Moderator.az erməni saytlarına istinadla xəbər verir ki, bu fikirləri düşmən ölkənin parlamentində Aprel döyüşləri ilə bağı yaradılan müvəqqəti komissiyanın sədri Andranik Koçaryan hadisənin dörd illik ildönümü ilə bağlı açıqlama verərkən səsləndirib.
Komissiya
sədri bildirib ki, qurum Sarkisyanı dindirmək üçün son dəfə dəvət edib. O gəlməsə
belə, artıq hesabatın nəticələri açıqlanacaq: "Çünki bəlli deyil ki,
Sarkisyan komissiyanın dəvətini qəbul edəcək, yoxsa o dövrün qərargah rəisi Yuri
Xaçaturov kimi izahatdan yayınacaq".
A.Koçaryan
Sarkisyanı Aprel müharibəsinin məsuliyyətini Moskvanın üzərinə atmaqla yaxasını
kənara çəkməkdə günahlandırıb.
Onun
sözlərinə görə, dörd günlük Aprel müharibəsi
Ermənistanın yaxın tarixinin ziddiyətli dönüş nöqtəsidir.
Qeyd edək
ki, Aprel savaşı barədə danışarkən Ermənistanın o zamankı prezidenti Serj
Sarkisyan döyüşlərin dayandırılmasında Moskvanın təsirini bir neçə dəfə səsləndirmişdi.
Bu isə erməni cəmiyyətində Sarkisyanın məsuliyyətdən yayınması kimi qiymətləndirilir.
Paşinyan
hökuməti isə bununla, əslində, Aprel savaşındakı uğursuzluğun səbəblərini
araşdırmağa çalışır və Sarkisyanı bu uğursuzluqda günahlandırır.
Taleh