Koronavirusun ən çox yayıldığı ölkələrdən biri də İspaniyadır.
Son məlumatlara görə, ölkədə virusdan ölənlərin sayı 12 min nəfərə yaxınlaşarkən (dünya üzrə 2-ci yer), yoluxanların sayı isə 118 min nəfərə (dünya üzrə 3-cü yer) çatıb.
Belə ağır durumda olan ölkənin hökuməti vəziyyətdən çıxış yolları üçün çalışır və ehtiyacı olan tibbi ləvazimatları təmin etmək məqsədilə addımlar atır.
Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, belə bir məqamda İspanyanın xarici işlər naziri Aranka Qonzales Türkiyəni ittiham edən bəyanatla çıxış edib.
Nazir onlara məxsus olan, İspaniyanın satın aldığı tibbi məhsulların, o cümlədən indi bütün dövlətlərin ən çox ehtiyac duyduğu süni nəfəs cihazlarının Türkiyədə saxlandığını və buraxılmadığını bildirib.
Onun sözlərinə görə, bu ləvazimatların çxışına Türkiyə tərəfi icazə vermir:
“Türkiyə virusla mübarizə şərtlərində yarana biləcək ehtiyaca görə tibbi ləvazimatın ixracına məhdudiyyət qoyub. Ümid edirik ki, bu məsələ qısa müddətdə həllini tapacaq”.
Hələki məsələyə Türkiyə rəsmi aydınlıq gətirməyib.
Taleh