Xəbər lenti
26/05/2020 [01:10]:
"İran Azərbaycana qarşı səmimidirsə, o zaman Ermənistanı təcavüzkar elan etməlidir..."
26/05/2020 [01:01]:
Vəzirovun tamamlanmış yarımçıq portreti - Bir əsrə bərabər ziddiyyətli ömür yolu...
25/05/2020 [23:51]:
ÜST koronavirusla bağlı sınaqları dayandırdı
25/05/2020 [23:48]:
Gəncədə yol qəzasında yaralananlardan biri ölüb - FOTO - YENİLƏNİB
25/05/2020 [23:43]:
Şəmkirdə qadın sürücü zəncirvari qəza törətdi, xəsarət alan var
25/05/2020 [23:05]:
“Xalam qızı kasıb ərəbə ərə gedib” - Pərvin Abıyeva
25/05/2020 [23:03]:
Repçi anası ilə birgə yanaraq öldü
25/05/2020 [23:00]:
Goranboyda polis intihar etdi
25/05/2020 [22:34]:
Azərbaycanda şimşək çaxıb, dolu yağıb - FAKTİKİ HAVA
25/05/2020 [22:33]:
Bu sakinlərə ŞAD XƏBƏR - Bütün borclar silindi - VİDEO
25/05/2020 [22:29]:
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
25/05/2020 [22:13]:
Gəncədə yol qəzasında 2 nəfər ağır yaralanıb - FOTO
25/05/2020 [21:44]:
ABŞ nəhəngi avtomobillər üçün ömürlük batareya hazırladı
25/05/2020 [21:34]:
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
25/05/2020 [21:26]:
“Qardaşımın qatilini tapmayana kimi özümü bağışlamayacağam”
25/05/2020 [21:21]:
"Şalvardır da, çılpaq gəzmirəm ki..."
25/05/2020 [21:16]:
İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB
25/05/2020 [20:50]:
İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olub - FOTO + YENİLƏNİB
25/05/2020 [20:45]:
Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb
25/05/2020 [20:40]:
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
25/05/2020 [20:37]:
"Bədənini satılıq əşya kimi nümayiş etdirirsən"
25/05/2020 [20:19]:
Həmkəndlisinin qoyunlarını oğurlayan şəxs saxlanıldı
25/05/2020 [20:12]:
“Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır...?”
25/05/2020 [20:09]:
“Tarixdə ilk dəfəydi ki, Məkkədə bayram namazı qılınmadı...”
25/05/2020 [20:04]:
Faiq Əmirli 15 sutkalıq həbs olundu
25/05/2020 [20:02]:
Naxçıvanın daimi nümayəndəliyinin rəhbərindən Operativ Qərargaha MÜRACİƏT...
25/05/2020 [19:52]:
Koronavirusdan sağalan Peskov xəstəxanadan buraxılıb
25/05/2020 [19:45]:
"Türkiyənin Azərbaycana Rusiyanın Ermənistana verdiyi qədər hücum xarakterli dəstək verməsini istərdik"
25/05/2020 [19:16]:
Azərbaycanın arxeoloji materiallar əsasında yazılmış ilk elmi əsəri hansıdır? - VİDEO
25/05/2020 [19:00]:
"İrəvanın bu addımları təkcə beynəlxalq birliyə deyil, erməni xalqına qarşı da provakasiyadır"
25/05/2020 [18:56]:
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
25/05/2020 [18:41]:
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25/05/2020 [18:40]:
“Roma”nın gənc futbolçusu ürək tutmasından vəfat etdi
25/05/2020 [18:17]:
Ermənistanda uşaq evində 15 nəfər koronavirusa yoluxdu
25/05/2020 [18:12]:
Azərbaycanlı professordan xəbərdarlıq: Belə getsə, pandemiya daha da artacaq!
25/05/2020 [18:06]:
Daşnaklar Qarabağdakı  yeni “hökumət”dən üz döndərdi...
25/05/2020 [18:04]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [18:02]:
Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir
25/05/2020 [17:48]:
"Antikorrupsiya ümumxalq işi olunca rüşvətxorlar sıradan çıxacaq"
25/05/2020 [17:45]:
Gömrük Akademiyasının tələbələri üçün sınaq onlayn imtahan keçirilib
25/05/2020 [17:42]:
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
25/05/2020 [17:41]:
"İnstaqram yoldaşım..." -VİDEO
25/05/2020 [17:38]:
Jurnalistlər karantini ləğv etmək istəyən baş naziri hədəfə alıblar
25/05/2020 [17:35]:
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan işlərə baxdı -FOTOLAR
25/05/2020 [17:31]:
“AXC qurucuları milli mətbuatın şinelindən çıxan ziyalılar olub”
25/05/2020 [17:29]:
Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu
25/05/2020 [17:16]:
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr - evi uşaq bağçasının açılışında
25/05/2020 [17:07]:
"Teleməkanımızın inkişafı üçün həmişəki kimi bu gün də yorulmadan çalışırıq, odur ki..."
25/05/2020 [17:06]:
Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO
25/05/2020 [17:05]:
İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
25/05/2020 [17:03]:
Beynəlxalq Türk Akademiyası bu gün 10 yaşını qeyd edir - FOTO
25/05/2020 [17:00]:
Azərbaycanda icra başçısı koronavirusa görə karantinə alındı - RƏSMİ
25/05/2020 [16:53]:
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
25/05/2020 [16:46]:
İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq
25/05/2020 [16:44]:
“Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması
25/05/2020 [16:42]:
“Liviyadakı türk dronları rusları və Həftərin digər tərəfdaşlarını utandırdı...” – “Vaşinqton Post"
25/05/2020 [16:34]:
“Ərdoğan başınızı əzəcək” deyən yəmənli aktivist: “ Allahin izni ilə gələcək türklərindir!”
25/05/2020 [16:30]:
Heydər Əliyev Fondu vətənin dəyərli insanlarıyla BAYRAMLAŞDI
25/05/2020 [16:26]:
“Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması
25/05/2020 [16:21]:
Bayramı qana bulayacaqlarıdı, son anda qarşısı alındı - FOTO
25/05/2020 [16:19]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
25/05/2020 [16:17]:
Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik”
25/05/2020 [16:09]:
“ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verilməyəcək” - Dmitri Roqozin
25/05/2020 [16:06]:
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, iki nəfər vəfat edib
25/05/2020 [16:01]:
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir
25/05/2020 [15:59]:
“Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir”
25/05/2020 [15:51]:
Koronavirusu fürsətə çevirən yaponlar baxın nə istehsal etdi - MARAQLI
25/05/2020 [15:43]:
Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxub
25/05/2020 [15:37]:
Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO
25/05/2020 [15:36]:
Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var
25/05/2020 [15:31]:
Məşhur model kilo tənqidlərinə seksual pozları ilə cavab verdi - FOTOLAR
25/05/2020 [15:25]:
Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”
25/05/2020 [15:14]:
Onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirildi -FOTOLAR
25/05/2020 [15:11]:
İran ABŞ-a meydan oxudu, Maduroya benzin çatdırmağa başladı
25/05/2020 [15:07]:
Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB
25/05/2020 [15:05]:
“Dərs vaxtı”nın 26 may cədvəli
25/05/2020 [15:02]:
İçəri maskasız girən qadın baxın nə etdi - VİDEO
25/05/2020 [14:57]:
İsveçrədə qadınlar azərbaycanlı kişiləri belə təəccübləndirir... - MARAQLI
25/05/2020 [14:57]:
Qar uçqununun altında qalmış avtomobillər aşkar olundu - VİDEO
25/05/2020 [14:50]:
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Bütün arxiv bir sırada
02/04/2020 [22:44] - Cəmiyyət - ( 2130 dəfə baxılıb)

“Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” - Almaniyadakı Azərbaycanlı həkimdən HƏYƏCAN TƏBİLİ



Bütün dünyanın ümumi bəlası olan koronavirus Almaniyada da sürətlə inkişaf edir. Belə ki, bu ölkədə pandemiya səbəbi ilə indiyədək 997 nəfər dünyasını dəyişib, 81728 nəfər isə aktiv virus daşıyıcısı var.

Bu cür yüksək riskli vəziyyətdə çalışanlar arasında azərbaycanlı həkim nevroloq Nailə Alxasova da yer alır.

Modern.az-ın bu dəfə  xəstəliyin xronikası barədə suallarını Almaniyada illərdir ki, həkim kimi fəaliyyət göstərən həmyerlimiz Nailə Alxasova cavablayıb.

- Nailə xanım, neçə müddətdir Almaniyada çalışırsınız?

- Almaniyada artıq 6 ildir ki, çalışıram. 5 il Mannhaym şəhərində çalışmışam. Amma 1 ildir ki, Essen şəhərində fəaliyyət göstərirəm.

- Hazırda Almaniyada ümumi vəziyyət necədir? İnsanlar virusdan qorxurmu?

- Xəbər portallarından da hamının məlumatlandığı kimi hal-hazırda Almaniyada vəziyyət ürəkaçan deyil. Virus ölkə üzrə həndəsi silsilə ilə yayılmaqda davam edir və hələ ki, bu yayılmanın qarşısını almaq mümkün deyil. Əhali arasında da qorxu və panika günü-gündən daha da artır. Əvvəllər burda xəstəliyi ciddiyə almırdılar, kimsə düşünmürdü vəziyyət bu yerə gəlib çıxar. Amma xəstə sayı artıq 70 mini keçib ki, bu da insanlarda təşviş yaradır.


- Koronavirusa yoluxan xəstələrlə işləmək normal xəstələrlə işləməkdən daha risklidir. Heç işinizdən imtina etmək istəmisiniz? Yaxud da virus yayıldıqdan sonra həkim kolleqlarınızdan vəzifəsini icra etmək istəməyən olub?

- Əsla. Biz bu sahəni seçəndə hər çətinliyi gözə alaraq seçmişik. Hal-hazırda çox böyük kollektivlə işləyirik, hamımız da virusla mübarizədə əlimizdən gələni edirik.  Yalnız immunsupressiv müalicə alan, risk qrupu həkimlərə xəstələrlə kontakta icazə verilmir.

- Almaniya kansleri Angela Merkel hələ ötən ay belə bir açıqlama verdi ki, ölkədə 60-70 fazi əhali koronavirusa yoluxacaq. Səhiyyə işçisi kimi sizin fikrinizi almaq maraqlı olardı, yəni 82 milyon əhalisi olan Almaniyanın 50-60 milyonunun virus daşıyıcısı olmaq ehtimalı varmı?

- Bu fikir elə indi də səslənir. Robert Koch universiteti hər səhər yeni yoluxma statistikasını açıqlayır və hər gün də vurğulanır ki, bu qədər itkiyə rəğmən Almaniya hələ pandemiyanın başlanğıcındadır, yayılmanın pik nöqtəsində deyil. Tam olaraq virusun nə qədər artacağını demək çətindir, amma indiki yoluxma halının bir neçə dəfə artıq olacağı gözlənilir.

-Virusdan ölənlərin sayına görə Almaniya ilk 10-luqdadır. Almaniyada da digər ölkələrin dediyi kimi dünyasını dəyişənlərin hamısı yaşlılardır?

- Əslində reallığa qalanda göstəricilər fərqlidir. Yəni xəstəliyə yoluxma sayına görə Almaniya ilk 5-likdədir, amma ölüm faizinə görə aşağı pillələrdə qərarlaşır. Bunun da əsas səbəbi alman səhiyyə sisteminin gücü, test sayının digər ölkələrlə müqayisədə dəfələrlə çox olmağı və xəstəxanalarda kifayət qədər süni tənəffüs aparatlarının mövcudluğudur. Burda da ölüm hallarının böyük əksəriyyəti yaşlı xəstələr arasında olur, amma bundan əlavə xəstənin başqa xəstəliklərinin olması da rol oynayır.

- Virus neçə günə ölümcül olur. Yəni xəstə ağır vəziyyətdə sizə müraciət edibsə o ən tezi neçə gün sonra dünyasını dəyişib?

-Virus elə tez müddətdə inkişaf edə bilir ki, dünən öz ayağı ilə gələn xəstə bu gün artıq süni tənəffüs aparatına qoşula bilir. Təbii ki, orqanizmin müqavimət qabiliyyəti də rol oynayır, amma xəstəliyin bədəndə yayılma və kəskinləşmə sürəti böyükdür.

- Günlük iş saatınız necədir? Yorulmursunuz ki?

- Burda normal iş qrafiki 8 saatdır. Amma xəstə sayı çox olarsa, ya ağır xəstələrimiz varsa, işdən əlavə də xəstəxanada qalmalı oluruq.

- Nailə xanım,  “alman dəqiqliyi” steriotipi bütün dünyaya məlumdur. Bilmək maraqlı olardı, dəqiqliyi sevən alman xalqı karantin məsələsində necədir? Yəni mövcud qaydalara riayət edə bilirlərmi?

- Digər Avropa ölkələri ilə müqayisədə almanlar bu məsələyə daha həssas yanaşırlar, xüsusilə də 50 yaşdan yuxarı şəxslər. Artıq 10 günə yaxındır ki, bütün kafe, restoranlar və.s bağlıdır, əksəriyyət ev şəraitində çalışır. Amma hələ də iki nəfərdən çox olmamaq şərti ilə insanların məhəlləarası qısa gəzintiyə çıxmasına imkan verirlər. Ümumilikdə isə karantin qaydalarının pozulmasına burda da rast gəlinir.

- Bildiyimiz qədəri ilə Almaniyada xeyli vətəndaşımız yaşayır. Xəstələriniz arasında indiyədək azərbaycanlı olubmu?

- Koronavirusa yoluxan azərbaycanlı xəstə hələ ki, yoxdur. Amma ümumi işlədiyim müddətdə bəli, ixtisasımla əlaqəli nevroloji xəstəliyi olan pasientlərim olub.

- Xəstəliyin bütün xarakteristikasına bələd olan biri kimi, virusdan qorxunuz olar, eləmi?

- Qorxu hissi deməzdim buna. Amma xəstəliyin nə dərəcədə ağır olduğunu bildiyim üçün yoluxmayım deyə, bütün gigiyena qaydalarına əməl edirəm.

- Elə insan var ki, bütün günü spirti əldən yerə qoymur, eləsi də var əlcək yaxud da maskanı əsas hesab edir. Sizin fikrinizi almaq istərdim, virusdan qorunmaq üçün ən yaxşı vasitə nədir?

-Virusdan qorunmaq üçün ən yaxşı vasitə əllərin tez-tez sabunla yaxşı yuyulması, spirtlənməsidir. Bundan başqa gigiyena qaydalarına əməl etmək və insanlarla 1.5 m məsafəni saxlamaq da mütləqdir. Onu da deyim ki, adi maska virusdan qorumur, xəstə insandan virusun keçməsindən qoruyur. Yəni virus hansısa əşyada və.s olarsa maska köməyinizə çatmayacaq. Xəstəliyə xəstə insanlardan yoluxmamaq üçün maska istifadəsi məqsədyönlüdür. Qoruyucu maskalar yalnız FFp3 və ffp2 maskalarıdır.

- Yenə Angela Merkelə qayıtmalı olacam. Belə deyilirdi ki, həkimlər və digər peşə sahibləri maaşlarının artırılmasını istəyəndə Angela Merkel “Mən sizi öyrədənlərlə sizi necə müqayisə edə bilərəm?” demişdi. İndi bütün dünyanı bu bəladan qurtaran, günümüzün birinci qəhrəmanları həkimlərdir. Yaxşı, hazırda vəziyyət necədir? Yəni səhiyyə işçilərinin bu qədər ağır iş rejimi ilə əlaqədar maaşlarında artım olubmu?

- Almaniyada həkimlər fiks maaş alır. Pandemiyanın yayıldığı müddətdə isə maaşda heç bir artım olmayıb.

- Xəstəliyi kişilər daha ağır keçirir ya qadınlar? Daha çox hansı cins xəstəliyindən gileylənir?

- Xəstəliyin ağır keçməsində cins faktoru önəm daşımır. Burda əsasə məsələ xəstənin virusla bərabər hansı yanaşı xəstəliyinin olması, siqaret çəkməsi və bədənin müqavimətidir.

- Son olaraq, xəstəliyi ciddiyə almayan, karantin qaydalarını pozan şəxslərə nə demək istərdiniz?

- İnsanlar mövcud vəziyyəti mütləq ciddiyə almalıdır. Nə qədər ki, virus ölkədə çox yayılmayıb yalnız karantin rejiminə əməl etməklə bunun qarşısını almaq olar. Hər birimizin evində yaşlı insanlar var. Ən əsası onların sağlamlığını düşünmək lazımdır. Yalnız evdə qalmaqla həm özümüzün həm də sevdiklərimizin sağlamlığını qoruya bilərik. Evdə qalın, sağlam qalın!

"Teleməkanımızın inkişafı üçün həmişəki kimi bu gün də yorulmadan çalışırıq, odur ki..."
Bayramı qana bulayacaqlarıdı, son anda qarşısı alındı - FOTO
Koronavirusu fürsətə çevirən yaponlar baxın nə istehsal etdi - MARAQLI
Məşhur model kilo tənqidlərinə seksual pozları ilə cavab verdi - FOTOLAR
İçəri maskasız girən qadın baxın nə etdi - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
“Bu hansı zehniyyətin məhsuludur ki, ər arvadını zəncirlə itin yerində bağlayır...?”
Dünya
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
Dünya
Bu dəfəki Ramazan bayramı "qar sovqatı" ilə gəldi...
Dünya
Türk partiya liderindən Tramp haqqında sərt sözlər: “Əxlaqsız insandır!”
Cəmiyyət
“Ölkədə işbazlar antikoronaviruslu çörək istehsalına başlayıblar...”
Yazar
İlham İsmayıl
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
Sultan Laçın
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Həftənin ən çox oxunanları
Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...- FOTO
Emin Ağalarov üçüncü dəfə evlənir - FOTO
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər...
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
“Türkiyə İdlibi itirsə, Ərdoğan Rusiyaya  Qarabağda savaş ilə cavab verə bilər...”
Rusiya Dağlıq Qarabağı mavi örtüklü sinidə Azərbaycana təqdim etməyəcək...
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247