“Fikrimcə, bu, həm iqtisadi, həm siyasi, həm də geosiyasi bir məsələdir. Burada qlobal məsələlər var”
Moderator.az
xəbər verir ki, bunu keçmiş Ali Sovetin sədri, tibb üzrə professor Yaqub Məmmədov
koronavirusun yaratdığı yeni şərtlərlə bağlı “Azpolitika.info”ya verdiyi
müsahibədə deyib.
Pandemiyanın
yaratdığı iqtisadi-siyasi vəziyyəti maraqlı mülahizələrlə şərh edən Y. Məmmədov
bildirib ki, burada çox böyük maraqlar, xüsusilə də transmilli korporasiyaların
maraqları görünür:
“Mənim
fikrim odur ki, buna ancaq tibbi-bioloji məsələ kimi yanaşmaq doğru olmazdı...
Təbii
ki, burada problemin süni yolla yaradıldığının əlamətləri var... Diqqət edin,
bu pandemiya məsələsi ortaya çıxdı və paralel olaraq neftin qiyməti dünya
bazarında kəskin şəkildə endi. İndi də görürsünüz ki, virus sürətlə dünyada
yayılır, ölkələr arasında ziddiyyətlərə səbəb olur”.
Professor
pandemiyadan sonrakı dünyada xeyli dəyişikliklərin olacağını və yeni münasibətlər
sisteminin yaranacağını söyləyib:
“Çox
güman ki, yeni sistemlər qurulacaq, yeni münasibətlər yaranacaq. Bu pandemiya
faktiki olaraq dünyada qloballaşmanı dağıtdı. Avropa
İttifaqının nə vəziyyətdə olduğunu görürsünüz. Bir-birinə yardım etmək əvəzinə,
dövlətlər öz sərhədlərini bağladı. Baxmayaraq ki, onların vahid valyutaları
mövcud idi, problemləri vahid formada qaldırır və onların həllinə çalışırdılar.
Görünür, bundan sonra dünyada yeni düzən olacaq.
Müşahidələr göstərir ki, Çin dövləti buna görə, birmənalı
şəkildə Amerikanı günahlandırır. Qarşı tərəf də əksinə, Çini ittiham edir.
İtaliyanın baş nazirinin müavini vəzifəsini daşımış Matteo Salvini Avropa
Birliyini “ilanlar və çaqallar mağarasına” bənzədib. Hətta deyib ki, “pandemiya
təhlükəsi aradan qalxsın, sonra onlarla haq-hesab çəkəcəyik.
Məncə, müəyyən dövrdən sonra bir sıra məsələlər aydınlaşacaq”.