ABŞ-da 10 min təqaüdçü koronavirusla mübarizədə dövlətə kömək etmək üçün müraciət edib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığının həkim, tibb bacısı və digər mütəxəssis qıtlığı ilə bağlı məlum çağırışından sonra, 10 minə qədər təqaüdçü əlaqədar dövlət qurumlarına müraciət edərək yardım etməyə hazır olduqlarını bildirib. Könüllülərdən koronavirusun geniş yayıldığı şəhərlərdə, habelə səyyar sahə xəstəxanalarda istifadə edilməsi planlaşdıırlır.
Lakin koronavirisun sürətlə yayıldığına diqqət çəkən ekspertlər hesab edir ki, proseslər bu şəkildə davam edərsə, o zaman tibb işçilərinə olan ehtiyacı yalnız könüllülər hesabına təmin etmək mümkün olmayacaq. Bu səbəblə də yaxın gələcəkdə təqaüddə olan hərbi həkimlərin səfərbərlik əsasında geri çağırılması gündəmdədir. Mütəxəssislərin fikrincə, epidemiya bir qədər də genişlənərsə, bu, vəziyyətdən çıxış üşün yeganə yol ola bilər.
Seymur ƏLİYEV