Çin həkimləri koronavirusun müalicəsində yeni bri dönəmin başlana iləcəyini bəyan edib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma sübut edib ki, koronavirus xəstələrindən digər yoluxmuş xəstələrə köçürülən qan onların səhhətində irəliləyişə səbəb olub. Mikrobioloqlar bu qərara gəlib ki, “əgər damarlar vasitəsilə sağalmış insanların qan plazmasını inyeksiya ilə digər yolxumuş şəxslərə köçürsəniz, bu, onların yaxşılaşmasına kömək edəcəkdir, çünki bədənlərindəki virus yükü azalacaq".
Mütəxəssislər bildirir ki, heyvanlar üzərində bu yöndə aprılan təcrübə göstərir ki, belə bir qan köçürməsi virus yükünü 10 dəfəyə qədər azaldır. Ekspertlərin fikrincə, bu yöndə aparılan araşdırmalar koronavirusun müalicəsində yeni və daha səmərəli mərhələnin başlanması demək olacaq.
Seymur ƏLİYEV