş Türkiyə dövlət sərhədlərində xidmət aparır. Bu xidmət yerdə, göydə, suda və dağlıq, sərt iqlim şəraitində həyata keçirilir. Bunu da DSX-nın rəhbər şəxsləri idarə edir və tənzimləyir. Məni tanıyanlar bilir və mövqeyimə də bələddirlər ki, tərif yazmaq və ya kimisə fərqləndirmək kimi lükslərim olmayıb və yoxdur. Amma, son vaxtlar DSX-nın mərd və qətiyyətli general və polkovniklərinin ortaya qoyduqları işlərlə hər kəs fəxr etməlidir. Və, bütün ədalətli və həqiqətpərəst yoldaşlardan artıq dərəcədə xahiş edirəm ki, gəlin bütün Silahlı Qüvvələrimizi, ələlxüsus da ön xəttdə gecə-gündüz xidmət aparan Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitlərini, rəhbər şəxslərini qoruyaq və onların çətin, şərəfli işlərinə dəstək olaraq hörmət göstərək.


Sonda, onu xüsusi olaraq vurğulamaq istərdim ki, DSX-nın yuxarıda adlarını çəkdiyim istiqamətlərdə xidmət aparan bütün əsgər və zabitlərimiz sağ və salamatdırlar. Onların sağlamlığı yüksək səviyyədə qorunur və təmin olunur. Təminat çox yüksək səviyyədə təşkil olunub. Ərzaq və digər lazımı əşya və avadanlıqlar normadan da bir az çox həm verilir, həm də ehtiyat hazırlanıb. Dünyanı cənginə alan koronovirusa qarşı bütün zəruri tədbirlər görülüb və gündəlik sanitar-gigiyenik qaydalara ən ciddi şəkildə əməl olunur.
Tanrı Azərbaycanımızı qorusun!

Tanrı Silahlı Qüvvələrimizi qorusun!

Tezliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması üçün əsgər və zabitlərimizə, general və admirallarımıza uğurlar arzulayıram!

P.S. Martın 30-da axşam saatlarında düşmənin təxribatlarının qarşısı alınarkən, DSX-nın cəngavər əsgərləri düşmənin 3 deyil, 4 yaraqlısını sıradan çıxarıblar. Dünən isti-isti məlumat var idi ki, 3 nəfər, artıq gecə saatlarında məlum oldu ki, 4 erməni dığası ağır yaralanıb. Birinin vəziyyəti lap kritikdir. Təxribatları nəticəsində itkilərini Ermənistan MN-nin rəsmisi də təsdiq edib. Bunu xüsusi olaraq o şəxslər üçün qeyd edirəm ki, öz ƏSGƏRİNİN uğuruna sevinmək əvəzinə az qala düşmənə "vəkillik" edib onlar üçün dəsmal götürüb ağlıyır.
Eşq olsun AZƏRBAYCAN ƏSGƏRİNƏ!!

Üzeyir Cəfərov
Hərbi ekspert
Oxşar xəbərlər
23:49, Bu gün
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
23:47, Bu gün
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
23:45, Bu gün
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
23:44, Bu gün
Fransa Azərbaycandakı səfirini geri çağırıb
23:42, Bu gün
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
23:40, Bu gün
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
23:33, Bu gün
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
23:31, Bu gün
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
23:29, Bu gün
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
23:28, Bu gün
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
23:25, Bu gün
Oksana səfirlə görüşdü - FOTO
23:24, Bu gün
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
23:20, Bu gün
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
23:18, Bu gün
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
23:06, Bu gün
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
23:03, Bu gün
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
23:01, Bu gün
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
22:57, Bu gün
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
22:50, Bu gün
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
22:44, Bu gün
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
22:34, Bu gün
Nazirdən yeni təyinat
22:27, Bu gün
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
22:24, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
22:22, Bu gün
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
22:20, Bu gün
Damla şəxsi təyyarə alıb? – VİDEO
22:15, Bu gün
Baba Pünhanın vəfatından iyirmi il ötür
22:08, Bu gün
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
22:04, Bu gün
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
21:58, Bu gün
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
21:55, Bu gün
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
21:51, Bu gün
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
21:40, Bu gün
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
21:30, Bu gün
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
21:17, Bu gün
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
21:15, Bu gün
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
21:12, Bu gün
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
21:06, Bu gün
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
20:58, Bu gün
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
20:51, Bu gün
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
20:48, Bu gün
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
20:36, Bu gün
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
20:33, Bu gün
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
20:24, Bu gün
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
20:19, Bu gün
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
20:07, Bu gün
Səhər asanlıqla necə oyanmaq olar?
20:04, Bu gün
Biləsuvarda əmək yarmarkası keçiriləcək
19:56, Bu gün
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
19:50, Bu gün
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:45, Bu gün
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
GÜNLÜK
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman