Koronavirusla əlaqəli xüsusi tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır. Mütəxəssislərin də tövsiyyə etdikləri kimi xəstəlikdən qorunmağın ən effektiv yolu evdə qalmaq, məcbur olmadıqca evdən çıxmamaq, çıxıldığı zaman da gigiyena qaydalarına əməl etmək və insanlarla aramızda iki metrdən az olmayaraq məsafə saxlamaqdır.
Dövrümüzün əsas xəstəliklərindən biri də oturaq həyat tərzidir. Oturaq həyat tərzi bizdə ürək damar, diabet, əzələlərin zəifləməsi, həddən artıq piylənmə kimi əlavə problemlər yaradır.
Bəli evdə qalmalıyıq həm də özümüzü bunun yarada biləcəyi digər problemlərdən də qorumalıyıq.
Bildiyiniz kimi xəstəliklərdən qorunmaq üçün immunitetimiz də sağlam olmalıdır. Deməli bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir.
Evdə olduğumuz zaman sağlamlığımızı mühafizə etmək, əzələlərimizi gücləndirmək üçün nə edə bilərik?
Bu günlərdə keçəcək əsas olan bizlərin fiziki və psixoloji sağlamlığımızdır. Unutmayaq ki, xəstəlik bizim alacağımız önləmlərdən daha güclü deyil. Bu günlər evdə qalmaq, hərəkətli olmaq, təslim olmamaq, daha da güclənmək lazımdır.(AzEdu.az)