Koronavirus təhıükəsi genişləndikcə Azərbaycan hökuməti buna müvafiq olaraq önləyici tədbirlərin sayını və sərtliyini artırmaqdadır. Bəs hökumətin bu addımları müxalif partiya rəhbərləri tərəfindən nə dərəcədə qənaətbəxş hesab edilir?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hökumətin gördüyü tədbirlərin təhlükənin səviyyəsinə adekvat olduğunu vurğuladı:
“Hökumətin tətbiq etdiyi məhdudiyyətlə, xüsusi karantin rejimi, xəstələrin müalicəsi ilə bağlı yaradılan şərait adekvatdır. Bu epidemiyanın yayılma dərəcəsi ilə əlaqədar olaraq bu tədbirlər sərtləşdirilə bilər. ÜST-nin tövsiyəsi əsasında tətbiq edilən bu addımlar düzgündür. Sadəcə olaraq, vətəndaşlar hökumətin bu proqramlarında lazımi məsuliyyətlə iştirak etmir. Həm öz həyatlarını, həm də başqalarının həyatlarımnı təhlükə altında qoyurlar. Bu, kifayət qədər təhlükəli bir xəstəlikdir və bütöv bir milləti yer üzündən silə bilər. Bunu hamı başa dşməlidir.
İspaniyada, İtaliyada minlərlə insan ölüb. ABŞ 200 min insanın ölümünü planlaşdırır və s. İnkişaf etmiş ölkələr belə bu xəstəliyin qarşısını almaqda acizdirsə, deməli, məsələ kifayət qədər ciddidir. Ona görə də hər kəs ilk növbədə öz sağlamlığı haqqında düşünməli, hökumətin qərarlarına riayət etməlidir”.
Seymur ƏLİYEV