Xəbər lenti
31/05/2020 [02:03]:
Amerikada daxil savaş təhlükəsi! – Tramp ordunu hazır vəziyətə gətirdi
31/05/2020 [00:47]:
“Rusiyanın Azərbaycandakı səfiri qiyamdan öncə Pənah Hüseyni açıq formada təhdid etmişdi”
31/05/2020 [00:45]:
“İstənilən halda, Putindən sonra Rusiyada hakimiyyətə "hansısa yaramaz" gələcək...“
31/05/2020 [00:37]:
ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı: Ümumdünya "E-Nizam"ımı yaradılır?
31/05/2020 [00:12]:
"Əgər belə bir şey olsaydı, həmin vaxt olmasa da sonrakı dövrlərdə mənim məlumatım olardı"
30/05/2020 [23:35]:
Maksim Qalkinin Putini parodiyası sosial şəbəkədə rekord vurur - VİDEO
30/05/2020 [23:26]:
Daha 710 “Taliban” üzvü azad edildi
30/05/2020 [23:00]:
Azərbaycan-İran sərhədində yanğın olub
30/05/2020 [22:44]:
"Bavariya" darmadağınla qalib gəlib
30/05/2020 [22:38]:
Azərbaycanlı jurnalist koronavirusdan ölən anasının dəfnində iştirak edə bilmədi
30/05/2020 [22:37]:
Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA
30/05/2020 [22:36]:
Zelenski ailəsinin keçənilki gəliri açıqlandı
30/05/2020 [21:58]:
İnanılmaz refleks sahibi olan piyada ölümdən son anda xilas oldu - VİDEO
30/05/2020 [21:53]:
Azərbaycanda koronavirusla bağlı son rəqəmlər açıqlandı
30/05/2020 [21:52]:
Türkiyədə COVID-19-dan ölənlərin sayı 4 500-ü ötdü
30/05/2020 [21:48]:
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
30/05/2020 [21:10]:
Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı
30/05/2020 [21:09]:
Roza Zərgərli: “48 işçim var” - VİDEO
30/05/2020 [21:02]:
“Ordumuz nə qədər güclü olarsa, diplomatik savaşda da mövqelərimiz bir o qədər üstün olar”
30/05/2020 [20:58]:
Homoseksual Çikaqo meri Trampı ağır söyüşlə biabır etdi...
30/05/2020 [20:54]:
ABŞ-ın Hyuston şəhərində 200 etirazçı həbs edilib
30/05/2020 [20:28]:
Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”
30/05/2020 [20:23]:
Ağ Evin qarşısında iğtişaşlar baş verib
30/05/2020 [20:19]:
"Paşinyan Azərbaycanın danışıqlar prosesini davam etdirməsi üçün heç bir “əlyeri” qoymadı"
30/05/2020 [20:17]:
Britaniyada COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü
30/05/2020 [20:14]:
Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
30/05/2020 [19:59]:
“Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb” - Paşinyan
30/05/2020 [19:58]:
Türkiyədə bir polis şəhid olub
30/05/2020 [19:33]:
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [19:32]:
Gülay Zeynalova: “Kamilə hər zaman dəstəyəm”
30/05/2020 [19:30]:
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
30/05/2020 [19:12]:
"ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo
30/05/2020 [19:04]:
“Dünyanın ən gözəl qızı” 19 yaşında - FOTOLAR
30/05/2020 [19:03]:
"Qurgeni ona görə öldürdüm ki..." - Səfərovun tarixi çıxışı
30/05/2020 [18:27]:
Sumqayıtda iki nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
30/05/2020 [18:17]:
Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
30/05/2020 [18:15]:
“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans keçirilib - VİDEO
30/05/2020 [18:04]:
Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ
30/05/2020 [18:02]:
Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO
30/05/2020 [17:56]:
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu - RƏSMİ
30/05/2020 [17:44]:
Millət vəkili müğənni Nurlan Əzizbəyli ilə görüşüb
30/05/2020 [17:30]:
“Rusiya Paşinyan hakimiyyətinə alternativ siyasi partiya yaratdı”
30/05/2020 [17:28]:
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
30/05/2020 [17:25]:
"Həyata yenidən gəlsəydim, saniyələrin nəbzini tutardım”
30/05/2020 [17:07]:
Almaniya polisi məscidlərə nəzarəti gücləndirdi - FOTO
30/05/2020 [16:46]:
Bölgələrdə küləyin sürəti, Xəzərdə dalğanın hündürlüyü artıb - FAKTİKİ HAVA
30/05/2020 [16:34]:
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
30/05/2020 [16:32]:
Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO
30/05/2020 [16:21]:
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
30/05/2020 [16:09]:
Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA
30/05/2020 [16:08]:
Rusiya Belarusu asanlıqla işğal edə bilər - General
30/05/2020 [16:07]:
36 yaşlı Bərdə sakini intihar etdi
30/05/2020 [16:06]:
Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev
30/05/2020 [15:43]:
Qənirə Paşayeva TADİV-in təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edib
30/05/2020 [15:41]:
Bağlanan banklarda olan əmanətlərin kompensasiyalarını verəcək bank filialları açıqlandı - SİYAHI
30/05/2020 [15:39]:
Çindən Melburna gedən 40 konteyner tibbi maska yüklənmiş gəmi okeanda batdı...
30/05/2020 [15:33]:
"Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
30/05/2020 [15:15]:
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
30/05/2020 [15:12]:
"Məcburi köçkünlərin mənzil–məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir"
30/05/2020 [14:56]:
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30/05/2020 [14:52]:
"Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan..." - Rəşid Mahmudov
30/05/2020 [14:46]:
“Ermənistanla Rusiya arasında münasibətlər hazırda gərgindir” - Azərbaycan bundan yararlanacaqmı?
30/05/2020 [14:43]:
Mübarizələrdə keçən şərəfli bir ömür...
30/05/2020 [14:41]:
Daşınmaz əmlaka sərəncam verilməsində depozit hesabından istifadənin üstünlükləri və təminatları...
30/05/2020 [14:38]:
Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...
30/05/2020 [14:29]:
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
30/05/2020 [14:19]:
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
30/05/2020 [14:11]:
Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının kimlərə şamil olunmadığı açıqlanıb
30/05/2020 [13:57]:
AXCP-nin daha bir fəalı həbs olundu
30/05/2020 [13:56]:
Parlamentin sabahkı iclasının gündəliyi dəyişdi
30/05/2020 [13:40]:
"Batya"dan növbəti iddia: “Koronavirusun yarısı xəstəlik, yarısı da siyasətdir...”
30/05/2020 [13:35]:
“Təəssüf ki, belə korrupsionerlərin simasında  Sirus Təbrizlinin məşhur ifadəsi öz təsdiqini tapdı…”
30/05/2020 [13:34]:
Dəhşətli qəzada üç nəfər diri-diri yandı - VİDEO
30/05/2020 [13:34]:
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi - İNANILMAZ...
30/05/2020 [13:32]:
Bu nəhəng ölkə meyvə-tərəvəz böhranı ilə üzləşə bilər - ABŞ fermerləri işçisiz qalıblar
30/05/2020 [13:31]:
"Onlar artıq bütün dünyanı yaratdıqları "COVİD 19" adlı gəmiyə əyləşdiriblər və..."
30/05/2020 [13:21]:
Sabahın havası -Güclü külək əsəcək, yağış yağacaq
30/05/2020 [13:13]:
Bakı belə dezinfeksiya olundu -FOTOLAR
30/05/2020 [13:10]:
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
30/05/2020 [12:59]:
“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək
Bütün arxiv bir sırada
06/04/2020 [12:12] - Cəmiyyət - ( 1173 dəfə baxılıb)

Matador...



AZAD QARADƏRƏLİ
                                   
MATADOR
                         
hekayə

Tələbə yoldaşım, milli azadlı hərəkatının öncüllərindən Vaqif Əlisoya həsr olunur.
                                                                
Mən görmürəm. 
Amma görürəm həm də...    
Ali təhsilli adamam, korafəhim-filan bilməyin. Amma o hadisədən sonra təkcə gözüm sıradan çıxmayıb, şüurum da zəfləyib, nitqim də qüsurlu olub. Fəlfəlləmişəm tamam. Yarıyaşda adam belə olmaz axı. Hamısı o hadisədən sonra oldu. Hadisə deyəndə ki...
***
93-cü ilin dumanlı-çiskinli bir günü  idi. Yeni yaranmaqda olan ordumuz bütün cəbhə boyu düşmənin üzərinə hücuma keçmişdi. Bütün cəbhə boyu deyəndə ki, Ermənistan sərhəddində deyil, Qarabağ ərazisindəki erməni işğalında olan köhnə Mardaket, Martuni, Hadrut rayonlarındakı erməni birləşmələrini geri oturda-oturda Xahkəndinə doğru irəliləyirdik. Ölkə prezidenti Elçibəyin tapşırığı ilə Laçın dəhlizini açıq qoymuşduq. Ermənilərə elan olunmuşdu ki, kim istəsə Qarabağda qalıb öz vətəndaşımız kimi yaşaya bilər. İstəməyənlər isə dəhliz vasitəsi ilə Ermənistana, yaxud hansısa üçüncü ölkəyə gedər.
Mən müharibə başlayan gündən əvvəl atamın qoşalüləsi ilə, sonradan isə bir inək satıb onun pulu ilə rus əsgərlərindən aldığım  avtomatla düşmənə qarşı vuruşurdum. 88-ci ildən bu yana artıq xeyli təcrübə toplamışdım. Üç dəfə yaralansam da, qanım quruyan kimi yoldaşlarımın yanına qayıtmışdım.  Axı mən həm də Xalq Cəbhəsinin rayon təşkilatının sədri idim. Seçildiyim günü bayrağımızı öpüb and içmişdim: “Öldü var, döndü yoxdur! Qələbə çalmamış, geri addım atmayacağam!”
Yazıq anam başıma üzərlik çevirib demişdi:”Get, bala, səni ağam Əbülfəzə qurban verirəm! Get, amma maa da yazığın gəlsin. Güllə qabağına atılma. Özüu qoru.” 
Mənim it xasiyyətim... Qapmışdım onu:”Hamıız deyirsiniz ki, özüu qoru... Heç deyən yoxdu ki, Vətəni qoru!.. Əbülfəzə isə qurban getməyə dəyər... O kişi adamdır...”
Ana yarımateist olan oğlunun birdən-birə belə danışmasına əvvəl çaşmış, sonra da yadına nəyisə salıb acı-acı gülümsünmüşdü:”Bı, öz Əbülfəzlərini deyir e... Deyirəm axı... Neynək. Qoy olsun. Allah elə onu da qorusun. Pis adam olsa, mənim oğlum onun yoluna baş qoymaz...”
Ermənilər maşın karvanları ilə hər gün Laçın dəhlizindən daşınıb gedirdilər. Tutduğumuz bir “dil” deyirdi ki, gedən hamısı varlı ermənilərdir. “Kasıb hara getsin ali? Erivana da getsə, kasıb elə kasıbdı...”
Bizim batalyon Hadrut tərəfdə mövqe tutmuşdu. 15 erməni kəndini saqqallı daşnaklardan təmizləmişdik. Məqsədimiz xankəndinə yaxınlaşmaqda olan Tərtər, Ağdam, Füzuli istiqamətində döyüşən birliklərimizlə birləşmək idi. Belə bir vaxtda Edik adlı bir erməni komandirinin məni hava telefonu ilə söhbətə çağırdığını dedilər. Hava telefonu peşəkar hərbçilər üçün nəzərdə tutulmamışdı. Kənd təsərrüfatında, yaxud alpinistlər üçün hazırlanmış bu ratsiyalarla danışanda hamı bizim danışığımızı eşidirdi.
-Ə, şandığa*, nə istiyirsən? – deyə qəzəblə soruşdum. (Bu erməni ilə biz neçə illər bir komandada futbol oynamışdıq. Mən onların dilini bilməsəm də, o bizim dildə yaxşı danışırdı. Üstəlik, sədaqəti və səxavəti ilə özünü bizə sevdirə bilmişdi. İndi əks cəbhədə vuruşur, hətta lazım gələndə söyüşürdük də... Amma söyüşsək də, münasibətimiz qalırdı. O tərəfdə bizim əsir, yaxud meyidimiz olanda o mənə xəbər verirdi və biz hərəkətə keçib pulla, yaxud benzinlə onları alırdıq. Ya da əlimizdə olan əsir, yaxud meyid ilə dəyiş-düyüş edirdik. Onu da deyim ki, o məndən başqa heç kimi yaxına buraxmırdı. “Ara, Rapiki çağırın, fsyo” deyib bağırardı.) Ona görə qəzəblə ki, biz Edikin doğulduğu kəndi boşaldandan sonra onun üzü dönmüşdü. Hətta mənə ana söyüşü verməkdən də çəkinmirdi. Bir sözlə, aramız çox soyuq idi.
-Ara, Rapik, sana bir kino göstərsəm, nə edərsən ali?! Hay? Yoptoymat**, niyə susursan?! Hinç***?!
-Ay it oğlu it, bu ratsiya ilə sənin səsini hər yerdə eşidirlər, ağzının poxunu dağıtma! – deyib bağırmışdım ki, Edik hırıldayıb güldü və sonra ciddi səslə dedi:
-Ara, kunim mera****... sən mənim kəndimi dağıtdın, mən də sənə bir pdarka eləyim dedim... Binoklı götür bax, bura, Qırrı gədiyə bax, amma ürəyindən muğayat o ali... Ha-ha-ha...
Qardaş, qardaş, kaş gözlərim kor olaydı. Baxmayaydım o Qırrı gədikdəki qarağacın kölgəsində məclis quran dığalara! Ona yaxın erməni saqqallısı bizim Xocalıda əsir düşmüş qız-gəlinimizi lümlüt soyundurub məclisdə oturtmuşdular. Onlara zorla şərab içirdir, sonra da bir-birilərinə tərəf atırdılar. Bununla iş bitsəydi, nə vardı ki! Az sonra sərxoş olmuş dığalar özləri də soyundular və bizim əsir bacılarımızı bağırda-bağırda onlarla... Dilim lal olsun! Gözüm kor olsun! Ürəyim partlasın!...
Partlamadı ki... Çox sürtük ürəyim var imiş. Mən dedim partlayar, amma dözdü. Amma gözlərimə elə bil qəfildən kislata tökdülər. Durbini gözümdən aralayan kimi gözümün qabağını əvvəl qırmızı, sonra isə qara pərdə tutdu. Hiss elədim ki, görmürəm...
***
Məni qərərgaha gətirən maşından düşəndə gözümə bir az işıq gəlmişdi. Alayın komandiri, polis rəisi və rayonun icra başçısı ilə birlikdə müşavirə keçirdik. Mən gördüklərimi danışanda onlar məndən də betər vəziyyətə düşdülər. Hücum etmək məsləhət deyildi: Surətin adamları orduda qarışıqlıq yaratmışdı, bizim hücumumuz məğlubiyyətlə nəticələnə bilərdi. Üstəlik də ölkənin siyasi həyatında da gərginlik vardı. Daxili İşlər Naziri istefa vermişdi. Gəncədən pis xəbərlər gəlirdi. Qərar qəti idi: bir, yaxud bir neçə yüksək çinli erməni zabitini, vaxud vəzifəli ermənini əsir alıb əsir qadınlarımızı erməni vandallarının zülmündən azad etmək lazımdır!
***
Könüllülərlə özüm danışdım. Vəziyyəti izah etdim. Gördüklərimi anlatdım. Asif, Gürzə, bir də Dəmir səkkiz nəfərlik dəstə ilə yola çıxdılar. Bir həftəyə əlidolu gələcəklərini bildirdilər. Əgər geri dönməsələr, bilin ki, qızlarımızın qisasının almışıq dedilər. Amma mən təkidlə “elə edin, həm özünüz sağ-salamat qayıdın, həm də əlidolu gəlin”, - dedim.
On günün tamamında onlar iki erməni zabiti, bir də təzə kostyumlu, qalstuklu bir erməni ilə geri döndülər. Nə qədər  çalışsaq da, kostyumlu kişinin kimliyini öyrənə bilmirdik. Zabitlər onu tanımadıqlarını deyir, kişi də susurdu. Axırı Gürzə onu bir saatlığına özü ilə apardı və geri dönəndə kostyumlu ermənini tumançaq gətirib ortaya itələdi:
-Oğraş axır ki, danışdı!.. Geroy sostrud Samvel var ha, onun qardaşıymış! Xankəndində qorsovetdə işləyirmiş...
-Samvel Babayan?! Ay səni! – mən yarı sevinc, yarı qəzəblə qışqırdım. Bu böyük kozır idi əlimizdə. Əsirlərimizi dəyişə bilərdik. Üstəlik, zabitlərdən birindən öyrəndik ki, orada iki əsgərimiz, altı qadın  və Namiq adlı bir mülki şəxs də girovluqdadır. Əsgərlərdən birinin qohumları neçə vaxt idi ki, bizim rayonda idilər. Mənə yalvarırdılar ki, onların oğlunun öldüsünü, qaldısını öyrənim. Tezliklə onlara da xəbər göndərdim ki, oğlunuz sağdır, bir neçə günə azad edəcəyik.
Qızlarımızı Ağdam uşaqları azad etmişdilər. Əsgərlərimizi və mülkü şəxsi əlimizdəki girovlarla dəyişdik. Kaş görəydiniz dəyişilmə prosesində iştirak edən Samvel Babayan necə yalvarırdı bizə...
***
O hadisədən sonra ölkədə siyasi-hərbi vəziyyət dəyişdi. 4 iyun qiyamı baş verdi və milli hökümət devrildi. Elçibəy ölkəni tərk elədi. Bizim rayonlar bir-bir işğal olundu. Qaçqına-köçkünə çevrildik. Rayonumuz boşalan gün hönkürə-hönkürə şəhərimizin küçələrini dolaşır, bir gülləyə tuş gəlmək, ölüb burada qalmaq istəyirdim. Bu vaxt kitabxananın qabağındakı gül kollarının arxasından bir hıçqırtı, ağlamaq səsi duydum. Yaxınlaşanda onsuz da yaxşı görməyən gözlərim bərələ qaldı: hamının dəli sandığı Nazı adlı 15-16 yaşlarında bir qız mənə baxır, ağlayırdı. Mən ona yaxınlaşdım. Cibimdən çıxartdığım yaylıqla göz yaşlarını sildim. Və özümdən xəbərsiz ona qoşulub ağladım. Qız dözmədi, əli ilə mənim göz yaşlarımı silib titrək səslə dedi:
-Rafiq bəy, doğrudan ermənilər şəhərimizi alacaq?! Bəs sənin əsgərlərin hanı?! Bəs...
Mən onun qolundan tutub şəhəri tərk etməkdə olan son dəstəyə tərəf üz tutdum. Yolda bir də gördüm ki, gözümün önünü qırmızı pərdə aldı. Bayaqdan onu mən aparırdım, indi bu qız məni az qala sürüyürdü. Sonra kimsə gəlib ikimizi də bir yük maşınına mindirdi. Bir az sonra erməni tankları artıq tərk edilmiş şəhərimizi atəşə tutmuşdu.
***
Uzun zaman gözlərim bu vəziyyətdə qaldı. 
Axırı ailə üzvlərimizin təkidi ilə göz həkiminə getdim.
-Gözünüz nə zamandan bu vəziyyətdədir? – Həkim müayinədən sonra soruşdu.
Bir müddət cavab tapa bilmədim. Bu gənc adama durub iyirmi yeddi il əvvəl nələr olduğunumu danışım?! Onda onun beş-altı yaşı olub, ya olmayıb. Bəlkə heç danışsam, inanmaz da... 
           
Get-gedə qarşımdakının siluetinin qırmızıya çalmağa başladığını hiss edirdim. Elə bil  matador əlindəki qırmızı şalı gətirib həkimlə mənim aramda tutmuşdu. 
-Matador döyüşündən sonra olub... – deyib ayağa qalxdım. Artıq hirsləndiyimi sezən yoldaşım əl atıb qolumu sıxdı - yəni sakit ol...
Xəstəxananın dəhlizi ilə necə getdiyimizi hiss etmirdim. Az qala bir qərinə əvvəl Nazı məni sürüyən kimi yoldaşım arxasınca sürüyürdü...

*Şandığa – köpək oğlu(ermənicə).
**Ana söyüşü (rusca).
***Hinc – Nədi? mənasında sual(ermənicə)
****Ana söyüşü (ermənicə)
28.03.2020

Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI
Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR
Giza piramidasının daha bir sirri açıldı - MARAQLI
Görmə əlilliyi olan insanlar üçün nəşriyyat, kitabxana və onların mövcud problemləri...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Paşinyan hakimiyyətinin sonu necə olacaq?
Dünya
Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...
Hadisə
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi - İNANILMAZ...
Maraqlı
Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...
Gündəm
Müharibəyə başlamadan öncə qərar verməlisiniz: Öz ayağınıza atəş açmağa hazırsınız?
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247