Bioloji savaşın əsas şifrəsi: Kraliçaya kimlər silah doğruldub, onu hədələmişdilər...
Oxunub: 1670
04 Apr 2020 | 15:29
Bioloji savaşın əsas şifrəsi:  Kraliçaya kimlər silah doğruldub, onu hədələmişdilər...
Daxili “dərin hesablaşma” həm ABŞ-ı, həm də bütün dünyanı kataklizmlərlə üzləşdirib; Ağ Ev sahibinin ordu üzərindən “dərin güclər”ə həbs mesajı verdiyi, minlərlə sərvət sahibinin qandallana biləcəyi ehtimal olunur; ABŞ-da növbəti prezident seçkiləri də təxirə salınarsa, bu, dünya iqtisadiyyatını tamamilə çökdürə bilər...

Bundan əvvəlki iki yazımızda koronavirusun yayıldığı ilk günlərədən başlayaraq, müşahidə edilən şübhəli məqamlardan danışmışdıq. Şayiə yayma, qorxu və xof yaratma yoluyla ümumbəşəri itaət texnologiyasından necə istifadə olunduğundan bəhs etmişdik. Hədəfə alınan üç dövlətin “günah”larını sadalamışdıq, onların niyə ilk qurban olaraq, seçilmələrinin səbəblərinə aydınlıq gətirməyə çalışmışdıq.

Bu yazımızdasa, daha çox dünyanı şəriksiz idarə etməyə iddialı olan “dərin güclər” arasındakı savaşa diqqət yetirməyə çalışacağıq. Və onların bioloji silah tətbiqiylə start verdikləri Üçüncü Dünya Savaşında can atdıqları ehtimal olunan hədəflərindən danışacağıq.

Hələlik savaş ilkin mərhələsindədir. Mütləq qalib və məğlub mövcud deyil. Dünyanın yenidən bölüşdürülməsi və fərqli şərtlər altında dizayn edilməsi etapına keçid etməyə də imkan tapmayıblar.

Yəni, sadəcə, bioloji silahı tətbiq edib, “pusquya yatıblar”, müşahidə edirlər və dünyanı tam nəzarət altına almaq hədəfli prosesi öz ssenarilərinə uyğun şəkildə yönləndirməyə çalışırlar. Və o “böyük gün”ü iplə çəkirlər, yaxınlaşdırmağa can atırlar.

Ancaq hər şeyin onların istədiyi kimi getdiyi də bir qədər şübhə doğurur. Çünki günlər geçdikcə dünyanın “başına hördükləri corabın ipləri də sökülməkdədir”. İnsanlar artıq baş verənlərin fərqinə varmağa, reallıqları anlamağa başlayıblar. Yəni, bəzi məsələlərin üzərindəki “sirr pərdəsi” nazilməkdədir.

Ona görə də, “cidanı çuvalda gizlətmək”də də artıq çətinlik çəkirlər. Hər halda, koronavirusun bir bioloji silah olduğu tədricən təsdiqlənməkdədir. Hətta bunun bəzi rəsmi sübutları da artıq ortaya çıxmaqdadır. Və kifayət qədər “uca səs”lə, dolayısıyla da olsa, etiraf edilməkdədir.

ABŞ

Bioloji silah olduğunu etiraf edirlər, sadəcə, sahib çıxmırlar

Məsələn, ABŞ bəyanlamışdı ki, dünyaya yayılan epidemiyaya görə Çin günahkardır. Çin isə bunun cavabını gecikdirməmişdi. Bu ölkənin XİN rəsmisi koronavirusun Çinə ABŞ hərbçiləri tərəfindən gətirildiyini vurğulamışdı. Əgər, kimsə gətiribsə, deməli, bioloji silahdır.

Digər bir önəmli sübut isə ABŞ parlamentindəki son müzakirələrdə ortaya atılan iddialardır. Həmin müzakirələrdə “Bu, Çinin bioloji silahıdır” iddiaları səsləndirilmişdi. Eyni zamanda Çinin bu virusu bütün dünyaya və ABŞ-a yaydığı vurğulanmaqla, bu ölkənin 4 trilyon dollarlıq kompensasiya ödəməli olduğu qabardılmışdı. Və tezliklə bununla bağlı beynəlxalq məhkəmədə iddia qaldırılacağı bildirilməklə yanaşı, koronavirus məhz “Çin virusu” kimi adlandırılmışdı. Bu isə boşuna deyil, arxasında ciddi mətləblərin yatdığı qətiyyən şübhə doğurmur.

Əsas ehtimal isə odur ki, hazırda bütün dünyanı təhdid edən pandemiya əslində ABŞ-dakı “dərin güclər” arasındakı hesablaşmadır. Həmin “dərin güclər” həm ABŞ-a, həm də ümumiyyətlə, bütün dünyaya tam nəzarət uğrunda həlledici savaşa girişiblər.

Çin

Çini hədəfə çevirən iki önəmli səbəb...

Bəs, onda niyə məhz Çin vuruldu? İki önəmli səbəbi var. Birinci səbəb hamının bildiyi kimi, Çin ABŞ-ın əsas beynəlxalq rəqiblərindəndir. Bu dövlətin yaxın gələcəkdə dünya hegemonluğu yarışında ABŞ-ı üstələmə ehtimalı varıydı.

İkinci səbəbə gəldikdəsə, bu, daha çox ABŞ-ın özü ilə bağlıdır. Belə ki, Çin ABŞ-dakı “dərin güclər”in toqquşmasında önəmli alətlərdən biri kimi yer almaqdadır. Hər halda, Çinin maliyyə-iqtisadi və hərbi-siyasi yüksəlişinin qaynağı barədə təsəvvürləri olanlar nə demək istədiyimi yəqin ki, anladılar.

Bəli, Çinin maliyyə-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz ABŞ-dakı rəqib “dərin güclər”dən birinə bağlıdır. Ünvanını dəqiq göstərməyə ehtiyac duymadığımız həmin “dərin güc” SSRİ dağıldıqdan və dünyada sosialist iqtisadiyyatı şökdükdən sonra Çinə fantastik məbləğlərdə səhnəarxası yatırım etdilər. Çini gücləndirdilər, yeni supergüc şineli geyindirib, SSRİ-nin dağılmasıyla dünyada ipləri əlinə almaq şansı qazanmış rəqibləriylə qüvvələr nisbətini tarazlaşdırmağa nail oldular.

Təbii ki, rəsmi Pekin bütün bu müddət ərzində Çinin ABŞ-dakı “dərin ağalar”ına və onların təlimatlarına, maliyyə-iqtisadi manipulyasiya ssenarilərinə maksimum səviyyədə sadiq qaldı. Elə bu gün də sadiqdir. Əks halda, dünyada Çin adlı dövlət mövcud olmazdi. Bunun əvəzində dünyanın çiyinlərində ağır yekə çevrilən, aclıq və səfalətdən vəhşiləşmiş insan sürüsünün izolyasiyada saxlandığı məkana çevrilərdi.

Yeni hesablaşma mərhələsində də məhz bu səbəblərdən Çin ilk bioloji zərbəyə məruz qaldı. Bir tərəfdən, mövcud sərtləri sıfırlanıb, yenidən dizayn ediləcək dünyada indiki Çinə yer ayırmadıqlarının mesajını verdilər.

Digər tərəfdənsə, bir rəqib, digərini ən zəif yerindən vurmağa çalışdı. Çünki bu, pandemiya və beynəlxalq iqtisadi iflasın əsasını qoymaqla yanaşı, rəqibi həm də bütün dünyada baş verəcəklərlə şantaj edib, daha rahat hərəkət etmək imkanları açacaqdı. Yəni “dərin rəqib” tam məğlub edilməsə belə, pat vəziyyətinə düşmüş olacaqdı.

Dünyanı

ABŞ-ı vuran daxili “dərin hesablama”...

İndi gələk, epidemiyanın yayılmasına görə ABŞ ilk sıraya yerləşməsinə... Bunun da iki önəmli səbəbi var. Birinci səbəb bioloji silahın dövriyyə buraxılmasına görə əsas şübhələri həm özlərindən, həm də ABŞ-dan yayındırmaq niyyətidir. Yəni demək istəyirlər ki, əgər, virus ABŞ-dan Çinə atılmış olsa, okeanın o tayına dönüb, bu qədər adamı yoluxdurmazdı. Əlbəttə, yəqin ki, virus geri dönməyib, amma elə öz çıxış bazasındanca amerikalılarla görüşdürülüb.

İkinci səbəbsə, Ağ Ev sahibi Donald Trampla bağlıdır. Bu hesablaşmada D.Tramp da hədəfdə görünür. Çünki Çinə himayədarlıq edən “dərin güc”ün D.Trampın “oval kabinet”ə sahiblənməsində həlledici iradə sahibi olduğu iddia edilir. Ona görə də rəqiblər D.Tramp hakimiyyətə gəldiyi gündən başlayaraq, ona rahat nəfəs aldırmadılar. Gah Rusiyanın seçdirdiyi prezident damğası vurdular, gah da impicment tətbiq etməyə çalışdılar.

Yəni, Ağ Evə köçdüyü gündən D.Trampın bu hesablaşmanın içərisində olduğu müşahidə edilir. Əslində, o özü də buna hazır olduğunu qətiyyən gizlətməmişdi. Belə ki, andiçmə mərasimində “Mənim prezidentliyim dövründə hər şey dəyişəcək, fəqrli olacaq. Mənim üçün ABŞ, ABŞ-ın maraqları var, bir də digərləri...”

Həmin “digərləri” indi D.Trampla və onun arxasındakı “dərin güclər”lə hesablaşmaq qərarına gəlib. Və bu hesablaşmanın nəticələri bütün dünyada öz təsirini göstərməkdədir. Yəni hazırda Trampı hakimiyyətə gətirən millətçi-dinçilər və dolların üzərinə imza atıb, onun simvollarını müəyyənləşdirmiş "dərin güclər"in həlledici hesablaşmaya girişdikləri ehtimal olunur. 

ABŞ

Trampın “dərin güclər”ə ordu üzərindən həbs mesajı...

Amma Ağ Ev sahibi müqavimət göstərir. Son günlər reytinqi yüksəlməkdə olan D.Tramp arxasındakı “dərin güclər”lə əks həmlələr etməkdədir.

Məsələn, ABŞ ordusunun iri şəhərlərə yeridilməsi, küçələrdə əli silahlı əsgərlərin dolaşması heç də boşuna deyil. Düzdür, Ağ Ev bunu ordunun epidemiya ilə mübarizəyə cəlb edilməsiylə izah edir. Ancaq əli silahlı əsgərlərin epidemiya ilə mübarizəsi bir bəhanə təsiri bağışlayır. Çünki onlar insanlara yoluxan koronavirusa atəşmi açacaqlar?

Deməli, ordu qarşı tərəfə xəbərdarlıq mesajıdır. Yəqin ki, rəqibə “Anlaşmaq lazımdır, əks halda ən sərt addımları atmaq məcburiyyətində qalacağıq” eyhamı çatdırılır. Rəqib mesajı qəbul edəcəkmi, yoxsa sona qədər savaşıb, obsalyut hökmranlıq hədəflərinə can atacaqmı?

Bu sualın cavabı yəqin ki, irəliləyən günlərdə nisbətən aydınlaşmağa başlayacaq. Hələliksə, qeyd edək ki, Ağ Evə yaxın siyasi dairələr Tramp administrasiyasının müəyyən mərhələdə qəti addımlar atmaq, “dərin güclər”ə aid minlərlə nüfuzlu şəxsi həbs etməyə ehtiyac yarana biləcəyini müzakirə etdiyini vurğulayırlar.

ABŞ

Həlledici zərbə ABŞ-da növbəti prezident seçkilərinin təxirə salınması ola bilər

Belə anlaşılır ki, “dərin güclər”in amansız hesablaşması nəticəsində “bioloji bomba” məhz Tramp administrasiyasını qucağına buraxılıb. İndi Ağ Ev ya o bombanı rəqibin məkanına atmalıdır, qucağında partlamasıyla barışmalıdır.

Rəqibsə, qərarlıdır, geri çəkilmək niyyətində deyil. D.Trampı və arxasındakıları yox edənə qədər savaşmağa hazır olduğunu sezdirir. Və gələcək həmlələrinin ilkin mesajlarını da gizlətmirlər. ABŞ demokratlarına yaxın hesab edilən media quruluşları payızda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin təxirə salmağa ehtiyac yarana biləcəyini təbliğ etməyə başlayıblar.

Əsas arqumentsə, “Çin virusu” adlandırdıqları epidemiyanın ikinci dalğası baş verərsə, seçkilərin keçirilməsinin yolverilməz olmasıyla bağlıdır. Bu isə virusun özündən daha fəlakətli nəticələr verə bilər. Çünki bu halda həm ABŞ, həm də dünya iqtisadiyyatının dibə vurması qaçılmaz ola bilər.

Kraliça

Britaniya kraliçasını hədələyənlər və bioloji silah arasında bağlantı ehtimalı...

Kim qalib gələcək? Cavabsız sualdır. Ancaq qarşıduran tərəflərin bütün dünya uğrunda savaşdıqlarını nəzərə aldıqda, onların sahib olduqları gücün hətta təsəvvüredilməz olduğu şübhə doğurmur. Əks halda, dünyanın ən güclü ailələri arasında ilk sırada yer alan Böyük Britaniyanın kraliyyət ailəsini hədələməyə cəsarət etməzdilər.

Məsələ ondadır ki, vaxtilə Böyük Britaniya kraliçası bağçada gəzişərkən onu qorumalı olan cangüdəni ona silahını yönəltmişdi. Kraliça bir anlıq yerində donub qalsa da, cangüdən atəş etməmişdi.

Növbəti günsə, bu olayın fotosu və xəbəri mətbuata sızdırılmışdı. Və kraliça “Biz hər şeyə qadirik, bizdən qaçış yoxdur” mesajı almışdı, həmin silahı cangüdəninin əliylə ona kimlərin doğrultduğunu anlamışdı. Əks halda, növbəti gün tez-tələsik, aylarla qəbul istəyini geri çevirdiyi ABŞ-dakı "dərin güclər"dən birinin önəmli təmsilçisinə dəvət göndərməzdi. Ardınca isə qatı əleyhdarı olsa da, həmin görüşdən bir neçə gün sonra Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəklədiyini rəsmən bəyanlamazdı.

İndi kraliçanı virusdan qorumaq üçün bir adaya yerləşdiriblər. Vəliəhd şahzadə Çarlz isə yoluxub, ya da yoluxdurulub. Heç şübhəsiz ki, onlar da digər nüfuzlu dünya liderləri kimi hər şeyi, bütün həqiqətləri bilirlər. Ancaq susurlar, çünki hər şeyi demək şansları yoxdur. Bəlkə də nə vaxtsa deyəcəklər, gözləyək...

Sadəcə, vaxtilə bağçada gəzişən kraliçaya, illərin sınağından çıxmış cangüdəninin əliylə silahı kimlər doğrultmuşdularsa, bu gün bəşəriyyəti bioloji silahın hədəfinə alanların da eyni “dərin güclər” olduğunu ehtimal etməklə kifayətlənək...(Musavat.com)
Oxşar xəbərlər
15:26, Bu gün
Cavanşir Məmmədovun cənazə namazı qılınır - YENİLƏNİR + FOTO/CANLI YAYIM
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze