Bu gecədən etibarən ölkədə sərtləşdirilmiş karantin rejimi və onunla bağlı qaydalar qüvvəyə minir. Bununla bağlı ortada xeyli cavabını gözləyən suallar var. Musavat.com Operativ Qərargahın hazırladığı sual-cavab mətnini oxuculara təqdim edir.
1. SUAL: İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər öz xidmətlərini davam etdirə bilərlərmi?
Cavab: Bəli belə xidmətçilər fəaliyyətlərini davam etdirə bilərlər. Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li qərarında buna icazə verilir:
“4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.”
Sadəcə belə xidmətçilər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir.
***
2.Sual: Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazə ilə getməlidir?
Cavab: 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər.
****
3.Sual: Küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac var?
Cavab: Xeyr, yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir.