Xəbər lenti
05/12/2020 [18:06]:
“Qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi...”- FOTOLAR
05/12/2020 [17:56]:
Hərbi paradda nümayiş etdiriləcək texnikaların sayı açıqlandı - RƏSMİ
05/12/2020 [17:55]:
İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşüb
05/12/2020 [17:54]:
MN: Dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək - VİDEO
05/12/2020 [17:41]:
Türkiyə Prezidenti: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
05/12/2020 [17:39]:
“Naxçıvanla Azərbaycan arasında dəmiryolunun bərpasından ən çox faydalanan Qars olacaq"
05/12/2020 [17:39]:
“Ali Baş komandan 250 ilin tarixini yazdı, xalq üçün bundan böyük bayram ola bilməz”
05/12/2020 [17:35]:
Türkiyə daha bir böyük zəlzələ ilə silkələndi
05/12/2020 [17:35]:
“Dəhşətli vəziyyət idi, hər gün hospitala 100-120 əsgər gətirilirdi” - Erməni cərrah...
05/12/2020 [17:34]:
Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"
05/12/2020 [17:15]:
Rusiya-Türkiyə monitorinq mərkəzi Ağdamda yerləşəcək
05/12/2020 [17:13]:
Şuşada ilk boks məşqi keçmiş qardaşların döyüş yolu - FOTO/VİDEO
05/12/2020 [17:07]:
Kəlbəcərin yeni görüntüləri yayımlanıb - VİDEO
05/12/2020 [17:03]:
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
05/12/2020 [17:02]:
İraq Türkmən Cəbhəsinin sədri Azərbaycan Prezidentini təbrik edib
05/12/2020 [16:50]:
İranın sabiq vitse-prezidenti həbs edildi
05/12/2020 [16:47]:
Hulusi Akardan Azərbaycanın Vətən Müharibəsi ilə bağlı AÇIQLAMA
05/12/2020 [16:27]:
2 şəhər və 8 rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb
05/12/2020 [16:13]:
Azərbaycanda ümumilikdə 142323 nəfər COVID-19-a yoluxub, 1593 nəfər vəfat edib
05/12/2020 [16:12]:
Azərbaycanda son sutkada 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
05/12/2020 [16:07]:
Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR
05/12/2020 [15:53]:
"Görünən odur ki, Ramiz Mehdiyev və onun komandası Türkiyə ilə Azərbaycan dostluğunu qəbul etmir"
05/12/2020 [15:52]:
Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev
05/12/2020 [15:39]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
05/12/2020 [15:35]:
Təhsil nazirindən məktəbdə valideynlərdən pul yığılması ilə bağlı açıqlama
05/12/2020 [15:34]:
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir
05/12/2020 [15:28]:
Keçmiş nazir sabiq icra başçısının oğluna öz holdinqində vəzifə verib
05/12/2020 [15:26]:
“Hacılar modellərə maşın alıb, ev tikdirirlər, adam bilmir sevinsin, ya ölüb yerə girsin..."
05/12/2020 [15:21]:
"Türk dəstələri sonuncu dəfə razılaşma ilə Cənubi Qafqazda 1796-cı ildə yerləşmişdi..."
05/12/2020 [15:15]:
Daha üç koronavirus xəstəsinə cinayət işi açıldı
05/12/2020 [15:15]:
“Paşinyanın istefasını tələb edən qüvvələrin hamısı Ermənistana böyük ziyan vurublar...”
05/12/2020 [15:09]:
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
05/12/2020 [14:57]:
Bahar Muradovadan qadınlarla bağlı ÇAĞIRIŞ
05/12/2020 [14:50]:
“Onlar uzun müddət cəzasız qaldıqları üçün yeni cinayətlər törətdilər”
05/12/2020 [14:33]:
Dünya şöhrətli fotoqraf Kəlbəcərdə: “Xatirələr geri dönür” - FOTO
05/12/2020 [14:31]:
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO
05/12/2020 [14:25]:
Dəmir Muxetdinov: “Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı var”
05/12/2020 [14:24]:
70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO
05/12/2020 [14:20]:
"İnstitutdan dörd-beş dəfə qovulmuşam, valideynlərimi çağıranda dayımı aparırdım..."
05/12/2020 [14:06]:
"Sözsüz ki, hər iki qətnamə absurddur və "ikili standart"ların təzahürüdür"
05/12/2020 [14:01]:
Ehtiyatda olan DTX polkovnikindən İlham Əliyevlə bağlı Milli Məclis sədrinə MÜRACİƏT
05/12/2020 [13:58]:
“Azərbaycanlılar Ermənistanın vilayətlərinə problemsiz daxil olurlar...” - S.Sarkisyan
05/12/2020 [13:36]:
Daha 6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlər verilib
05/12/2020 [13:34]:
Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib
05/12/2020 [13:33]:
Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA
05/12/2020 [13:32]:
Humay Qədimovanın Vətən həsrəti: “Şuşaya ilk ayaq basanda torpağından dadacam...”
05/12/2020 [13:32]:
Xaçmazda evlərdən oğurluq edən şəxs tutuldu - FOTO
05/12/2020 [13:31]:
"Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir"
05/12/2020 [13:23]:
II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR
05/12/2020 [13:20]:
“Utanmırlar, millət şəhidlərimizə yas saxlayır, bunlarsa toy edirlər, ayıbdır axı...”
05/12/2020 [13:08]:
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək
05/12/2020 [13:02]:
“Suqovuşan” elektrik stansiyalarından görüntülər
05/12/2020 [12:57]:
İstirahət gününün havası: Şaxta, qar, duman...
05/12/2020 [12:46]:
Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO
05/12/2020 [12:45]:
“Onların qəbirdəki generalları xortlasaydı belə, yenə heç nə dəyişməyəcəkdi...”
05/12/2020 [12:43]:
Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA
05/12/2020 [12:40]:
Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib
05/12/2020 [12:13]:
“Yola salanda dedim ki, qayıtmayacaqsınız, dediyim sözə görə isə indiyə kimi peşmanam”
05/12/2020 [12:09]:
Ermənsitanda son sutkada 32 nəfər koronavirusdan ölüb
05/12/2020 [11:54]:
Çin Aya bayraq sancdı...-FOTOLAR
05/12/2020 [11:46]:
Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”
05/12/2020 [11:43]:
Gələn ilin bayram günləri açıqlandı
05/12/2020 [11:42]:
Erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər təyin edilib
05/12/2020 [11:26]:
Göyçayda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi tutuldu
05/12/2020 [11:18]:
“Arsenal” qış transfer dönəmində türkiyəli futbolçu alır
05/12/2020 [11:14]:
Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO
05/12/2020 [11:04]:
"Qafqazın Xirosimasını Qafqazın Dubayına döndərək, Agdam sakinlərini də Xankəndinə köçürək"
05/12/2020 [11:01]:
Zəkanı və yaddaşı artırmağın 15 yolu
05/12/2020 [10:59]:
Qusarda hasara çırpılan maşın od tutub yandı
05/12/2020 [10:57]:
Zərdabda yaşayış yerini tərk edən daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
05/12/2020 [10:55]:
Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinin məhkəməsi başlayır
05/12/2020 [10:55]:
Çində 120 qədim türk türbəsi tapıldı...-FOTO
05/12/2020 [10:47]:
Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı
05/12/2020 [10:46]:
Vəkillər Kollegiyası erməni vandalizmini və haqq səsimizi dünyaya duyurmağa davam edir
05/12/2020 [10:44]:
"Söz vermişdin ki, ağlamayacaqsan, bax ağlama, özünə həyat qur, xoşbəxt yaşa..."
05/12/2020 [10:42]:
Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu
05/12/2020 [10:29]:
"Polad Həşimov Anar haqında “sən mənim səngərdə böyüyən zabitimsən” deyirdi..."
05/12/2020 [10:25]:
Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cərimələnib - FOTO
05/12/2020 [10:23]:
Bərdədə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb
05/12/2020 [10:22]:
Ermənistanda Zəngəzur xofu, yeni müharibə və böyük köç gözləntisi...
Bütün arxiv bir sırada
04/04/2020 [02:25] - Araşdırma - ( 3519 dəfə baxılıb)

28 aprel işğalı - Rusiya dövlət sosial siyasi tarix arxivinin sənədlərindəki ilginc faktlar...



1920-ci ilin əvvəllərində Şimali Azərbaycanda aprel işğalının tarixşünaslığının yazılmasında Rusiya arxiv sənədlərinin əhəmiyyəti böyükdür. Bu sənədlər içərisində 1918-1920-ci illərə aid partiya və Sovet hökumət rəhbərlərinin bir-birləri ilə teleqram, məktub və sair formalarda yazışmaları tədqiq olunan problemlə bağlı mühüm əhəmiyyət kəsb edir. Sovet hökumət rəhbərlərinin yazışmalarının bir çoxunu Azərbaycan tarixi ilə bağlı ilkin mənbə kimi də qiymətləndirmək olar.  
1918-1920-ci illərdə nəşr olunan müxtəlif siyasi yönümlü qəzet və jurnalların səhifələrindəki yazıları da (həmin yazıların subyektiv xarakter daşımasına baxmayaraq) mövzu ilə bağlı mühüm əhəmiyyət kəsb edən mənbələr sırasına daxil etmək olar. Bu mənbələr problemin yazılmasında mühüm əhəmiyyət kəsb etmişdir. 
1917-ci ilin oktyabr ayında Rusiyada qurulan bolşevik hökuməti Cənubi Qafqazda öz işğalçılıq siyasətini Azərbaycan üzərində qurmağa çalışırdı. Daha doğrusu, Azərbaycanın işğal edilməsi sonradan Cənubi Qafqazda sovet Rusiyasının möhkəmlənməsinə şərait yaratmış olardı. 
Sovet Rusiyası xarici müdaxilə və vətəndaş müharibəsini (1918-1920-ci illər) qalibiyyətlə başa çatdırdıqdan sonra keçmiş çar Rusiyası imperiyası ərazisinin bərpa etmək və öz müstəqilliklərini yenicə qurmuş xalqları yenidən, ancaq bu dəfə başqa adla, imperiyanın əsarətinə qaytarmaq üçün əlverilşli imkan əldə etmiş oldu. RSFSR hökumətinin hərbi qüvvələri tərəfindən Cənubi Qafqazı sovetləşdirmək adı ilə zəbt etmək üçün əməliyyat hazırlığı gedirdi. 
Rusiya 1920-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq bütün diqqətini Cənubi Qafqaza- Şimali Azərbaycana yönəltmiş və müxtəlif istiqamətlərdən ona qarşı təzyiqlərə başlamışdı. Rusiyanın Azərbaycanla bağlı siyasətini dərindən öyrənilmək üçün Sovet dövlətini quran (V.İ.Lenin, İ.Stalin, Q.Orconikidze, Q.Çiçerin, D.Trotski, S.Kirov və başqaları) şəxslərlə əlaqədar Rusiya Federasiyasının arxivlərində saxlanılan sənədlər daha çox diqqəti cəlb edir. Məsələn, 1920-ci il martın 17-də V.Lenin Q.Orconikidzeyə göndərdiyi teleqramında qeyd edirdi ki, Bakını tutmaq bizə olduqca vacibdir. Bütün cəhtləri bu istiqamətə yönəltmək lazımdır. Bununla belə nəzərə almaq lazımdır ki, bəyanatlarınızda olduqca diplomatik olmaq vacibdir və yerlərdə sovet hakimiyyətinin möhkəm hazırlandığına yüksək əminlik olmalıdır. Eyni ilə Gürcüstana yanaşılmalıdır. Məsləhət görürəm ona (Gürcüstana-A.V.) daha çox ehtiyatla yanaşılsın (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 4-7). Bu teleqramdan tam aydın olur ki, Sovet Rusiyasının əsas məqsədi Azərbaycanı işğal etmək olmuşdur. Bununla bağlı çox ciddi hazırlıq işləri də görülürdü. 
D.Trotskinin Bakının işğal olunması ilə bağlı 1920-ci il martın 21-də Moskvadan İ.Stalinə göndərdiyi teleqramı diqqəti cəlb edir. Teleqramda “Tuxaçevsikiyə sorğu göndərdiyini” və ondan “Bakını işğal etmək və saxlamaq üçün təcili əməliyyatın aparılmasının mümkün” olub-olmaması ilə bağlı məlumat istədiyi qeyd olunurdu (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 4-7).  
Bu dövrdə RSFSR XKS-nın sədri V. Leninin təşəbbüsü ilə, İ. Stalinə Qafqaz Cəbhəsinin möhkəmləndirilməsi işinə nəzarət etmək tapşırılmışdır. İ.Stalin L. Trotskiyə 1920-ci il 21 mart tarixində göndərdiyi teleqramında yazırdı: “Şifrələnmiş teleqramınızı aldım. Qafqaz cəbhəsində 25 atıcı və 10 diviziya var. Sizin təklifinizə uyğun olaraq polyaklara qarşı duran diviziyadan 6-sını götürmək olar. Qalan qüvvələrlə Bakı rayonunu cəsarətlə saxlamaq mümkündür. Əgər birtərəfliyə söz versək, Gürcüstan qorxulu deyil (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 3).
Sovet Rusiyası Cənubi Qafqaza hərbi təcavüz etmək üçün müxtəlif formada təzyiqlərini artırmışdır. 1920-ci ilin əvvəlində sovet hökuməti Denikin ordusuna qarşı birgə hərbi əməliyyatlar aparmaq məqsədilə, müqavilə bağlamaq təklifilə, Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət etmişdir. Lakin hər dəfə rəd cavabı almışdır. 
Sovet Rusiyasının xarici işlər komissarı Q.Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə bir neçə dəfə nota göndərərək Denikinə qarşı birgə mübarizə aparmaq təklifi olunmuşdur. Lakin AXC hökuməti cavab notasında bunun Rusiyanın daxili işi olduğunu bildirmişdi. Sovet Rusiyasının Şimali Qafqazda mövqeyinin möhkəmlənməsini və işğal olunma təhlükəsini görən Azərbaycan və Gürcüstan hökumətləri 1920-ci ilin yazında Rusiya ilə müqavilə bağlamaq üçün öz nümayəndələrini Moskvaya göndərməyə məcbur olmuşdular. Lakin şəraitin dəyişməsi ilə Moskva danışıqları yubatmışdır.
Sovet Rusiyası Qafqazda yerləşən ordularını yenidən formalaşdıraraq “1920-ci il yanvarın 16-da Cənub-Şərq cəbhəsi Qafqaz cəbhəsi adlandırılmağa başlamışdır. Onun tərkibinə 8-ci, 9-cu, 10-cu, 1-ci süvari və 11-ci ordular daxil edilmişdir”.
Bakının işğalı ərəfəsində Orconikidzenin aprelin 23-də Çiçerinə göndərdiyi teleqramında Bakıdakı vəziyyəti belə izah edirdi: “hökumətin tərkibindən ittihadçılar, sosialistlər və başqa partiya nümayəndələri çıxmışdır. Yusifbəyov hökuməti yalnız müsavatçılardan ibarətdir. Türkiyədə Milli hərəkatın rəhbəri Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsınlar. 1920-ci il aprelin 21-də cəbhə qərargahının məlumatı əsasında, Bakını ələ keçirmək üçün ordunun cəmləşdirilməsi haqqında əmr verilmişdir. Əslində Orconikidzenin guya “Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsın” fikri heç bir tarixi sənədə əsaslanmadığına görə tamamilə yalnışdır. Çünki indiyə kimi bu məsələ ilə bağlı nə Rusiya, nə də ki, Türkiyə arxivlərində elə bir sənədə rast gəlinməmişdir.  
1920-ci il aprelin 23-də Tuxaçevski və Orçonikidze tərəfindən 11-ci Ordunun komandanlığına göndərdikləri teleqramda “son məqsəd Bakı quberniyası deyil, bütün Azərbaycan ərazisini ələ keçirmək hesab edilməlidir” əmri verilmişdir. 
Bakı işğal olunduqdan sonra Q.Orconikidze və S.Kirovun Bakıdan V.Leninə göndərdiyi 1920-ci il 4 may tarixli teleqramında (Orconikidzenin birinci teleqramı 1920-ci il aprelin 30-da Leninə göndərilib və burada 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanda baş vermiş hadisələr şərh olunmuşdur) deyilirdi: “27-dən 28-nə keçən gecə, saat 2-də Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi. O da Azərbaycanı Sovet Respublikası elan etdi. Gecə saat 4-də zirehli qatar Bakıya daxil oldu” (RDSSTA, f, 85. siy.13. iş. 12. v. 9-10). 
Q.Orconikidze və S.Kirovun 1920-ci il mayın 4-də Mərkəzə göndərdikləri teleqramda hakimiyyət kommunistlərə təhvil verildikdən iki saat sonra piyada batalyonu olan zirehli qatar Bakıda olduğu, ertəsi günü süvari və ordunun qərargaha gəldiyi qeyd edilmişdir. Q.Orconikidze və S.Kirovun V.Leninə göndərdikləri teleqramda “yaxın vaxtlarda Azərbaycanda baş verənlər Gürcüstanda da olacağı” haqqında və  Azərbaycanı təbrik etməyin və onun ümumi formada tanınmasının vacib” olduğu göstərilirdi. Bundan sonra V. Lenin Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərmişdi. V.Leninin 1920-ci il mayın 5-də RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə göndərdiyi teleqramda deyilirdi: “Xalq Komissarları Soveti müstəqil Azərbaycan respublikasının zəhmətkeş kütlələrinin azad edilməsini təbrik edir”. 
Sovet ordusu Bakını yenicə işğal etməsinə baxmayaraq, artıq Azərbaycanın Sovet Rusiyası ilə birləşməsindən söhbət gedirdi. Bununla bağlı Q.Orconikidze və S.Kirovun 1920-ci il mayın 4-də Mərkəzə göndərdikləri teleqramda deyilirdi: “Azərbaycanın Sovet Rusiyası ilə hərbi, təsərrüfat və iqtisadi birləşməsini həyata keçirəcəyik. Təcrübə, bizə bütün Qafqazda, eləcə də başqa yerlərdə Xalq Komissarları Sovetinin adından səlahiyyət vermənizi tələb edir. Təcili radio ilə, yaxud kimləsə göndərməklə, bizi bu səlahiyyətlə təmin edin. Nərimanova belə səlahiyyətlər verməyin”. Halbuki Sovet ordusu tərəfindən Bakının işğal edilməsi ərəfəsində N.Nərimanovun onlara nə qədər lazım olduğunu Q.Orconikidzenin Mərkəzə-Moskvaya göndərdiyi teleqramından görmək mümkündür. Q.Orconikidze yazırdı: “Nərimanov olduqca Bakıya lazımdır. Artıq dərəcədə Sizdən xahiş edirəm, sabah onu bizə yola salın”. Buradan göründüyü kimi, əgər əvvəllər Q.Orconikidze və S.Kirov Moskvadan N.Nərimanovu təcili Bakıya göndərməyi xahiş edirdilərsə, indi artıq onun Bakıya gəlişini istəmirdilər, səbəb isə onun nüfuzundan və onların hər ikisinin pərdəarxası oyunlarının N.Nərimanov tərəfindən ifşa olunacağından qorxmaları idi. 
Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra hər cür özbaşınalıqlar baş vermişdir. Bu dövrdə kütləvi həbslər başlamışdır. Qazax qəzasının fövqəladə komissarı Əli İsgəndərovun AK(b)P MK-ya göndərdiyi hesabat xarakterli məruzəsində Gəncə üsyanından (burada söhbət 1920-ci ilin may ayında rus işğalına qarşı silahlı üsyandan gedir) sonra tərkibində 14 bəyin də olduğu 40 nəfər tanınmış şəxsin həbs olunaraq Bakıya göndərilməsi və həbs olunanlar arasında “Müsavat” partiyasının 25 üzvünün olması haqqında məlumat öz əksini tapmışdır. Məlumdur ki, XI Ordu 1920-ci ilin mayında Gəncə üsyanının yatırılmasında xüsusilə qəddarlıq göstərmişdir. O dövrdə Sovet Rusiyanın xarici siyasətini istiqamətləndirən Q.Çiçerin də V.Leninə göndərdiyi teleqramında “Yelizavetpolda (Gəncədə-V.Ş.) müsəlmanların kütləvi öldürülməsini” etiraf etmişdir. 
Pankratovun rəhbərlik etdiyi Xüsusi şöbənin apardığı əməliyyat nəticəsində, Sovet dövlətinin əleyhinə gizli təbliğat apardıqlarına görə, 1920-ci il oktyabrın 30-dən 31-nə keçən gecə “İttihad” partiyasının üzvlərindən  86 nəfər həbs edilmişdir. 1920-ci il noyabrın 20-də isə AKP MK siyasi bürosunun iclasında Pankratovun verdiyi məlumatdan belə aydın olur ki, Zaqatala dairəsindən 70 nəfərə kimi həbs edilmiş, onların da içərisində antisovet əleyhinə üsyanın rəhbəri İslam bəy Kardaşov da var idi. Digər bir sənəddə isə Qazaxda ağ ordunun zabiti Qarayev Həmid həbs olunaraq Qafqaz cəbhəsinin Xüsusi şöbəsinin ixtiyarına verilmişdir. Bu şöbənin də ixtiyarına verilən insanların taleyi nə ilə nəticələnməsi tarixi sənədlərdən məlumdur. Belə ki, Şimali Azərbaycan XI Ordu tərəfindən işğal olunduqdan sonra günahsız insanların sorğu-sualsız güllələnməsi adi hal almışdır. Rəsmi sənədlərə görə Ağdaşda həbs olunanlardan Cəbrayıl Məmməd oğlu, Məmməd bəy Hüseynbəy oğlu Həbibbəyov, Lətif  Əbdüləziz oğlu, Həmid Əziz oğlu güllələnmişdir. İşğalın birinci günü qəzalarda həbs olunanların bir çoxu güllələnmək üçün Bakıya göndərilirdilər. 1920-ci il iyulun 17-də Azərbaycan SSR İnqilabi Hərbi-Səhra Tribunalı 14 nəfər kommunistin Azərbaycandan sürgün edilməsi və 28.340 rubl dəyərində pul və əmlaklarının müsadirə olunması, eləcə də Azərbaycan Dəmir Yol rəisi və General-Qubernatoru Teymur bəy Məlik Aslanovun güllələnmə qərarı çıxatmışdır. 
Gürcüstanın da sovetləşdirilməsi məsələsini işləyib hazırlanmasının planlaşdırılmasına baxmayaraq, 1920-ci ilin aprelin ortalarında Gürcüstanda hakimiyyətə qarşı yerli kommunistlər tərəfindən təşkil olunmuş üsyan məğlubiyyətlə başa çatmışdır. Gürcü hökuməti üsyanı yatırmışdır. Onun iştirakçılarının bir çoxu həbsxanaya salınmışdır. Q.Orçonikidze 1920-ci il aprelin 23-də gürcü kommunistlərinin həbsi haqqında Lenin və Çiçerinə teleqrafla xəbər vermişdi. Həmin dövrün sənədləri sübut edir ki, Azərbaycanı işğal etməsindən əvvəl Sovet Rusiyası Gürcüstanı işğal etmək fikirində olmuşdur. Lakin Gürcü hökumətinin qəti addımı bunun qarşısını almışdır. 
Məlumdur ki, Azərbaycanda baş vermiş 1920-ci ilin aprel işğalını RSFSR XKS sədri V.Lenin tərəfindən çox sevinclə qarşılanmışdır. O, yanacaqsız qalmış Rusiya sənayesinin artıq “iqtisadi baza”sının olduğunu bildirmişdi.  1920-ci il aprelin 29-da Şüşə-Çini istehsalat müəssisəsi fəhlələrinin Ümumrusiya qurultayında çıxış edən V.İ. Lenin demişdir: “Bakı proletariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini devirmişdir. Beləliklə, nəqliyyatımız və sənayemiz Bakı neft mədənlərindən çox böyük yardım alacaq”. 
XI Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra bura Sovet hakimiyyətinin sonrakı fəaliyyəti üçün əsas dayaq məntəqəsi olmaqla yanaşı, Sovet hökuməti Azərbaycanın ərazi bütövlüyünü ermənilərin xeyrinə həll etməyə başlamışdır. Yalnız N.Nərimanovun Mərkəzin Azərbaycana qarşı bu cür münasibətinə qarşı çıxması məkrli düşmənin planlarını tamamilə həyata keçirməyə imkan verməmişdir. Lakin Azərbaycanı işğal edən Rusiya idi, N.Nərimanovun isə ona gücü çatmazdı. Digər tərəfdən, N. Nərimanov və onun silahdaşları bolşevik süngülərinin köməyi ilə hakimiyyətə gəldiklərinə görə ona qarşı nəinki mübarizə apara bilməzdilər, ona heç gücləri də çatmazdı. Azərbaycanın taleyini bolşevik Rusiyası ilə bağlayan N.Nərimanov, ancaq qələminə və şəxsi nüfuzuna görə bəzi haqsızlıqların qarşısını ala bilsə də, ümumilikdə, sovet müstəmləkəçilik siyasətinin qarşısını ala bilməməşdir. 
Q.Orconikidze 1920-ci il mayın 22-də Leninə, Stalinə və Çiçerinə göndərdiyi teleqramında yazırdı: “Mənə elə gəlir ki, Şuşa, Naxçıvan, Ordubad və Culfa ermənilər tərəfindən heç bir müqavimətə rast gəlmədən işğal olunmalıdır” (RDSSTA,  f. 85. siy.2/s. iş. 4. v. 5). 1920-ci il iyunun 19-da Q.Çiçerinin Q.Orconikidzeyə göndərdiyi teleqramda isə bildirilirdi: “Qarabağ, Zəngəzur, Şuşa, Naxçıvan, Culfa nə Ermənistana, nə də Azərbaycana birləşdirilməməli, yerli sovetlər yaratmaqla Rusiyanın hakimiyyəti altında qalmalıdır. Əks təqdirdə başqa qərarlar, ümumi vəziyyətin tələb etdiyi sülh siyasətimizi poza bilər”. 
Q.Çiçerin 22 iyun 1920-ci ildə RK(b)P MK Siyasi bürosuna göndərdiyi digər bir məktubunda “sovet qoşunları tərəfindən ələ keçirilməsi nəzərdə tutulan mübahisəli ərazilərin – Qarabağ, Zəngəzur, Naxçıvan, Culfa, Şərur, Dərələyəz qəzaları Azərbaycana birləşdirilməsinin mümkün olmadığını” qeyd etmişdir. O, bunu guya “Ermənistanla razılaşmanı qeyri-mümkün edəcəyini” önə çəkirdi (RDSSTA, f.5, siy.2, iş.314, v.11). Halbuki, bəhs olunan dövrdə Ermənistan (Ararat) Respublikasının elə bir siyasi və hərbi gücü yox idi ki, Sovet Rusiyasına qarşı dura bilsin. 
İlk vaxtlar Moskva Azərbaycanla hesablaşırdı. Cənubi Qafqazda hər hansı bir tədbir keçirmək istəsəydi, onda Azərbaycanın mövqeyini nəzərə alırdı. Lakin sonrakı mərhələdə, yəni Sovet hakimiyyəti möhkəmləndikcə Azərbaycanın hakimiyyət orqanlarının fikirləri daha nəzərə alınmırdı. Q.Orconikidze isə Azərbaycana xüsusi önəm verirdi. Mərkəz ona Bakıda qalıb Azərbaycan İnqilab Komitəsinin siyasi rəhbərliyini öz üzərinə götürməsi göstərişi vermişdir. 
Beləliklə, “Rusiya dövlət sosial siyasi tarix arxivi (RDSSTA)” sənədlərinin müəyyən bir hissəsinin təhlil olunması aşağıdakı nəticəyə gəlməyə imkan verir: 1. Azərbaycan zəhmətkeşləri Azərbaycana hərbi təcavüz etməyi Sovet hökumətindən xahiş etməmişdir. 2. XI qırmızı ordu Azərbaycanı azad etmək deyil, işğal etmək üçün hərbi təcavüz etmişdir. 3. 1920-ci il aprelin 28-də milli hökumət (Azərbaycan Xalq Cümhuriyyəti) devrildikdən sonra hakimiyyətə, “əməkçi xalq” deyil, Azərbaycanı Sovet Rusiyasına birləşdirmək istəyən bir qrup azərbaycanlı kommunist gəlmişdir. 4. AXC-nin parlament iclası 1920-ci il aprelin 27-də hakimiyyəti azərbaycanlı kommunistlərinə təhvil vermək üçün deyil, müstəqil dövlətin sərhədlərini pozan və Azərbaycanı işğal etməyə gələn rus ordusu ilə bağlı məsələni müzakirə etmək üçün çağırılmışdı. Lakin vəziyyətin daha da kəskinləşməsini nəzərə alan hökumət hakimiyyəti müəyyən şərtlər daxilində müvəqqəti olaraq Azərbaycan kommunistlərinə verməyə qərara almışdır. 5. Azərbaycanın təbii sərvətləri – nefti, pambığı, taxılı və s. məhsulları təmənnasız olaraq Rusiya Sovet imperiyasının ümumi malına çevrilmişdi. 6. Azərbaycanın idarə olunması və ərazi bütövlüyü məsələsi Sovet hökumətinin nəzarəti altında həll olunması nəzərdə tutulurdu. 7. “Müstəqil Azərbaycan Şüarı” yalnız şüar olaraq qalmışdır, həqiqətdə isə Şimali Azərbaycan bolşevik Rusiyasının müstəmləkəsinə çevrilmişdi. 
                                                                       
Vaqif Abışov
Tarix üzrə elmlər doktoru  

loading...
"Türk dəstələri sonuncu dəfə razılaşma ilə Cənubi Qafqazda 1796-cı ildə yerləşmişdi..."
"İnstitutdan dörd-beş dəfə qovulmuşam, valideynlərimi çağıranda dayımı aparırdım..."
"Qarabağı azad edən xalq nədən korrupsiyanın qarşısında aciz qalmalıdır ki...?"
Naxçıvan dəhlizi Cənubi Qafqazda dəngələri necə dəyişə bilər?
Soyuqda bikini ilə velosiped sürən qadının əsl məqsədi baxın nə imiş...+ FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi...”- FOTOLAR
Cəmiyyət
“Ali Baş komandan 250 ilin tarixini yazdı, xalq üçün bundan böyük bayram ola bilməz”
Hadisə
“Dəhşətli vəziyyət idi, hər gün hospitala 100-120 əsgər gətirilirdi” - Erməni cərrah...
Cəmiyyət
“Utanmırlar, millət şəhidlərimizə yas saxlayır, bunlarsa toy edirlər, ayıbdır axı...”
Dünya
"Stepanakert alayı darmadağın ediləndən sonra döyüş qabiliyyətli bölmələrimiz yox idi"

Həftənin ən çox oxunanları
Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və bizim limitimiz haqqında...
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
“Anarı biabır elədim ki, əgər qisasın var idisə, heç dəfn mərasiminə də gəlməyəydin...”
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247