Xəbər lenti
27/05/2020 [00:25]:
Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
26/05/2020 [23:59]:
Avropa Birliyi COVID-19 peyvəndi üçün 9,5 milyard avro topladı - MARAQLI...
26/05/2020 [23:46]:
Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evini təmir etdirdi - VİDEO
26/05/2020 [22:47]:
Hazırlıq kurslarının fəaliyyətinin bərpa olunmasına nə mane olur? - VİDEO
26/05/2020 [22:44]:
NİDA-çılar Milli Şuradan getdi
26/05/2020 [22:41]:
Nobel mükafatçısı olan dissidentin xatirəsi təhqir edilib
26/05/2020 [22:35]:
Seks işçilərindən ilginc müraciət: "Fahişəxanaları açın"
26/05/2020 [22:25]:
"Bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı?"
26/05/2020 [22:22]:
"Katib dedi ki, yarım saata Qarabağın Ermənistana verilməsi barədə fərmanı imzala" - Əbdürrəhman Vəzirov
26/05/2020 [22:04]:
Türkiyənin tanınmış iş adamı dünyasını dəyişdi
26/05/2020 [22:00]:
Xatun ilə Sevil və Sevinc arasında nə baş verir? - QALMAQAL
26/05/2020 [21:37]:
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI
26/05/2020 [21:35]:
Salyanda qadını öldürüb kanala atdılar
26/05/2020 [21:26]:
Məşhur futbol klubu maska satışına başladı - MARAQLI
26/05/2020 [21:05]:
Qorxuducu koronavirus sınağı - 7 metrlik məsafədə...
26/05/2020 [20:58]:
Bill Qeytsin koronaya qarşı xüsusi vaksini
26/05/2020 [20:56]:
Ermənistanda koronavirusun ikinci dalğası elan edildi
26/05/2020 [20:33]:
Cinsi orqanını kəsdi, peşman olunca təcili yardım çağırdı - DƏHŞƏT...
26/05/2020 [20:31]:
Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - VİDEO
26/05/2020 [20:29]:
TƏBİB Masallıda "Azərişıq"ın əməkdaşının güllələnməsi ilə bağlı məlumat yayıb
26/05/2020 [20:22]:
Sabiq baş qərargah rəisinin ölüm səbəbi bilindi
26/05/2020 [20:18]:
Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı
26/05/2020 [20:17]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [20:04]:
Küçədə maska və əlcək geyinənlərin cərimə olunma riski var - ANORMAL QADAĞA...
26/05/2020 [19:47]:
Gəncədə usta "KamAZ"ın yük yerinin altında qalıb
26/05/2020 [19:44]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [19:27]:
Sosial yardım istəyən şəxsin 8 avtomobili olduğu ortaya çıxdı - RƏZALƏT
26/05/2020 [19:19]:
Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub
26/05/2020 [19:07]:
Bu xəstəxananın bütün tibb işçiləri koronavirusa yoluxdu - FOTO
26/05/2020 [18:49]:
Gənclər və İdman naziri canlı yayımda şalvarsız müsahibə verdi...-VİDEO
26/05/2020 [18:48]:
"Yarasa qadın"dan bütün dünyaya xəbərdarlıq: "Koronavirus buz dağının yalnızca görünən hissəsidir"
26/05/2020 [18:32]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [18:30]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [18:29]:
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb, 78 nəfər sağalıb
26/05/2020 [18:26]:
28 yaşlı qadın 6 yaşlı uşaqla cinsi əlaqədə olub, video çəkdi - FOTO
26/05/2020 [18:20]:
"Kimsəsiz adada dünyanın gizli bir qapısı var" - AĞLASIĞMAZ İDDİA...
26/05/2020 [18:02]:
Oleq Kuznetsov: "Rusiyanın ən yaxın müttəfiqi Azərbaycandır"
26/05/2020 [18:00]:
Koronavirusa yoluxduğu iddia edilən Kadırov operativ qərargahın iclasında iştirak etdi
26/05/2020 [17:59]:
Peskov: “Putin kimlə şəxsən görüşəcəyinə özü qərar verir”
26/05/2020 [17:50]:
Maskalı vətəndaş avtomobilinə də maska taxmağı unutmadı - MARAQLI
26/05/2020 [17:47]:
Polis sabiq deputatın qızını Türkiyədə tutdu
26/05/2020 [17:37]:
İŞİD-in İraqdakı lideri öldürülüb
26/05/2020 [17:30]:
Koronavirus xəstəsinə ağciyər köçürüldü - Avropa tarixində bir ilk...
26/05/2020 [17:21]:
“İt döyüşlərinə görə 30-40 min dollardan mərcə girirlər”
26/05/2020 [17:16]:
Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib
26/05/2020 [17:15]:
Qaz maskası geyindirdikləri qadına təcavüz etdilər - RƏZALƏT
26/05/2020 [16:46]:
“Əbədi məşəl”dən kabab bişirmək üçün istifadə etdilər - VİDEO
26/05/2020 [16:43]:
"Makao kralı" 98 yaşında öldü – Kazinolardan milyardlar qazanmışdı...
26/05/2020 [16:41]:
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
26/05/2020 [16:41]:
Rusiya koronavirusun pik həddini geridə qoydu: Putin Qələbə paradının vaxtını açıqladı
26/05/2020 [16:39]:
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:37]:
Heydər Əliyev Fondu Tovuzda 500 şəhid və aztəminatlı ailəyə Ramazan sovqatı payladı - FOTOLAR
26/05/2020 [16:36]:
“Avropa Məhkəməsi beş ildir atamgilin məhkəmə işini süründürür, amma...”
26/05/2020 [16:24]:
Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi
26/05/2020 [16:16]:
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26/05/2020 [16:15]:
“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
26/05/2020 [16:14]:
Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTO
26/05/2020 [16:10]:
Çimərliklərlə bağlı qaydalar TƏSDİQLƏNDİ
26/05/2020 [15:56]:
"Havanın temperaturu gündən-günə yüksələcək" - Umayra Tağıyeva
26/05/2020 [15:54]:
Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ
26/05/2020 [15:51]:
“Koronavirus qəbiristanlığı”: qəbirlərin sayı ölənlərin sayından niyə çoxdur?...
26/05/2020 [15:46]:
Məşhur aparıcının AzTV-dəki verilişi bağlandı
26/05/2020 [15:31]:
Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO
26/05/2020 [15:30]:
Azərbaycanlı aktyor karantinə alındı
26/05/2020 [15:29]:
Rusiyada eks-nazir koronavirusdan öldü
26/05/2020 [15:27]:
Deputat köməkçilərinin maaşı açıqlanıb - Rəsmi
26/05/2020 [15:24]:
Azərbaycanda komendant saatı tətbiq edilir? - Baş infeksionist danışdı
26/05/2020 [15:21]:
“Kimlər ki, mətbuatda fəxri ad davası edirlər o adı onların çoxuna vermək olmaz...”
26/05/2020 [15:00]:
"Apreldən başlayaraq Azərbaycanda 8 dolu hadisəsi müşahidə olunub"
26/05/2020 [14:52]:
Ağalar Vəliyev Goranboyda seçicilərilə görüşdü - FOTOLAR
26/05/2020 [14:52]:
İranla Azərbaycan arasında ekstraterritorial əkin sahələrinin işlənilməsinə dair razılıq əldə olunub
26/05/2020 [14:50]:
Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR
26/05/2020 [14:49]:
Uyğurlar bu bayramı da itkin düşən yaxınlarını axtararaq keçirdilər...
26/05/2020 [14:47]:
Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim”
26/05/2020 [14:29]:
Azərbaycan hakerləri növbəti dəfə düşmənin ən böyük xəbər saytını dağıtdı...
26/05/2020 [14:22]:
Qarabağ konfransı keçiriləcək
26/05/2020 [14:07]:
“Müharibə veteranı” statusu almaq üçün elə bir üsula əl atdılar ki... – “Orada ölüm var, amma sağ çıxsanız...”
26/05/2020 [14:07]:
17 yaşlı qızın qatili: “Səhvən öldürmüşəm, başqasına bənzətdim” - FOTO
26/05/2020 [14:00]:
İranda koronavirusdan ölənlərin sayı 7500-i ötüb
26/05/2020 [13:55]:
Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb
Bütün arxiv bir sırada
01/04/2020 [12:38] - Cəmiyyət - ( 1131 dəfə baxılıb)

А.А – АĞ ADAM, AĞRILAR ADAMI... - İradə TUNCAY yazır



Hara gedirik…

Maşının radiosu danışır – əsirlikdə qalan qız-gəlinlərimiz...

İndiyə qız-gəlin qalar – deyirəm dodağımın altında. Guya mövzunu dəyişir ...

Bəlkə yüzüncü dəfədi eyni söhbəti dinləyirəm:

- Ağdamda bir qonşumuz vardı. Davada olmuşdu . Plen olanda orda azərbaycanlı zabit aparıb öz bağında işlətmişdi onu , Fransada. Sorğu- sual eləmişdi ki, inansın. Yolu soruşmuşdu – demişdi, bir Ağdamdan Gəncəyə gəl görüm. O da izah eləmişdi. Sonra qaçmağa kömək eləmişdi.

- Əsirlikdən qaçmağa?

- Hə ...

- Nemeslər bəs? O zabit sonra nə cavab verib? Deməyiblər bəs, hara getdi plen?

- Həə, deyib mənim əl-qolumu bağlayarsız. Bir yumruq da vurarsız inanarlar.

- Kino danışırmış sənin o qonşun.

- Nə kino, bala? Həmişə ağlayırdı davadan danışanda. Həm də deyirdi kinoda ukrainləri düz göstərmirlər. Hamısı satqın olub.

- Kimi satıblar?

- Soveti.

- Həə... Xalqlar dostluğu prinsipin gözləyiblər də. Siyasət belə idi o vaxt. Ağlamağı da yəqin Fransadan qayıdıb burda yaşamağına görəymiş . Bəs, tutmamışdılar onu? Özün demişdin axı tutulub.

- Hə. Tutulmuşdu. Burda istintaq edən də bizimkilərdən imiş. On il veriblər gedib. Ordan gətirmişdi arvadını da. Sibirdən...

- Arvadını görmüşdüm. Yazıq rus dilini də unutmuşdu. Danışırdım cavabı bizim dildə verirdi. Klava xala... Ağdamda kimlə rusca danışsın ki?

Susur bir anlıq. Bilirəm indi də hərbi hissədəki rus uşaqlarından, rus məktəbindən,”Üfüqdə parıltı” oyunundan danışacaq. Ağdamda rus dilini bilənlərin az olmadığından danışacaq... Və ən böyük kompleksidi rus dilini istədiyi kimi bilməməyi... Kanalı dəyişim radioda...



***

- Qarabağ Kiçik Qafqazdı .Ona görə buralardan fərqlənir iqlimi. Ağdamda yayın istisində sərin olurdu hava.

- Ağdamda? Mən həmişə istidən bişmişəm orda. Sərin nədi...

-Nə danışırsan eeyy? Suyu sərin, havası sərin ...

- Şuşada sərin idi, hə. Ta Ağdamda yoxki.

- Nə bilirsənee sən..

- Niyə bilmirəm? Hər il aparırdın da. (Zornan apardığın demirəm. Durum gərgindi.Yol gedirik. Sükan onun əlində. Xatalıdı qıcıqlandırmaq).



***

Nəsə qəribədi, yolda belə söhbətlər çox olur. Və bütün söhbətlər hərlənib-fırlanıb Ağdamın üstündə dayanır. Anlamağa çalışıram. Eyni söhbətləri eşitdiyimi büruzə verməməyə çalışıram. İllərin üstünə il gəldikcə məzmun daha da qatılaşır. İdeallaşdırmaq daha da artır: Can, Ağdam. Bizim küçələr necə enli, geniş idi. Can, Ağdam. Neçə zavod vardı. Can, Ağdam. Bizim meşələrdə hər meyvədən var idi. Can, Ağdam. Hamı dolanırdı. Kasıb adam yox idi. Can, Ağdam... Torpaq necə bərəkətli idi... Can, can, can...




***

Bu çevik, zirək, qıvraq, şən adamın Canı orda qalıb bilirəm. Hər gözəllik ona Ağdamı xatırladır. Və təbii ki, Ağdam QALİBDİ bütün müqayisələrdə. Uduzduğumuz Ağdam...



***

İndi yol gedə -gedə gəncliyimizi də xatırlayıram. Universitetin dəhlizində mənə tərəf boylanan yaraşıqlı oğlanı da xatırlayıram. Fəqir, kasıb gəncliyimizi xatırlayıram. O vaxt maşınımız yox idi, yolda söhbət edək . Evimiz də yox idi ki, ürək dolusu gülək. Ailə qurandan sonra ata evində yaşamaq da bir ayrı məşəqqət olur. Hər nəsnəyə xəcalət çəkirsən. İndi anlayıram niyə evdə qalmaq istəmədiyini, evdən qaçdığını. Və bundan doğan soyuqluğu. Və soyuqluğun üşütməyini... Və sonra müharibə başladı.

Elə bilirəm bu lənətə gəlmiş müharibə də çox adamı üşütdü. Lap dondurdu da. Amma bəzən mənə elə gəlir ki,bizim həyatımız da müharibə ilə iki yerə bölündü – əvvəl və sonra. Dəyişdi tamam. Maşını vardı indi – sursat, ərzaq daşıyırdı maşında. Evi vardı indi – qaçqın düşən qohumları barındırırdı...

Yəqin gəncliyin verdiyi arxayınlıq idi – getdiyi yerlərdən qayıdacağını bilirdim. İki uşaq böyüyürdü evdə. Onlarla başım qarışırdı. Heç nəyin dərinliyinə varmaq istəmirdim. Hərdən elə bilirəm beynim format olunub –xatırlamaq istəmirəm.



***

- Bunu danışmısan, bilirəm.

- Yox, onu demirəm.

- Bax, mənə danışırsan eybi yox, amma hamının yanında eyni söhbətləri nə qədər danışmaq olar? Bəsdi də. Lağ eləyirlər axı.

- Maa lağ eləyənin əbəjdadın... ( Və arxasınca gəlir folklor nümunələri. Bu folklordan əməlli bəhrələnmişəm. Maarifçilik işi gedib bu neçə ildə. İndi mən də nəsə xoşuma gəlməyəndə adamların yeddi arxa dönənin xatırlayıram).



***

Qarşımızdan toy karvanı keçir. Xeyir-dua verir gənclərə:

- Bir həyətin itləri kimi dolansınlar...

Gülürəm ... Bir həyətin itləri kimi... Əcəb obrazdı... Sonra özümüzü xatırlayıram anidən. İt-pişik obrazı gəlir gözümün önünə. Amma sakit canlılar. Pişik mən olaram da yəqin. Hərdən cırmaq atan, hərdən miyoldayıb haqqını istəyən. Amma sonra gənclik bitəndə qəribə metamorfoz baş verir. Pişik pələngə dönür. Nərildəyən pələngə... Müharibə də bitdi, sülh də başladı – sən yenə öz bildiyindəsən? Mən bezmişəm!!! İşiynən məşğul olmayan məmurların əvəzinə də qaç ora-bura, arvadıynan məşğul olmayan ərlərin də əvəzinə çalış...

Divanı da çıxardım, tulladım iş otağından...



***

- Bəlkə bu il gedək Naxçıvana? Özü də maşınnan.

- Bəh-bəh ... Hər il deyirsən də bunu. Qışda planlar cızılır,yayda da unudulur.

- Yox, gedərik . Mən nə vaxt sənə yalan danışmışam? Ay, içimdə bir komediya var ki:

- Sən və yalan? Heç bir araya gələn şey deyil. Mənə ümumiyyətlə, danışmamısan ...

Bu dəfə o məni yola verir deyəsən. Susur... Nərildəməyimdən çəkinir.

Amma Naxçıvana maşınla getməyimizi xatırladım. Arazın o tərəfində xaraba kəndlər görünürdü yol boyu. Yolun bu tərəfi Qaradağ, o tərəfi Qarabağ...



***

- Qarabağda sanatoriyalar vardı. Buralarda hələ indi otel-zad tikirlər. Amma Sadıq Murtuzayev sovetin vaxtında Ağdamda tikmişdi istirahət mərkəzləri.

-Turistlər də gəlirdi? (bilirəmee gəlmirdi, söhbəti davam eləmək lazımdı)

- Kolxozçular üçün, nə turist? Bu otellərdən yaxşı idi.

- Neyləyək deyirsən? Müharibə oldu da.

- Hə...Olmasa gözəl dolanırdı camaat... Yollar varee getdiyimiz – onlar da qısa idi. Laçından Gorusa, ordan da Qarsa ... Ağılsız erməni – indi yaşayırdıq...

-Onlar yaşayır...

-Əşşi nə yaşayır?..

Dinmirəm... Xatırlayıram Qara dəniz sahilləri ilə irəlilədikcə məsafələr belə ölçülürdü – bura Ağdamdan Tərtərə, bura Ağdamdan Yevlaxa, bura Ağdamdan Şuşaya qədər olan yol qədər... Məsafə də Qarabağ vahidi ilə...

-Nooldu, niyə dayandın?

Baxıram, gözlərini silir. Son vaxtlar yaş öz işini görür, deyəsən. Yaş göz yaşlarını gizlədə bilmir. Planşeti əlindən almışam neçə dəfə. Ağdamın görüntülərinə baxıb ağlayır, Qədiri dinləyir ağlayır...

-Mövzunu dəyişəkmi? Bax, İsveçrədəki yaşıllığa bənzəyir bura da...

Yenə xatırladım. İsveçrədə bizi gəzdirən dostumuz Vurala oraların Kəlbəcərə bənzədiyini deyirdi...

- Mən yoruldum axı ... Cavanlığım müharibə həşirində, indi də belə çürüdürsən...

(Seyran Səxavət zəng eləmişdi bu günlərdə. Deyir, son hekayəsin oxudum, şedevrdi. Deyirəm, abi, nə şedevr? Ağrılarını yazıb. Hamı üçün deyil o hekayə. O yerlərin həsrətin yazıb da. Seyran abi də belə dedi – sən bilməzsən bunu...)

- Çox paxıllıq eləyirəm öz evləri olan adamlara...

-???

- Yəni rayonda öz evlərinə gedə bilən adamlara... Biz gedə bilmirik...

- Adamlar elə bilir sizin dərdiniz-filan yoxdu. Sən də onlara paxıllıq eləyirsən. Görürsən nə cani-dildən söyürlər ? Fikir vermişəm öz ağdamlıların da çooox ürəkdən "like” eləyir o söyüşləri .

-Kiri. Onlar nə bilir dərd nədi. Ağdam görüblər onlar ? Uşaqdılar...

(Bir dəfə getdiyimiz yerə Tansunu da aparırdıq. Uşaqdı darıxırdı bizim yanımızda ,telefonun qulaqcıqların taxıb öz musiqilərin dinləyirdi. Babası irad tutdu:

-Tansu, maşında qulaqcıq taxmaq olmaz. Qadağandı.

- Niyə? Kim verib o qərarı?

-Biz .

-Niyə səs vermisən?

Pauza və sonra:

-Mən səs verməmişəm. Amma çoxluq qəbul edib.

-Dəyişin. Doğru qərar deyil ...

Bu da uşaq. Ən böyük müxalifət öz evində . Bunu danışanda da dostlar – hamının gücü ancaq ona çatır dedilər. Məmləkətin bütün problemlərinə sipər eləyiblər. Harda nə olsa yada düşür. Daha doğrusu, yada salırlar. Hər iki tərəfdən özü də. Mərkəzdə durub hamıya əl uzadan adamların əlin qırmaq tapşırığı verilib)



***

- Bax, qarabağlı olasan, həm də oxuya bilməyəsən... Belə dərd olar?

-Böyük dərddi, əlbəttə. Amma oxuma. Siz tərəfdə oxuyandı da hamı.

-Danışmağa da qoymursuz axı.

-Bizə qulaq asırsan ki? Danışan kimi marıqda durublar, hay düşür virtuala. Bizə də rəhmin gəlsin.Yorulmuşuq... Çox yorulmuşuq...Bu qədər zəhmətin cavabı belə oldu... Ağ deputatsan ee sən. Ağ şəhərlərə gedirsən – Ağdam, Ağcabədi, Ağsu, Ağdaş... Və sairə. Kef elə. Yoxsa o birilərin samalyotda canı çıxır – qara Avropanın qara şəhərlərində.

- Boş ver. Ad günüm yaxınlaşır.

-Heç yalan danışmayan adamın ad günü. Aldatmaca günündə.

- Hələ dilimə yalan gəlməyib.

-Hə, yalan danışmaqdı, şöhrət sevməkdi – bunlar sənlik deyil.

- Əlbəttə...

- Çatırıq deyəsən... Şirvan cənnətə döndü, yaddan çıxdı ...

-Çıxmaz!!!

Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
Seks işçilərindən ilginc müraciət: "Fahişəxanaları açın"
"Bir adamın nəfsinin, acgözlüyünün bir hədd-hüdudu olmazmı?"
Məşhur futbol klubu maska satışına başladı - MARAQLI
Qorxuducu koronavirus sınağı - 7 metrlik məsafədə...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Avropa Birliyi COVID-19 peyvəndi üçün 9,5 milyard avro topladı - MARAQLI...
Dünya
Gənclər və İdman naziri canlı yayımda şalvarsız müsahibə verdi...-VİDEO
Cəmiyyət
“Çoxları qorxusundan xeyriyyəçilik etmir ki, ayağından çəkərlər...”
Cəmiyyət
“Müsabiqə pandemiya ilə mübarizə aparan insanların həyatına həsr olunub...”
Siyasət
"Heç kim Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi, bu, hərbi hiylədir..."
Yazar
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Həftənin ən çox oxunanları
Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...- FOTO
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247