Sankt- Peterburq Dövlət Universitetinin Mikrobiologiya bölümünün professoru Aleksey Potex koronavirusun yay aylarında da davam edə biləcəyini söyləyib.
Moderator.az
xarici mənbələrə istinadla xəbər verir ki, rusiyalı alim xəsətəliyin mövsümi
xarakter daşımadığını iddia edib.
Potex
fikrini hazırda isti iqlim mövsümündə olan Meksika, Hindistan və Pakistan kimi
ölklərdə də COVİD-19 virusunun yayılması ilə əsaslandırıb. Ancaq onu da
vurğulayıb ki, istilik quru hava ilə müşayiət olunduğunda virusun yayılmasını əngəlləyə
bilər.
Alimin
fikirləri bir sıra elmi mərkəzlər tərəfindən də dəstəklənir. Mütəxəssislərin qənaətinə
görə, virusun qarşısını alan peyvənd tapılana qədər yeganə çıxış yolu
insanların xəsətəliyə qarşı immunitetinin güclənməsidir.
Potexə
görə, bəşəriyyət COVID-19-a qarşı bütövlükdə immunitet qazandıqdan sonra bu xəstəlik
mövsümi xarakterli nəfəs yolları infeksiyası halına gələcək.
Xatırladaq
ki, dünən axşam yayılan xəbərlərə görə, Rusiyada koronavirusdan ölənlərin sayı
17 nəfərə çatıb. Yoluxanların sayı isə 1836 nəfərdir.
Taleh