Mayın 9-da Rusiyanın paytaxtında keçiriləcək Qələbə Günü paradı ilə bağlı hazırlıq tədbirləri davam edir.
Moderator.az xəbər verir
ki, koronavirusun Rusiyada yayılmaqda davam etdiyinə baxmayaraq Putin 9 may
paradını təxirə salmaq niyyətində deyil. Bu səbəblə də əvvəlcədən nəzərdə
tutulduğu kimi, parad hazırlıqları plana uyğun şəkildə davam etdirilir.
Yalnız piyadaların deyil,
paradda iştirak edəcək Strateji Raket Qüvvələrinin Yars mobil raket sistemləri
və T-34 tanklarının da parad hazırlığı davam etməkdədir. Raket sistemləri
ilə yanaşı, parada qatılacaq 30 ədəd T-34 tankı Moskva vilayətindəki Alabin şəhərində
yerləşdirilib və təlimlərini bu şəhərdə gerçəkləşdirməkdədir.
Paradda iştirak edəcək
xarici qonaqlara gəlincə, 9 may paradında Belarus prezidentinin iştirakı təsdiqlənib.
Həmçinin, bu günə qədər parada dəvət
alan heç bir ölkə başçısı paradda iştirakla bağlı imtina məktubu yolamayıb.
Onu da qeyd edək ki, paradda
iştirak edəck hərbçilərin koronavirusdan qorunmasını təmin etmək üçün
dezinfeksiya və digər önləmlər yüksək səviyyədə həyata keçirilməkdədir. Parad təlimlərinə
qatılan hər bir əsgərin bədən temperaturu gün ərzində 3 dəfə ölçülməkdə,
onların sanitariya qaydalarına əməl etməsinə sərt şəkildə nəzarət olunmaqdadır.
Kreml hesab edir ki, koronavirusun yayılmasında “qəfil sıçrayıçlar” baş verməzsə,
o zaman 9 may paradının yüksək səviyyədə reallaşması təmin olunacaq.
Seymur ƏLİYEV