Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Oxunub: 22272
05 Apr 2020 | 15:39
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Martın əvvəlində Çinin “Jenyu” nəşri yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmağa başladığı Vuhandakı Mərkəzi Xəstəxananın qəbul şöbəsinin rəhbəri Ay Fenin məqaləsini dərc edib. Həkim məqalədə klinika rəhbərliyini bu xəstəlik və onun nəyə gətirib çıxaracağı ilə bağlı məlumatları ört-basdır etməkdə ittiham edib.

Virtualaz.org xəbər verir ki, lakin tezliklə məqalə internetdən çıxarılıb və Ay Fenin özünün saxlanılması barədə şayiələr yayılıb.

Nəşrin yazdığına görə, 2019-cu il dekabrın 18-də Vuhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib. O, bir neçə gün xəstə yatdıqdan sonra klinikaya müraciət edib və ona antibiotik təyin edilib. Ancaq dərmanlar kömək etməyib, xəstənin temperaturu yüksək olaraq qalıb. Bronxoskopiya, kompüter tomoqrafiya edilib və ondan analizlər götürülüb.

Qəbul şöbəsinin müdiri Ay Fen müayinə etdiyi bu şəxsdə yeni koronavirus infeksiyası olduğunu düşünüb. Məlum olub ki, xəstəlikdən əvvəl həmin şəxs Vuhan “Huanan” dəniz məhsulları bazarında işləyib. Bu bazarda ekzotik heyvanlar və bitkilər satılırdı. Məhz mutasiya olunmuş COVID-19-un törədicisinin də həmin məhsullar olduğu ehtimal edilir. Dekabrın 27-də eyni simptomları olan ikinci bir xəstə Vuhan Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, əvvəlki xəstədən 20 yaş kiçik olub və xroniki xəstəliklərdən əziyyət çəkməyib. Lakin ondakı daha ağır yoluxma idi. Bu xəstəxanaya köçürülənə qədər ikinci xəstə Vuhanda başqa bir klinikada on gün müalicə alıb, lakin buna baxmayaraq vəziyyəti get-gedə pisləşib.


Uxanlı həkim Ay Fen

Üç gün sonra Ay Fen ikinci xəstənin analizlərinin nəticələrini alıb. Orada ağciyərlərdə aşkarlanan patologiyalar, tənəffüs orqanlarında bakteriyalar, SARS koronavirusu qeyd olunmuşdu. “Jenyu” nəşrinə verdiyi müsahibədə həkim Ay Fen siyahını soyuq tər içində yenidən oxuduğunu xatırlayıb. O, bildirib ki, SARS koronavirusu 2003-cü ildə pnevmoniyanın törədicisi idi. “O zaman virusu məhv etmək mümkün olmuşdu, amma yoluxanlar arasında ölüm doqquz faizə çatırdı, 50 yaşdan yuxarı xəstələrin hər iki nəfərdən biri vəfat edirdi. O vaxt xəstəxanamızın pulmonologiya şöbəsinin müdiri, atipik pnevmoniya ilə mübarizədə fəal iştirak edən həkimlərdən biri mənim otağımın yanından keçirdi. Mən onunla görüşdüm və analizin nəticələrini göstərdim. Baxdı və dərhal bunun çox pis olduğunu söylədi”, - Ay Fen qeyd edib.

Ay Fen dərhal xəstəxana rəhbərliyinə məlumat verib və analiz nəticələrinin fotoşəkilini başqa bir klinikadakı tanış həkimə göndərib. Onlar birlikdə bu xəstəliyin Vuhan dəniz məhsulları bazarından çıxması qənaətinə gəliblər. Bir neçə saatdan sonra bu məlumat Çinin “WeChat” şəbəkəsində tibbi qruplara yayılıb. Tezliklə SARS-in yeni bir növünün yayılması barədə şayiələr internet istifadəçiləri tərəfindən paylaşılmağa başlanıb.


Həmin axşam Ay Fen rəhbərlikdən bir neçə mesaj alıb. Ona yeni xəstəlik barədə məlumatların yayılmaması barədə xəbərdarlıq edilib və itaətsizlik göstərəcəyi təqdirdə məsuliyyət daşıyacağı ilə hədələnib: "Mən bütün gecə yuxuya gedə bilmədim, narahat oldum və baş verənlər barədə düşündüm. Mənə elə gəldi ki, hər şeyin iki tərəfi var. Hərəkətlərim bəzi mənfi nəticələrə səbəb olsa da, Vuhan həkimlərinə ehtiyatlı olmaq lazım olduğunu xatırlatmaqda səhv bir şey yoxdur ", - həkim deyib.

Ertəsi gün səhər Ay Fen xəstəxananın intizam komissiyasına çağrılıb və sərt şəkildə töhmət alıb. O, günahını öz üzərinə götürsə də, məlumatı “WeChat”da müzakirə edən daha səkkiz həkim cəzalandırılıb. Onlardan biri də Vuhan Mərkəzi Xəstəxanasında işləyən oftalmoloq Li Venlian idi. Bir ay sonra media onun iki dəfə polisə çağrıldığını, ictimai qaydanı pozmaqda günahlandırılmasını və əsassız şayiələr yaymayacağına söz verən bir sənədi imzalamağa məcbur edildiyini yazacaqdı.

Rəhbərləri ilə görüşdükdən sonra Ay Fen vəzifəsindən uzaqlaşdırılmasını istədi, lakin rədd edildi: "Axşam evə qayıtdıqda həyat yoldaşıma əgər bir şey olsa, uşağı sən böyütməlisən söylədiyimi dəqiq xatırlayıram", - həkim deyib. Qohumlarına koronavirus və onun nəticəsi  barədə məlumat verməməyi qərara alıb, lakin izdihamlı yerlərə getməmək və küçədə tibbi maskalarsız gəzməmək barədə xəbərdarlıq edib.


Elə həmin gün Çin səlahiyyətliləri Vuhanda naməlum mənşəli bir neçə sətəlcəm xəstəliyinin aşkarlandığı barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriblər. Bu problemin mövcud olduğunu ilk rəsmi tanıma idi. Yeni xəstəliyin hələ bir adı da yox idi və heç kim bunun necə ötürüldüyünü və təhlükəli olduğunu tam əminliklə söyləyə bilməzdi.

Epidemiya

Yanvarın 1-də Ay Fen işə qayıdıb. O, hətta həkimlərin potensial təhlükə barədə xəbərdarlıq edilməməsindən narahat idi. İnfeksiyanın mövcudluğunu tanımağa yalnız şəxsi söhbətlərdə icazə verildi, mesajlaşma və ya SMS-də bu barədə yazmaq mümkün deyildi. Bundan əlavə, hakimiyyət həkimlərə və tibb bacılarına çaxnaşma yaratmamaq üçün qoruyucu vasitələr taxmağı qadağan etmişdi. Ay Fen işçilərinə qoruyucu kostyumları xalatların altında gizlətməyi əmr etdi, çünki başqa heç nə edə bilməzdi.

Cəmi bir gündə eyni əlamətlərlə daha yeddi nəfər onun şöbəsinə gətirildi. Vəziyyət hər saatda pisləşirdi. Başlanğıcda bir çox xəstənin eyni növ dəniz məhsulları bazarı ilə əlaqəli olduğunu düşünürdülər, lakin tezliklə bu kimi hallar azaldı. Heç vaxt “Huanan”a getməyən insanlar da xəstələnməyə başlayıb və bəzən bütün ailələrdə xəstəlik aşkarlanıb.

Ay Fen rəsmi versiyadan fərqli olaraq, yeni koronavirusun insandan insana da keçə biləcəyindən  şübhələnməyə başlayıb: "Dəniz məhsulları bazarı yanvarın 1-də bağlandı. İnsanlar bu virusu bir-birinə yoluxdura bilmirsə niyə xəstə sayı bu qədər artır?", həkim öz-özünə sual edib. Xəstəxana rəhbərliyi təcili yardım otağında tibb bacılarından biri xəstələndikdən sonra da onu dinləməkdən imtina edib. Yanvarın 16-da keçirilən təcili iclasda, Vuhan həkimləri bir daha virusun insandan insana ötürülməsinin istisna olunduğunu bildiriblər.


Yalnız SARS koronavirusunu 2003-cü ildə kəşf edən məşhur Çin epidemioloqu, 83 yaşlı akademik Çjun Nanşanın müdaxiləsi fikirləri dəyişdirə bilər. O, Vuhana dəvət olunub və dərhal şəhərin bir epidemiya astanasında olduğunu anlayıb. 19 yanvarda jurnalistlərə açıqlamasında yeni koronavirus infeksiyanın insandan insana ötürüldüyünü söyləyib. Ertəsi gün rəsmi Pekin böhranı nəzarətə götürüb. Vuhanda və şəhərin yerləşdiyi Hubei əyalətində bütün kütləvi tədbirlər dərhal ləğv edilib, sərt karantin elan edilib, giriş-çıxış bağlanıb və COVID-19 olan xəstələr üçün müvəqqəti xəstəxanaların inşasına başlanılıb.

Ay Fen deyir ki, şəhər bağlandıqdan bir neçə saat əvvəl bir tanış həkim onu çağırıb nə baş verdiyini soruşub. Ay Fen bu məlumatların onların arasında qalmasını istəyib və cavab verib ki, təkcə yanvarın 21-də 1523 nəfər xəstə onun şöbəsinə gətirilib. Bu həmişəkindən üç dəfə çoxdur. Xəstələrin 655-də yüksək hərarət müşahidə olunub.

Və bu yalnız başlanğıc idi. Həkimin söylədiklərinə görə, xəstəxanaya hər gün daha çox xəstə gəlirdi. Həddindən artıq olduğundan xəstəxana reanimasiyaya xəstələri qəbul etməyi dayandırıb və onları dəhlizlərə qoymaq məcburiyyətində qalıblar. Hətta xəstələrdən bəziləri qəbul  vaxtı çatmadan xəstəxananın yaxınlığında ölürdü.

“O an qəbul şöbəmizdə elə bir vəziyyət yaranmışdı ki, onu sağ qalanlar heç vaxt unutmayacaqlar. Baş verənlər onların həyata baxışlarında dərin izlər buraxdı”, - həkim Ay Fen qeyd edib.


Xəstəlik həkimlərin özlərini də bir tərəfdən öldürürdü. Yanvar və fevral aylarında Mərkəzi Xəstəxananın 200-dən çox işçisi bu virusa yoluxmuşdu. Mart ayının ortalarında bəzilərinin vəziyyəti ağır olaraq qalırdı, dörd nəfər ölmüşdü - o cümlədən, şayiələr yaymamaq üçün polisə çağırılan oftalmoloq Li Venlian da. Yanvar ayının sonundan etibarən isə xəstəxana rəhbərliyi, yeni növ koronavirus infeksiyası haqqında məlumat yayılmasının qarşısını alan insanlar epidemiyanın qarşısını ala bilmədiklərinə görə bir-birinin ardınca virusa yoluxmağa başladılar.

Senzura

Nəşrin yazdığına görə, həkim Ay Fen hələ dekabr ayında rəhbərliyin tələblərinə əməl etdiyinə görə peşman olduğunu etiraf edib:"Əgər bundan sonra nə olacağını bilsəydim, töhmətləri barədə narahat olmazdım. Bunu görüşdüyüm hər kəsə söyləyərdim", - həkim bildirib.

Mart ayının 10-da Ay Fenin epidemiyanın necə başladığı xəbəri “Jenyu” nəşrində yayımlanır. Cəmi üç saat sonra məqalə nəşrin veb saytından və onu yenidən çap edən digər Çin saytlarından çıxarılıb və jurnalın özü də rəflərdən itib. “BBC News”un məlumatına görə, həmin gün prezident Si Tsinpin Vuhana səfər edib. Bəlkə də, bu uğursuz təsadüf senzuranın kəskinləşməsinə səbəb olub.

Məqalənin internet resurslarından silinməsi Çindəki internet istifadəçilərini qəzəbləndirib. Mətni Çin sosial şəbəkələrində kopiyalamağa başlayıblar. Bu dəfə də senzura qadağan olunmuş mətni sosial şəbəkələrdən silməyə başlayıb. Lakin Ay Fenin məqaləsi morze əlifbasına köçürülüb.

Martın 29-da Avstraliya televiziyası Ay Fenin məqaləsi yayımlandıqdan sonra onun yoxa çıxdığını açıqlayıb. Süjet müəllifləri həkimin səlahiyyətli şəxslər tərəfindən gizli saxlandığını bildiriblər. Hazırda həkim Ay Fenin harada olması, sağ olub-olmaması məlum deyil. Hətta bəzi şayiələr də var ki, fevral ayında ölən həkim Li Venlian kimi Ay Fen də yeni növ koronavirusa yoluxub və ölüb.
Oxşar xəbərlər
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:01, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib