Xəbər lenti
25/05/2020 [18:56]:
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
25/05/2020 [18:41]:
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25/05/2020 [18:40]:
“Roma”nın gənc futbolçusu ürək tutmasından vəfat etdi
25/05/2020 [18:17]:
Ermənistanda uşaq evində 15 nəfər koronavirusa yoluxdu
25/05/2020 [18:12]:
Azərbaycanlı professordan xəbərdarlıq: Belə getsə, pandemiya daha da artacaq!
25/05/2020 [18:06]:
Daşnaklar Qarabağdakı  yeni “hökumət”dən üz döndərdi...
25/05/2020 [18:04]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [18:02]:
Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir
25/05/2020 [17:48]:
"Antikorrupsiya ümumxalq işi olunca rüşvətxorlar sıradan çıxacaq"
25/05/2020 [17:45]:
Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib
25/05/2020 [17:42]:
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
25/05/2020 [17:41]:
"İnstaqram yoldaşım..." -VİDEO
25/05/2020 [17:38]:
Jurnalistlər karantini ləğv etmək istəyən baş naziri hədəfə alıblar
25/05/2020 [17:35]:
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan işlərə baxdı -FOTOLAR
25/05/2020 [17:31]:
“AXC qurucuları milli mətbuatın şinelindən çıxan ziyalılar olub”
25/05/2020 [17:29]:
Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu
25/05/2020 [17:16]:
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr - evi uşaq bağçasının açılışında
25/05/2020 [17:07]:
"Teleməkanımızın inkişafı üçün həmişəki kimi bu gün də yorulmadan çalışırıq, odur ki..."
25/05/2020 [17:06]:
Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO
25/05/2020 [17:05]:
İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
25/05/2020 [17:03]:
Beynəlxalq Türk Akademiyası bu gün 10 yaşını qeyd edir - FOTO
25/05/2020 [17:00]:
Azərbaycanda icra başçısı koronavirusa görə karantinə alındı - RƏSMİ
25/05/2020 [16:53]:
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
25/05/2020 [16:46]:
İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq
25/05/2020 [16:44]:
“Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması
25/05/2020 [16:42]:
“Liviyadakı türk dronları rusları və Həftərin digər tərəfdaşlarını utandırdı...” – “Vaşinqton Post"
25/05/2020 [16:34]:
“Ərdoğan başınızı əzəcək” deyən yəmənli aktivist: “ Allahin izni ilə gələcək türklərindir!”
25/05/2020 [16:30]:
Heydər Əliyev Fondu vətənin dəyərli insanlarıyla BAYRAMLAŞDI
25/05/2020 [16:26]:
“Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması
25/05/2020 [16:21]:
Bayramı qana bulayacaqlarıdı, son anda qarşısı alındı - FOTO
25/05/2020 [16:19]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
25/05/2020 [16:17]:
Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik”
25/05/2020 [16:09]:
“ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verilməyəcək” - Dmitri Roqozin
25/05/2020 [16:06]:
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, iki nəfər vəfat edib
25/05/2020 [16:01]:
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
25/05/2020 [15:59]:
“Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir”
25/05/2020 [15:51]:
Koronavirusu fürsətə çevirən yaponlar baxın nə istehsal etdi - MARAQLI
25/05/2020 [15:43]:
Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxub
25/05/2020 [15:37]:
Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO
25/05/2020 [15:36]:
Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var
25/05/2020 [15:31]:
Məşhur model kilo tənqidlərinə seksual pozları ilə cavab verdi - FOTOLAR
25/05/2020 [15:25]:
Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”
25/05/2020 [15:14]:
Onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirildi -FOTOLAR
25/05/2020 [15:11]:
İran ABŞ-a meydan oxudu, Maduroya benzin çatdırmağa başladı
25/05/2020 [15:07]:
Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB
25/05/2020 [15:05]:
“Dərs vaxtı”nın 26 may cədvəli
25/05/2020 [15:02]:
İçəri maskasız girən qadın baxın nə etdi - VİDEO
25/05/2020 [14:57]:
İsveçrədə qadınlar azərbaycanlı kişiləri belə təəccübləndirir... - MARAQLI
25/05/2020 [14:57]:
Qar uçqununun altında qalmış avtomobillər aşkar olundu - VİDEO
25/05/2020 [14:50]:
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
25/05/2020 [14:35]:
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
25/05/2020 [14:23]:
Elza Seyidcahan atasını axtarır - VİDEO
25/05/2020 [14:16]:
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə brifinq keçirilib
25/05/2020 [14:05]:
Türkiyəli nazir canlı yayımda göz yaşlarına hakim ola bilmədi - MARAQLI... + VİDEO
25/05/2020 [14:03]:
Bakıda gənc kuryer “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu - FOTO
25/05/2020 [13:53]:
Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıb
25/05/2020 [13:43]:
Sevgilisini öldürən boksçudan ilginc mesaj: "Gözünüz aydın"
25/05/2020 [13:42]:
İlham Əliyev Zurabişviliyə məktub göndərdi
25/05/2020 [13:35]:
Bu dəfəki Ramazan bayramı "qar sovqatı" ilə gəldi...
25/05/2020 [13:30]:
Şamaxının icra başçısı karantinə alındı
25/05/2020 [13:25]:
“Türk ordusunun anti-terror əməliyyatı bütün bəşəriyyətin təhlükəsizliyinə xidmət edir”
25/05/2020 [13:14]:
Koronavirus dünyanın məşhur sənət otelini iflasa uğratdı...
25/05/2020 [13:08]:
Gəncədə avtoxuliqan həbs edildi - FOTO
25/05/2020 [12:43]:
“Elə "zapravka"lar var ki, orda sürücüləri qarşılama və yola salma məsələsi ilk şərtdir”
25/05/2020 [12:38]:
Rusiya kosmosa 20 siçan göndərir
25/05/2020 [12:35]:
Xalq artisti: “Amaliya Pənahovanı teatrdan incik saldılar” - VİDEO
25/05/2020 [12:33]:
Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO
25/05/2020 [12:30]:
"Dişini xaricdə düzəldən baş nazirin müavini yox, dişi tökülmüş Hafiz Hacıyev hakimiyyətə gəlməlidir”
25/05/2020 [12:29]:
Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi
25/05/2020 [12:23]:
Rusiyanın neft istehsalı azalmayacaq - Kudrin
25/05/2020 [12:19]:
Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb
25/05/2020 [12:18]:
Məşhur futbolçudan koronavirusa inanmayanlara sərt tənqid: “Ölüm gələndə...”
25/05/2020 [12:17]:
Hava nə vaxt isinəcək? - AÇIQLAMA
25/05/2020 [12:09]:
“COVID-19 vaksinini birinci biz hazırlayacağıq” – Trampın müşaviri
25/05/2020 [12:08]:
Türk partiya liderindən Tramp haqqında sərt sözlər: “Əxlaqsız insandır!”
25/05/2020 [12:07]:
Azərbaycanda şəhidlər bulağında qoyun saxlayırlar - FOTO
25/05/2020 [12:04]:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
25/05/2020 [12:02]:
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı -FOTOLAR
25/05/2020 [12:01]:
“İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib” - Hulusi Akar
25/05/2020 [11:59]:
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”...
Bütün arxiv bir sırada
01/04/2020 [12:11] - Cəmiyyət - ( 1151 dəfə baxılıb)

Mehriban Əliyeva: "Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir"



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə xalq müraciət edib.

"Report"un xəbərinə gör, müraciətdə deyilir:

"Əziz həmvətənlərim!

Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi.

Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! Zənnimcə, bəşəriyyət orta əsrlərdən bəri bu cür təhlükəli və belə miqyaslı epidemiya ilə rastlaşmayıb. Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “Həqiqətənmi hər şey belə ciddidir?”, “Bizi nə gözləyir, sonumuz necə olacaq?”. Və ən əsas sual: “Epidemiya nə vaxt bitəcək?”. Bu “dəhşətli hadisə”nin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?

Açığını deyim ki, bu sualların cavabları heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız vəziyyətin olduqca ciddi olduğunu və hər birimizdən, bütün yaş təbəqələrindən olan vətəndaşlarımızdan maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb etdiyini şərtsiz qəbul etməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!

Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə hüdudlarının keşiyində dayanan hərbi qulluqçular yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə - onlar mübaliğəsiz demək olar ki, hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada görülən bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!

İnanıram ki, hökumətlərin və alimlərin titanik səyləri, koronavirusla mübarizəyə yönələn milyardlarla dollar, avro və manat mütləq və hökmən istədiyimiz nəticəyə, bizim epidemiya üzərində ümumi qələbəmizə gətirib çıxaracaqdır. Amma bunu da dərindən dərk etməliyik ki, bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər.

Əziz həmvətənlərim, mənim doğmalarım!

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!

Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!

Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər. Mən artıq bu barədə yazmışdım ki, COVID-19 yeni, bugünədək elmə məlum olmayan virus olduğuna görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və onlar dünyanın müxtəlif yerlərindən daxil olan məlumatlar təhlil olunduqca dəyişirlər.

Beləliklə, ÜST-nin sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər üçün real təhlükə olması faktını təsdiqləyir. Artıq koronavirusa yoluxmuş uşaqların ölüm halları qeydə alınır.

Məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram! ÖZÜNÜZDƏN MUĞAYAT OLUN! SİZİ SEVİRƏM! SİZƏ İNANIRAM!

Hər birinizə dualarla,

Sizin MEHRİBAN"

"Teleməkanımızın inkişafı üçün həmişəki kimi bu gün də yorulmadan çalışırıq, odur ki..."
Bayramı qana bulayacaqlarıdı, son anda qarşısı alındı - FOTO
Koronavirusu fürsətə çevirən yaponlar baxın nə istehsal etdi - MARAQLI
Məşhur model kilo tənqidlərinə seksual pozları ilə cavab verdi - FOTOLAR
İçəri maskasız girən qadın baxın nə etdi - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
Dünya
Bu dəfəki Ramazan bayramı "qar sovqatı" ilə gəldi...
Dünya
Türk partiya liderindən Tramp haqqında sərt sözlər: “Əxlaqsız insandır!”
Cəmiyyət
“Ölkədə işbazlar antikoronaviruslu çörək istehsalına başlayıblar...”
Gündəm
“İncəsənət insanlara sadəcə həqiqəti çatdırmalı deyil, həm də...”
Yazar
İlham İsmayıl
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
Sultan Laçın
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Həftənin ən çox oxunanları
Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...- FOTO
Emin Ağalarov üçüncü dəfə evlənir - FOTO
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
“Türkiyə İdlibi itirsə, Ərdoğan Rusiyaya  Qarabağda savaş ilə cavab verə bilər...”
Rusiya Dağlıq Qarabağı mavi örtüklü sinidə Azərbaycana təqdim etməyəcək...
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247