Xəbər lenti
31/05/2020 [22:34]:
Umudov qaragüruhçuları “əks- fənd”ə saldı: “Biz zəifləmirik, əksinə, güclənirik və... !”
31/05/2020 [22:26]:
Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasında izlədi
31/05/2020 [22:12]:
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
31/05/2020 [21:34]:
Gənclərə sanksiya: evlənməyən, çox sevişən, uşağı olmayan VERGİ ÖDƏYƏCƏK
31/05/2020 [21:11]:
Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü
31/05/2020 [21:10]:
“Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı
31/05/2020 [21:08]:
Ağdamda şadlıq sarayı yanıb
31/05/2020 [21:07]:
Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi
31/05/2020 [21:06]:
Messi: “Futbol heç vaxt əvvəlki kimi olmayacaq”
31/05/2020 [21:06]:
“Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova
31/05/2020 [21:04]:
Ağstafda minik maşını körpüdən aşıb, xəsarət alanlar var
31/05/2020 [21:03]:
Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?”
31/05/2020 [21:01]:
“Ordu ilə bağlı bütün tənqidi fikirlər qapalı müzakirə edilməlidir”
31/05/2020 [20:57]:
Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı
31/05/2020 [20:42]:
“Qadın istənilən halda xəyanəti bağışlamalıdır“
31/05/2020 [20:36]:
Göyöldə yük maşını sürüyə çırpıldı, onlarla qoyun tələf oldu, çoban yaralandı
31/05/2020 [20:31]:
Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi
31/05/2020 [20:28]:
“Yarən”dən eşq etirafı
31/05/2020 [20:17]:
ABŞ-da iğtişaşlar davam edir: Qarət, xaos, insanlar qorxu içində - VİDEO
31/05/2020 [20:15]:
Deputatların KİV və sosial şəbəkələrdə fəallığı barədə hesabat hazırlanacaq
31/05/2020 [20:04]:
Haftar ordusu Türkiyə PUA-larını vurdu
31/05/2020 [20:00]:
Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR
31/05/2020 [19:53]:
Milli Məclisdə xüsusi iş qaydası tətbiq edilib
31/05/2020 [19:51]:
Xalq artisti Röya açıq-saçıq paylaşımı ilə fit bədənini nümayiş etdirdi - VİDEO
31/05/2020 [19:27]:
Pizza sifariş edənlər qapını açdıqları zaman bu mənzərə ilə qarşılaşdı - MARAQLI...+ FOTOLAR
31/05/2020 [19:19]:
Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
31/05/2020 [19:18]:
Milli Məclis sabah tibbi maska taxmamağa görə cərimələri müzakirə edəcək
31/05/2020 [19:16]:
Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir
31/05/2020 [19:14]:
Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib
31/05/2020 [19:10]:
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
31/05/2020 [19:07]:
"Ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var"
31/05/2020 [18:59]:
Bakıda ana və azyaşlı oğlunu maşın vurdu
31/05/2020 [18:58]:
Mayk Tayson 25 il öncə nokauta saldığı boksçu ilə qarşılaşa bilər
31/05/2020 [18:40]:
Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı
31/05/2020 [18:38]:
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlandı
31/05/2020 [18:37]:
Azərbaycanda problemli kreditlər azalıb
31/05/2020 [18:12]:
Paşinyanın beynəlxalq silah qaçaqmalçılığında iştirakına dair faktlar açıqlandı
31/05/2020 [18:06]:
Müxalif lider Minskdə saxlanıldı
31/05/2020 [18:04]:
"AZAL toydan da, vaydan da pul qazanır"
31/05/2020 [17:50]:
İran “qara qutu”nu Ukraynaya təhvil verməkdən imtina etdi
31/05/2020 [17:46]:
İyunda hava necə olacaq?
31/05/2020 [17:43]:
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
31/05/2020 [17:27]:
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
31/05/2020 [17:27]:
Özbəkistan - Qırğızıstan sərhədində münaqişə - sakinləri arasında toqquşma olub
31/05/2020 [17:24]:
“İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın”
31/05/2020 [17:21]:
Eldar Mahmudovun uşaqları Londonda 17 milyonluq əmlak alıb
31/05/2020 [17:19]:
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
31/05/2020 [17:16]:
Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı
31/05/2020 [17:15]:
Bərdədə heyvan leşləri su kanalına atıldı - RƏSMİ AÇIQLAMA
31/05/2020 [17:13]:
"Sosial şəbəkələr son zamanlar mənəvi terror platformasına çevrilib" - Vüqar Rəhimzadə
31/05/2020 [17:08]:
Millət vəkili 90 günlük viza sisteminin ləğv olunmasının əhəmiyyətindən danışıb - VİDEO
31/05/2020 [16:55]:
Milli Məclis tibbi maskaya görə cərimələrlə bağlı qərar qəbul etdi
31/05/2020 [16:51]:
82 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib
31/05/2020 [16:51]:
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclaslarının vaxtı açıqlanıb
31/05/2020 [16:17]:
Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA
31/05/2020 [16:12]:
Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır”
31/05/2020 [15:55]:
Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA
31/05/2020 [15:52]:
Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur
31/05/2020 [15:49]:
"Bakcell" yeni irihəcmli internet paketini təqdim edib
31/05/2020 [15:46]:
“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov
31/05/2020 [15:41]:
"Sosial şəbəkələr şər qüvvələrin əlində şər platformasına çevrilir"
31/05/2020 [15:40]:
Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu
31/05/2020 [15:36]:
"Ramil Səfərova dil uzadanlar ermənilərin əlinə dəstəvuz verirlər..."
31/05/2020 [15:13]:
Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
31/05/2020 [15:11]:
Nuran Abdullayev: "Karantində 1 həftə qalmaq kifayətdir"
31/05/2020 [15:08]:
İctimai Liderlər Platformasının təmsilçiləri ölkə əhalisinə müraciət ünvanladı
31/05/2020 [14:59]:
Ayının infarktı...
31/05/2020 [14:51]:
Ermənilər arvadlı-kişili Azərbaycanı hədələyirlər...
31/05/2020 [14:28]:
Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ
31/05/2020 [14:26]:
Zahid Orucdan “Parlament müxalifəti” haqqında qanun təklifi
31/05/2020 [14:22]:
Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi
31/05/2020 [14:16]:
Uşaqlar Günü 36 dərəcə isti olacaq
31/05/2020 [14:07]:
Etirazçılar Ağ Evin qapısında, Tramp orduya əmr verdi - Fotolar
31/05/2020 [14:04]:
“Düşmən bu dəfə böyük itkilər verib tamamilə məğlub olacaq” - MN
31/05/2020 [14:00]:
“Səni noyabrda Prezidentlikdən göndərəcəyik”
31/05/2020 [13:56]:
“Deputatların çoxu başını telefondan qaldırmır...”
31/05/2020 [13:47]:
“Türkiyədəki tələbələrimiz çətinliklə qarşılaşıb”
31/05/2020 [13:25]:
Jurnalistlərin binasında koronavirus həyəcanı...
31/05/2020 [13:19]:
Baş Kəşfiyyat İdarəsinin rəisi olmuş general necə ölüb?
31/05/2020 [13:18]:
"Düşmənlə danışmağın yeganə dili silah gücüdür"
Bütün arxiv bir sırada
02/04/2020 [10:46] - Cəmiyyət - ( 2363 dəfə baxılıb)

Milli İstiqlalçılardan Etibar Məmmədova doğum günü təbriki: "Böyük Dövlət adamı..."



Böyük Dövlət adamı, ad günün mübarək!
Bu gün, 2 aprel Azərbaycanın siyasi tarixində əvəzedilməz iz qoymuş, Milli Azadlıq hərəkatının lidelərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri olan dəyərli bir şəxsiyyətin, Etibar Məmmədovun doğum günüdür. 
Etibar Məmmədov keçdiyi həyat yolu və fəaliyyəti ilə hər bir vətəndaşımız üçün örnək ola biləcək şəxsiyyətlərdəndir.
Hələ tələbəlik illərindən siyasi proseslərə qoşulan Etibar Məmmədov Bakı Dövlət Universitetində gizli dərnəklərdə fəaliyyətə başlamış və bu fəaliyyəti nəticəsində universitetdən xaric edilmişdi. Sonradan 1988-89-cu illərdə Azərbaycan Xalq Hərəkatının əsas özəyi olan Bakı Dövlət Universitetinin gənc müəllimi kimi yenə də hadisələrin önündə dayanmış və elə ilk mitinqlər günü həbs olunmuşdu.
Gənc nəsil xatırlamasa da, orta və yaşlı nəsil Etibar Məmmədovun meydan hərəkatındakı fəaliyyətini, onun çağırışı ilə yüz minlərlə insanın mitinqlərə toplaşdığını və Sovet İmperiyası əleyhinə ən kəskin çıxışlar etdiyini yaxşı xatırlayır. Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün demək olar ki, hər evdə dinlənilən “Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayırdı. 
AXC-nin yaranmasında  danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir və elə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Etibar Məmmədovun üzərində təkidlə dayandığı məsələ yalnız bir neçə ay sonra AXC-nin sənədlərində öz əksini tapır. 
Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələblər səslənməyə başladığı zaman tətil hərəkatı geniş vüsət alır. Tətil komitəsinə Etibar Məmmədov rəhbərlik edir. Onun çağırışı ilə çox sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət, SSRİ iqtisadiyyatının bel sütününa zərbə vuran Respublika Dəmir Yollarında tətil elan olunur. 

20 yanvar hadisələri ilə bağlı həqiqətləri, AXC İdarə Heyətinin Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələbi, eləcə də Ali Sovetin qərarı ilə əlaqədar məulmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov imperiyanın paytaxtı Moskvada mətbuat Konfransı keçirmək qərarına gəlir.  Mövcud təhlükələrə baxmayaraq Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq, baş verənlərdə M.Qorbaçovun birbaşa məsuliyyət daşıdığını bəyan edir.
Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın edir və Etibar Məmmədovu həbs edir. 9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kreml qarşısında və ABŞ-da Nyu Yorkda da keçirilməyə başlayır. Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Nəhayət, uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur. 
Məhbəsdən azad olunduqdan sonra millət vəkili seçilən Etibar Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsini millət vəkili kimi davam etdirməyə başlayır. Etibar Məmmədovun həmmüəlifliyi ilə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı hazırlanır və 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul olunur.
Bundan sonra Ali Sovetin qərarı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin tanıdılması missiyası Etibar Məmmədova həvalə olunur və onun rəhbərlik etdiyi Parlament nümayəndə heyəti əvvəl Türkiyəyə sonra isə Pakistana rəsmi səfərə yollanır. Nəticə etibarı ilə hər iki ölkə Azərbaycanı mustəqil dövlət olaraq tanımaq haqqında qərar qəbul edir. 
Etibar Məmmədovun adı ilə bağlı olan növbəti məsələ yeni yaranmış Azərbaycan ordusunun maddi texniki bazasının formalaşdırılması ilə bağlı göstərdiyi fəaliyyətdir. Belə ki, ilk ordunun silahla təmin olunması, eləcə də əsgər və zabitlərin geyim və digər lazımi vasitələrlə təchiz olunması həmin dövrdə dövlət qarşısında olduqca problemli məsələ olaraq qalırdı. Bu məsələnin də yoluna qoyulması üçün Etibar Məmmədova müraciət edilir və o, ordunun maddi-texniki bazasının formalaşdırılması üçün rəsmi olaraq vəzifələndirilir. Danılmaz faktdır ki, E. Məmmədov o dövrdə Azərbaycan Ordusunun silahla təchiz olunmasında əhəmiyyətli rol oynamışdır.
Parlamentdə “Demblokun” həmsədri oan Etibar Məmmədov 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü kimi də fəaliyyət göstərmişdir. 
Etibar Məmmədovun fəaliyyətinin növbəti dövrü  partiya quruculuğu ilə bağlıdır. AXC-nin üzərinə götürdüyü missiyanı – Azərbaycanın istiqlalı uğrunda mübarizə missiyasını artıq başa vurduğunu, buna görə də növbəti mərhələyə keçidin vacib olduğunu deyən E.Məmmədov bu məqsədlə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda ilk siyasi partiyanın yaradılması istiqamətində fəaliyyətə başlayır və 3 - 4 iyul 1992-ci ildə AMİP-in təsis Qurultayı keçirilir. 17 iyul 1992-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 1 saylı qeydiyyat vəsiqəsi alan  AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət  qeydiyyatından keçmiş siyasi partiyası olaraq tarixə düşmüşdür.
E. Məmmədov həmçinin, 1995-ci ildə Konstitusiya Komissiyasının üzvü olaraq Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında fəal iştirak etmişdir.
2005-ci ildən aktiv siyasi fəaliyyətdən kənarda olmasına baxmayaraq, Etibar Məmmədov bu gün də ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olan siyasətçidir desək, yəqin ki, yanılmarıq. Hazırda Etibar Məmmədov özündə 80 ölkədən olan 100-dən artıq siyasi partiyanı birləşdirən, tərkibində ABŞ-in, İngiltərənin, Almaniyanın, İspaniyanın, İsrailin, Norveçin, Avstraliyanın, Meksikanın, Macarıstanın, Argentinanın, Bolqarıstanın, Finlandiyanın, Kolumbiyanın, Avstriyanın, İslandiyanın, Serbiyanın, Yunanıstanın, Xorvatiyanın, Çilinin, Paraqvayın və s. ölkələrin hazırda hakimiyyətdə olan siyasi partiyalarını birləşdirən Beynəlxalq Demokrat İttifaqının Sədr müavini olaraq Azərbaycanı bu nüfuzlu beynəlxalq təşkilatda layiqincə təmsil edir.  
Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk.
Əziz Etibar bəy!

Sizə sonsuz sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.  
Sonsuz sayğılarla, Milli İstiqlalçılar!

“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
"Ramil Səfərova dil uzadanlar ermənilərin əlinə dəstəvuz verirlər..."
Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR
Cəmiyyət
“Deputatların çoxu başını telefondan qaldırmır...”
Cəmiyyət
Amerikalı alim "toyuq qripi" barədə ciddi düşünməyə çağırır
Dünya
ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olunub
Dünya
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247