Xəbər lenti
30/05/2020 [12:45]:
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
30/05/2020 [12:44]:
İrəvanın ermənilərə verilməsində Osmanlı təkid edib – Tarix
30/05/2020 [12:42]:
Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama
30/05/2020 [12:32]:
Rəqqasə Renka soyunub döymələrini nümayiş etdirdi - FOTOLAR
30/05/2020 [12:29]:
“Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir” - Zakir Həsənov
30/05/2020 [12:26]:
Azərbaycanda icra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü - FOTO
30/05/2020 [12:22]:
“Gəncə qiyamı olmasaydı, Azərbaycan tamam başqa platformada inkişaf edərdi”
30/05/2020 [12:15]:
"Abşeron yarımadasında sürəti 25 metr/saniyədən çox olan küləkli günlərin sayı artıb"
30/05/2020 [12:13]:
Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO
30/05/2020 [12:06]:
"Mən olsaydım, bayrağımızı təhqir etdiyinə görə onun tikəsini qulağı boyda edərdim"
30/05/2020 [11:56]:
Damla plastik əməliyyat etdirib? - FOTOLAR
30/05/2020 [11:51]:
Minnixanov yenə Tatarıstan prezidenti olur
30/05/2020 [11:49]:
Milli Məclisin son plenar iclasında 11 qanun layihəsi müzakirə ediləcək
30/05/2020 [11:43]:
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb - VİDEO
30/05/2020 [11:40]:
İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur - İbrahim Məmmədov
30/05/2020 [11:38]:
Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - Siyahı
30/05/2020 [11:37]:
Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi – FOTOLAR
30/05/2020 [11:34]:
“Sülh danışıqları elə bərbad vəziyətdədir ki...”
30/05/2020 [11:33]:
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
30/05/2020 [11:27]:
Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb
30/05/2020 [11:25]:
Meymunlar laboratoriyadan koronavirusa yoluxanların analizlərini apardılar - Ağlasığmaz oğurluq
30/05/2020 [11:19]:
“Orxan Pamukdan soruşdum ki, yazmaq daha çətindir, yoxsa yeritmək?..” – Fikrət Qoca
30/05/2020 [11:09]:
Azərbaycan neftinin qiyməti 37 ABŞ dollarına yüksəldi
30/05/2020 [10:48]:
Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
30/05/2020 [10:38]:
İlon Maskın kosmik gəmisinin prototipi növbəti dəfə partladı - VİDEO
30/05/2020 [10:35]:
Muradla Hadisə “O səs Türkiyə”dən gedir - FOTOLAR
30/05/2020 [10:32]:
Rusiyanı COVID-19-a görə ittihamlamaq Qərbə, yoxsa Çinə fayda verir?
30/05/2020 [10:28]:
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı - RƏSMİ
30/05/2020 [10:21]:
ABŞ-da iğtişaşlarda 200-dən çox ticarət və iaşə obyekti talan edildi
30/05/2020 [10:20]:
Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR
30/05/2020 [10:11]:
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
30/05/2020 [09:58]:
Bank inkassatorlarına silahlı basqının görüntüləri yayıldı - ANBAAN VİDEO
30/05/2020 [09:56]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 29 dəfə pozub
30/05/2020 [09:53]:
“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”
30/05/2020 [09:45]:
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
30/05/2020 [09:41]:
Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var
30/05/2020 [09:26]:
Erməni qızı bütün dünyanı necə aldadıb?
30/05/2020 [09:22]:
Almaniyadan oğurlanan və dörd ildir İnterpolun axtardığı avtomobil Türkiyədə tapıldı - FOTO
30/05/2020 [09:19]:
Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi - SON STATİSTİKA
30/05/2020 [09:17]:
Merkellə Tramp mübahisə edib
30/05/2020 [08:59]:
Rus qızları niyə bizim kişiləri sevir?- Azərbaycanlı qadınların fikir vermədiyi özəllikləri
30/05/2020 [08:56]:
2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM?
30/05/2020 [08:29]:
Putin Qələbə Paradının keçirilməsi haqqında sərəncam imzalayıb
30/05/2020 [08:28]:
Separatçı rejim rəhbəri Azərbaycanın   3 rayonuna yeni başçı təyin etdi...
30/05/2020 [08:26]:
Oğlu əlindən tutdu, arvadı ilə qızı isə boğub öldürdü
30/05/2020 [08:24]:
Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib
30/05/2020 [08:21]:
Bakıda “Taxta bazarı”nda yanğın - FOTO/VİDEO
30/05/2020 [08:10]:
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
30/05/2020 [07:40]:
20 yaşlı qıza görə  73 yaşında vəzifəsini itirdi...
30/05/2020 [07:05]:
10 pilləlik mənəvi trenajor...
30/05/2020 [06:46]:
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
30/05/2020 [06:41]:
Twitter Trampa yerini göstərdi...
30/05/2020 [00:57]:
Dövlət başçısına müraciət qəbul edilib
30/05/2020 [00:36]:
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
29/05/2020 [23:32]:
Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
29/05/2020 [23:04]:
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
29/05/2020 [22:47]:
“Belarus xalqı qadına səs verə bilməz!” - Lukaşenko
29/05/2020 [22:45]:
ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO
29/05/2020 [22:43]:
Türkiyə bu ölkəyə F-16-lar göndərir - Müharibə...
29/05/2020 [22:39]:
230 nəfər koronavirusa yoluxduqdan sonra “Tarqovu” bu gün... - VİDEO
29/05/2020 [22:11]:
İmişlidə 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb
29/05/2020 [21:44]:
Rusiyanı yalnız belə dayandırmaq olar - Eks-prezident
29/05/2020 [20:53]:
Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə cavab verdi
29/05/2020 [20:49]:
Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb
29/05/2020 [20:47]:
Külək güclənəcək, intensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29/05/2020 [20:07]:
Pakistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
29/05/2020 [20:05]:
Səfir: "BTQ Çindən Avstriyaya qədər ərazini birləşdirir"
29/05/2020 [20:04]:
“Sanki karantində deyil, istirahətdəyik” – Damla
29/05/2020 [19:54]:
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib FOTO
29/05/2020 [19:51]:
Hərbi müəssisələr və təcridxanalarda koronavirusla bağlı vəziyyət açıqlandı
29/05/2020 [19:50]:
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
29/05/2020 [19:48]:
Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ
29/05/2020 [19:32]:
Toylarla bağlı daha bir açıqlama
29/05/2020 [19:31]:
Naxçıvanda komanda-qərargah məşqi keçirildi
29/05/2020 [19:29]:
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
29/05/2020 [18:53]:
Analizlər göstərir ki, kütləvi yoluxma əsasən yas mərasimlərində baş verir - TƏBİB
29/05/2020 [18:45]:
Bu təhlükəli dini sekta Azərbaycanda yenidən fəallaşıb?..
29/05/2020 [18:43]:
Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ
29/05/2020 [18:38]:
Bakıda ən çox yoluxma Yasamalda qeydə alınıb
29/05/2020 [18:37]:
Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır
Bütün arxiv bir sırada
03/04/2020 [14:23] - Köşə - ( 3057 dəfə baxılıb)

"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."

Bəsti İsmayıl

-Müəllim, olar ?

- Yox, olmaz, hər gün gecikirsən, Nurlan, dərsi pozursan! 

Elə sinif otağının qapısı ağzından:

- Müəllim, şeir deyimmi? 

-Yaxşı, de. 

-Müəllim, Sücayərdən deyirəm . “Deyin, dustaqları buraxacaqlar…” 

-Nurlan, dünən də bunu dedin və məni ağlatdın..

-Müəllim , onda Vətənoğlundan deyim ..

-Yaxşı ,keç otur, yerindən deyərsən  

Bu dialoq az qala hər gün 11 -ci sinifdə təkrar olunurdu və kəlbəcərli uşaq hər gün sanki Sücayət, Aiqayıt, Vətənoğlu ilə dərsə gəlir, şeirlə icazə istəyirdi. Təmayül sinif olduğundan dərslər iki-iki olurdu. Tənəffüslərdə də Babək Niftəliyev oxuyur, Sarıtelləri dinləyirdim. İki il gözündə, üzündə təbəssüm oynayan bu uşaq və uşaqlar dərsə Kəlbəcər havası gətirdilər. İki il dərsimiz yarı Kəlbəcər, yarı Tərtər keçdi.
   
Əslində, biz tərtərlilər bir az da kəlbəcərliyik. Sinifdə Kəlbəcərdən çox danışırdım. Bir dəfə Nurlan sinifdə dizinə vurub, “Kəlbəcər yadıma yaman düşübdü” şeirini dedi. 

-Axı sən Kəlbəcər görməmisən, Kəlbəcəri məndən soruş.
 İlk dəfə Kəlbəcəri 5 -6 yaşım olardı görəndə. Dovutlu yaylağında. Əsrarəngiz gözəllik! Bir tərəfdə 

Tərtər çayı, meşə, qantəpərlik, qırxbuğumluq, bulaqlar.. Və bir də.., unutmadığım bir şəlalə! Niyə unutmadığımı deyim: qardaşımla mən suçiçəyi səpmişdik, dağda adam da "çiçək açarmış " sən demə! Bacım bizi elə çiçəkli -çiçəkli şəlalədə çimdirirdi. Və o şəlaləyə, bir də qırmızı rəngli sabuna nifrət edirdim. Sonra dedilər ki,  siz nə yaxşı ölməmisiniz.  Bəli ,Kəlbəcər bizi ölməyə qoymadı. Bəlkə , Kəlbəcərdə içdiyim suya, yediyim bala, qaymağa, havasına, otlarına görədir ki, hələ 
ölməmişəm. 

Demək olar ki , bizim el yarı Kəlbəcər , yarı Tərtərdə böyüyürdü. Sonrakı məkan Naltökən -Çöplü gölün üstü oldu. Mənzərə, nə mənzərə!  Hər yaylaqdan bir roman yazmağa hazıram. At belində Gavdan üzüyuxarı yol tutmaq mənim üçün qorxunc bir şey idi, gözəllik -filan bilməzdim. Sonralar beynimdə çarx kimi fırlandı hamısı və gözəllikləri onda fərq etdim. .
 
Sonra Taqqıldaq yaylağı! Burda iki unudulmazım var- birinci dəfə biz gecə çatmışdıq. Bilmirdim hardayam. Səhər açılanda alaçıqdan eşiyə çıxdım və başın hərləndi, yıxıldım. Mənzərə çox qorxunc gəldi, sanki ağ topa bulud yerə düşmüşdü, yerdən bulud qaynayırdı. Dedilər Qanlı gölün üstüdür, hərdən bulud gölə düşür. Digəri isə universitetin ikinci kursunda oxuyanda folklor nümunələri toplamalı idik ki, sentyabrda təhvil verək. Alaçıqlar yan –yana, adamlar səmimi, mehriban, şirin, hamısı qohum-əqraba.., mən də ki, elə bil göydən düşmüşdüm. Hamısı qonaq dəvət edir, mən də dəftər -qələmi götürüb gedirdim  bayatı yazmağa. Yəni, roman kimi, film kimi…

Kəlbəcər bizi aranın istisindən çəkib qoynunda böyüyürdü. Böyük İstisu! Ən yadımda qalan, orda Süleyman Rəhimovu görməyim oldu .Yəni dərs kitabımda gördüyüm yazıçı qarşımda dururdu. Sonra “Yay tətilini necə keçirdim” inşasında da yazdım bunu. Ədəbiyyat müəllimim iki dəfə soruşdu ki , doğrudan gördün Süleyman Rəhimovu? Elə bil Kəlbəcər bir məktəb idi -yay məktəbi! Gedib oxuyub gəlirdik, bəlkə, ona görə yaxşı oxuyurduq.

Bir də sanatoriya! Oval  formalı sanatoriya, nənəm orda vanna qəbul edirdi, məni də qoymuşdular yanına, işim qum saatını çevirmək idi.

Bəli, qum saatı çevrildi.  Kəlbəcər qum saatının içində qaldı. O saatı çevirmək  gərək, nəyin bahasına olursa olsun! 

Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram. Kəlbəcərin ilk köçü gələndə kənddəki ata evimizin qapısını onlara açdıq. Məktəbimizdəki kəlbəcərli uşaqlar mənim əzizgiramımdır. Bir kəlbəcərli ailəyə qızımla bir yerdə himayədarlıq edirəm. Məni toylarına çağırırlar, ağlamaq məni tutur toyda, başıma yığışırlar laçınlılar, kəlbəcərlilər. Onlar özləri də nə qədər şənlənsələr də, yenə də üzlərində kədər, vaxtsız ağarmış saçlar.. Nə deyim? 
 
Durub pəncərədən Murova baxdım. Dumanın içində idi, görə bilmədim. Görə bilmirəm, baxıb - baxıb ah çəkirəm. Kəlbəcərli şagirdim kimi deyirəm - Kəlbəcər yadıma yaman düşübdü…

Bəsti İsmayıl

Bütün dünyanı ayağa qaldıran adamın polislərə dedikləri ürəkləri sızlatdı...
"İndi Milli Şuranın zoomağazasında boş-boş danışanları gərək Əbülfəz bəylə tanış etməyəydim"
"Təəssüf ki, ildən-ilə ali məktəblərdə “Azərbaycan tarixi”nə ayrılan saatlar azalır" - MÜRACİƏT
Leninin qohumları...
"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Dünya
Dünyada koronavirusdan ölənlərin sayı 360 mini keçdi - STATİSTİKA...
Dünya
Rus milyarderlər koronavirusdan xilas olmaq üçün Avropa çimərliklərinə qaçırlar...
Cəmiyyət
"Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək"
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247