Koronavirus pandemiyasının dünyaya yeni şərtlər gətirəcəyi iddiaları durmadan yayılır.
Moderator.az. Türkiyə mediasına istinadla xəbər
verir ki, qardaş ölkənin görkəmli tarixçi alimi, professor İlbər Ortaylı skayp
vasitasilə gərgin iş rejimində olan Eyub Sultan Dövlət Xəstəxanasının həkimləri
ilə danışıb və onlara mənəvi dəstəyini bildirib.
Tütk həkimlərinə fədakarlıqlarına görə təşəkkürünü bildirən tarixçi
professor çıxışında koronavirusun dünya düzənini dəyişəcəyi barədə maraqlı
fikirlər səsələndirib:
“Avropa Birliyi bitəcək”
Koronavirus
pandemiyasından sonra dünyanın dəyişəcəyini söyləyən Ortaylı Avropa Birliyinin
də dağılacağını iddia edib:
“Koronavirus
dünyanı dəyişdirəcək. İnsanlar bir-birlərinə daha bağlı olacaqlar. Bəzi peşələrin
etibarı daha da artacaq…
Avropa Birlyi
dağılacaq. Ola bilər ki, Almanya, Avstriya, Hollandiya kimi ölkələr bir blok
halında qalsınlar, amma İtalya, İspanya və Türkiyənin bu qrupa girməyəcəyi dəqiqdir.
Biz (Türkiyə-red.) başqa bir şey olacağıq, bunu hamınız görəcəksiniz” .
“Bu adamlar (çinlilər) durmadan törəyirlər"
İlbər Ortaylı xəstəliyin
ilk yayıldığı Çin haqqında da ilginc fikirlər söyləyib:
“Dünyada çox
zaman yoluxucu xəstəliklər Şərq ölkələrindən yayılır. Çin də burada başlıca ölkələrdən
biridir. O, bundan irəli gəlir: Çin əraziləri çox da bərəkətli torpaqlar deyil.
Münbit hissələri də var, amma çox hissəsi elə deyil. Haradasa yarısı səhra şərtlərinə
yaxındır. İnsanlar burada yaxşı qidalana bilmirlər. Çox daha maraqlı bir tərəfləri
var: bu adamlar davamlı artıb çoxalırlar. Miladın əvvəllərində belə 50 milyon
olublar. Dünyanın o zamankı əhalisi cəmi 100-200 milyon olduğu halda…
Əksəriyyəti çox
ağır şərtlərdə yaşayırlar. Xaricə gedən zənginlərinin durumuna baxmayın, onlar
oğrudurlar. Fabriklərdə yatıb-durub çalışırlar. Ona görə də orada bu xəstəliyin
sonu gəlməz.
Biz dünyanım
altını üstünə gətirdik. İqlim şərtlərini pozduq. Planetimiz bunun intiqamını
bizdən alacaq”.
Taleh