Xəbər lenti
28/05/2020 [00:45]:
Nazir kürsüsündə əsl ziyalı əyləşəndə rəhbərlik etdiyi sahədə uğurlar da bol olur...
28/05/2020 [00:22]:
Türkiyəyə meteorit düşdü - VİDEO
28/05/2020 [00:19]:
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [00:18]:
Azərbaycanda Respublika Günü qeyd edilir
27/05/2020 [23:57]:
Neft bazarındakı ziddiyətlər: qiymətlər necə olacaq? – EKSPERT RƏYİ
27/05/2020 [23:44]:
İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO
27/05/2020 [23:43]:
Gözəlllik standartlarına burnu ilə meydan oxudu - MARAQLI...+ FOTOLAR
27/05/2020 [23:22]:
Cəlilabadda xəsarət alanların kimliyi bilindi
27/05/2020 [23:21]:
“Azərbaycanda rusdilli məktəblərin sayının artırılması müstəqilliyimizə təhlükə yaradır...”
27/05/2020 [23:17]:
İlan çaydakı balığı belə yaxaladı - MARAQLI... + VİDEO
27/05/2020 [23:10]:
Kişilər niyə məşuqəyə ehtiyac duyur? - Kişilərin sirri açıqlandı
27/05/2020 [23:07]:
Qatıldığı sərgini fürsətə çevirən firma ABŞ-a avtobus ixrac etməyə başladı - MARAQLI
27/05/2020 [22:56]:
Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər
27/05/2020 [22:54]:
Bakıda dilənmək istəməyən oğlunu bıçaqlayan ata tutuldu
27/05/2020 [22:52]:
Qənirə Paşayeva Məhəmməd Əmin Rəsulzadənin nəvəsini ziyarət etdi - FOTOLAR
27/05/2020 [22:44]:
COVID-19 peyvəndinin afrikalılar üzərində sınanması planlaşdırılır
27/05/2020 [22:32]:
Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var
27/05/2020 [22:28]:
ABŞ-da polis qaradərili şəxsi boğaraq öldürdü, etirazlar başladı - FOTOLAR
27/05/2020 [22:02]:
Azərbaycanlı bloqer özünə ən son model “Rolls-Royce” aldı – FOTO/VİDEO
27/05/2020 [21:57]:
Bred Pitt koronavirusa görə bərbərə getmir...
27/05/2020 [21:55]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
27/05/2020 [21:55]:
"Bunlar ədalət axtarışındadırlarsa, Dilqəm və ŞahbazIn taleyi ilə maraqlansınlar..."
27/05/2020 [21:53]:
Xəstəxananın qapısında 3 aydır bu şəkildə gözləyir -Səbəbi isə...
27/05/2020 [21:37]:
“O, yeni Ermənistan qura bilmədi...” - baş nazirə ağır ittihamlar
27/05/2020 [21:31]:
Market çalışanı koronavirusdan öldü, alış-veriş edənlər qorxuya düşdü - FOTO
27/05/2020 [21:30]:
Türkiyə əsgəri İdlibdə həlak olub
27/05/2020 [21:05]:
Səkkiz il yeyib içməyən yoq öldü
27/05/2020 [21:00]:
Gürcüstanın baş naziri müsəlman vətəndaşlara təşəkkür etdi
27/05/2020 [20:57]:
“Azərbaycana dil uzadanlar layiqli cəzalarını alacaqlar”
27/05/2020 [20:51]:
Pandemiyada qeyd olunan ilk Ramazan - Roma Papası Şeyxülislama nə yazıb?
27/05/2020 [20:43]:
Yalanlarla qidalanan toplumun gələcəyi puçdur...
27/05/2020 [20:16]:
Ronaldonun sevgilisi məşhur jurnalın üz qabığında - FOTO
27/05/2020 [20:14]:
Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib
27/05/2020 [19:52]:
Moskvadan 175 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTOLAR
27/05/2020 [19:40]:
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
27/05/2020 [19:37]:
"Azərbaycan xalqı tarixən dünyaya dövlət quran, hökm etdiyi əraziyə ədalət yayan bir millət kimi tanınmışdır"
27/05/2020 [19:25]:
Koronavirusu yox etmək üçün baxın nə etdi - MARAQLI... + VİDEO
27/05/2020 [19:22]:
Sorosçu və homoseksual erməni  Azərbaycan torpağında yenə yüksək post tutacaq?..
27/05/2020 [19:16]:
AzTV-dən Respublika Günü ilə bağlı maraqlı təqdimat - VİDEO
27/05/2020 [19:13]:
Putini məhkəməyə verən keçmiş məmuru zorla koronaviruslu xəstələrin yanına salıb...
27/05/2020 [19:10]:
Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə
27/05/2020 [19:07]:
“Bıçağı əlinə alıb, üstümə düşdü” - Ülvira Qarayeva
27/05/2020 [19:02]:
"Türkiyə Qarabağın azadlığı üçün Rusiya və İranla danışıqlar aparmalıdır..."
27/05/2020 [18:57]:
Yüzlərlə yük avtomobili Azərbaycan-Rusiya sərhədində qalıb - VİDEO
27/05/2020 [18:51]:
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
27/05/2020 [18:33]:
“Təəssüf ki, Cümhuriyyətimizlə bağlı bir dənə də olsun normal sənədli film yoxdur”
27/05/2020 [18:27]:
Sevgilisi ilə qaçan qızının başın kəsdi - DƏHŞƏT...
27/05/2020 [18:21]:
Daha bir marşrut xəttinə "BakuBus" avtobusları buraxılacaq
27/05/2020 [18:21]:
DİM: 68 891 abituriyent ərizəsini təsdiq edib
27/05/2020 [18:20]:
Baş Prokurorluq Xaçmazdakı insidentə münasibət bildirdi
27/05/2020 [18:06]:
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirildi - FOTOLAR
27/05/2020 [17:56]:
Ukrayna Prezidenti koronavirusla mübarizədə yardıma görə İlham Əliyevə təşəkkür edib
27/05/2020 [17:52]:
"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."
27/05/2020 [17:44]:
Çingiz Əsgərov Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını şərh edib - VİDEO
27/05/2020 [17:41]:
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
27/05/2020 [17:38]:
MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq
27/05/2020 [17:26]:
“Qarabağımızın erməni işğalında qalması müstəqilliyimizin dadını qaçırdır...”
27/05/2020 [17:13]:
Mingəçevirdə təhlükə: Küləyə tab gətirməyən ağaclar aşır - VİDEO
27/05/2020 [17:10]:
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ
27/05/2020 [16:43]:
Rusiyanın yalanı üzə çıxdı...
27/05/2020 [16:37]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: Rekord yoluxma faktı qeydə alındı...
27/05/2020 [16:27]:
“Ramil Səfərovu Macarıstandan gətirən oğul Avropa Məhkəməsinin də cavabını verəcək...”
27/05/2020 [16:20]:
Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı
27/05/2020 [16:16]:
Rusiya Xəzərdə hərbi parad keçirəcək
27/05/2020 [16:08]:
Səudiyyə Ərəbistanı vuruldu - İran qüvvələrindən ağlasığmaz addım
27/05/2020 [16:08]:
"Ramil Səfərovu qınayanlar mill maraqlarımıza xəyanət edən müasir “keçəl həmzə”lərimizdir"
27/05/2020 [16:06]:
Koronavirus azərbaycanlıları yollarda necə xilas etdi – avtoqəzalar yenə başladı...
27/05/2020 [16:03]:
“Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO
27/05/2020 [15:58]:
İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib
27/05/2020 [15:56]:
“Talıb Taleh mənə 5 minə mahnı satıb” - Vəfa Şərifova
27/05/2020 [15:49]:
DTX Respublika Günü ilə bağlı videokompozisiya hazırladı
27/05/2020 [15:49]:
"Mədəniyyət Nazirliyi və ya Yazıçılar Birliyi tərəfindən proqram olmalı idi ki...
27/05/2020 [15:42]:
“Bu işdə özümə qadağalar qoyuram” - Aygün Kazımova
27/05/2020 [15:41]:
Bu gün Rusiyadan daha 175 azərbaycanlı Vətənə gətirilir
27/05/2020 [15:15]:
İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib
27/05/2020 [15:05]:
Koronavirusun ağır formada keçməsinin sirri tapıldı
27/05/2020 [15:04]:
Anar Bağırov: Ermənistanın Avropa Məhkəməsində ölkəmizə qarşı növbəti avantürası iflasa uğradı
27/05/2020 [14:58]:
"Ramil Səfərovun yerində olsaydım mən də eyni addımı atardım" - Partiya sədri...
27/05/2020 [14:55]:
Latviyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
27/05/2020 [14:40]:
Restoran sahibindən gözlənilməz addım: Maşın yoluna masa qoydu - YENİLƏNİB + FOTO
Bütün arxiv bir sırada
06/04/2020 [13:12] - Maraqlı - ( 2565 dəfə baxılıb)

Niyə İsveçdə koronavirusla mücadilədə küçəyə çıxmağa qadağa qoyulmur? - MARAQLI...




Başlığa çıxardığım suala İsveç hüquq sistemini araşdıran isvecgundemi.com saytının əməkdaşı Atila Altuntaş cavab tapmağa cəhd edib.

Dünəndən küçəyə çıxmağa icazə almalı olan Azərbaycan oxucusu üçün də maraq kəsb edəcəyini düşünüb həm bu mövzuda, həm də ümumiyyətcə, dünyanın aparıcı mediasının müzakirə etdiyi İsveçin koronavirusla mübarizə strategiyası haqda bəzi qeydlərimi bölüşmək istədim.

Sərt karantin qaydaları Azərbaycanla yanaşı, bir çox Avropa ölkəsində də tətbiq edilir. Bəzi yerlərdə küçəyə çıxanlar cərimələnir, bəzi hallarda lap saxlanılır da.

İsveçdən savayı!

Bir vaxtlar “İsveç modeli” deyə sosial rifah dövləti kimi dünyaya nümunə göstərilən ölkə indi də koronavirusla mübarizədə özünün “İsveç strategiyası”nı sərgiləyir. Bu strategiyada ana xətt vətəndaşların hərəkət azadlığını məhdudlaşdıran sərt karantin rejiminin tətbiq olunmamasıdır.

Düzdür, İsveç İctimai Sağlamlıq Agentliyi (Folkhälsomyndighten) riskli qruplara aid insanlara evdə qalmağı, hər kəsə səyahət və tətillərdən vaz keçməyi şiddətlə tövsiyə edir, hökumət 50 nəfərdən çox adamın bir yerə toplanmasını yasaqlayır. Gimnaziya və universitetlər virtual təhsil sisteminə keçirilib. Və sair.

Virusa yoluxanların və ölənlərin sayı qonşu ölkələrlə müqayisədə İsveçdə xeyli çoxdur. Rəsmi statistikaya görə, bu günədək virusa yoluxanların sayı 7 min nəfəri keçib, 500 nəfərədək adam ölüb.

Amma sərhədlər açıqdır, aeroportlar, restoran-barlar, orta məktəblər, uşaq bağçaları, kitabxanalar, idarə-müəssisələr əvvəlki rejimdə işləyir. İctimai nəqliyyatda dayanma qeydə alınmır. Əvvəlki qaynar həyat olmasa da, şəhərlər boş deyil.

Ölkənin baş epidemoluqu Anders Teqnellin ”kollektiv immunitet yaranması üçün əhali koronavirusa yoluxmalıdır” fikrini isveçlilərin çoxu dəstəkləməsə də, görünən odur ki, hökumətin virusla mübarizə strategiyası bu fikrə əsaslanır. Yerli mətbuatdakı müzakirələrdən belə anlaşılır ki, hökumət dövlətin iqtisadi, insanların psixoloji, cəmiyyətin sosial və s. durumunu nəzərə aldığından sərt rejimə keçməyə tələsmir. Epidemiyanın pik vaxtı aprelin sonu, mayın əvvəli proqnozlaşdırılır, bəlkə onda daha ciddi tədbirlər görülər, bilmirəm.

Bəs, nəyə görə İsveçdə küçəyə çıxmaq qadağası tətbiq olunmur?

Sən demə, belə bir qadağanın tətbiqi önündə ən böyük əngəl “vətəndaşların hərəkət azadlığı”na qarant olan İsveç konstitusiyasıdır.  Konstitusiyaya görə, insanların hərəkət sərbəstliyini məhdudlaşdırmağa hökumətin hüququ yoxdur.

İsveçdə Konstitusiya dəyişikliyi demokratiyanın oturuşmadığı ölkələrdəki kimi “su içmək qədər” asan deyil, ağır, uzun bir prosesdir. Bunun üçün bir yox, iki parlamentin səsi lazımdır.  Yəni, bir parlamentdə Konstitutsiya dəyişikliyinin leyihə verilmiş qərar hələ yetərli deyil. Parlament Konstitutsiya dəyişikliyinə səs veribsə, həmin parlament buraxılmalı, yeni seçkilər keçirilməli və əgər yeni seçilmiş parlament də əvvəlkinin dəyişiklik qərarını təsdiqləyərsə, bundan sonra referenduma gedilə bilər. Ona görə də İsveçdə koronavirusa həsr olunan heç bir debatda bu məsələnin üstünə gəlinmir.

“İnfeksiyadan qorunma haqqında” qanuna görə, yoluxucu xəstəliyin yayılmasını önləmək üçün insanların hərəkət sərbəstliyi məhdudlaşdırıla bilər. İsveç İctimai Sağlamlıq Agentliyinin hüquqşünasları sözügedən qanunu şərh edərkən, hərəkət azadlığının yalnız konkret ev, məktəb, yaxud buna bənzər kiçik obyektlərdə tətbiqinin mümkünlüyünü qeyd edirlər.

Stokholm Qocalar evində koronavirus aşkarlanandan sonra yaşlı adamların risk qrupuna aid olduğunu nəzərə alaraq, ölkənin bütün Qocalar evində bu qanunun tətbiqinə start verildi. Başqa heç yerdə.

Dövlətin gördüyü işlər öz yerində, cəmiyyət də özünüizolyasiyaya şüurlu yanaşır. Qəbul olunmuş ümumi qaydalara əməl etmək ənənəsi, özünüidarə vərdişlərini mənimsəyən İsveç kimi cəmiyyətlərdə pandemiya təki ümummilli fəlakətlərdə dövlətin də yükü ağır olmur. Fəlakətin miqyas və fəsadını təhsilli adamlara izah etmək, cahil vətəndaşları maarifləndirməkdən qat-qat asandır. Ümumiyyətcə, isveçlilər ehtiyatı əldən verməyən insanlardır. Bu, qətiyyən qorxaqlıq anlamına gəlmir. Buna “ehtiyatlı qorxmazlıq” deyərdim.

Koronavirusla mübarizədə İsveçin tutduğu strategiyanın uğurlu olub-olmamasını yaxın aylarda biləcəyik.  Məni başqa şey düşündürür. Pandemiya dövründə belə isveçlilərin azadlıq eşqinə heyran qalıram. Dünyanı bürümüş kabus qorxusu altında belə cəmiyyət öz hərəkət azadlığına müqəddəs toxunulmazlıq kimi baxır. Sanki İsveç dilində FRİHET kəlməsi başqa dillərdəki AZADLIQ sözündən daha böyük, ilahi anlam daşıyır.

Hardandır bu xalqda azadlığa sitayişcəsinə sevgi?! Qədim babaları vikinqlərin ruhundanmı gəlir? Bəlkə, ölkənin 200 ildən çoxdur müharibə görməməsi, əsarət zülmü dadmaması, ən yaşlı nəsildə belə kölə psixologiyasının olmamasıdır əsas şərt? Kölə təfəkkürünün heç yaddaşda da qalmamasıdır? Kralından tutmuş kəndlisinəcən (bonde), Baş nazirindən səfilinəcən (olycksbarn) hər kəsin hər kəs qarşısında bərabərliyi ənənəsindən qaynaqlanır, bəlkə?

Geniş təhqiqat mövzusudur!

***

Dünən gözəl hava vardı: isti və günəşli. Qızım Ayanla Olimpiya parkına düşdük, Fredriksdal botanika bağını dolandıq. Sezon açılışı edən kafenin açıq havada düzdüyü masaların birində oturub hərəyə bir alma şirəsi sifariş verdik. Və tamaşaya durduq: uşaq, böyük, qoca – hamı günəşin hər kəslə bərabər paylaşdığı şüalarına bürünüb, azadlığın şirin dadından alıb, xoşbəxt anlar yaşayırdı.

Pandemiya dövrünün xoşbəxt adamları… Qəribə səslənir, bilirəm.

Ayanın bir sözü bu yazını yazmağa mənə stimul verdi. Dedi ki, isveçlilərin qocaları AZADLIĞI öz uşaqlarına, nəvələrinə sözlə yox, öz əməlləri ilə əyani göstərirlər.

Biz necə? Övladlarımıza azadlığın anlamını əyani göstərə bilmişikmi?

O azadlıq xoşbəxtliyini gözəlim Azərbaycana arzulayaraq, karantin rejiminin tezliklə bitməsini diləyərək yazdım bu sabah bu yazını.

Vahid Qazi

6 aprel 2020

Helsinqborq, İsveç

Gözəlllik standartlarına burnu ilə meydan oxudu - MARAQLI...+ FOTOLAR
İlan çaydakı balığı belə yaxaladı - MARAQLI... + VİDEO
Qatıldığı sərgini fürsətə çevirən firma ABŞ-a avtobus ixrac etməyə başladı - MARAQLI
Xəstəxananın qapısında 3 aydır bu şəkildə gözləyir -Səbəbi isə...
Market çalışanı koronavirusdan öldü, alış-veriş edənlər qorxuya düşdü - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Siyasət
"Bunlar ədalət axtarışındadırlarsa, Dilqəm və ŞahbazIn taleyi ilə maraqlansınlar..."
Dünya
Putini məhkəməyə verən keçmiş məmuru zorla koronaviruslu xəstələrin yanına salıb...
Siyasət
"Ramil Səfərovun əfvi terrorçu Varujan Qarabedyanın əfv edilməsinə cavab idi..."
Cəmiyyət
“Mən də toydan dolanıram, obyektim və başqa bir gəlir yerim yoxdur...”
Cəmiyyət
“Səməd Vurğunun saçının vaxtından tez ağarması, xəstəliyə tutulması bununla əlaqəli idi...”
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...” 
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
"Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
Şuşada erməni “prezident”in andiçməsi başlandı- Hanı bizim raketlərimiz?..-VİDEO-CANLI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247