“Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq”
Oxunub: 1094
06 Apr 2020 | 10:30
“Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq”
Ələmdar Məmmədov: “Virusa qarşı hər kəsin orqanizmi fərqli reaksiya verir”

Modern.az saytı “Evdə qal” rubrikasını davam etdirir. Bu dəfəki həmsöhbətimiz  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədovdur. Onunla müsahibəni təqdim edirik:

- Ələmdar müəllim, yeni virus COVİD-19-un xüsusiyyətləri haqqında danışaq.

- Koronavirus infeksiyasından inkişaf etmiş ölkələr daha çox əziyyət çəkir. Dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görülür. İnsanlar isə özlərinin və  yaxınlarının sağlamlığı üçün karantin qaydalarına mütləq əməl etməlidirlər.

Koronavirus 1960-cı ildə kəşf olunub, 4 böyük cinsi və 60-a yaxın növü var. Toyuqlarda bronxit infeksiya virusu və soyuqlamış 2 xəstənin burun boşluğunda tapılıb və sonda insan koronovirusu 229E və koronovirus OC43 adlandırılıb. Bundan sonra bu virus ailəsinin 2003-cü ildə SARS-CoV, 2004-HcoV NL 63, 2005- HKU 1, 2012-MERS-CoV və 2019- 2019-nCoV-Vuhan koronavirus kimi növləri aşkar olunub.


COVİD-19 adlandırdığımız virus Betta koronovirus cinsinə daxildir. Koronavirus çox maraqlı molekulyar quruluşa malikdir. Bir müsbət +RNT (ribonuklein turşu) zəncirindən təşkil olunub. Genomu göründüyü kimi RNT molekulundan ibarət olub, ayrı-ayrı növlərdə genomun ölçüsü  22-32 min nukleotidə qədər dəyişə bilir. COVİD-19 virusun genomunun ölçüsü 29500 nukleotiddən ibarət bir genoma malikdir. Bu virusun hüceyrəni yoluxdurmasının mexanizmi çox maraqlı və digərlərindən fərqlidir. Belə ki, virusun tac  hissəsini formalaşdıran S zülalın polipeptid ardıcıllığımda xüsusi bir domen vardır ki, bu domen hüceyrənin tərkibində olan angiotenzin 2 fermentinin reseptoru ilə birləşərək hüceyrəni aldatmaqla endositoz yolu ilə hüceyrəyə daxil olur. Hüceyrəyə daxil olmuş +RNT zəncir üzərində virus genomunun çoxalmasını, yəni replikasiyasını həyata keçirən RNT asılı RNT polimeraza fermentinin geni translyasiya olunur və RNT-asılı RNT polimeraza fermenti sintez olunur, bu ferment +RNT üzərində mənfi –RNT sintez edir, daha sonra –RNT üzərində +RNT zənciri, yəni virusun genomu sintez olunaraq çoxalır. Hüceyrədə replikasiyaya paralel olaraq virusun genomu  və başcığı ilə birləşən bir neçə zülal- N zülalı (genom ilə birləşir), M zülalı, E zülalı  və S zülalı virusun genomunda kodlaşan genlərin translyasiyası nəticəsində sintez olunur və sintez olunmuş zülallar N zülal istisna olmaqla endoplazmatik şəbəkəyə daxil olur, onların modifikasiyası Holci aparatına qədər davam edir. Holci aparatının uclarından əmələ gələn vakoulların membranına həmin zülallar yığılır və N zülal ilə birləşmiş genom hissəciyi həmin vakoulun içərisinə daxil olur və formalaşmış yeni virus zərrəciyi ekzositoz yolu ilə hüceyrəni tərk edir və yeni hüceyrələri yoluxdurur. Beləliklə, virus genomu hüceyrənin bütün transkripsiya və translyasiya aparatını zəbt edir və ancaq özünün zülallarının və genomunun çoxalmasını təmin edir və hüceyrənin ehtiyatları tükəndikdə hüceyrə dağılır.

Virus özünün çoxalması üçün hüceyrədən istifadə edir və damcı yolu ilə insandan insana yoluxur.

- İnsanlara virusdan qorunmaq üçün tövsiyələriniz nələrdir?

- Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə riayət etmək lazımdır. Hər bir insan özünü qorumağı bacarmalı, mütəmadi səhhətini yoxlamalı, yəni əgər temperaturu olduğunu hiss edirsə, öskürürsə və tənəffüsü ağırlaşıbsa, mütləq təcili yerli səhiyyə təşkilatlarına səhhəti barədə məlumat verməlidir.

İnsanların hərəkətliliyinin qarşısı alınıb, qadağalar tətbiq olunub. Ona görə də virusun bir regiondan başqa regiona yayılması daha çətindir. Virusa qarşı hər kəsin orqanizmi fərqli reaksiya verir. Kimin immun sistemi normaldırsa, bu xəstəliyə müqavimət göstərib qalib gələ bilir. Yaşlı insanların immuniteti nisbətən zəif olduğuna görə onlar virusa müqavimət göstərməkdə çətinlik çəkirlər. İnsanlar normal qidalanmalı, ekoloji təmiz məhsullardan istifadə etməlidirlər. Hazırda yaz vaxtıdır və tərəvəzin bol vaxtıdır, çoxlu müxtəlif təzə tərəvəzlərdən istifadə olunması tövsiyə olunur. Ümumiyyətlə, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın məlumatlarını  izləmək, bunlara əməl etmək lazımdır.

Amerikanın “The Washinqton Times” qəzetində Çində COVİD-19 virusu ilə bağlı aparılan araşdırmalar barədə məqalə çap olunub. Araşdırmada qeyd olunur ki, virusun yayıldığı Uhan şəhərinin yaxınlığında  yarasaların viruslarının araşdırılması ilə məşğul olan laboratoriyada koronavirus da daxil olmaqla 2000-dən çox müxtəlif virus aşkar ediblər. COVİD-19 virusunun quruluşu göstərir ki, SARS adlı virusun mutasiya olunmuş formasıdır. Çinli alimlər isə belə bir tədqiqat apardıqlarını təkzib edirərək, əksinə Amerkanın biloji laboratoriyalarında SARS vurusu ilə təcrübələrin aparılmasını iddia edirlər. Ümumiyyətlə, çin alimlərinin kəşfinə qədər keçən 200 il ərzində 2284 virus tipi aşkar olunub.

Bəzi amerikan və beynəlxalq səviyyəli alimlər yeni virusun Çinin tədqiqat laboratoriyalarından biri ilə bağlılığını inkar edirlər. Onlar təkid edirlər ki, virus təbii yol ilə insanlara keçmiş və sonra insandan insana yayılmağa başlamışdır. Digər alimlər isə virusun Çin laboratoriyalarında öyrənilməsi zamanı xarici laboratoriyanın əməkdaşını yoluxduraraq, ya da yoluxmuş laboratoriya heyvanı vasitəsilə yayılmasını mümkün hesab edirlər.

Biotəhlükəsizlik üzrə tədqiqatçı, Rutqers Universitetinin Vaksman Mikrobiologiya İnstitutunun əməkdaşı prof. Riçard Ebrayt  pandemiyaya səbəb olan koronavirusun Uxan virusologiya institutunda yarasaların virusuna 96.2% oxşar olduğunu qeyd edərək, virusun təbii şəkildə heyvandan insan ötürülməsinin və həmçinin laboratoriyadan yayılmasının mümkünlüyünü qeyd edir. Çünki Çində koronavirusların öyrənilməsi xəstəlik yayılana qədər biotəhlükəsizlik səviyyəsi 2 olan (BSL-2) laboratoriyalarda aparıldığı və laboratoriya əməkdaşlarının virusa yoluxmasının minimum müdafiəsini təmin etdiyi qeyd olunur. Belə laboratoriyada virusların toplanması, qidalı mühitdə yetişdirilməsi, ayrılması yaxud heyvanların yoluxdurulnası, laboratoriya işçisinin təsadüfən yoluxması yüksək risk təşkil edir və həmin şəxs cəmiyyəti yoluxdura bilər.

Sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində ən çox yayılan fikirlərdən biri də virusun laboratosiyada hazırlandığı haqqında iddialardır. Virusun quruluşunu tədqiq edərək, bu kimi iddialara gələcəkdə aydınlıq gətirmək mümkün olacaq.

- Yaz aylarında fəsil dəyişkənliyi ilə əlaqədar insanların immunitetinin nisbətən zəiflədiyi məlumdur. Bundan əlavə, indi adi qripin də daha çox yayıldığı məqamdır. İnsanlar adi qriplə koronavirusu necə ayırd etməlidirlər?

- Bizim bildiyimiz ənənəvi qriplə koronavirusun simptomları arasında müəyyən oxşarlıqlar var. Koronovirusun simptomları-boğazda ağrı, öskürək, bədən temperaturunun yüksəlməsi, bəzi xəstələrdə xəstəlik daha ağır formada keçir və pnevmaniyaya, yaxud tənəffüs çatışmazlığına (ağır keçən zaman) səbəb olur. Nadir hallarda xəstəlik ölümlə sona çatır. Yaşlı insanlar və müəyyən xəstəlikləri olan insanlar (astma, diabet və ürək patologiyaları) koronavirus infeksiyasının ağır formasının inkişaf etməsinə məruz qalırlar.

İnsanın qrip virusunun simptomları-qızdırma/titrətmə, öskürək, boğaz ağrısı, axan və ya dolmuş burun, əzələ və ya bədən ağrıları, baş ağrısı, yorğunluq və bəzi insanlarda qusma və ishal ola bilər.

Ümumiyyətlə, insanlar adi qripin əlamətlərini hiss etdikdə belə, təcili yardıma xəbər verməlidirlər. Həkimlər müraciət edən xəstədən test götürüb, koronavirus olub-olmadığını dəqiqləşdirib, pozitiv çıxdığı təqdirdə karantinə alaraq mualicə tədbirləri görürlər.

- Dünya ölkələri özlərinin malik olduğu süni tənəffüs aparatlarının sayını açıqlayırlar. Azərbaycanda belə bir statistika məlumdur?

- Bildiyim qədərilə, koronavirus pandemiyası başlayan vaxtdan etibarən 200 süni tənəffüs aparatı alınıb,  ölkəmizə gətirilərək həkimlərin ixtiyarına verilib. Amma bundan əvvəl də ölkəmizdə süni tənəffüs aparatları var idi. Bu aparatlardan ancaq vəziyyəti pisləşən xəstələr üçün istifadə olunur.

- Dünyada virusdan sağalan insanlar da var. Lakin koronavirusdan sağalanlar arasında yenidən yoluxanlar da var. Demək, insan koronavirusdan sağalsa belə, immunitet qazanmır...

- Bütün yer kürəsində insanların 60-70 faizinin yoluxacağı bildirilir. Lakin koronavirusa yoluxanlar arasında sağalanlar daha çoxdur, nəinki ölənlər. Azərbaycanda koronavirusa yoluxma nəzarətdən çıxsa, qarşısını almaq çətin olacaq. Xəstə olduğu halda maskasız gəzən  və gigiyenik qaydalara əməl etməyən bir nəfər 400-dən çox insanı yoluxdura bilər. Bu qayda ilə davam etsə, pandemiya artacaq və bunun qarşısını almaq çətin olacaqdır. Yəni təbii seçmə baş verəcək, ölən öləcək, qalan qalacaq, yəni immun sistemi normal olan insanların sağalmaq, sağ qalmaq ehtimalı yüksək olacaq. Ona görə, bütün qadağalara, qaydalara riayət etmək lazımdır. O ki, qaldı sualın son hissəsinə qeyd etmək istərdim ki, bu heç də belə deyildir. Yəni COVİD-19 virusa yoluxmuş insan sağalıbsa, deməli həmin şəxsin immun sistemi  virusun bu ştamına qarşı uyğun qamma immunoqlobulin sintez edib və növbəti dəfə koronavirusun məhz bu ştamına davamlı olacaq, xəstələnməyəcək. Ancaq yenidən koronavirusa yoluxursa, deməli həmin insan koronavirusun mutasiyaya uğramış yeni ştamı ilə yoluxub və simptomlar özünü göstərir. Bu virusun ştammı mütləq təyin olunur və ona qarşı yeni vaksinlərin hazırlanması istiqamətində tədqiqatlar aparılır.

- Azərbaycanda koronavirusun olub-olmaması hansı testlərlə, metodla yoxlanılır?

- COVİD-19 virusu laboratoriyalarda xəstələrdən alınmış bioloji materiallarda immunoferment metodu ilə ekspress test metod kimi yoxlanıla bilir. Bu metodun əsas üstünlüyü odur ki, koronavirusun başcığının hər hansı bir zülalına (S, M, E, N) qarşı hazırlanmış anticisimlə birləşməsi hesabına qısa müddətdə yoxlanılır. Lakin bu metodun etibarlılığı aşağıdır və bəzən düzgün nəticə vermir. Ona görə də hazırda virusun yoxlanılması Real-Time PCR, yəni real vaxtda aparılan Polimeraza Zəncir Reaksiyası metodu ilə həyata keçirilir. Bu metodun etibarlılığı çox yüksəkdir.

- Vaksinin hazırlanması məsələsi də hazırda dünyanın gündəmindədir. Bu istiqamətdə aparılan araşdırmaları necə qiymətləndirirsiniz?

- Mən oxudum ki, Amerikada SARS-2 virusuna qarşı vaksin hazırlanıb və könüllülər üzərində yoxlanıb, müsbət nəticə əldə edilib. Demək bu vaksin COVİD 19-a da təsir göstərə bilir. Ənənəvi dərmanlardan da istifadə etməklə virusun təsirlərini azaltmaq olar. Yeni bir vaksinin hazırlanması 8-10 il çəkə bilər. Almaniyada vaksin yaradılması ilə məşğul olan elmi mərkəzin rəhbəri isə öz çıxışında bildirib ki, 2021-ci yazına qədər sürətləndirilmiş şəkildə çalışılarsa, bu virusa qarşı vaksin hazırlanması mümkündür. Göründüyü kimi, bu vaxt aparan məsələdir.

Xarici ölkələrdə vaksin hazırlanmasında iştirak edən azərbaycanlı alimlər var. Məsələn, Amerikada prof. Vidadi Yusifov vaksinlərin hazırlanması üzrə uzun illərdir çalışır və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq statuslu Molekulyar biotexnologiya laboratoriyasına rəhbərlik edir və artıq laboratoriya üçün bir kadr hazırlayıb, onun elmi işi hazırdır və yaxın günlərdə müdafiə edəcək.

Türkiyədə Akdeniz Universitetinin Ziraat fakultəsində  AMEA-nın müxbir üzvü, prof. Tərlan Məmmədov bu istiqamətdə tədqiqatlar aparır və artıq müəyyən nəticələr əldə edib və nəticələr patentləşdirilib. Prof. Tərlan Məmmədov həmçinin, institutda beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasına rəhbərlik edir və laboratoriya üçün kadr hazırlığını Türkiyədə olan şöbəsində yerinə yetirir. Vaksinlərin hazırlanması üzrə müasir molekulyar biotexnoloji metodları mənimsəmiş yüksək ixtisaslı kadrların hazırlanması Azərbaycanda vaksin hazırlanması üzrə laboratoriyaların  formalaşmasına və bu istiqamətdə tədqiqatların aparılmasına imkan verəcək. 
Oxşar xəbərlər
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
GÜNLÜK
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır