İngiltərənin Baş naziri Boris Consonun hamilə nişanlısı Cerri Saymonds da koronavirus şübhəsinə görə karantinə alınıb.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Baş nazirin 32 yaşlı nişanlısı özünün Twitter hesabından yaydığı məlumatda bildirib:
“Ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Testə ehtiyac duymadım, 7 gün dincəldikdən sonra özümü daha güclü hiss edirəm və yaxşılaşıram.
Açığı, Covid-19-la hamilə olmak narahatvericidir”.
Onun son ifadəsi martın 27-də vurusun daşıyıcısı olduğu təsbit edilən və karantinə alınan İngiltərənin baş naziri B. Consondan sonra nişanlısının da koronavirusa yoluxması ehtimalını dünyanın gündəminə gətirib.
Qeyd edək ki, hazırda karantində olan B. Conson hələ də virusun simptomlarından tam xilas olmadığını və izolyasiyada qaldığını Twitter hesabından açıqlayıb.
Taleh